ƏTRAF MÜHİTİ MÜHAFİZƏDƏ BİOCOĞRAFİ
QANUNLARİN ROLU
Biocoğrafiya - Yer kürəsinin müxtəlif regionlarında bitki, heyvan və
mikroorqanizmlərin yayılma və yerləşmə qanunauyğunluqlarını öyrənir. Bu elmin
əsas məqsədi mühit amilləri ilə yanaşı orqanizm qruplarının ayrı-ayrı
komponentlərinin qarşılıqlı əlaqələrini tədqiq etməkdən ibarətdir. Buna görə də
biocoğrafiya
orqanizmlərin,
onların
populyasiyalarının
və
qruplarının
məskunlaşdığı mühiti tədqiq edən Ekologiya, orqanizmlərin dinamikasını,
quruluşunu və təsnifatını araşdıran - Biosenologiya ilə sıx əlaqəyə malikdir.
Ekoloji və Biosenotik tədqiqat sahələrinin səmərəli nəticələri Biocoğrafiyanın əsas
tədqiqat sahəsi olan və orqanizmlərin Taksonomik vahidlərini müəyyənləşdirən-
Xorologiyadan çox asılıdır. Biocoğrafiyanın əsas tədqiqat obyekti canlı
orqanizmlər, tədqiqat sahələri – xorologiya, Biosenologiya və Ekologiyadan
ibarətdir.
Biocoğrafiya «Ümumi yerşünaslığın» tərkib hissəsi olub, yer qabığının
müxtəlif komponentlərini öyrənən geomorfologiya, iqlimşünaslıq, hidrologiya,
okeanologiya, biologiya, tarixi geologiya ilə sıx əlaqəyə malikdir. Ayrı-ayrı
orqanizmlərin, bitki örtüyü və heyvanat aləmini təşkil edən qrupların yayılma
qanunauyğunluqlarını ətraflı araşdırmaq məqsədilə relyefin, iqlimin, su, hava və
Yer qabığının orqanizmlərin həyatında rolunu müəyyən etmədən planetmizdə
biosenozon coğrafi yayılma qanunlarını əsaslandırmaq mümkün olmazdı.
Digər elmlərlə müqayisədə biocoğrafiya cavan olsa da keçən az vaxt ərzində
artıq elmdə və tədrisdə əhəmiyyətli dərəcədə öz yerini tutmuşdur. Biocoğrafiya
coğrafiya, biologiya və ekologiya elmlərinin nailiyyətlərini özündə əks etdirməklə
canlıların yayılması, inkişafı və ətraf mühitlə qarşılıqlı əlaqələri haqqında elmi və
praktiki baxımdan əhəmiyyətli məlumatlar toplusundan ibarətdir.
Lakin biocoğrafiyanın əsas məqsədi orqanizmlərin morfologiyasını,
sistematikasını və fiziologiyasını öyrənməkdən ibarət olmayıb, biosferin ayrı-ayrı
hissələrində orqanizmlərin coğrafi yayılma qanunauyğunluqlarını araşdırmaqla
yanaşı, bitki örtüyü və heyvanat aləminin ayrı-ayrı fərdlərinin ətraf mühitlə
qarşılıqlı əlaqələrini tədqiq etməkdən ibarətdir. Belə yanaşma yeni ümumi
biocoğrafi qanunauyğunluqların aşkar edilməsinə imkan yaradır. Yalnız biocoğrafi
tədqiqat metodları coğrafi məhsuldarlıq, planetdə canlı maddələrin ümumi kütləsi,
orqanizmlərin və onların qruplarının müasir yayılma səbəbləri, qurunun biocoğrafi
bölgüsü prinsipləri, biocoğrafi regionların sərhədlərinin təyini, biotik
münasibətlərin coğrafi xüsusiyyətləri, müxtəlif coğrafi şəraitdə biom və biotaya
antropogen təsir kimi problemləri tədqiq etməyə imkan verər.
Göstərilən nəzəri məsələlərlə yanaşı biocoğrafiyanın elmi-praktiki baxımdan
böyük ekoloji-iqtisadi əhəmiyyətə malik tətbiqi sahələri də mövcuddur. Aşağıda
göstərilən praktiki məsələlərin həllində biocoğrafiya həlledici rol oynasa da
müxtəlif profilli mütəxəssislərin iştirakı çox vacibdir:
Müəyyən coğrafi şəraitdə növlərin populyasiyalarının həyat qanununa
əsaslanan bitki və heyvan ehtiyatlarından səmərəli istifadə; insanlarda yaranmış
xəstəlikləri törədən canlı təbiət amillərini təhlil edib araşdırmaqla insan sağlamlığı
uğrunda mübarəzənin təşkili; kifayət qədər vaxta qənaət etməyə və iqtisadi
səmərəyə malik növlərin quruluşuna, dinamikasına və tərkibinə əsaslanan
indikatorluq xüsusiyyətindən axtarış-kəşfiyyat işlərində istifadə; dağ-mədən işləri
prosesində pozulmuş sahələrin rekultivasiyası; zərərli heyvanlarla və alaq bitkiləri
ilə mübarizə aparmaqla təbii və süni qruplarda məhsuldarlığın artırılması;
sahələrin, meşələrin və bağların yüksək məhsuldarlığa malik olmaları üçün praktiki
baxımdan səmərəli təkliflərin hazırlanması və tətbiqi; ayrı-ayrı növ və qrupların
qorunub saxlanmamsı məqsədilə təbiəti mühafizənin təşkili biocoğrafiyanın əsas
problemləridir.
Biocoğrafiyanın elmlər əlaqəsi və praktiki əhəmiyyəti
Biocoğrafiya – orqanizm qruplarının və onların ayrı-ayrı komponentlərinin coğrafi
yayılması və məskunlaşması haqqında elmdir. Başqa sözlə – biocoğrafiya bizim
planetin bitki örtüyü və heyvanlar aləmini öyrənməklə yanaşı, növlərin və
orqanizmlərin
digər
taksonomik
kateqoriyalarının
coğrafi
yayılma
qanunauyğunluqlarını tədqiq edir. Biocoğrafiya – əhatə dairəsi ildən-ilə genişlənən
sədd elmlərindən biridir. Onun əsas məqsədi coğrafiya, ekologiya və biologiya
arasındakı əlaqələri elmi əsaslarla izah etməkdən ibarətdir. Elmdə biokimya-
biologiyanı kimya, geokimya-geologiyanı kimya, geofizika-geologiyanı fizika ilə
əlaqələndirən sədd fənləri mövcuddur. Biocoğrafiya əsasən orqanizmlərin
qruplarını və coğrafi yayılmasını öyrəndiyindən iki əsas elm sahəsinin – coğrafiya
(coğrafi yayılma) və biologiya – (orqanizmlərin yayılması) birliyində formalaşır.
Biocoğrafiya, bir tərəfdən Yerin relyef formaları haqqında elm sahəsi olan –
geomorfologiya, quru və okean suları ilə məşğul olan – hidrologiya, dünyanın
iqlimi haqqında elm olan – iqlimşünaslıqla, torpaq haqqında elm sahəsi olan –
torpaqşünaslıqla əlaqəyə malik olduğu üçün ümumi fiziki coğrafiyanı, digər
tərəfdən orqanizmlər ekologiyası, sistematikası və fiziologiyası ilə əlaqəyə malik
olduğundan biologiyanın bir çox sahələrini özündə birləşdirir.
Beləki, biocoğrafiyanı biologiyanın bir hissəsi kimi - coğrafi biologiyaya
(orqanizmlərin coğrafi yayılmasını tədqiq edən hissə), və bioloji coğrafiyaya
(müəyyən ərazi və akvatoriyanın bitki və heyvanat aləmini tədqiq edən hissə)
ayırmaq elmi baxımdan əsassızdır.
Biocoğrafiya iki elm sahəsini sərhəddini birləşdirən və bu elm sahələrini
elmi və ekoloji baxımdan əlaqələndirən sədd fənnidir.
Müxtəlif coğrafi regionların bitki örtüyü və heyvanat aləmini, fauna və florasını
tədqiq etdiyi üçün regional biocoğrafiya regional coğrafiya elminə lazımı
materiallar verir. Bu baxımdan biocoğrafiya dünyanın və regionların fiziki
coğrafiyasının tədqiqində əsaslı rol oynayır.
Biologiya elmlərindən biocoğrafiyaya qismən yaxın olanı ekologiya və
biosenologiyadır. Ekologiya - biocoğrafiyanın əsas istiqamətini müəyyən edən elm
sahələrindən biri olub, orqanizmlərlə mühitin qarşılıqlı münasibətini tədqiq edir.
Biocoğrafiyanın mühitlə orqanizmlər arasındakı mübadilənin gedişini araşdıran
sahəsi ekoloji biocoğrafiya adlanır. Biocoğrafiyanın bu bölməsində orqanizmlərin
Yer kürəsinin müxtəlif regionlarında ətraf mühit amillərinin təsiri nəticəsində bir-
birindən fərqli xüsusiyyətləri öyrənilir. Biosenologiya-biocoğrafiyaya qrupların
dinamikası və quruluşu haqqında mə’lumatlar verən orqanizmlər qrupları haqqında
elmdir. Alınan bu mə’lumatlar əsasında biocoğrafiya qrupların coğrafi
müxtəlifliyini təhlil edir, onların coğrafi yayılma qanunauyğunluqlarını
müəyyənləşdirir.
Biocoğrafiyanın praktiki əhəmiyyəti.
Biocoğrafiya çoxsahəli praktiki əhəmiyyətə malikdir. Təbii bitki örtüyü və
heyvanat aləmi kimi qiymətli sərvətlərdən biocoğrafi biliklərə malik olmadan
səmərəli istifadə etmək mümkün deyildir. İnsan həyatının normal inkişafının əsas
təminatçılarından olan bitki və heyvanlar Yer kürəsində qeyri-bərabər
paylanmamışdır. Müxtəlif regionlarda yayılmış bitki və heyvan xammal olduğu
üçün onlardan istifadə coğrafi və bioloji baxımdan əlverişli şəraitdə olmalıdır. Bu
xammaldan istifadə normasını bilmədən onun plansız istismarı xammal bazasının
korlanmasına, hətta biokütlənin tamamilə məhv olmasına səbəb ola bilər.
Əhəmiyyətli bitki və heyvanların coğrafi paylanmasını, onların illik dinamikasını,
regionlar üzrə sayını və istifadə dövrünün dəvamiyyət müddətini bilmədən
onlardan səmərəli istifadə etmək olmaz.
Hazırda bir çox bitki və heyvan növləri azaldığından onlar nadir və nəsli
kəsilməkdə olan növlər kimi Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir.
Çoxlu miqdarda bitki və heyvan növləri nizamsız istifadə nəticəsində
dünyadan silinib. Belə halların təkrar olunmaması üçün onların mühafizəsini təşkil
etmək günün əsas tələbidir. Bu məqsədlə nadir heyvanların ovlanması, nadir
bitkilərin yığılması qadağan edilmiş, biocoğrafi qanuna əsaslanan optimal şəraitin
saxlanması təşkil edilmiş, yırtıcı heyvanların artımına nəzarət qoyulmuş və
orqanizmlərin areal daxilində normal inkişafını tə’min etmək üçün dövlət
səviyyəsində müxtəlif qərarlar qəbul edilmişdir.
Biocoğrafi biliklər tətbiq etmədən insan sağlamlığı uğrunda mübarizə
aparmaq mümkün deyil. Biocoğrafiya həmdə tibbi baxımdan geniş sahəlidir.
Biocoğrafiya göbələklərin və mikroorqanizmlərin coğrafiyası ilə məşğul
olduğundan insanların sağlamlığına tə’sir edən – virus, bakteriya, göbələklər,
parazitlər və digər orqanizmlərin mə’lumatlar toplusundan ibarətdir. Ətraf mühitin
xüsusiyyəti ondakı xəstəlik yayan, xəstəlik törədən orqanizmlərin olub-olmamasilə
müəyyənləşdirilir. Bitki və heyvanların bir çoxu özlərində olan xəstəlikləri
(tulzarema xəstəliyini insana ağcaqanad, hünü, göyün, nəmlik milçəyi keçirir)
yalnız bitki və heyvanlara deyil, insanlara da yaya bilirlər. İnsanlar çox vaxt həmin
xəstəlik tö’rədən virus və mikrobların yayılıb törəməsində təbii mərkəzə çevrilirlər.
İNSANIN BU XƏSTƏLIKLƏRƏ TUTULMASI VƏ XƏSTƏLIYIN YAYILMA
INTENSIVLIYI TƏBII ŞƏRAITIN VƏZIYYƏTI ILƏ BAĞLIDIR. İNSANLAR TƏBII
MƏNBƏƏLI XƏSTƏLIKLƏRLƏ O ZAMAN XƏSTƏLƏNIRLƏR KI, ONLAR
BILAVASITƏ HƏMIN TƏBII MƏNBƏƏLI XƏSTƏLIKLƏRIN YAYILMASI ÜÇÜN
ƏLVERIŞLI OLAN ŞƏRAITƏ DÜŞÜRLƏR. ONA GÖRƏ TƏBII ŞƏRAITI DƏRK
Dostları ilə paylaş: |