Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə160/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   153   154   155   156   157   158   159   160   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

BİOLOGİYA 
8
Dərs  mühiti  45  dəqiqə  ilə  yekunlaşmır.  Təkcə  digər fənn  müəllimləri  ilə 
əmək daşlıq da yetərli deyil. Siz valideynlə əməkdaşlığı da öz iş planınıza 
daxil etmə lisiniz. Çünki sizin şagirdlərin daimi təmas obyektləri valideyn­
dir. Valide yn lərlə söhbətlər etmək, problemləri olan şagirdlərin valideyn­
lərini öz iş şəraitinə cəlb et mək, övladının inkişafı üçün birgə əməkdaşlıq 
planları  qurmaq  vacibdir.  Siz  yalnız  bütün  imkanlardan  istifadə  edərək 
dərsinizin keyfiyyətinin yüksəldilməsi yollarında irəliləyə bilərsiniz. 
Yalnız müxtəlif resurslarla, maraqlı motivasiya ilə, eləcə də tədqiqat işi ilə 
əhatə olunmuş dərs keyfiyyətdən xəbər vermir. Dərs mühitinin sağlam şə­
kildə idarə olunması təşkil olunmalıdır. Bəzən yüksək səviyyədə hazırlan­
mış  elektron  dərs,  qaydalara  müvafiq  hazırlanmış  iş  vərəqləri  və  s. 
səmərəsi olmayan bir dərsin görüntülənməsinə gətirib çıxarır. Müəllimin 
verdiyi tapşırıqlar, qrup bölgüsü, fərdi iş və s. tam bir qarışıqlıq halında 
ortaya  çıxır.  Dərsin  sonunda  şagird  heç  bir  nə ti cəyə  nail  olmadan  sinfi 
tərk edir. Bu baxımdan planlaşmanın düzgün aparılması ilə yanaşı, düz­
gün idarəçilik bacarığının da olması vacibdir. 
Dərsə  başlayarkən  müəyyən  qaydalar  tətbiq  edin,  çalışın,  bu  qaydalar 
vərdişə  çevrilsin.  Qrup  bölgüsü,  müzakirə  və  s.  məqamlarda  səs­küyün 
minimum  səviy yə yə  düşməsi  üçün  qızıl  qaydaları  qoymağı  unutmayın. 
Hətta bu qaydaların qrup qiymətləndirməsinə təsirini də vurğulayın. Şa­
girdlərin üzərinə bəzi məsuliyyətlər qoyun. Sinfin idarə olunmasında on­
lardan istifadə etmək olduqca yaxşı səmərə verir. Adətən, şagird ona gü­
vənən  müəllimin  etimadını  doğrultmağa  çalışır.  Onun  yaş  xüsusiyyəti 
belədir ki, o, özünütəsdiq üçün daim tələsir. Bu baxımdan belə bir fakt si­
zin işinizdə kefiyyət göstəricisi ola bilər. 
Bütün  bunlarla  yanaşı,  diqqətiniz  daim  bütün  sinif  üzərində  olsun.  Göz 
təması sizin əsas silahınızdır. Şagird ona baxan nəzərlərin olduğunu hiss 
edir, kənarda qalmadığını duyur və özünütəsdiqə çalışır. Sakit və anlaşılan 
səs tonu sizin işinizi daha da rahatlaşdıracaq. Dərsin gedişi zamanı müm­
kün  qədər  partalar  arasında  gə zişin.  Onlara  yönəldici  suallar  verməklə 
yardımlar edin. Lazım gələrsə, açar söz lərdən istifadə edin. Şagirdin daim 
ağır yük altında qalması dərsin səmərəsini itirə bilər. Şagirdlərə dərslərin 
gedişi zamanı adları ilə müraciət etməyə çalışın. Qar şıdurmalara yol ver­
məyin. Amma hər hansı bir səhv hərəkətin üzərində dəqi qə lərlə dayanıb  
dərsin  əlavə  vaxt  itkisinə  səbəb  olmayın.  Sizin  səhv  hərəkət  barədə 
uzun­uzadı  oxuduğunuz  “mühazirə”  şagirdlərə  yorucu  görünə  bilər.  Bu 


174
174
baxımdan  qay da ları  tez­tez  xatırlatmağınız  daha  səmərəli  nəticə  verə 
bilər. 
Vaxtdan  düzgün  və  səmərəli  istifadə  etməyə  çalışın.  Bu  səmərəliliyə 
birtərəfli yanaşmayın. Təkcə özünüzü düşünməyin. Bəzən müəllimlərin bir 
qismi “Mən əla dərs keçdim, hər şeyi dedim, tapşırıqlar verdim, refleksiya 
da etdim və bu, çox sə mərəli dərs oldu” deyə düşünür. Bu səmərəliliyə 
şagirdi düşünərək baxmaq daha düzgün olardı: “Bu gün şagird nə qazan­
dı? Onda hansı bilik və bacarıqlar for ma laşdı?” və s. 
Sizin  daim öz üzərinizdə çalışmağınız,  yeniliklərdən xəbərdar olmağınız, 
təc rübələrinizi bölüşməyiniz, başqalarının təcrübəsindən istifadəniz peşə­
kar inki şafınıza səbəb olacaqdır. Sizin inkişafınız  – formalaşan bir nəslin 
inkişafı

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə