Biologiya İxtisas: Biologiya Kafedra: Moleykulyar biologiya və biotexnologiyalar


Mikroorqanizmlərin təbiətdə yayılması



Yüklə 46,04 Kb.
səhifə3/4
tarix31.12.2021
ölçüsü46,04 Kb.
#81572
1   2   3   4
Mikroorqanizmlər

2. Mikroorqanizmlərin təbiətdə yayılması

Torpağın mikrobiotası.Mikroblar təbiətdə geniş yayılmışdır. Onlara torpaqda, suda, havada, bitkidə, heyvan orqanizmində, okeanların dərinliyində, hündür dağların zirvələrində, Arktika buzlarında və qızmar səhralarda təsadüf edilir. Təbiətdə mikrobların geniş yayılması ilk dəfə L.Paster müəyyən edilmişdir3. Mikroorqanizmlərin xarici mühitin amilləri ilə (işıq, istilik, qida maddəsi, torpağın mühit reaksiyalı və s.) qarşılıqlı münasibətini və o mühitə uyğunlaşaraq yaşamaq xüsusiyyətlərini öyrənən elm ekologiya adlanır.

Mikroorqanizmlərin belə geniş yayılmasının əsas səbəbi onların kiçik ölçüyə, az çəkiyə mali çoxalmalarıdır. Digər canlılar kimi mikroorqanizmlərin ilk tarixi beşiyi su mühiti olmuşdur. Sonrakı geoloji dövrlərdə torpağın əmələ gəlməsi ilə əlaqədar olaraq mikroorqanizmlər üçün artıq torpaq mühiti əsil yaşayış yeri olmuşdur. Su havaya nisbətən mikroorqanizmlərlə daha zəngindir.

Bunun əsas səbəbi torpaqda mikroorqanizmlərin inkişafını təmin edən hər bir şəraitin olmasıdır. Onlar qidalanmaq üçün kifayət qədər üzvi və mineral maddələr, nəmlik, oksigen, mühit reaksiyası və s. Təmin etməklə bərabər, torpaq zərrəcikləri günəşin öldürücü təsirindən bu xırda canlıları qoruyur.

Hesablamalar göstərir ki, çürüntülü torpağın 2 olan qatının 1 qr torpağında 1-dən 10 milyarda qədər bakteriya, 20 milyon şüalı göbələk, 100 minə qədər göbələklər, 100 min yosunlar, 1 milyona qədər ibtidailər və s. olur.

Mikroorqanizmlər torpaqda heyvan və bitki qalıqlarını sadə mineral birləşmələrə parçalayıb, onları yenidən bitkilərin və heyvanların istifadəsinə qaytarırlar. Bitkilərin karbohidratlı qidası üzvi maddələrin mikroorqanizmlər tərəfindən CO2-yə qədər parçalanması nəticəsində əmələ gəlir. Torpaqda mənimsənilə bilən azotlu maddələr də mikroorqanizmlərin iştirakı ilə əmələ gəlir. Torpağın fiziki və kimyəvi xüsusiyyətlərindən asılı olaraq, oradakı mikroorqanizmlər həm sayca, həm də növ tərkibinə görə dəyişirlər. Torpağın mikrobiotasına onun tipi, ilin fəsilləri, torpağın şumlanması, ona müxtəlif gübrələrin verilməsi və s. böyük təsir göstərir.

Aparılan mikrobioloji təhlillər göstərir ki, 1 q çox məhsuldar torpaqda orta hesabla 50 milyard və daha çox mikroorqanizmlər vardır ki, bunların ən çox miqdarı yaz və payız fəsillərinə təsadüf edir.

Torpağın mikrobiotası öz müxtəlifliyi ilə də kəskin fərqlənir. Burada qeyd olunduğu kimi, onda bakteriyalar, aktinomisetlər, maya və kif göbələkləri, yosunlar, ibtidailər və s. yayılmışdır.

Torpaq mikroorqanizmləri arasında həm saprotof həm də xəstəlik əmələ gətirən növlərə, yəni patogenlərə rast gəlmək olar.

Saprotrof bakteriyalardan əsasən kokkları (Microc albus, Microc candidaus, Microc cereus flarus, Microc raseus), çöp formalılardan üzvi maddələrin parçalanmasında iştirak edən Bact.proteus vulgaris, Bac.subtilis, Bac.megaterium, Bac.mesentericum, Bac.my-coides, Bac.cereus, Bac.virgulus və digərlərini qeyd etmək olar.

Bunlarla yanaşı, torpaqda çoxlu miqdarda nitritləşmə aparan, azot fikse edənlər, sellülozanı parçalayanlara da rast gəlmək olur. Xəstəlik əmələ gətirən bakteriyaların sporlu formaları da torpaqda geniş yayılmışdır. Bu sporlar torpaqlarla əlaqədar olan yaralanmalar zamanı orqanizmə düşüb tetanus, qarayara, qazlı qanqrena kimi ağır xəstəliklər törədə bilirlər. Aktinomisetlər mikroorqanizmlərin ümumi miqdarının 10-30%-ni təşkil edirlər. Bunlar əlverişli mühitdə çoxlu spor əmələ gətirməklə hədsiz çoxalır. Aktinomisetlər az rütubət sevəndirlər. Mikroorqanizmlərin miqdarı torpaq qatlarında qeyri-bərabər yayılmışdır. Onların ən çox sayı 5-10 sm torpaq qatında müşahidə |olunur. Torpağın ən üstündə, quraqlıq və günəş şüalarının təsirinə məruz qaldıqlarından mikroorqanizmlər sayca çox az olurlar. Torpağın dərinliyi artdıqca mikroorqanizmlərin miqdarı da azalır. Bu |da mikroorqanizmlərə lazım olan qida maddələrinin, eləcə də |oksigenin aşağı qatlara getdikcə azalması ilə əlaqədardır.
Suyun mikrobiotası canlı təbiətdəki varlıqlar üçün xüsusi əhəmiyyətə malik olan suda müxtəlif növ mikrobların olması məqsədəuyğun deyildir. İçilən su tərkibində patogen mikrobların olması ilə insan və heyvanlarda müəyyən xəstəliklərin əmələ gəlməsinə, texniki məqsədlə işlədilən su isə bir çox məhsulların vaxtından əvvəl xarab olmasına səbəb olur. Bakteriyalar su sevən – hidrofil orqanizmlər olduğuna görə, su mühitində onlar çox olur və yaxşı inkişaf edirlər. Çünki su mühitində oksigen, azot, karbon qazı, kükürd, dəmir, fosfor və s. birləşmələr həll olmuş şəkildədir. Su mühitində yaranan belə şərait müxtəlif fizioloji qrup mikroorqanizmlərin inkişafına səbəb olur. Suya mikroorqanizmlər əsasən torpağın səthindən, qismən də havadan, yağış və tozla düşür.

Ona görə də torpaqda və havada olan mikroorqanizmlərə çox vaxt suda rast gəlmək olur. Bunlarla yanaşı, suda bir çox su mühitinə uyğunlaşmış spesifik mikrobiotaya da təsadüf olunur. Sularda geniş yayılmışlardan Bact.aquatilis (aqyatilus), Micrococcus candicans, Pseudmonas fluorescens, Micrococcus rascus, Bact.violaceum, Spirillum rubrum və başqalarını göstərmək olar. Müxtəlif su mənbələrinin mikrobiotası ferqlənir. Artezian quyularının və bulaqların suyu demək olar ki, mikrobsuz olur (1 ml- də 10 ədəd). Belə sulara mikroorqanizmlər yalnız xaricə çıxandan sonra düşə bilir. Su mənbələrinin çirklənməsinə səbəb yaşayış məskənlərinin suya yaxın olmasıdır, çünki həmin sulara müxtəlif tullantılar və kanalizasiya suları da qarışa bilir. Üzvi maddələrlə zəngin olan belə sularda mikroorqanizmlər hədsiz çox olur. Dəniz və göllərdə isə sahildən uzaqlaşdıqca mikrobların miqdarı azalır. Suyun temizlik dərəcəsi 1 ml suda olan saprotrof mikrobların sayına görə müəyyən edilir.

1 ml-də 100-ə qədər saprotrof bakteriya edilir. Bu mikrobların sayı 100-500 qədər olduqda, belə su şübhəli və 500-dən artıq olduqda isə çirkli su hesab olunur. Belə suyu xüsusi süzgəclərdən süzdükdən və ya qaynatdıqdan sonra istifadə etmək olar. Yağış suyunda mikroblar çox az olur.

Çirkli sularda xarakterik mikrob növləri müşahidə olunur. Bunlardan Leptomitus lacteus, Sphacrotilus və Beggiatoa cinsinin nümayəndələrini, çürüdücü bakteriyaları göstərmək olar. Əhali tərəfindən işlənilən suya mikroblar xəstə adamların və ya heyvanların ifrazatı vasitəsilə düşə bilər və belə sular bəzən qanlı ishal, vəba, qarın yatalağı xəstəliklərinin yayılmasına səbəb olur. Buna görə də əhalinin istifadə etdiyi suyun mikroblarla nə dərəcədə çirklənməsi nəzarət altında olur. Sularda patogen bakteriyaları tapmaq çətin olduğundan, suyun çirklənmə dərəcəsi onda olan bağırsaq çöplərinin (Escherichia coli) miqdarı (titri) ilə aydınlaşdırılır. Əgər su insan və ya heyvan nəcisi ilə çirklənibsə, belə suda bağırsaq çöpləri həmişə çox olur. Ona görə də bu çöplər çirkli su üçün indikator hesab olunurlar.

Səhiyyə nöqteyi-nəzərincə suyun təmiz yaxud natəmiz olmasını bilmək üçün əsasən 3 göstəricidən istifadə edilir. Bunlara: 1) suyun 1 ml-də olan saprotrof mikrobların ümumi miqdarı; 2) suyun koli-titri; 3) suyun koli-indeksi aiddir.

Saprotroflar–hazır üzvi maddələrlə qidalanan bitkilərdə

olan mikroblar. Saprotroflar qidalanma üsuluna görə heterotrof orqanizmlərə aid edilir. Saprotroflar qida maddələrini başlıca olaraq cəsədlərdən, yaxud müxtəlif üzvi qalıqlardan alırlar. Bununla saprotroflar digər heterotrof orqanizmlərdən – parazitlərdən(biotroflardan) və simbiotroflardan fərqlənirlər. Təbiətdə maddələrin dövranında saprotrofların böyük rolu vardır. Bunlar üzvi maddələri ardıcıl şəkildə sadə qeyri-üzvi maddələrə çevirir ki, bunlardan da avtotrof orqanizmlər istifadə edir.

Yoxlanılan suyun bağırsaq çöpü tapılan ən az titri hesab edilir.

Koli-titr, içərisində bağırsaq çöpü tapıla biləcək suyun ən az həcminə deyilir. Koli-indeks isə 1 litr tədqiq olunan sudakı bağırsaq çöplərinin miqdarıdır. Yaxşı içməli suyun koli-titri 333 və ya koli-indeksi 3 olmalıdır.

Suda bağırsaq çöplərinin miqdarı çox, yəni koli-titri aşağı olduqda müxtəlif təmizləmə üsullarından istifadə edilir.

Bakterioloji cəhətdən şübhəli su süzülmə, xlorlaşdırma və ultrabənövşəyi təsir ilə təmizlənə bilir. Mikroorqanizmlərlə zəngin və bulanıq sular zəy, alüminium-sulfat, dəmir-sulfat kimi koaqulyantlarla çökdürülürlər.

İçmək üçün çay və ya su hövzələrinin suyundan istifadə olunursa, belə su müvafiq süzgəclərdən keçirilməlidir. Bu məqsədlə xüsusi təmizləyici qurğulardan da istifadə olunur

Sənayenin inkişafı ilə əlaqədar olaraq istər şirin və istərsə də duzlu göllərə, dənizlərə külli miqdarda sənaye və məişət suları daxil olur. Xüsusilə göllərin çirklənmədə vacib məsələdir. Burada iki cür çirklənmədən mühafizə nəzərə çarpır: təbii və insan fəaliyyəti ilə əlaqədar çirklənmələr.

Təbii çirklənmə həmişə baş verir və nisbətən az qorxuludur. Lakin insan fəaliyyəti nəticəsində sulara daxil olan sənaye tullantıları, radioaktiv maddələr, neft məhsulları, pestisidlər və s. suların daha zərərli çirklənməsinə səbəb olur.

Su hövzələrinin təmizlənməsini suda yaşayan xırda orqanizmlərin fəaliyyəti ilə, oraya daxil olan çirkləndirici maddələri oksidləşdirməklə təmin etmək olar. Deməli, öz-özünə təmizlənmə intensivliyi suyun oksigenlə zənginliyindən, temperaturasından, ilin fəsillərindən və s. asılıdır. Öz-özünə təmizlənmənin ilk mərhələsində üzvi maddələrin parçalanma məhsulları ilə qidalanan bakteriyalar, göbələklər və ibtidai su orqanizmləri iştirak edirlər.

Suyun tullantılarla zənginləşən üzvi, oksidləşməmiş mineral maddələrdən təmizlənməsi prosesi aerob və anaerob mikroorqanizmlərlə gedir.

Aerob şəraitdə bu maddələrin parçalanma prosesi axıra kimi intensiv gedir, nəticədə H2O, CO2, H2, nitrat və sulfatlar əmələ gəlir.

Anaerob şəraitdə isə proses zəif getdiyindən, su tədricən təmizlənir və alınan aralıq məhsullar H2, ammonyak, kiçik molekullu yağ turşularından ibarət olur. Bunlar da canlılar üçün zəhərlidir. Bunu nəzərə alaraq, çirkab sularının bioloji təmizlənməsi torpaq sahələrində aparılır. Bu məqsədlə biosüzgəclər, aerosüzgəclər və aerotenklər daha geniş tətbiq olunur.

Atmosfer havasının mikrobiotası. Mikroorqanizmlər havaya əsasən küləklə torpaqdan çıxmış tozlarla yayılırlar. Lakin, hava mikroorqanizmlərin inkişafı üçün ən pis mühitdir. Burada həmin orqanizmlərə lazım olan qida, kifayət qədər rütubət yoxdur. Digər tərəfdən günəş şüaları hava mühitindən, torpağın üst qatına nisbətən daha sürətlə keçirlər. Buna baxmayaraq atmosferdə daima mikroorqanizmlərə təsadüf olunur. Xüsusilə atmosferin aşağı təbəqələrində həmişə mikroorqanizmlər daha çox olur. Qarlı dağların havasında, meşədə, dəniz üzərində mikrobların miqdarı az olur və 1m3 havada 4-5-dən artıq mikrob hüceyrəsi olmur. Bəzən tədqiqatçılar hətta stratosferın alt qatlarında da, 11 km hündürlükdə bakteriya və göbələk sporları tapmışlar. Əksər hallarda, havada torpaqda olan saprotrof mikroorqanizmlərə rast gəlmək olur. Bunlar arasında müxtəlif bakteriyalar, piqmentli sarsinalar, stafilokokklar, müxtəlif sporlu bakteriyalar, maya göbələkləri, aktinomisetlər, kif göbələklərinin sporları təsadüf olunur.

NƏTİCƏ

Mikroorqanizmlərin inkişafına təsir edən fiziki amillərə rütubət, temperatur, şüa enercisi, ultrasəs, qidalı mühitin qatılığı, osmotik və hidrostatik təzyiq, elektrik cərəyanı və s. aiddir.

Mikroorqanizmlər rütubətə olan həssaslığı ilə bir-birindən fərqlənir. Bu xüsusiyyətlərinə görə mikroorqanizmləri üç qrupa bölmək olar:

1. Rütubətə çox həssas olanlar (hidrofil) – buraya sirkə turşusu bakteriyaları, nitratlaşdırıcı bakteriyalar, azotobakterlər, bir çox kif göbələkləri və s. aid edilir.

2. Nisbətən az rütubətli mühit sevənlər (mezofil) – bunlar quraqlıq şəraitdə həyat fəaliyyətini bir neçə həftə və ya aylarla saxlaya bilir. Məsələn, vərəm çöpləri, bəzi aktinomisetlər, göbələklər.

3. Quraqlığa davamlı mikroorqanizmlər (kserofil) çox az rütubətli mühitdə on illərlə tələf olmadan yaşayır, çünki belə mikroblar quraqlıq şəraitdə spor halına keçirlər.

Mühit temperaturunun təsiri. Mühit temperaturu – mikrobların həyatına təsir edən ən mühüm amillərdən biridir. Hər bir mikroorqanizm müəyyən temperatur həddində inkişaf edə bilir.

Onların inkişafı üçün ən aşağı temperatur minimal, ən yüksək temperatur – maksimal, ən fəal inkişafı üçün olan temperatur isə optimal temperatur adlanır. Mikroorqanizmlərin inkişafını müəyyən edən bu üç temperatur göstəricisini kardinal nöqtə adlandırmaq qəbul edilmişdir.

Mikroorqanizmləri temperatura həssaslığına (münasibətinə) görə üç qrupa- psixrofil, mezofill və termofillərə bölürlər:

1) Psixrofillərə inkişafı aşağı temperatura uyğunlaşmış mikroorqanizmlər aiddir. Bunlar üçün minimal temperatur -10°C-dək, optimal 10°-15°C-dək, maksimal 20-30°C-dir. Soyuğa əksər mikroblar davamlıdır

2) Mezofill mikroblar orta temperaturu sevənlərdir. Minimal temperatur 0°C-dən +10°C, optimal 25-35°C, maksimal 40-50°C-dir. Bunlara təbiətdə geniş yayılmış bakteriyaların və göbələklərin, eləcə də onların əksər patogen nümayəndələri aiddir.

3) Termofil mikroorqanizmlər nisbətən yüksək temperaturda inkişaf edirlər. Onlar üçün minimal temperatur +30°C, optimal 50-60°C, maksimum 70-80°C-dir.

Mikroorqanizmlərlə mübarizədə yüksək temperaturdan geniş istifadə olunur. Yüksək temperaturla bakteriyaları məhv etməyin iki üsulu vardır: pasterizasiya, sterilizasiya.

Pasterizasiya çox yüksək temperaturda tərkibini dəyişən yeyinti məhsullarını (süd, şərab, ikra, meyvəşirələri) qorumaq və orada olan mikroorqanizmlərin vegetativ formalarını (60-70°C-də 20-30 dəqiqə və ya 70-80°C-də 5-10 dəqiqə qızdırılır) məhv etmək üçün onların 60- 80°C-də 20-30 dəqiqə qızdırırlmasın ibarətdir. Lakin oradakı bakteriyaların sporları və termofil bakteriyalar məhv olmur. Sporların vegetetiv formaya çevrilməsi üçün həmin məhsullar bir sutka müddətində otaq temperaturunda saxlanılır, sonra aparılan təkrarı pasterilizasiya ilə həmin hüceyrələr də tələf edilir. Bu üsul tindalizasiya adlanır. Bu prosesdən konserv sənayesində meyvə və tərəvəzlərdən konserv hazırlanmasında istifadə edilir.

Sterilizasiya dedikdə hər hansı bir əşyanın və ya maddənin tərkibində olan mikroorqanizmlər tam mənada məhv edilməsi nəzərdə tutulur. Bu məqsədlə mexaniki, fiziki, termiki və kimyəvi təsirlərdən istifadə edilir.

İşığın təsiri. İşığın tərkibində müxtəlif şüalar olduğu üçün, o əksər mikroblara öldürücü təsir göstərir. Xüsusən, qısadalğalı ultrabənövşəyi şüalar kəskin bakteriosid təsirə malikdirlər. Ultrabənövşəyi şüalardan suyun südün, materialların sterilizasiyasında istifadə olunur. Rentgen və radium şüaları az miqdarda və qısa müddətdəmikroorqanizmlərin inkişafını vəçoxalmasını stimullaşdırır, yüksək dozada isə onlarıöldürür. Elektrik cərəyanı yüksək tezlikdə mikroorqanizmlərə öldürücü təsir göstərir.

Osmotik təzyiqin təsiri. Mühitin osmotik təzyiqinin mikroorqanizmlərin həyatında mühüm rolu vardır. Osmotik təzyiq mühitdə həll olan maddələrin qatılığı ilə yaranır. Qatılıq artıq olduqda, bu təzyiq yüksək olur. Osmotik təzyiq nə qədər yüksək olarsa, suyun fəallığı və onun hüceyrəyə daxil olması bir o qədər az olur. Osmotik təzyiqi hüceyrə təzyiqindən yüksək olan hipertonik məhlullardan əksər mikroorqanizmlər özlərinə lazım olan suyu ala bilmir. Biologiyada bu təzyiq fizioloji quraqlıq kimi qeyd olunur. Təbii mühitdə buna şoran torpaqlarda və duzlu hovuzlarda yaşayan mikroorqanizmlərdə rast gəlmək olar.

Bakterial hüceyrələrin daxilində osmotik təzyiq 10-20%-li saxaroza məhlulunun təzyiqinə müvafiq gəlir.

Əgər bakteriyalar yüksək osmotik təzyiqli məhlula daxil edilərsə, o zaman hüceyrələrdə plazmoliz hadisəsi baş verir və bunun da nəticəsində onlar inkişafdan qalır. Mikroorqanizmlər çox aşağı osmotik təzyiqli mühitə düşdükdə mühitdə olan su hüceyrəyə daxil olub onu şişirdir ki, bu hadisəyə turqor adı verilir.

Çox yüksəktəzyiqli mühitdə öz həyat fəaliyyətlərini davam etdirən mikroorqanizmlərə osmofillər deyilir. Əksərən bunlar duz sevənlər – holofillər olub, natrium-xloridə yüksək dərəcədə tələbkar olmaları ilə səciyyələnirlər.

Holofillər özləri də mülayim və ifrat holofillər olmaq üzrə 2 qrupa bölünür. Mülayim holofillər mühitdə NaCl duzunun qatılığı 2-5% olduqda, normal inkişaf edirlər. Çox yüksək duzlu mühitəuyğunlaşan mikroorqanizmlərə rast gəlinir ki, bunlara da ifrat holofillər deyilir. Belə mikroorqanizmlərəşoran torpaqlarda, Ölü dənizin suyunda rast gəlmək olur. Qeyd etmək lazımdır ki, mühitdə 15-20% NaCl olduqda mikrob hüceyrəsinin daxilində osmotik təzyiq 90- 100 atm. bərabər olur. Belə vəzifədə yalnız holofillər yaşaya bilər.

Hidrostatik təzyiq. Zülallar çox yüksək hidrostatik təzyiqdə (10000 atm.)parçalanırlar. Lakin bunlarla yanaşı, mikroorqanizmlər arasında yüksək atmosfer təzyiqinə uyğunlaşmış növlər də məlumdur.

Kimyəvi amillərin mikroorqanizmlərə təsiri - Bunlara mühitin tərkibi və reaksiyası, oksidləşmə reduksiya reaksiyası aiddir. 1) Mühit reaksiyası mikroorqanizmlərin həyat fəaliyyətinə təsir edən mühüm kimyəvi amil hesab olunur. Mühitin turşuluğu PH işarəsi ilə ifadə edilir. PH kəmiyyəti neytral mühüt üçün 7,0; turş mühit üçün 0-6,0 və qələvi mühit üçün 8,0-14,0 bərabərdir. Mikroorqanizmlərin mühit reaksiyasına münasibəti çox müxtəlifdir. Bir çox kif vəmaya göbələkləri üçün PH 3,0-6,0, əksər bakteriyalar üçün isə PH7,0-7,5 əlverişlidir.

Özləri turşu yaradan bakteriyalar (sirkə turşusu, süd turşusu, limon turşusu və yağ turşusu)istisna təşkil edir. Kəskin turş mühit bakteriyalara məhvedici təsir göstərir.




Yüklə 46,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə