30
Ən çox beyində, eritrositlərdə, əzələ toxumasında, qaraciyərdə, yumurtada
asetilfosfatidlər tapılmışdır.
Sfinqofosfatidlər.
Sfinqofosfatidlər (və ya sfinqomielinlər) sinir hüceyrə-
lərinin membranının əsasını təşkil edən eritrositlərin, qan zərdabının və orqanizmin
digər orqan və toxumalarının tərkibinə daxil olan spesifik lipidlərdir. Sfinqomie-
linlərdə (və ya sfinqofosfatidlərdə) qliserinin əvəzinə doymamış aminospirt-
sfinqozin olur və trans vəziyyətdə mövcud olur.
Müxtəlif toxumalardan alınmış sfinqofosfatidlər bir-birindən tərkibində olan
alifatik turşuya görə fərqlənirlər. Məsələn, beyin toxumasından alınmış sfinqofos-
fatidlərdə liqnotserin, nervon və stearin turşusu, dalaq və ağciyər sfinqofos-
fatidlərdə isə palmitin və liqnosterin turşusu tapılmışdır.
Sfinqomielinlərin tərkibində sfinqozin, yağ turşusu (ən çox stearin turşusu),
fosfat turşusu və xolin vardır.
Sfinqomielinlər ağ kristallik maddələrdir, efirdə həll olmur, oksigenə qarşı
davamlıdır, suda şişərək, özülü kolloid məhlul əmələ gətirir. Bunlar ən çox
beyində, dalaqda və ağciyərdə olur.
Dostları ilə paylaş: