Biologiya aze metodik


ORQANLAR SİSTEMLƏRİMİZİ QORUYAQ



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə158/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   153   154   155   156   157   158   159   160   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

ORQANLAR SİSTEMLƏRİMİZİ QORUYAQ
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  istər  milli 
dövlət çi lik,  istərsə  də  sosial­iqtisadi  və  mədəni  quruculuq  sahəsində 
əsaslı islahatlar apar mışdır. Bütün sahələrdə olduğu kimi, təhsil sistemin­
də də inkişaf prosesi get mək də dir. İctimai­siyasi həyatda baş verən qlo­
ballaşma  və  modernləşmə  təhsil  sis te minin  tək milləşdirilməsini  də  mü­
hüm bir vəzifə kimi irəli sürür. Burada aparıcı amillərdən biri də milli təhsil 
sahəsində dünya standartlarına uyğun fundamental is la hatların aparılma­
sı, təhsilimizin milli və ümumbəşəri dəyərlər, demokratik və dün yəvi prin­
siplər  əsasında  xalqımızın,  millətimizin  tarixinə,  mənəviyyatına,  milli 
ənənələrinə müvafiq şəkildə qurulmasıdır.
Artıq təhsilin məzmununda köklü dəyişikliklər gedir. Bütün siniflərdə fənn 
kurikulumları tətbiq olunur. Şagirdyönlü, şəxsiyyətyönlü, nəticəyönlü, tə­
ləb yönlü təhsilə üstünlük verilir. Bu baxımdan, əvvəldə də qeyd etdiyimiz 
kimi, təlim strategiyalarında, yəni təlimin təşkilinə verilən tələblərdə, təli­
min  forma  və  üsullarının  müəyyənləşdirilməsində,  eyni  zamanda  təlim 
fəaliyyətinin plan laş dırıl ma sında da dəyişikliklərin, yeniliklərin edilməsi la­
büddür. İnkişafın əsa sın da insan amilinin durduğunu nəzərə alaraq ölkə­
mizdə təlimin təşkilinə xüsusi əhəmiyyət verilir. Bu məqsədlə ənənəvi təh­
sil sisteminin təkmilləşdirilməsi və ye niləş diril məsi istiqamətində layihələr 
həyata  keçirilməkdədir.  Artıq  təlimin  təş ki linə  verilən  tələblər,  təlimin 
məzmunu dəyişməkdədir. Müasir təlimin təşkilinə ve rilən tə ləblərin: bəra­
bər imkanların yaradılmasının, şagirdyonümlülük, inkişaf yönüm lülük, fəa­
liyyətin  stimullaşdırılmasının,  dəstəkləyici  mühitin  yaradılmasının,  peda­
qoji prosesin tamlığı olduğunu nəzərə alaraq deyə bilərik ki, təlimi düz­
gün təşkil etmək üçün şagirdlərin fizioloji xüsusiyyətlərini nəzərə almaq 
vacib şərtdir. 
Təlim  prosesində  şagirdlərin  hər  bir  yaş  dövrü  üçün  xarakterik  olan 
xüsusiy yətləri  nəzərə  alaraq,  fənnin  tədrisi  zamanı  təlim  strategiyaların­
dan düzgün is ti fadə olunarsa, şagirdlərdə zehni yorğunluq hallarını ara­
dan qaldırmaq, onların dü şün mə və tədqiqatçılıq qabiliyyətini inkişaf et­
dirmək,  təhsilə  marağını  artırmaq  müm kündür.  Təhsilə  bu  cür  yanaşma 
şagirdlərin düşünmə qabiliyyətini və müstəqil olaraq bilik əldə etmək ba­
carığını inkişaf etdirir. 


171

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə