Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə19/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

BİOLOGİYA 
8
Anlayışın çıxarılması
Bu  üsul  oyun­tapmaca  formasında  keçirilir  və  şagirdlərdə  yüksək  fəallıq  ya radır. 
Müəllim lövhədə dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb olunan an layışı 
yazır.  Kartın  yazı  olmayan  tərəfini  şagirdlərə  göstərir  və  gizlədilmiş  an la yışın 
xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır, yaxud yazır. Şagirdlər hə min 
xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar.
Əgər  şagirdlər  anlayışı  tapmaqda  çətinlik  çəksələr,  müəllim  əlavə  olaraq  yeni 
xüsusiyyətlər sadalayır.
Şagirdlər  öz  fərziyyələrini  dedikdən  sonra  müəllim  bu  tapmacanın  tapılıb­
tapılmamasını  hamıya  bildirir  və  kartoçkalarda  yazılan  sözləri  açıqlayır.  Məsələn: 
“Qida maddələri və həzm orqanları” mövzusunun təd risi zamanı dərsin moti va siya 
mərhələsində bu üsuldan istifadə edilə bilər.
Müzakirə
Müzakirə  mövzu  ətrafında  ideya,  məlumat,  təəssürat,  təhlil  və  təkliflərin  qar şılıqlı 
mübadiləsidir.  Onun  əsas  vəzifəsi  problemi  təhlil  edərək  həlli  yolunu  tap maq, 
düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır. Müzakirə dinləmək, təq dim 
etmək,  sual  vermək  mədəniyyətini  formalaşdırır,  şagirdlərin  məntiqi  və  tən qidi 
təfəkkürünü, şifahi nitqini inkişaf etdirir.
Müzakirə  apararkən  əvvəlcədən  şagirdlərə  müzakirə  qaydaları  xatırladılır.  Möv zu 
aydın şəkildə ifadə olunur. Müəllim müzakirə prosesini inkişaf etdirən suallar ver­
məklə  və  şagirdlərin  cavablarını  nəzərdən  keçirməklə  müzakirəni  tən zim lə yir.  Bu 
zaman cavabı “bəli” və ya “xeyr” olan qapalı suallar vermək məq sə də uy ğun hesab 
edilmir.
Müzakirədə  mövzuya  aid  “Nə  baş  verdi?  Nə  üçün  baş  verdi?  Bu  başqa  cür  ola 
bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Bu, düz idimi? Nə üçün?” kimi 
suallardan istifadə olunur.
Bu üsuldan istənilən mövzunun tədrisində istifadə oluna bilər.
?
yağ
süd
qatıq
tərəvəz
meyvə
çörək
makaron
ət
şirniyyat
kolbasa


16
Venn diaqramı
Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini mü əy­
yənləşdirmək üçün bu üsuldan istifadə olunur.

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə