Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   2   3   4   5   6   7   8   9   10   ...   44

17 
 
İndi isə paleolit dövrü faunasına müraciət edək. Hər şeydən əvvəl qeyd edək 
ki, qayaüstü heyvan təsvirlərinin təhlili keçmiş iqlim haqqında müəyyən məlumat 
verir. Vəhşi fauna  iki dəqiq qrupa bölünür. Birinci qrupa tuqay və kol-bitki 
meşələrində  yaşayan heyvanlar (nəcib maral, qaban) aid edilməlidir. Qaban 
sümükləri Qobustanın bütün əhəmiyyətli kolleksiyalarında təqdim olunur. Bu 
heyvana hazırda Azərbaycanda rast gəlmək olar. 
İkinci qrup açıq çöl və ya səhra landşaftlarında, dağ ətəklərində  yaşayan 
heyvanlardan ibarətdir. Bunlar öküz, dəvə, kulan, çöl qoyunu və  ceyranlardır. Bu 
növlərin fauna qalıqları nəinki yerli rayonların yaşayış məskənlərinə, həm də 
qədim Xəzəryanı abidələrə  məxsusdur. Qobustan yaşayış məskənlərindən və 
qəbirlərdən tapılmış heyvan sümükləri  öküzə, ceyrana, qoyuna, keçiyə və quşlara 
aiddir [259, 8, 2-23; 157, 3-5; 201, 48]. Onların əksəriyyəti bu ərazi üçün tələf 
olmuş heyvan növləridir. Arxeoloqlar qazıntılar zamanı bu yerlərdə, hətta hepard 
çənəsi aşkar etmişlər [41,50] (şəkil 2; 3). 
Hazırda tələf olmuş fauna  nümayəndələrinin daşlaşmış qalıqları Abşeron 
yarımadası və  Şıxın üst pleystosen dövrünün bütün təbəqələrindən məlumdur. 
Vaxtilə  Böyük Qobustan zonasında artıq tələf olmuş vəhşi öküzlər (Bos 
Primigenius boj), ceyranlar (Gazella Subgutturosa), kulanlar (Equus hemionus 
Pall), keçilər (Capra aegagrus Erxl), nəcib marallar (Cervus elaphus), qabanlar 
(S.apsheronicus Burtsch.ct Dzhaf), leopard və şirlər yaşayırdı. 
Azərbaycanın üst pleystosen dövrünün vəhşi faunasını, Abşeron yarımadası 
və  Qobustanın indiki səhralıq zonasını nəzərdən keçirərək, vəhşi öküz-tura (Bos 
Primigenius boj) xüsusi diqqət yetirmək lazımdır. İbtidai vəhşi öküz-turun 
qalıqlarına Türkmənistan və  Qazaxıstanın (Çaqıllı təpə, Cebelə, Qızılqum, Qızıl 
lay), həmçinin cənubi Xəzəryanı ölkələrin (İran, Şimali Əfqanıstan) arxeoloji 
tapıntıları arasında tez-tez təsadüf etmək olar [31, 26-27; 114, 86; 208, cild 2, 8, 
102 104; 272, 396-398, tablo I, III. V; 286,73]. Xəzəryanı rayonlarda onun geniş 
yayılması daha çox maraq doğuran faktdır. 
Öküz - turun geniş yayılması faktı müxtəlif nəzər nöqtələrindən maraq 
doğurur. Keçmiş SSRİ ərazisində turun tapılmış qalıqlarının tədqiqinə əsaslanaraq 
qeyd etmək olar ki, onların əksəriyyəti qarışıq və yarpaqlı ağac meşələrinə, çöllərə 
aid edilir [48, 88-89]. Lakin turların son paleolit dövründə geniş yayılması onların 
düzənlik və meşə-çöl ərazilərində məskunlaşması haqqında bir çox tədqiqatçıların 
qənaətləri üçün əsas olmuşdur. 
Anau qazıntılarında əldə olunmuş fauna qalıqlarını tədqiq etmiş arxeoloqlar 
iri mal-qaranın mənşəyini vəhşi turların (Bos Primigenius boj) [179, 48-55] 
populyasiyasından gəldiyi haqqında fərziyyə irəli sürmüşlər. Tipik ibtidai (Bos 
Primigenius boj) öküz-turların sümük qalıqları Abşeron yarımadasında Digah 
kəndi yaxınlığındakı Kirmak təpəsində aşkar olunmuşdur. 
1986-cı ildə Qobustanın Böyükdaş dağının Anazağa mağarasında və 1990-
cı ildə 1 №-li kiçik mağarada (Maral) aparılmış arxeoloji qazıntılar zamanı mədəni 


18 
 
təbəqədə öküz sümükləri aşkar edilmişdir. Elə orada bir tərəfində ziqzaq və digər 
tərəfində ovçu təsvirləri olan daş tapılmışdır [259, 8, 2-23]. Paleolit, hətta neolit 
yaşayış məskənlərində tur sümüklərinin tapılmamasını bəzi tədqiqatçılar onların 
ovlanmasının çətinliyi və təhlükəli olması ilə izah edirlər [80. 547]. 
Turların mövcudluğunu Qobustan və Abşeron qayalarında ibtidai öküzlərin 
təsvirləri də sübut edir (şək. 4; 5; 6; 7; ill.19). Öküz və onların ovlanması səhnəsi 
olan təsvirlər  ən çox Qobustanın Böyükdaş və  Kiçikdaş dağlarındadır. Sonralar 
analoji mövzuda təsvirlər Böyük Qobustanın Şonqar dağında az miqdarda aşkar 
olunmuşdur [170, tablo № 9], (ill. 20; şək. 8; 9; 10). 
Məlum olduğu kimi, Abşeronun ən qədim abidələri e.ə. III minilliyə aid 
edilmişdir. Azərbaycanın Xəzəryanı rayonlarında vəhşi öküzlərin olması haqqında 
dəlillər çoxsaylı qayaüstü təsvirlərin mövcudluğu ilə  tamamlanır. Qobustanda və 
Abşeron yarımadasının Dübəndi kahasındakı vəhşi öküz - tur və bəzi arxeoloqların 
ehtimal etdikləri kimi, bizon təsvirləri də  məlumdur [163, 40-49, 43]. (Təəssüflər 
olsun ki, Qobustan fauna qalıqlarının az tədqiq olması səbəbindən biz bu region 
üzrə dəqiq məlumatlara malik deyilik. Binəqədi və Kir-Maku bitum çöküntüləri öz 
növbəsində  Abşeron yarımadası və  Qobustanın coğrafi mühitinin xronoloji 
nisbətlərini müəyyən etmək üçün qiymətli və vacib köməkçi materiallardır - M.F.). 
Azərbaycan  ərazisində  artıq əhliləşdirilmiş öküzlərin kontur və  xətti 
rəsmlərinə Qobustan və  Naxçıvanın daha sonrakı dövrlərdə  çəkilmiş qayaüstü 
rəsmlərində rast gəlmək olar (ill. 21; şək. 11, 12). 
Arxeoloqlar Binəqədi faunasını Fələstin, Suriya və  Livanın paleolit dövrü 
mağaralarındakı növləri ilə müqayisə edərək Binəqədi qalıqlarının mövcudluğu 
dövrünün təxminən mustye və orinyak mədəniyyətinə aid edirlər [40,157]. 
Maral qayaüstü təsvirlərinin çox olmasına baxmayaraq, Qobustanda 
qazıntılar zamanı bu heyvanların sümükləri aşkar olunmamışdır. Bununla yanaşı, 
Qobustan qoruğunun fondlarında Böyükdaş dağının aşağı səkisinin yeddinci 
sığınacağından tapılmış maral buynuzları qeydə  alınmışdır. Kiçikdaşın Qayaarası 
düşərgəsində aparılmış osteoloji təhlilə görə, sümüklərin 98%-i ceyrana, Böyükdaş 
dağının Anazağa mağarasında tapılmış 10.000 sümüyün 40%-i qulana, 40%-i 
ceyrana məxsusdur. Öküz və keçi sümüklərinə az rast gəlinir. Equus hemionus Pal 
qulan-vəhşi atlara gəldikdə isə, onlar Qafqazın cənubunda alt paleolit dövründən 
indiyədək mövcuddur. Qobustan qayaları üzərindəki çoxsaylı qulan təsvirləri və 
tapılmış sümük qalıqları bu növ heyvanların geniş yayılmasını sübut edir (ill. 22; 
23; şək. 13). 1986-cı ildə Böyükdaşdakı Anazağa mağarasında aparılmış arxeoloji 
qazıntılar zamanı mədəni təbəqədə qulan sümükləri aşkar olunmuşdur [137, iş № 
2]. Qulan pleystosen dövrü uzunqulağının əcdadı hesab olunur. Bu, holosen 
dövründə  yarıuzunqulaq qulanın geniş yayılması faktları ilə  təsdiq olunur. Antik 
müəlliflərin, o cümlədən Nizami Gəncəvinin (XII əsr) Kür Araz ovalığında vəhşi 
uzunqulaqların ov səhnələri [125, 484- 667], Rəşidəddinin (XIV əsr) Qazan xanın 
Talış bölgəsində (150, 1 340) vəhşi onaqrlara qarşı təşkil etdiyi möhtəşəm ovlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə