6
İxtisarların siyahısı:
BAP
– bipolyar affektiv pozuntu
EEQ
– elektroensefaloqrafiya
EQT
– elektrik qıcolma terapiyası
EKQ
– elektrokardioqrafiya
XBT-10
– Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış
KT
– kompüter tomoqrafiyası
MAOİ
– monoaminoksidazanın inhibitorları
NMR
– nüvə maqnit rezonansı müayinəsi
RKT
– randomizasiya olunmuş klinik tədqiqatlar
SGTSİ
– serotoninin geriyə tutulmasının selektiv inhibitorları
SNGTSİ
– serotonin və noradrenalinin geriyə tutulmasının
selektiv inhibitorları
TSA
– trisiklik antidepressantlar
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
7
Protokol həkim-psixiatrlar, ilkin səhiyyə xidmətləri səviyyəsində
çalışan terapevtlər, ailə həkimləri üçün nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: Bipolyar affektiv pozuntu xəstəliyi olan uşaq və
böyük yaşlı şəxslər.
Protokolun məqsədləri:
►
Müasir diaqnostika və müalicə metodlarını tətbiq etməklə bipolyar
pozuntunun diaqnostika və müalicəsinin təkmilləşdirilməsi
►
Bipolyar pozuntunun erkən aşkar edilmə səviyyəsinin yüksəldilməsi
►
Bipolyar pozuntusu olan xəstələrin həyat keyfiyyətinin və sosial
adaptasiyasının yaxşılaşdırılması
ÜMUMİ MÜDDƏALAR
Bipolyar affektiv pozuntu (BAP) – təkrari (heç olmazsa iki)
affektiv epizodlarla xarakterizə edilən xəstəlikdir və həmin
epizodlardan biri maniakal, hipomaniakal və ya qarışıq tipə aid olur.
Təkcə təkrarlanan maniya epizodlarından əziyyət çəkən xəstələrə
nisbətən az rast gəlinir. Onlar xəstəliyin əsas xüsusiyyətlərinə görə
(ailə anamnezi, premorbid xüsusiyyətlər, xəstəliyin başlama vaxtı və
proqnoz) nadir depressiya epizodlarının da müşahidə edildiyi
xəstələri xatırladırlar. Ona görə də belə xəstələr bipolyar pozuntusu
olan pasiyentlər kimi qiymətləndirilir. Bir dəfə baş vermiş maniakal
epizod və siklotimiya bipolyar pozuntunun diaqnostik kateqoriyasına
daxil deyil.
Epidemiologiya
Bipolyar pozuntunun yayılma səviyyəsi əvvəllər hesab
edildiyindən daha yüksəkdir və yaşlı əhali arasında həyat ərzində
1,6% təşkil edir. Bipolyar pozuntu ilə xəstələnmə səviyyəsi həm
kişilər, həm də qadınlar üçün təqribən eynidir, lakin bipolyar
pozuntunun bəzi alttiplərinə (II tip bipolyar pozuntu) qadınlar
arasında daha tez-tez təsadüf olunur. İlk epizod istənilən yaşda
meydana çıxa bilər, ancaq 15 yaşa qədər bipolyar pozuntunun
başlanğıc mərhələsini diqqət çatışmazlığı ilə müşayiət olunan
hiperaktivliklə, 60 yaşdan yuxarı isə mərkəzi sinir sisteminin üzvi
pozulmaları ilə diferensiasiya etmək çətinlik törədir. Pasiyentlərin
əksəriyyətində xəstəlik 15-24 yaş arasında başlayır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
8
XBT-10 ÜZRƏ TƏSNİFATI
F31
Bipolyar affektiv pozğunluq
F31.0
Bipolyar affektiv pozğunluq, hipomaniyaların növbəti
epizodu
F31.1
Bipolyar affektiv pozğunluq, növbəti maniya epizodu
psixotik
simptomlarsız
F31.2
Bipolyar affektiv pozğunluq, növbəti maniya epizodu
psixotik
simptomlarla
F31.3
Bipolyar affektiv pozğunluq, yüngül və ya orta dərəcəli
depressiyaların növbəti epizodu
F31.4
Bipolyar affektiv pozğunluq, psixotik simptomlarsız
gedən ağır dərəcəli depressiyanın növbəti epizodu
F31.5
Bipolyar affektiv pozğunluq, növbəti epizod: psixotik
simptomlarla gedən ağır dərəcəli depressiya
F31.6
Bipolyar affektiv pozğunluq, qarışıq xarakterli növbəti
epizod
Bipolyar pozuntunun təbii gedişi və nəticələri
►
Bipolyar pozuntunun gedişi affektiv epizodların meydana
çıxmasında müxtəliflik və həyat boyu davam etmə ilə xarakterizə
olunur.
►
İlk epizod çox hallarda depressiv olur, ancaq onun maniakal,
hipomaniakal və ya qarışıq olması da mümkündür.
►
Maniakal epizodlar adətən qəfildən başlayır və 2 həftədən 5 aya
qədər davam edir (epizodun orta davametmə müddəti 4 aya yaxın
təşkil edir).
►
Depressiyalarda daha uzun müddət davam etməyə meyl
müşahidə olunur (orta davametmə müddəti 6 aya yaxındır), lakin
bu müddət nadir hallarda bir ildən artıq çəkir.
►
Bipolyar pozuntunun birinci və ikinci epizodları arasındakı
interval adətən 4 il və daha uzun müddət təşkil edir.
►
Çox zaman ilk maniakal epizodun meydana çıxmasına qədər
pasiyentlər bir neçə depressiv epizod keçirirlər. Belə hallarda ilkin
olaraq qoyulmuş rekurrent depressiya diaqnozu bipolyar pozuntu
diaqnozuna dəyişdirilməlidir. Bundan başqa pasiyentlər maniakal və
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.