Bipolar pozuntular üzrə klinik protokol



Yüklə 288,13 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix17.09.2017
ölçüsü288,13 Kb.
#291
1   2   3   4   5   6   7   8   9   10   11

 

9

hipomaniakal epizodlar haqqında heç bir məlumat verməyə  və 



yalnız depressiya dövründə yardım üçün müraciət edə bilərlər.  

 



Epizodların baş vermə tezliyi, remissiyaların və kəskinləşmələrin 

xarakteri xeyli müxtəlif olur, ancaq yaş ötdükcə remissiyaların 

qısalmasına meyl müşahidə edilir. Müalicə almamış pasiyentlərin 

həyatı boyu 10-dan artıq maniakal və depressiv epizod qeyd 

olunur.  

Bir çox tədqiqatçılar tərəfindən bipolyar pozuntuların alttiplərinin 

ayırd edilməsi təklif olunur: 

 

I tip bipolyar pozuntu – aşkar maniakal epizodlar və böyük 



depressiv epizodlar 

 

II tip bipolyar pozuntu – böyük depressiya epizodları  və 



hipomaniakal epizodlar 

 

Digər tip bipolyar pozuntular 



Bipolyar pozuntunun gedişi  əvvəllər hesab edildiyindən daha 

əlverişsizdir – bipolyar pozuntu epizodları ilə bağlı müalicə almış 

xəstələrin yalnız dörddə biri 12 ay müddətində daha əvvəl mövcud 

olmuş funksional adaptasiya səviyyəsinə qayıda bilir. Demək olar ki, 

xəstələrin 60%-ində ictimai və  fərdlərarası  əlaqələrin qırılması 

müşahidə edilir. Bipolyar pozuntusu olan xəstələrdə boşanmaların 

sayı ümumi populyasiyada olduğundan 2-3 dəfə artıqdır, məşğulluq 

göstəricisi isə sağlam insanlara nisbətən 2 dəfə azdır. Xəstələrin 10-

20%-ində intihar halları müşahidə edilir, bu isə  əhali üzrə 

göstəricilərdən 15 dəfə artıqdır; intiharların 80%-i depressiv 

epizodun inkişafı ilə bağlıdır. Bipolyar pozuntu ilə assosiasiya 

yaradan digər mənfi sosial amillərə alkoqol və narkotiklərdən 

istifadə, ailədaxili zorakılıq, riskli davranış formaları, qanun 

pozuntuları aiddir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




YAŞLILARDA BİPOLYAR POZUNTU ZAMANI 

MÜAYİNƏ VƏ DİAQNOSTİKA 

 

Maniakal epizod kəskin ifadə edilmiş  səviyyədə  əhvalın 

yüksəlməsi ilə xarakterizə olunur, bu səbəbsiz şənlikdən, demək olar 

ki, nəzarət olunmayan həyəcana qədər dəyişə bilər və sosial 

adaptasiyanın əhəmiyyətli dərəcədə pisləşməsinə gətirib çıxara bilər. 

Bəzi maniakal epizodlarda yüksək  əhval-ruhiyyədən daha çox 

acıqlanma və şübhəli münasibət müşahidə olunur.  

 

Maniakal epizod  

Psixotik simptomları olmayan maniya 

A.   Əksər hallarda yüksəlmiş, ekspansiv, acıqlı  və ya şübhəli  əhval, bu 

həmin fərd üçün anormal vəziyyət təşkil edir. Əhvalın belə dəyişməsi 

açıq ifadə olunmalıdır və azı bir həftə  ərzində davam etməlidir (əgər 

onun ağırlıq dərəcəsi hospitalizasiya üçün kifayət etmirsə). 

B.   Gündəlik həyatda  şəxsiyyətin fəaliyyətinin ağır dərəcədə pozulmasına 

gətirib çıxaran aşağıdakı simptomlardan ən azı üçü mövcud olmalıdır 

(əgər əhval yalnız acıqlıdırsa, o zaman dördü): 

1) aktivliyin yüksəlməsi və ya fiziki narahatlıq;  

2) artmış söhbətcillik (“nitq təzyiqi”);  

3) fikir axınının sürətlənməsi və ya “ideyaların çapması” kimi 

subyektiv hissiyyat; 

4) normal sosial nəzarətin aşağı düşməsi, bu isə şəraitə uyğun 

gəlməyən davranışa gətirib çıxarır; 

5) yuxuya olan ehtiyacın azalması;  

6) özünü yüksək qiymətləndirmə və ya böyüklük (möhtəşəmlik) 

ideyaları;  

7) fikrin yayınması, yaxud fəaliyyətin və ya planların daim dəyişməsi

8) nəticələri xəstə tərəfindən dərk edilməyən ehtiyatsız və ya 

düşüncəsiz davranış, məsələn, eyş-işrət, mənasız təşəbbüskarlıq, 

avtomobilin təhlükəli şəkildə idarə olunması; 

9) seksual enerjinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi və ya 

nizamsız seksual davranış.  

C.   Hallüsinasiya  və ya sayıqlamanın olmaması, hərçənd ki, qavrama 

pozuntularının mövcud olması mümkündür (məsələn, subyektiv 

hiperakuziya, rənglərin olduqca parlaq şəkildə qavranması).  

D.   Ən çox istifadə olunan istisna etmə meyarları. Epizod psixoaktiv 

maddə-nin qəbulu və ya hər hansı üzvi mənşəli psixi pozuntu ilə izah 

edilə bilmir.

 

 



10

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

11

Hipomaniya  – yüngül dərəcəli maniakal epizod, bu zaman 

davranış  və funksional adaptasiyada dəyişikliklər maniakal epizoda 

uyğun gələn səviyyədə  kəskin ifadə olunmamışdır, eyni zamanda 

davametmə müddəti o qədər uzun deyil ki, bu vəziyyət siklotimiyaya 

aid edilsin. 



Psixotik simptomları olan maniakal epizod  özünü yüksək 

qiymətləndirmənin böyüklük sayıqlamasına, acıqlı  və  şübhəli 

davranışın isə  təqib etmə sayıqlamasına keçməsi ilə xarakterizə 

olunur. Adətən sayıqlama və hallüsinasiyaların məzmunu yüksək 

əhval-ruhiyyəyə uyğun gəlir. Sayıqlama məzmununa görə tamamilə 

ağlasığmaz və  mədəni cəhətdən qeyri-adekvat xarakter daşımır, 

hallüsinasiyalar isə  şizofreniya üçün səciyyəvi olan şərh verici 

xüsusiyyətə malik olmur. Şizofreniya üçün xarakterik olan 

simptomlar dəqiq aşkar edildiyi hallarda şizoaffektiv pozuntu 

diaqnozu daha münasibdir. 



Qarışıq affektiv epizod klinik  şəklin qarışıq olması  və ya 

hipomaniakal, maniakal və depressiv simptomların sürətlə (bir neçə 

saat ərzində) dəyişməsi ilə xarakterizə olunur, həmin simptomlar ən 

azı iki həftə ərzində və bu vaxtın çox hissəsində mövcud olmalıdırlar. 



Depressiv epizodlar bipolyar pozuntu zamanı maniakal 

epizodlara nisbətən daha tez-tez rast gəlinə bilər. Depressiv 

pozulmaların ifadə edilmə  dərəcəsindən asılı olaraq, yüngül, orta, 

ağır və psixotik simptomları olan ağır depressiv epizodlar  ayırd 

edilir. Yüngül epizod diaqnozu qoyulması üçün B meyarına uyğun 

gələn 2 simptomun və C meyarına uyğun gələn azı 2 simptomun 

mövcud olması kifayət edir (cədvələ baxın). Orta dərəcəli depressiv 

epizodda B meyarının iki simptomu və C meyarının azı 4 simptomu 

mövcud olmalıdır. Ağır depressiya zamanı B meyarının hər üç 

simptomu və C meyarının azı 5 simptomu müşahidə edilməlidir. 



Psixotik simptomları olan ağır depressiv epizod  diaqnozu 

sayıqlama, hallüsinasiya və ya depressiv stuporun olması zamanı 

qoyulmalıdır.  Ən səciyyəvi mövzular  özünü təqsirləndirmə, 

münasibət, ipoxondrik, nihilistik və ya persekutor məzmunlu 

sayıqlamalardır. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


Yüklə 288,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə