Binder pdf


Abşeron yarımadası zonası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   2   3   4   5   6   7   8   9   ...   44

13 
 
2. Abşeron yarımadası zonası. Bura Bendustu düzənliyi və  Ağdaş düzü
həmçinin Dübəndi, Türkan, Zirə, Bilgəh, Mərdəkan, Şüvəlan, Ramana qəsəbələri 
daxildir; 
3. Gəmiqaya dağı zonası.  (Kiçik Qafqazın ən hündür nöqtəsi - Qapıcıq) 
Ordubad rayonunun Tivi və Nəsirvaz kəndlərindən şimalda yerləşir (əsas yayılma 
məntəqələri - Qaranquş, Nəbiyurdu, Camışölən (Naxçıvan) dağlıq otlaq 
yaylaqları); 
4. Kəlbəcər rayonunda Dəlidağın ətəkləri.  Kiçik Qafqazın cənub-şərq 
yamacları (dəniz səviyyəsindən 3000 m-ə  qədər hündürlükdə yerləşən Alagöl, 
Zalxagöl, Qaragölün sahilləri və  Pəriçınqıl, Ayıçınqıl, Lülpər, Gəlinqaya, 
Yazyurdu, Taxta. Sarımsaqdağ sahələri) (ill. 1). 
 
Qobustan kolleksiyası aşağıdakı dağ zonalarını əhatə edir: 
 
I. Böyükdaş   
-  şərq uzunluq dairəsi    
-  şimal en dairəsi    
49*22'30"; 
40*7'30". 
II. Kiçikdaş  
 
- şərq uzunluq dairəsi  
- şimal en dairəsi 
49*23'00"; 
40*3'45". 
III. Cingirdağ və Yazılıtəpə 
- şərq uzunluq dairəsi  
- şimal en dairəsi 
49*22'15";  
40*12'00". 
IV. Şonqardağ  
 
- şərq uzunluq dairəsi  
- şimal en dairəsi 
49*34'30,9"; 
 40*1725,7". 
V. Şıxqaya (kolleksiyal 1.2) 
- şərq uzunluq dairəsi  
- şimal en dairəsi 
49*28';                         
40*22". 
                          
Abşeron yarımadası son tunc və mis dövründə  müasir landşafta nadir 
hallarda 300-400 metrədək təpəcikləri olan yarımsəhra landşafta malik idi. Cənub-
qərb hissəsi hazırda daha çox parçalanmış relyefə malikdir. Bu isə öz növbəsində 
süxurların gil, qum, qumdaşı və üçüncü dövr əhəngdaşının müxtəlif litoloji tərkibi 
ilə əlaqədardır. Abşeron yarımadası üç tərəfdən Xəzər dənizi, qərbdən Qafqaz dağ 
silsiləsi ilə  əhatə  olunur. Abşeronun özünəməxsus subtropik iqlimi bir sıra 
amillərin təsiri altında təşəkkül tapmışdır. Xəzəryanı və Kürətrafı çöllərin qızmar 
havası, şimal-qərb və  şimal-şərqdən gələn soyuq hava kütləsi Abşeronu dəyişkən 
hava axını meydançası edir. 
Abşeron  dağlıq ərazidir, səthin qırış-qırış dağ quruluşu yarımadanın qərb 
hissəsindən aydın görünür, şərq hissəsində  dağlar dəniz dalğalarının təsiri ilə 
yuyulub və onun çöküntüləri ilə  əhatə  olunmuşdur. Burada düzənlik relyefi 
yaranmışdır. Bütün bu sahə  qədim Xəzər və müasir çöküntülərlə  örtülmüşdür. 
Xəzər dənizinin sahilinə bilavasitə birləşən bu ovalığın uzaq şərq sahəsi üçün dəniz 
sahili boyunca Abşeron yarımadasına fasiləsiz uzanan qum təpələrinin mövcudluğu 
səciyyəvidir. Yarımadanın mərkəzi hissəsində  Böyükşor, Masazır və Mirdələbi 
gölləri ilə əhatə olunan Binəqədi yüksəkliyi uzanır [218, 33 -34; 46 48,58]. 


14 
 
Gəmiqayada  Kiçik Qafqazın Azərbaycan  ərazisindəki  ən hündür nöqtəsi 
yerləşir (Qapıcıq, dəniz səviyyəsindən 3906 metr hündür). Metamorflaşmış tuf 
daşından ibarətdir. Dağın zirvəsi hələ üçüncü dövrdə  dağılmış, iri daş parçaları 
cənub və cənub-qərb yamacları boyu səpələnmiş, minilliklər ərzində uçurumlar və 
buzlaqların təsiri nəticəsində  onların səthi cilalanmışdır. Bu qayalar üzərində 
neolit, eneolit, tunc və erkən mis dövrlərinə aid minlərlə petroqliflər aşkar 
olunmuşdur [236.33; 237,70]. 
Kəlbəcərin əsas hissəsi vulkanik dağlıqlardan ibarətdir. Bu rayon dördüncü 
dövr lavaları ilə  qalalanmışdır. Qayaüstü təsvirlər  əsasən bir hissəsini sönmüş 
vulkanların kraterləri təşkil edən dağ gölləri sahillərində qeydə alınmışdır. Bu 
göllərin sahilyanı rayonları abidian, çaxmaqdaşı, şist (lay-lay quruluşlu süxur), 
dəlikli yumşaq tuf daşı, mərmər yataqları ilə zəngindir. Arxeoloqlar bu süxurların 
mövcudluğunu burada qədim zamanlardan insanların məskunlaşmasının əsas 
səbəbi hesab edirlər [88, 550-551]. Bu ərazidə tunc dövrünə aid 4000-dən artıq 
rəsm vardır. Qayaüstü təsvirlərin tarixinin müəyyən edilməsi ilə  əlaqədar onların 
olduğu zonalarda aşkar edilmiş erkən tunc dövrünə aid olan qədim yaşayış 
məskənləri və iriplanlı daş hörgü qalıqları böyük əhəmiyyət kəsb edir. 
Azərbaycanda petroqliflərin tədqiqi uzun illər aparılsa da, indiyədək onları 
əhatə edən məskənlər fonunda bütün qayaüstü incəsənət ansambllarının yerləşməsi 
xəritə-sxemi tərtib olunmamışdır. Belə  xəritə son paleolit, mezolit, neolit yaşayış 
məskənlərinin, tunc dövrü düşərgələrinin mövcudluğunun təbii, landşaft, iqlim 
şərtlərini aydınlaşdırmaq üçün vacibdir. Bu xəritə, xüsusilə bitki örtüyünün 
bərpası, relyef yaradan layihələrin xarakter və  səmərəliliyini aydınlaşdırmaq, 
habelə bu yerlərin sakinlərinin ovçuluq, balıqçılıq və təsərrüfat fəaliyyəti haqqında 
təsəvvür yaratmaq üçün lazımdır. 
Qobustanın nümunəsində icmal xəritə - sxemi təqdim edirik (ill. 9). 
Xəritədən görünür ki, qayaüstü təsvirlərin  əsas yayılma yeri dəniz tərəfdə 
cəmləşmişdir. İlkin məlumatlara görə, ən qədim təsvirlər Böyükdaş dağının yuxarı 
səkisində və Kiçikdaşda yerləşir. 
Dördüncü dövrdə Azərbaycan  ərazisində tektonik [233.45] və vulkanik 
[81,150-152; 56,28] fəaliyyət nəticəsində yerin relyefində radikal dəyişikliklər baş 
verirdi. Üst pleystosen dövründə  Qobustanda dağəmələgəlmə prosesi gedirdi. 
Müxtəlif geoloji təzahürlərlə  əlaqədar dünya okeanının səviyyəsi dəyişmələrə 
məruz qalırdı. Bu da öz növbəsində, qurunun və  dənizin ümumi şəklini dəyişirdi. 
Həmin dövrdə indiki Böyükdaş, Kiçikdaş, Cingirdağ və Şonqardağ dağları Xvalın 
dənizinin şirin suları ilə  əhatə olunurdu [233, 32-37] (şək. 1). Üst pleystosen 
dövründə  Xəzər hövzəsi nahiyəsində  son iri transqressiya baş vermiş və uzaq 
şimala Uralsk və Kazanadək çatmış Xvalın dənizi yaranmışdır. Maraqlıdır ki, Qara 
dəniz sahəsində onun çöküntüləri qədim Qara dəniz təbəqələrinə  uyğun gəlir 
(40,80,81). Buradan belə bir nəticəyə gəlmək olar ki, Aralıq dənizinin suları Qara 
dənizdən, yəni Manıç boğazından keçərək Xəzərə tökülürdü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə