Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

22 
 
Qədim Şumer dövlətinin qüdrətli şəhərlərinin (Ur) birində e.ə. IV minilliyə 
aid edilən lazuritlə  bəzədilmiş qızıl öküz başı tapılmışdır [6,55]. Şumerlərdə Ur 
şəhərinin hi-mayəçisi və  baş Allahı öküz obrazı ilə ilahiləşdirilən Nanna-Sina ay 
Allahı idi [182,189]. E.ə. III minilliyin sonu - II minilliyin əvvəlinə aid edilən, 
alnında firuzə  qaşlı aypara olan öküzün qızıl maskası Altun təpədə (Cənubi 
Türkmənistan) aşkar edilmiş və güman ki, eyni rəmzi məna daşıyırdı [6,127]. 
Həqiqətən də, öz bədii ifa tərzinə görə insanı heyran edən bir çox məşhur Qobustan 
öküz təsvirlərinin paleolit incəsənətinə  yaxınlığını inkar etmək olmaz (ill. 31; 32; 
33; 34; 35; 36; şək. 15). Lakin Şonqardağ dağında həmin növ heyvanların kobud 
təsvirləri də (şək. 8; 9: 10) paleolit dövrünün realistik təsvirləri ilə əlaqəli olduğunu 
göstərir. Avropa qayaüstü təsviri incəsənətində kifayət qədər tədqiq edilmiş 
paleolit  ənənələri yuxarıda adı çəkilən heyvan təsvirlərinin paleolit dövrünə aid 
olmasını ehtimal etməyə imkan verir. Bütün bu nadir nümunələr kişik formalı 
incəsənət üçün səciyyəvidir. Adətən təsvirlər mədəni təbəqələrdə  olan kiçik daş 
qırıqları və sümük üzərində həkk olunurdu. 
 Ovçular mağarasında 45 №-li daş üzərində  (Böyükdaş dağının yuxarı 
səkisi) çəkilmiş öküzün boynunda kəndirin olması onun  əhliləşdirilməsini sübut 
edir (ill. 21). Öküzün nə vaxt və harada əhliləşdirilməsi haqqında vahid bir fikir 
yoxdur. Tədqiqatçılar müxtəlif bölgələrin adlarını çəkirlər: Cənubi Asiya, Aralıq 
dənizinin cənub-şərq hissəsi, İspaniya və s. Bu proses e.ə. təxminən VIII -V 
minilliyə  aid edilir [8.403]. Şimali Yunanıstanda Bos Primigenius boj öküzə e.ə. 
VI minillikdə  əhliləşdirilmişdir [36,126]. Vəhşi öküzün əhliləşmiş əcdadları 
haqqında müxtəlif  əsərlərdə, çar Urikaqinin (e.ə. III minillik) qanunvericilik 
sənədlərində, sonralar isə  Argiştanın oğlu Sərdurun (Zaqafqaziya) daş 
plitələrindəki yazılarda xatırlanır [181, 38-42, 74-75; 207, 140]. 
Naxçıvan ərazisində aşkar olunmuş eneolit və erkən tunc dövrünün zoomorf 
heykəltəraşlıq təsvirləri Azərbaycanın qədim tayfalarının mənəvi mədəniyyəti 
haqqında müəyyən təsəvvür yaradır. Qeyd etmək lazımdır ki, kiçik heykəllərin 
hazırlanmasında üstünlük öküz heykəllərinə verilirdi. Eneolit və tunc dövründə 
Azərbaycan  ərazisində öküzlər təsərrüfatda böyük əhəmiyyət kəsb edirdilər. Bəzi 
tədqiqatçıların fikrincə, bu sitayiş maldarlığın himayədar kişi ilahiliyi ilə əlaqədar 
idi [2, 250]. Eyni zamanda, bu, Şortəpə  və Kültəpə  tapıntıları ilə - tunc və  dəmir 
dövrü abidələri olan öküz başı formasında hazırlanmış ocaq altlıqları [2, 142] ilə, 
ayrıca öküz başı [241, 86, tablo XVI] ilə  təsdiqlənir. Həmin dövrün kiçik öküz 
fiqurları Qazax rayonu Baba Dərviş yaşayış məskənindən [2, 141] və Çeçenistanın 
Sərgənyurd düşərgəsindən [2, 142] əldə olunmuş tapıntılardan məlumdur. 
Öküzə  sitayiş etmək bir çox dinlərdə xüsusi yer tuturdu. Zərdüştlər öküzü 
müqəddəs varlıq hesab edirdilər. Assuriya və  İranda müqəddəs məbədləri qanadlı 
öküzlər bəzəyirdi. Xerublara - ikisifətli, qanadlı öküzlərə  sitayiş qədim yəhudi 
dininin  əsasını təşkil etmişdir. Qədim Yunanıstanda isə öküz Zevsə ithaf 


23 
 
olunmuşdur. Asiya, Afrika və  Avropanın bir çox xalqlarında öküzə  sitayiş 
predmeti olaraq zaman keçdikcə ilahi qüvvəyə çevrilir. 
Öküzə  pərəstişin ən yüksək inkişafı Qədim Misirdə  olmuşdur. Misir 
müqəddəs öküzü Nil vadisi allahları siyahısına daxil edilmişdir. Onun şərəfinə 
çoxsaylı nökəri və qulu olan məbədlər və  saraylar inşa edilirdi. Ona ehtiram 
göstərilərək, ölümündən sonra mumiyalayır və  sərdabələrdə  dəfn edirdilər. 
Müqəddəs öküzlərin, hətta qəbiristanlığı saxlanılmışdır [71,29]. Öküzlərə dini 
bayramlar həsr olunurdu. Öküzə  pərəstişin kökləri paleolit incəsənətində öz dini 
dünyagörüşünün parlaq əksini tapmış erkən ovçular dövrünə qədər gedib çıxır. 
Kültəpənin aşağı qatında [2,142], Qızılburunun daş qutularında, 
Əliköməktəpə torpaq qəbirlərində, Qobustan qəbir və kurqanlarında [15,169] aşkar 
olunmuş öküz sümükləri və skeletləri Azərbaycanda eneolit və tunc dövründə 
öküzə sitayişin mövcudluğunu sübut edir (şək. 16 a, b). 
 Qobustanın Böyükdaş, Kiçikdaş və  Cingirdağ dağlarında maral 
təsvirlərinin təbiiliyi böyük maraq doğurur. Bu təsvirlərin realizmi öz dəqiqliyi ilə 
insanı heyran edir. Cervus elaphus maral Ogilby nəcib maral təsvirlərinə son 
pleystosen dövrünün qayaüstü incəsənətində kifayət qədər rast gəlinir. Bu qəbildən 
qayaüstü rəsmlərə Azərbaycanın bütün rayonlarında təsadüf etmək olar (ill. 37; 38; 
şək.17). Maralların bədii-ifadəli obrazlarını Yazılıtəpədə görmək olar: 24 №-li (1) 
daşda sifətini yuxarı qaldırmış maral,  (şək. 18a), 66 №-li daşda məlahətlə arxaya 
baxan maral, (şək. 18b); Böyükdaş dağının yuxarı səkisində 22 və 59 №-li daşlarda 
qaçan vəziyyətdə maral təsviri (şək. 19; 20) vardır. 
Azərbaycanın digər üç rayonunda qayaüstü maral rəsmləri sxematik 
işlənmişdir.  (şək. 21-a;b; 22-a;b; 23; ill. 39). Onların bəzilərinin 2 №-li Böyük 
Xanlar kurqanından tapılmış tunc və erkən dəmir dövrü saxsı qablarındakı təsvir-
lərə oxşarlığı vardır. [52,55,118,tablo XIV, XVI, XXIX]. 
Berlin muzeyində və Ermitajda Koban və Maykop mədəniyyətinə aid olan, 
həmçinin skif kurqanlarından tapılmış tunc, gümüş və  qızıl üzərində maral 
təsvirləri saxlanılır [189,1-381]. 
Üst paleolit dövründə çoxlu sayda dağ keçisinə (Çapra ibex) rast gəlinirdi. 
Çox güman ki, onlara tədqiqatçıların hesab etdiyindən də erkən mənşəli olan və 
təsvirləri realistik tərzdə işlənmiş Qobustan keçiləri aiddir (şək. 14-a; b). 
Qobustan, Abşeron yarımadası, Kəlbəcər rayonu və  Naxçıvan qayalarında 
sxematik təsvir olunmuş dağ keçiləri, ehtimala görə, sonrakı dövrlərə  aiddir (şək. 
24-a;b; 25; ill. 40; 41; 42; 43; 44). Dağ keçilərinin analoji təsvirləri Qazaxıstan, 
Qırğızıstan, Özbəkistan və Monqolustanda aşkar olunmuşdur. Onların təsvirlərinə, 
həmçinin Şahtaxtı rəngli saxsı qablarındakı süjetlərdə [15.240] rast gəlmək olar. 
Böyükdaş dağının yuxarı səkisində  42 №-li daş üzərindəki bədəni xətlə 
kəsilən heyvan təsvirləri onların kannalara çox  oxşarlığı haqqında fikirlərə  sövq   
edir (şək.  26-a,b,c; ill. 45). Azərbaycan  ərazisində  bu növ heyvanların nəsli 
kəsilmişdir. Ola bilər ki, qədim rəssam kannanı təsvir edib. Bu heyvanın növünü və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə