Biologiya aze metodik


Venn diaqramından istifadə aşağıdakı mərhələlər üzrə aparılır



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə20/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

Venn diaqramından istifadə aşağıdakı mərhələlər üzrə aparılır:
1. Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir.
2. Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanılır).
3. I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur.
4.  Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə 
oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
5.  Müqayisə  olunan  obyektlər  təsvir  edilir:  (fərqli  cəhətlər  sağ  və  sol  tərəfdə, 
oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
6. Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir.
Məsələn:  “Tənəffüs  orqanlarımızı  qoruyaq”  mövzusunun  tədrisi  zamanı  Venn 
diaqramından is ti fadə oluna bilər.
Ziqzaq.
 Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən 
mənimsənilməsinə imkan yaradır.
Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı şagirdlər ye ni­
dən nömrələnir. Hər qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (ekspert qru­
pu) yaradılır.
Öyrəniləcək mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert qruplarına 
verilir.
Ekspert  qrupları  onlara  verilən  hissəni  oxumalı,  məzmununu  qavramalı  və  öz 
əvvəlki qrupuna qayıdaraq öyrəndiyi hissəni onlara danışmalıdır.
Müəllim  informasiyanın  dəqiq  verildiyinə  əmin  olmaq  üçün  suallar  verə  bilər. 
Məsələn: “Vitaminlər”, “İnstinkt, düşüncəli fəaliyyət və təfəkkür” və s. mövzuların 
tədrisində bu üsuldan istifadə etmək olar. 
Karusel.
  Dərsdən  əvvəl  iri  ağ  kağızlarda  (vatman)  mövzuya  aid  suallar  yazılır. 
Müəllim qruplara müxtəlif suallar yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxu­
yur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə 
qrup lara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axır da 
öz  qrupuna  qayıdır.  Müəllim  bu  kağızları  yazı  lövhəsinə  yapışdırır  və  bütün 
vərəm
bronxit


17

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə