Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə21/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

BİOLOGİYA 
8
sinifcavabları müzakirə edir. Məsələn: “Ətraf mühiti qoruyaq” möv zu sunun təd­
ri sində bu üsuldan istifadə etmək məqsədəuyğundur.
Qərarlar ağacı
 
 Bu üsul qərarların qəbul edilməsi zamanı alternativ yolları araşdırmaq və təh lil 
etmək məqsədi daşıyır.
 
 Müzakirə  olunacaq  problem  müəllim  tərəfindən  izah  edilir  və  onun  həlli 
yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilır. 4–6 nəfərdən 
iba rət qruplarda şagirdlər problemin həlli yollarının üstünlüklərini və çatış maz­
lıqlarını təhlil edir, onları “+” və ya “–” işarəsinin qarşısında müvafiq qaydada 
qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü örtülür.
 
 Bütün qrupların təqdimatından sonra müəllim əldə olunmuş nəticələri ümu­
mi ləş dirmək üçün müzakirə aparır. 
Problem
Problemin həlli 
yollarının mənfi və 
müsbət tərəfləri
Problemin həlli yolları
1­ci həll yolu
2­ci həll yolu
3­cü həll yolu


Qərar: 
“Zərərli vərdişlərə yox deyək!”, “Ətraf mühiti qoruyaq” və s. mövzuların təd ri sin­
də bu üsuldan istifadə etmək mümkündür.
İNSERT.
  Bu  üsul  dərslikdəki  mətnin  aktiv  fəaliyyətlə,  yəni  şagirdin  öz  mü­
nasibətini bildirərək oxunmasıdır. Şagird mövzudakı fikirlərə münasibətini qəbul 
edilmiş işarələrlə (“

” – bu məlumat mənə tanış idi, “–” – bu məlumat mənim 
əv vəl lər bildiyimi inkar edir, “+” – bu məlumat mənim üçün yenidir, “?” – bu mə­
sə lə yə dair əlavə məlumat almaq istərdim) bildirir. Dərslikdəki mətn oxun duq­
dan sonra ümumiləşdirmələr aparılır və qeyd olunur.



“ – ”
“+”
“?”
İlk növbədə məlum biliklər təsdiq edilir, yeni bilik və informasiyaları öyrən mək 
üçün gələcək fəaliyyət planlaşdırılır. Bu üsuldan istənilən mövzunun təd ri sin də 
istifadə etmək mümkündür.
Layihələr şagirdlərin tədqiqatçılıq qabiliyyətlərini həm üzə çıxarır, həm də inkişaf 
etdirmiş olur. Bu eyni zamanda şagirdlərdə əməkdaşlıq, işi düzgün plan laş dırma, 
yaradıcılıq bacarıqlarının da inkişafına təkan verir. Mövzu üzrə problem müəl lim 
tərəfindən  konkret  və  düzgün  müəyyən  edilməli,  şagirdlərə  seçmək  imkanı 
verilməlidir.

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə