Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   2   3   4   5   6   7   8   9   ...   44

11 
 
alınmışdır. Əsərlərindən birində o, totem və digər ovsun ayinlərinin  əlamətlərini 
əks etdirən bu rəsmlərin mənası haqqında öz ehtimallarını irəli sürmüşdür [14, 104-
108]. 
1992-ci ildə  Gəmiqayada yeni aşkar olunmuş qayaüstü təsvirlər haqqında 
məlumat verilmişdir. Rəsmlər orijinal və sxematik yerinə  yetirilmişdir. Qayalar 
üzərində insan, keçi, öküz, marallar təsvir olunmuşdur. Naxçıvan qayaüstü 
rəsmlərinin bəziləri təxminən tunc, eneolit və neolit dövrlərinə  aid edilmişdir. 
V.Əliyevin qeyd etdiyi kimi - «Çox güman ki, təsvirlərin bir hissəsi daş dövrünə 
aiddir» [236, 33-36]. Naxçıvan qayaüstü təsvirlərinin tam təhlilini o, «Gəmiqaya 
abidələri» kitabında verir. V.Əliyev etnoqrafik materiallara istinad edərək quş, 
keçi, öküz, maral, ilan qayaüstü təsvirləri üçün totem əlamətlərinin xas olduğu 
fikrini irəli sürmüşdür [237, 3-77; 15, 175-176; 246, 247]. «Azərbaycanın orta tunc 
dövrü mədəniyyəti» kitabında müəllif tərəfindən qayaüstü təsvirlərin saxsı 
məmulatlar üzərindəki təsvirlərlə müqayisəli təhlili verilir. 
2001-2003-cü illərdə AMEA-nın Arxeologiya və  Etnoqrafiya İnstitutu 
tərəfindən Naxçıvan petroqliflərinin daha geniş tədqiqi məqsədilə ekspedisiyalar 
təşkil olunmuşdur. Aparılmış tədqiqatlar nəticəsində 1500-dən artıq qayaüstü rəsm 
siyahıya alınmış və  qeydiyyata götürülmüşdür. Son ekspedisiyaların materialları 
əsasında 2004-cü ildə N.Müseyiblinin «Gəmiqaya» kitabı nəşr olunmuşdur [254, 
4-316]. 
1970-ci ildə  arxeoloq Q.İsmayılzadə  Kəlbəcər yaylalarını tədqiq etmiş və 
Alagöl, Zalxagöl və Qaragöl sahillərində, həmçinin Pəriçınqıl, Ayıçınqıl, Lülpər, 
Gəlinqaya, Yazyurdu, Taxta, Sarımsaqdağ sahələrində qayaüstü rəsmlər aşkar 
etmişdir. Qayaüstü təsvirlərin ümumi sayı 4000-dən artıqdır [86,96]. 1976-cı ildən 
başlayaraq Kəlbəcərdə arxeoloji tədqiqatlar aparılmış və qayaüstü rəsmlərin 
mövzusunu, yerinə yetirilmə  texnikasını açmağa kömək edən eyni mərasim 
səhnələri, solyar nişanlarının təsvirləri qeydə alınmışdır [87, 491-492; 86, 550-551; 
89, 460-461]. 
Arxeoloqlar Qobustan və  Gəmiqaya qayaüstü təsvirlərini, mifoloji dəlilləri 
və  etnoqrafik materialları tutuşduraraq yuxarıda adları çəkilən yerlərin dini-ovsun 
yerlərinin olması qənaətinə  gəlmişlər [263,90], bu da arxeoloq İ.Cəfərzadənin 
fikirlərinə  uyğundur [68, 15-18; 231, 99-114]. Dəlillər keçi, maral, öküz 
təsvirlərinin totem əlamətləri daşıması ilə sübut olunur. Lakin Qobustan qayaüstü 
rəsmlərinin, xüsusilə  gəmi təsvirlərinin animistik əlamətlərə  malik olması şübhə 
doğurur. 
Tədqiqatın əsasını bir çox alimlərin  əsərləri, həmçinin 1995-ci ildən 
başlayaraq Qobustan petroqlifləri üzrə  aparılmış şəxsi tədqiqatlar təşkil edir. 
Qayaüstü incəsənətin işlənilmə  texnikasının, süjetlərin mövzu və  səbəblərinin 
tədqiqi zamanı yeni qayaüstü təsvirlər aşkar olunmuş, Azərbaycan rayonlarının 
coğrafi mühiti, tarixi və arxeoloji dövrləşdirilməsinin xronoloji müqayisəsi tətbiq 
edilmişdir. Azərbaycanın coğrafi sərhədləri çərçivəsində qayaüstü rəsmlərdə öz 


12 
 
əksini tapmış və paleolit (mezolit, neolit və s.) dövrünün əsas ov obyekti olan 
heyvanların yayılma dərəcəsi müəyyən olunmuşdur. Üst pleystosen dövrünün 
mənzərəsini - geoloji mühiti, Xəzər dənizinin transqressiyasını və  reqressiyasını, 
üst pleystosen dövrünün flora və faunasını təsvir etməyə cəhd edilmişdir [192, 292 
294]. Dünya qayaüstü təsvirləri ilə müqayisə  əsasında bəzi qayaüstü təsvirlərin 
tarixlərinə dair yeni fərziyyələr irəli sürülmüşdür [193, 194, 190, 25, 196, 62, 266, 
18]. 
Azərbaycan xalqının qədim incəsənətində  rəsmlərin stilistik cəhətdən 
çəkilməsinə görə 2 xüsusi rayonu qeyd etmək olar. Bunlar insan, məişət və ayin 
səhnələrinin mövzu cəhətdən zənginliyi ilə seçilən Abşeron və Qobustan ərazisi və 
qayaüstü incəsənəti üçün yarımköçəri heyvandarlıq (yayla) və  mərasim - ovsun 
mövzusu xas olan Kiçik Qafqaz (Naxçıvan, Kəlbəcər, Sünik, Göyəm)  ərazisidir. 
Heyvan təsvirləri  əksəriyyət təşkil edir. Qobustan və  Naxçıvan petroqlifləri 
ədəbiyyatda geniş təqdim olunsa da, Abşeron və  Kəlbəcər təsvirlərinin taleyi 
başqadır. Mövcud olan nəşrlər bu petroqliflər haqqında qismən təəssürat yaradır və 
onların daha geniş tədqiq olunması zərurəti meydana çıxır. Digər tərəfdən 
İ.Cəfərzadənin Qobustan qayaüstü təsvirləri barədə (6 qrupa bölünməsi) təsnifatı 
artıq köhnəlmişdir. C.Rüstəmovun arxeoloji tədqiqatlarından sonra təsvirlərin 
tarixində  dəyişikliklər edilmiş, bunun nəticəsində isə qayaüstü təsvirlərin 
xronologiyasına yenidən baxılması zərurəti meydana çıxmışdır. Hazırda qayaüstü 
təsvirlərin tədqiqi davam etdirilir və  iş prosesində Qobustan və  Gəmiqayada yeni 
kəşflər meydana çıxır. Bütün bunlar qayaüstü incəsənətin bu qiymətli abidələrinə 
yeni baxışla nəzər salmağa imkan yaradır. 
 
1.2. AZƏRBAYCAN PETROQLİFLƏRİNİN COĞRAFİ İCMALI 
 
İbtidai incəsənətin öyrənilməsi prosesində xarakter və  təyinatına görə bir-
birindən fərqlənən müxtəlif göstəricilərə rast gəlmək olar. Bu səbəbdən daş 
üzərində  təsviri sənətin erkən formalarının öyrənilməsinə  başlamazdan əvvəl, 
qayaüstü təsvirləri olan Azərbaycan rayonlarının coğrafi mühitinin, tarixi və 
arxeoloji dövrlərə bölünməsinin xronoloji əlaqəsini təyin etmək vacibdir. 
Azərbaycanın coğrafi sərhədləri çərçivəsində üst paleolit (mezolit, neolit və s.) 
dövrünün əsas ov obyekti olan heyvanların yayılma dərəcəsini müəyyən etmək və 
geoloji dəlilləri (məsələn, qədim buzlaşma dövrünün tədqiq olunmuş materiallarını, 
daşın geoloji quruluşu, dağəmələgəlmə, dənizin transqressiyası və  reqressiyası) 
təyin etmək zəruridir. 
Müasir dövrdə Azərbaycan ərazisində qayaüstü təsvirlər olan 4 ocaq qeydə 
alınmışdır (ill. 1): 
1. Böyük Qobustan zonası.  Bu zona Böyükdaş, Kiçikdaş, Cingirdağ, 
Şıxqaya və Şonqardağ dağlarının ərazilərini əhatə edir (ill. 2; 3; 4; 5; 6; 7; 8); 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə