Bipolar pozuntular üzrə klinik protokol



Yüklə 288,13 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix17.09.2017
ölçüsü288,13 Kb.
#291
1   2   3   4   5   6   7   8   9   10   11

 

27

psixososial metodikaların tətbiq edilməsi lazımdır. Düzgün 



qidalanma, gündəlik rejimə  əməl edilməsi, iş  və istirahətin 

növbələnməsi, stress vəziyyətlərindən qaçma zahılıq dövründə 

növbəti epizodların inkişafının qarşısının alınması üçün əsas 

amillərdir. 

 

Həm depressiv, həm də maniakal vəziyyətdə ətrafdakı insanlarla 



münasibətlər bir qayda olaraq qeyri-sabit xarakter daşıdığı üçün, 

bipolyar pozuntusu olan qadınlara doğuşa qədər və sonra yardım 

göstərən mütəxəssislər bu cəhətə xüsusi diqqət yetirməlidirlər. 

PSİXOTERAPİYA 

Bipolyar pozuntunun müalicəsində farmakoterapiyanın prioritet 

olaraq qalmasına baxmayaraq, psixoterapevtik müdaxilə az 

əhəmiyyət daşımır. Dərman müalicəsində müəyyən 

məhdudiyyətlərin olması ilə  əlaqədar, simptomların azalması, 

kəskinləşmə  və  təkrar epizodların profilaktikası, sosial və psixoloji 

adaptasiyanın bərpası, pasiyentə və onun ailəsinə dəstək verilməsinə 

yönəlmiş psixoterapevtik müdaxilələr üçün yol açılır. 

Psixoterapiyanın spesifik məqsədləri: 

 

terapevtik alyansın yaradılması 



 

xəstənin həkim göstərişlərinə əməl etməyə razılıq verməsi  

 

müəyyən fəaliyyət rejimi  



 

kəskinləşmələrin başlanğıc əlamətlərinin müəyyən edilməsi 

 

davranış patternlərinin yaxşılaşdırılması  və digər psixososial 



nəticələr 

Psixoterapiya həmçinin stiqmanın, təkrar epizodlar qarşısında 

qorxu hissinin, şəxsiyyətlərarası ünsiyyətdə  çətinliklərin aradan 

qaldırılmasına, ailə, valideynlik funksiyasının yerinə yetirilməsi, 

təhsil və məşğulluqla bağlı problemlərin həll edilməsinə yönəlmişdir.  

Psixoterapevtik müdaxilənin növü, intensivliyi və müddəti 

müxtəlif ola bilər. Bipolyar pozuntusu olan xəstələrə koqnitiv-

davranış terapiyası, interpersonal psixoterapiya, qrup və ailə 

psixoterapiyası təklif edilə bilər. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

28

BİPOLYAR POZUNTUNUN MÜALİCƏSİ ÜÇÜN 



TƏTBİQ EDİLƏN DƏRMAN VASİTƏLƏRİ 

ƏHVALI SABİTLƏŞDİRƏN VASİTƏLƏR 

Litium 

Effektivlik 

50 il ərzində litiumun tətbiq edilmə təcrübəsi göstərir ki, bipolyar 

pozuntusu olan və bu preparatı qəbul edən xəstələrin təqribən 70%-

ində maniakal simptomların  ən azı hissəvi reduksiyası müşahidə 

olunur. Maniakal epizodların müalicəsində litiumun effektivliyi 

sübut edilmiş sayılır  (A) [2], ancaq bipolyar pozuntunun kəskin 

depressiv və qarışıq epizodlarının müalicəsi zamanı onun effektivliyi 

haqqında ziddiyyətli məlumatlar mövcuddur. 

Kömək edici terapiya vasitəsi kimi litium özünü yaxşı 

göstərmişdir  (A) [2]. Belə ki, litium ilə kömək edici terapiyanı 

dayandırdıqda, həm maniakal, həm də depressiv epizodların sayının 

artması müşahidə olunur. Litium ilə kömək edici terapiya bipolyar 

pozuntusu olan xəstələrin 1/3-də  təkrar epizodların tamamilə 

kəsilməsinə gətirib çıxarır. Eyni zamanda tez-tez baş verən dövrləri 

olan bipolyar pozuntular zamanı litium profilaktik vasitə kimi kifayət 

qədər effektiv deyil. 

 

Litiumla müalicənin aparılması 

 



Litium daxilə  qəbul zamanı asan mənimsənilən standart və ya 

uzadılmış təsirə malik formalarda təyin olunur. Konsentrasiyanın 

maksimal göstəricisini 1,5-2 saat ərzində saxlayan standart 

formadan fərqli olaraq, litiumun uzadılmış  təsirə malik forması 

konsentrasiyanın maksimal göstəricisini 4-6 saat müddətində 

təmin edir. 14-30 saat ərzində litium böyrəklər vasitəsilə 

tamamilə xaric edilir. 

 



Maniakal epizodların müalicəsi zamanı terapevtik effekt litiumun 

konsentrasiyası 0,5-1,2 mekv/l-ə  bərabər olduqda əldə edilir. 

Litiumun orta sutkalıq dozası 900-1800 mq, minimal – 300 mq, 

maksimal – 3000 mq təşkil edir. 

 

Müalicəni minimal dozanın (300 mq) təyin edilməsindən 



başlamaq lazımdır, terapevtik effekt və lazımi konsentrasiya əldə 

olunana qədər bu doza tədricən artırılmalıdır. Yaş, çəki və 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

29

xəstənin fərdi xüsusiyyətlərindən asılı olaraq litiuma qarşı 



terapevtik həssaslıq dəyişə bilər. Litiuma qarşı yüksək həssaslığı 

olan xəstələrdə dozanın artırılması zamanı ehtiyatlı olmaq və 

konsentrasiyanın səviyyəsini daha tez-tez yoxlamaq lazımdır. 

 



Yarı xaric edilmə dövrünün kifayət qədər uzun olmasına görə, 

dozanın dəyişdirilməsindən sonra 5-7 gün ərzində 

konsentrasiyanın sabit səviyyəsi  əldə edilmir. Litiumun qanda 

terapevtik konsentrasiyasının təyin olunması dozanın 

artırılmasından təxminən 5-7 gün sonra aparılmalıdır. Dərman 

monitorinqinin vaxtından  əvvəl başlaması dozanın həddən artıq 

artırılmasına gətirib çıxara bilər. Uzadılmış təsirə malik formanın 

tətbiq edilməsi analizlərin şərhində qarışıqlıq yarada bilər, çünki 

onlar üçün material adətən axırıncı dozanın qəbulundan 12 saat 

sonra götürülür. 

 

Litiumla müalicə prosesində, müalicənin başlamasından sonrakı 



ilk 6 ay ərzində ayda 1-2 dəfədən az olmayaraq böyrək və 

qalxanabənzər vəzi funksiyalarının analizi aparılmalıdır. 

 

Valproatlar 

Effektivlik 

Valproatlar bipolyar pozuntusu olan xəstələrdə maniakal 

epizodların qarşısının alınmasında yüksək effektivliyə malikdirlər. 

Qarışıq epizodların müalicəsində valproat litiumdan üstündür (B) [3]. 

Kəskin maniakal epizodun müalicəsi zamanı valproat həmçinin 

karbomazepindən də üstündür. Valproatın 20 mq/kq dozada təyin 

edilməsi zamanı sürətli terapevtik effekt qeyd olunur, bu, preparatın 

konsentrasiyasının > 50 μq/kq olması ilə bağlıdır. 

Bipolyar depressiya epizodlarının müalicəsində valproat 

effektivliyə malikdir, lakin onun antidepressiv təsir spektri sonrakı 

tədqiqatların aparılmasını tələb edir. 

Kömək edici terapiya vasitəsi kimi valproatın yüksək effektivliyi 

sübut olunmuşdur. Valproatla profilaktik müalicə almış  xəstələrdə 

uzun müddət litium qəbul edənlərə nisbətən epizodlar 20% az 

hallarda qeyd edilir.

 

Valproat litiumdan daha effektiv şəkildə 



depressiv epizodların inkişafının qarşısını almaq qabiliyyətinə 

malikdir. Müalicə tədbirlərinə əməl edilməsi şərtləri ilə bağlı xəstələr 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 288,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə