Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə46/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   136
BIOKIMYA MUHAZIRELER

Nuklein turşuları (NT).
-  mononukleotidlərin müxtəlif sayda (minlərlə) bir-
birilə  efir  tipli  rabitə  ilə  birləşərək  oliqonukleotid  və  polinukleotid  zəncirindən 
ibarət yüksəkmolekullu biopolimerlərdir. Poliribonukleotidlərin (RNT) tərkibində  
                                        O 
                                                   ║ 
   N=C─NH
2
            OH─P─OH 
    │    │                                     │ 
HC   C─N          H  OH   O   H 
    ║     ║
         
CH  
│    │        │    │ 
 
   N─C─N ─── C─C──C─C─CH
2
OH 
                                         │        │ 
                                 H     H 
                                    O 
Adenil turşusu (Adenozin-3-fosfat) 


54 
 
purin  nukleotidlərindən  adenil  və  quanil  turşuları,  pirimidin  nukleotidlərindən 
sitidil  və  uridil  turşuları  olur.  Polidezoksiribonukleotidlərin  (DNT)  tərkibində  isə 
dezoksiadenil, dezoksiquanil, dezoksitidil və timidil turşuları mövcuddur. RNT-in 
əmələ gəlməsində pentozalardan riboza, DNT-də isə dezoksiriboza iştirak edir.  
RNT-  molekulunda  60-dan  6  minə  qədər  nukleotid  qalığından,  DNT  mole-
kulları isə 20-25 min və daha çox  (10 mln-a qədər) nukleotiddən əmələ gəlir. Dörd 
xromosomu  olan  DNT  molekul  kütləsi  11,3∙10
10 
Da-dur. Belə DNT  molekulunun 
uzunluğu 2,1 sm-ə çatır. Bu DNT molekulunda 62 mln nukleotid cütü mövcuddur.  
İnsanların somatik hüceyrələrinin nüvəsində 23 cüt xromosom yerləşir. Hər 
bir hüceyrədə bir molekul DNT olur. İnsanın bir hüceyrə toxumasında 46 molekul 
DNT olur. İnsanın bir hüceyrə toxumasında olan 46 molekul DNT-in uzunluğu 2 
metrə  çatır.  Onda  olan  nukleotid  cütlərinin  sayı  3,2  mlrd.  Son  zamanlar  DNT-in 
yeni  A,  B,  C,  D,  Z  formaları  müəyyən  edilmişdir.  A-formada  polinukleotid 
zəncirində azot əsasları aralı, B- formada isə yaxın yerləşir. O. biri C, D, Z forma-
larında isə qarışıq halda yerləşirlər.  
Nuklein  turşularının  molekullarında  nukleotidlərin  yerləşmə  ardıcıllığına, 
onların 
birincili quruluşu
 deyilir. 
Nuklein  turşusu  molekullarını  təşkil  edən  monomerlərin  (nukleotidlərin) 
fəzada tutduğu mövqe (fəza konfiqursiyası) onların 
ikincili quruluşu
 adlanır.  
RNT-in  4  növü  məlumdur.  Bunlar  miqdarına,  tərkiblərinə,  xassələrinə  və 
funksiyalarına görə bir-birindən fərqlənirlər.  
1) Ribosom-rRNT-si hüceyrədə olan bütün RNT kütləsinin 80-85%-ni təşkil 
edir.  Onun  molekul  kütləsi  1,7  mln  Da  şatır.  3-6  min  nukleotiddən  əmələ  gəlir. 
Onların  80-84%-i  spirallaşmış  haldadır.  Sadə  zülallarla  birləşərək  ribonukleo-
proteid  hissəcikləri  yəni  ribosomları  əmələ  gətirir.  rRNT-in  funksiyası  tam 
aydınlaşdırılmamışdır. 
2) Nəqliyyat-nRNT-si hüceyrədə olan bütün RNT kütləsinin 15% - ə qədəri-
ni  təşkil  edir.  Onların  molekul  kütləsi  35000  Da  çatır  60-90  mononukleotiddən 
təşkil  olunmuşdur.  nRNT-in  funksyası  hüceyrədə  aminturşularını  zülalların  sintez 
olunduğu    yerə-ribosoma  daşımaqdan  ibarətdir.  nRNT  hüceyrədə  həll  olmuş 
haldadır. Onun molekulunda minor aminturşularının sayı digər RNT-dən artıqdır. 
3) Məlumat-mRNT hüceyrədə olan bütün RNT - kütləsinin 5% - ə qədərini 
təşkil  edir.  Onun  molekul  kütləsi  300  min-dən  4  mln  Daltona  çatır.  mRNT-sı 
hüceyrə  nüvəsində  DNT-ın  iştirakı  ilə  sintez  olunur.  mRNT-sı  funksiyası  sintez 
olunacaq  zülal  molekulunun  quruluşu  haqqında  olan  məlumatı  hüceyrənin 
nüvəsindən  ribosoma  aparmaqdır.  Orqanizmdə  saysız  hesabsız  zülal  molekulu 
sintez olunur. Bunların hər birinin sintezi spesifik mRNT-sı vasitəsilə idarə edilir. 
4)  Virus  -  vRNT-sı  virusların  və  faqların  tərkib  hissəsidir.  Onlar  virusun 
(hüceyrə sahibinin) çoxalmasında informasiya rolu-nu oynayır. Molekul kütləsi 2 –  


55 
 
15 mln Dalton arası dəyişir. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə