24
qabiliyyətinin pozulması və üzvi mənşəli pozuntularla bağlı psixi
pozuntuların diferensial diaqnostikası aparılmalıdır.
Uşaq və
yeniyetmələrdə bipolyar pozuntunun diaqnostikası üçün istifadə
olunan müayinə üsullarına bunlar daxildir:
uşaq psixiatrı tərəfindən psixi statusun ətraflı öyrənilməsi,
somatik səbəblərin istisna edilməsi üçün pediatr tərəfindən
ümumi tibbi müayinə,
uşaq nevroloqu tərəfindən aparılan nevroloji müayinə,
uşağın özündən, valideynlərdən və ya digər şəxslərdən
(məsələn, müəllimlər, qəyyumlar) toplanmış anamnestik
məlumatlar, o cümlədən uşağın erkən inkişafı, məktəbdə
təhsili, ailədə vəziyyətlə bağlı məlumatlar.
Bipolyar pozuntusu olan uşaq və yeniyetmələrin
müalicəsi prinsipləri
►
Kəskin
maniakal epizodu olan uşaq və yeniyetmələrə dərman
preparatlarının təyini eynilə böyüklərdə olduğu kimi aparılır,
yalnız müalicə kiçik dozalardan başlayır. Uşağın yaşı, çəkisi və
boyunu nəzərə almaq vacibdir.
►
Uşaq və yeniyetmələrdə bipolyar pozuntunun depressiv
epizodunun müalicəsi üçün preparatların təyini eynilə böyüklərdə
olduğu kimi aparılır. Terapiyanı SGTSİ ilə başlayaraq, preparatın
yarı dozasını təyin etmək lazımdır, daha sonra ehtiyac yaranarsa
dozanı artırmaq olar.
►
Kəskin ifadə olunmuş davranış pozulmaları zamanı atipik
neyroleptiklərin uyğun dozaları təyin edilə bilər. Özünə və ya
ətrafdakılara zərər vermə təhlükəsi aşkar edilən uşaq və
yeniyetmələr stasionar şəraitində müalicə olunmalıdırlar.
►
Uşaq və yeniyetmələrdə bipolyar pozuntunun müalicəsi zamanı
qaloperidol və barbituratların tətbiqi qəti şəkildə tövsiyə edilmir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
25
QADINLARDA BİPOLYAR POZUNTUNUN
HAMİLƏLİK DÖVRÜNDƏ VƏ DOĞUŞDAN SONRA
MÜALİCƏSİ
Pre- və postnatal dövrdə bipolyar pozuntu
►
Reproduktiv funksiyalarla əlaqədar olaraq bipolyar pozuntusu
olan xəstələrin müalicəsinin aparılması xeyli çətinlik törədir. Bu
ilk növbədə hamiləlik zamanı xəstəliyin residiv verməsi ehtimalı
ilə bağlıdır. Bipolyar pozuntunun residivlərinin profilaktikası
üçün kömək edici terapiyanın davam etdirilməsi məsələsi xüsusi
əhəmiyyət kəsb edir. Məlum olduğu kimi hamiləlik affektiv
epizodların inkişafı üçün risk faktoru təşkil edir, çünki hamiləlik
dövründə orqanizmin ümumi müqavimət qabiliyyəti aşağı düşür.
►
Dərman terapiyasının dölə mənfi təsirini də nəzərə almaq
lazımdır. Mümkün fəsadlaşmalar sırasında dərmanların teratogen
təsiri, dölün bətndaxili ölümü, neonatal toksiklik, fiziki inkişafın
ləngiməsi, hamiləliyin yarımçıq kəsilməsi və nəhayət,
yenidoğulmuşda koqnitiv funksiyaların inkişafının ləngiməsi
qeyd oluna bilər.
►
Zahılıq dövrü də qadının psixi sağlamlığı üçün xüsusi təhlükə
törədir. Statistikaya görə, bir çox qadınlarda bipolyar pozuntunun
ilk əlamətləri zahılıq dövründə aşkar edilir.
►
Bipolyar pozuntusu olan qadınlar
üçün arzuolunmaz hamiləliyin
baş verməsi məsələsi problem təşkil edir. Onu nəzərə almaq
lazımdır ki, bipolyar pozuntusu olan xəstələr kontrasepsiya
qaydalarına əməl etməyə meylli deyillər. Bundan başqa, bipolyar
pozuntunun müalicəsi üçün istifadə edilən bir sıra preparatlar
cinsi hormonların metabolizmini gücləndirərək kontraseptivlərin
effektivliyini azaldırlar (D) [2]. Tibbi etika ilə bağlı məsələlər
ayrıca problem təşkil edir – hamiləliyin saxlanması və ya
yarımçıq kəsilməsi haqqında qərar qəbuluna həkimin qarışmağa
ixtiyarı yoxdur.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
26
Qadınlarda bipolyar pozuntunun pre- və postnatal dövrdə
müalicəsinin prinsipləri.
►
Bipolyar pozuntudan əziyyət çəkən pasiyent qadın hamiləlik
haqqında qərar qəbul edirsə, müalicənin dayandırılması imkanını
nəzərdən keçirmək lazımdır. Xəstəliyin gedişi yüngül və ya orta
dərəcədədirsə və hospitalizasiya tələb etmirsə, profilaktik
müalicənin müvəqqəti dayandırılması mümkündür. Belə halda
dərmanların qəbulunu bütün hamiləlik dövründə və ya heç
olmazsa, 1-ci trimestr boyu dayandırmaq lazımdır. Kömək edici
müalicənin dayandırılması zamanı vəziyyətin kəskinləşməsinin
mümkünlüyünü izah etmək və pasiyenti bipolyar pozuntunun
kəskinləşməsinin erkən əlamətləri haqqında məlumatlandırmaq
lazımdır. Müalicənin dayandırılması halında pasiyent qadın bu
əlamətlərə xüsusi diqqət yetirməlidir.
►
Müalicənin 1-ci trimestrdə dayandırılması uğurla başa çatarsa,
dərmanlardan istifadə olunmamasını bütün hamiləlik dövründə
davam etdirmək və ya doğuşdan sonrakı kəskinləşmənin qarşısını
almaq üçün 3-cü trimestrdə dərmanların qəbuluna başlamaq
məqsədəuyğundur.
►
Müalicənin davam etdirilməsi zərurəti yarandıqda, ən təhlükəsiz
vasitəni seçmək lazımdır.
►
Pasiyent qadının doğum evinə qəbul olunması anından psixiatrın
müşahidəsini təmin etmək lazımdır.
►
Zahılıq dövründə profilaktik müalicənin bərpa olunması lazımdır.
Hətta xəstəliyin əlamətləri olmasa belə, doğuşdan sonrakı ilk iki
ay ərzində dinamik psixiatrik müşahidə aparılmalıdır.
►
Residivin başlaması bir sıra hallarda yuxu pozulmaları ilə əlaqəli
olduğu üçün zahı qadının düzgün yuxu rejiminin təmin edilməsi
doğuşdan sonrakı dövrdə təkrar epizodun inkişafı riskini aşağı
salmağa imkan verir.
►
Döşlə əmizdirmə zamanı dərman preparatlarının qəbulu uşağın
sağlamlığı və inkişafına mənfi təsir göstərə bilər, ona görə də
belə vəziyyətdə süni qidalandırmaya keçilməsini düzgün hesab
etmək olar.
►
Ailə və şəxsiyyətlərarası problemləri azaldan, pasiyent qadının
müalicə almaq istəyini artıran, affektiv epizodların inkişafında
iştirak edən potensial tətik mexanizmlərinin təsirini zəiflədən
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.