Biologiya aze metodik


III  Tədris vahidi: Orqanlar sistemlərimizi qoruyaq



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə5/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

III 
Tədris vahidi: Orqanlar sistemlərimizi qoruyaq
1. 
Orqanlar sistemlərimiz nizamla çalışır ....................................................................
157
2. 
Orqan nəqli həyat verir ..............................................................................................
158
3.
 Zərərli vərdişlərə yox deyək! ....................................................................................
159
4.
 Ətraf mühiti qoruyaq ...................................................................................................
161
Ekskursiya .......................................................................................................................
163
Layihə ..............................................................................................................................
164
5.
 Ətraf mühit və orqanizm ...........................................................................................
165
III Tədris vahidi üzrə qiymətləndirmə vasitələrinə dair nümunələr ...................
167
Müəllimlərin peşəkarlığının artırılmasına dair tövsiyələr ......................................
170
İstifadə olunmuş və müəllimin istifadə edə biləcəyi ədəbiyyat ..........................
175


5
D Ə R S L İ K   K O M P L E K T İ   H A Q Q I N D A
Hörmətli müəllimlər! Həmişə olduğu kimi, indi də təbiət fənlərinin öyrə nil mə-
sinə çox böyük maraq və ehtiyac duyulur. Azərbaycan Respublikasının ümum təh-
sil  məktəbləri  üçün  8-ci  sinif  Biologiya  fənn  proqramı  (kurikulumu)  nəti cə yö-
nümlü,  şagirdlərin  meyil,  maraq  və  qabiliyyətlərinə  əsaslanan,  fənnin  xa rakterik 
xü su siy yətlərini, məqsəd və vəzifələrini, məzmununu, təlim stra tegiyalarını və şa-
gird nailiyyətinin qiymətləndirilməsini özündə əks etdirən kon septual bir sə nəd dir.
Biologiya fənn proqramı (kurikulumu) ümumi orta və tam orta təhsil səviyyəsi 
üçün nəzərdə tutulur. Şagird ümumi orta təhsil səviyyəsində canlılar aləminin 
öyrənilməsində daha dolğun bilik və bacarıqlara yiyələnir. Tam orta təhsil sə viy-
yəsində isə artıq həyata hazırlanan şagird təbiətin ayrılmaz hissəsi olan canlılar 
alə mini tam dərketmə səviyyəsinə çatmış olur. 
Biologiya fənn proqramında (kurikulumunda) canlılar aləmi barədə bi lik və baca-
rıqlar  Biologiyanın  elm  sahələrinin  (botanika,  zoologiya,  insanın  anatomiya,  fi-
ziologiya və gigiyenası, ekologiya və s.) ayrı-ayrılıqda təqdim edilməsi ilə deyil, 
canlılar aləminin quruluşunun, onlarda baş verən fiziki, kimyəvi, bioloji pro ses-
lə rin, canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinin vəhdətində təq-
dim edil miş dir. Bununla da canlılar aləminin və bütövlükdə dünyanın vahid bir 
sistem kimi qavranılmasına nail olmaq olar.
Öyrədiləcək məzmun kurikulumda məzmun standartları şəklində verilir ki, bun-
lar da məzmun xətləri üzrə qruplaşdırılır. Məzmun standartları özü də əsas və 
alt standartlara ayrılır. Əsas standart hər bir sinfin sonunda şagirdlərin nail ola-
caq ları ümumi təlim nəticələridir. Alt standartlar isə həmin əsas standarta çat-
maq üçün nə zərdə tutulmuş daha sadə təlim nəticəsidir ki, buna uyğun olaraq 
mövzular, təlim məqsədləri, strategiya müəyyənləşdirilir. 
Alt standartlar sinifdən sinfə keçdikcə dəyişir ki, bu da müəllimlərə şagirdlərin 
nailiyyətlərini izləməyə kömək edir. Standartlarda öz əksini tapan məzmun şa-
girdin bi liyinin (deklarativ, prosedural, kontekstual) və bacarığının (idraki, emo-
sional, psi xomotor) formalaşdırılmasına xidmət edir ki, bunlar da təlim məqsəd-
lərinin müəy yən olunmasına şərait yaradır. 
Bu  dərslik  komplekti  Azərbaycan  Respublikasının  ümumtəhsil  məktəblərinin 
8-ci sinif Biologiya fənn proqramına (kurikulumuna) əsasən hazır lan mışdır. 
Dərslik komplekti dərslik və me todik vəsaitdən ibarətdir. 
Dərsliyin və bu dərslikdən daha effektiv istifadə üçün nəzərdə tutulan metodik 
vəsaitin hazırlanması prinsiplərini nəzərinizə çatdırmaq istərdik. Dərslikdə Bio-
logiya fənn proqramının (kurikulumunun) məzmununa daxil olan bütün məz-
mun standartları reallaşdırılmışdır. Standartların reallaşdırıldığı bü tün mövzular-


6
da maksimum səviyyədə şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmış, on ların 
sadə dildə və lakonik olmasına çalışılmışdır. Bu məqsədlə çoxsaylı sxem lərdən, 
şəkillərdən,  praktik  tapşırıqlardan  istifadə  olunmuş,  yeni  sözlərin,  ter min lə rin 
izahına, maraqlı məlumatlara, layihə və ekskursiya dərslərinə yer ayrıl mış dır. Tə-
lim  materialları  sadədən  mürəkkəbə  düzülmüş,  məntiqi  və  xrono loji  ar dı cıllıq 
nə zərə alınmışdır. Hər bir mövzu, verilmiş sual və tapşırıqlar şagirdlərin mən tiqi, 
tənqidi və yaradıcı təfəkkürünün inkişafına, eyni zamanda xüsusi qayğıya eh ti-
yacı olan şagirdlərin nailiyyətlərinin yük səl dil məsinə yönəldilmişdir. Ümid edi rik 
ki, bu tapşırıqlar sizlərə standartları real laş dır maqda kö məklik göstərəcəkdir.
Dərslikdəki mövzuların hər biri aşağıdakı kimi qruplaşdırılmışdır:
A
  
Motivasiya.
 Mövzu ilə bağlı problemli situasiya yaradılır və əksər hallarda 
suallarla yekunlaşdırılır.
B
  
Araşdırma məqsədilə verilmiş tapşırıqlar.
 Bu, maraq yaradılan ha di sə lə rin 
araş dırılmasına  yönəlmiş  tədqiqat  xarakterli  tapşırıqlardan  ibarətdir.  Bu 
bənd də verilmiş laboratoriya işləri, təcrübələr, müxtəlif tipli tapşırıqlar həm 
fərdi, həm də qrup şəklində icra oluna bilər. 
C
  
Yeni biliklər.
 Mövzu ilə bağlı izahatlar, dərsin əsas məzmunu dərsliyin bu 
hissəsində verilir.
D
  
Maraqlı məlumatlar.
 Mövzu ilə bağlı statistik məlumatlar, maraqlı faktlar və 
hadisələr haqqında məlumatlar verilir.
B
C
C
F
A
11

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə