Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə36/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

BİOLOGİYA 
8
 
cavab landıra biləcəyi suallar aid edilir. 3­cü və 4­cü səviyyəyə daha hazırlıqlı 
şagirdlərin  cavablandıra  biləcəyi  suallar  aid  edilir.  Səviyyələr  üzrə  sualların 
qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə 
tutulur:
– 1­ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%­ni (və ya 20 bal) təşkil edir;
– 2­ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%­ni (və ya 30 bal) təşkil edir;
– 3­cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%­ni (və ya 30 bal) təşkil edir;
– 4­cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%­ni (və ya 20 bal) təşkil edir.
  
Üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) 
səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak et mə­
yən təhsilalanın kiçik summativ qiymətləndirmədə iştirak etməməsi yarımillik 
balların hesablanmasında nəzərə alınmır. Təhsilalanın iştirak etmədiyi kiçik sum­
mativ  qiy mətləndirmə  növbəti  kiçik  summativ  qiymətləndirməyədək  təşkil 
edilir.
  
Üzrsüz  səbəbdən  kiçik  summativ  qiymətləndirmədə  iştirak  etməyən  təhsil­
alanların həmin qiymətləndirmə üzrə balı “0” qəbul edilir və yarımillik balların 
hesablanmasında nəzərə alınır.
  
Summativ  qiymətləndirmədə  iştirak  etməyən  təhsilalanlar  üçün  sinifdə  isti­
fadə olunan eyni səviyyəli yeni qiymətləndirmə vasitələri (test, imla, inşa, ifadə, 
ça lışma) hazırlanır.
  
Təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13­cü bəndi nəzərə 
alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qay­
dada müəyyənləşdirilir:
30­dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə;
30­dan 60­dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə;
60­dan 80­dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə;
80­dən 100­dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.
  
Biologiya  fənni  üzrə  yarımillik  bal  kiçik  summativ  qiymətləndirmələrdə 
toplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:
1
2
...
40
60
.
.
100
100
n
ksq ksq
ksq
Y
BSQ
n
+
+ +
=
+
 
Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır.


30
Yuxarıda da qeyd etdiyimiz kimi, illik planlaşdırma aparılarkən məktəbin im kan­
ları  ilə  yanaşı,  şagirdlərin  yaş  xüsusiyyətlərinin,  öyrənmə  tərzlərinin  də  nəzərə 
alınması  vacibdir.  Bir  sinifdə  müxtəlif  yollarla  öyrənə  bilən  şagirdlər  vardır. 
Müasir  dərsdə  müxtəlif  təlim  üsul  və  formalarından  istifadə  etmək  vacibdir. 
Lakin  bəzən  öyrənmə  tərzinizə  üstünlük  verməniz  sinfinizdəki  digər  yollarla 
öyrənən  şagird l ə ri niz  üçün  məqsədəuyğun  olmaya  bilər.  Bunun  üçün  sizə  ən 
çox üstünlük verilən öy rənmə tərzləri ilə bağlı qısaca məlumat vermək istərdik: 
  
 

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə