Bir-birlərindən qorxurdular. Niyə? Bunu ancaq özləri bilirdilər



Yüklə 27,53 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü27,53 Kb.
#2173


QORXU

Təzə binaya qapı-qonşu iki ailə köçmüşdü. Cəmisi üç aydı yaşayırdılar. Onlar

hələ yaxından tanış olmamış mənzillərini dəyişmək üçün adam axtarmağa başladılar.

Səbəbi?..

Bir-birlərindən qorxurdular. Niyə? Bunu ancaq özləri bilirdilər. 

İlk günlər ayaqüstü söhbət əsnasında qonşulardan biri demişdi:

- Mən fəhlə adamam, həmişə halal çörək yemişəm. Əliəyriləri görən gözüm

yoxdur!..

O biri qonşu isə cavabında:  

- Mən də mühəndisəm, - deyə kim olduğuna işarə etmişdi. – Hələ indiyəcən

qapımdan   haram   tikə   içəri   girməyib.   Əlbəttə,   dünyada   təmizlik,   doğruluq   gözəl

şeydir!


\İndi onları bir-birindən qaçıran  da elə bu eyhamlar idi. 

Məsələnin əslini bilməyən qonşular mat qalmışdılar. “Bunlar niyə başqa yerə

köçməyə   hazırlaşırlar?   Mənzillərimi   xoşlarına   gəlmədi?   Ya   aralarında   umu-küsü

oldu?..  Heç kəs bu sirdən baş açmırdı. Soruşanda da hərəsi bir bəhanə söyləyirdi.

“ Bura çox səs-küylü yerdir, gecələr rahat yata bilmirik..”, “Otaqlar balacadır...

tavanı alçaqdır. Biz darısqallığa öyrənməmişik...” Əlbəttə, bu sözlərə inananlar az idi.

                                                      ***

Fəhlə qonşu Niyaz köhnə məhəlləyə, əmisigilə toya getmişdi.   Çox oturmaq

istəmədi. Axşamdan keçmiş, fürsət tapan kimi yayındı.  Qapıdan çıxanda arxadan onu

səslədilər.  Dönüb baxdı, əmisi arvadı idi; kişinin ətəyindən tutub onu kənara çəkdi.

- Niyaz, sənə şad xəbər: evini dəyişməyə adam tapmışam... İşin düzəlib!

- Yox, əşi?

- Əziz canınçun! İkigözlü təzə mənzil! Şəhərin göbəyində! – Qadın yaxasından

bükülü bir kağız çıxarıb Niyaza verdi. – Al, bu da telefon nömrəsi! Çalış,  elə indi

zəng vur, sonra müştərisi tapılar...

- Ay səni şadxəbər olasan, əmdostu!

Hər   gün   səhərdən   axşamacan   iri   çantası   əlində   küçələri,   mağazaları   gəzib

dolaşan   bu   qadın   şəhərdəki   bütün   yenilikləri   birinci   bilirdi.     Kimin   vəzifəsini

böyüdüblər, kimi işdən çıxarıblar, kim arvadını boşayıb, kimi infarkt vurub, kimin

qızı kimin oğlunu sevir... Belə təzə xəbərləri məhəllə sakinləri ancaq Niyazın əmisi

arvadından eşidərdilər. Onun üçün dəyişməyə başqa yerdə mənzil tapmaq isə olduqca

asan iş idi. 

Niyaz özünü telefonlu otağa verdi. Qapını örtüb yumşaq kresloda əyləşdi. Bir

an   nə   deyəcəyini   ölçüb-biçdi.   Sonra   dəstəyi   götürdü,   tələsmədən   nömrəni   yığdı.

Haçandan-haçana cavab gəldi. Arada belə bir danışıq başladı:

1



- Alo!..

- Bəli, eşidirəm!

- Bağışlayın... Sizi narahat eləyən tanımadığınız hörmətli bir yoldaşdır. 

- Çox gözəl... Buyurun!..

- Bilirsən... Bilirsiz... Bu nömrəni mən əmim arvadından almışam. Yəqin ki...

- Aydındır, vətəndaş! Bildim! Mənim nömrəmi ona qaynanam verib. Əlbəttə,

öz razılığımla.

- Eşitdim mənzilinizi dəyişmək istəyirsiniz, doğrudur?

- Bəli, bu barədə iki aya yaxındır məsələ qaldırmışam.

- Mənim də elə bir fikrim var. Eviniz şəhərin ha tərəfindədir?

-   Yaxşı   yerindədir.     Qaynanama   verdiyim   izahatımda   mən   hər   şeyi   aydın

demişdim.

- Xətrinizə dəyməsin, siz lap hakim kimi danışırsınız. 

- Səhv etmirsiz, hüquqşünasam.

- Çox gözəl, bunlar öz yerində, neçə otağınız var sizin?

- Üç, mətbəxi, hamamı, filanı...

- Məndə  də üçdür, bütün dəm –dəsgahıynan. Ey üzünü görmədiyim qardaş,  bu

başdan bir şey soruşacam sizdən: gərək düzünü biləm. Çünki, örtülü bazar dostluğu

pozar,   -   deyirlər.   Düz-düznəqulu   –   niyə   dəyişirsiz   mənzilinizi?   Qonşunuz   pis

adamdır, hə?

- Yoox... Siz nə danışırsınız, vətəndaş?.. Əksinə, qonşum son dərəcə nəcib,

alicənab bir insandır.

 - Elə mənimki də canlara dəyən oğlandır. Arvadı anam - bacım olsun, gözəl,

göyçək, cavan, ağappaq, ipək kimi qadındır. Biz dəyişirik mənzilimizi ona görə ki,  -

Niyaz bir an fikrə gedib, tutarlı bəhanə axtardı.   – Mən... itbazam, göz dəyməsin,

yaxşı   cinsdən   öç   köpəyim   var.   Köhnə   məhəllədə   yaşayanda   saxlayırdım,   həyət

bacadan muqəyyət olurdular, təzə evə köçəndə  gətirdim özümlə.  Onları balalarından

az istəmirəm.  Qonşum bu üç dənəyə narazılıq – filan eləmir. Yoox... Hətta heyvanlar

hürüşəndə xoşları gəlir. Məxləs, indi onlardan biri, ayıb olmasın boğazdır, bugün-

sabah küçükləyəcək... Təkcə bu məsələ bir balaca narahat eləyir onları ki, itlərin sayı

artacaq. Yoxsa mən mənzilimi başqa yerə  dəyişərəm?!

-   Gətirdiyiniz   dəlillər   inandırıcıdır,   vətəndaş.   Mən   də   elə   təxminən   o

dərddəyəm.  Bilirsinizmi, biz evdə şir saxlamaq istəyirik...

- Nə?.. Şir?!.

- Bəli, uşağımız yoxdur. Mən işə gedəndə arvadım evdə tək  qalıb darıxır. Ona

bir məşğulat lazımdır. Qonşumuz isə şir məsələsinə etiraz əlamətləri göstərir. Deyirik,

əşi, narahat olmayın, sizin xətriniz üçün balacasını saxlarıq... Qorxurlar. Biz də buna

görə dəyişmək istəyirik mənzilimizi. 

2



- Şirdənsə, mənim itlərimə sənin qonşun göydə  razı olar. İstəsə lap qancığı da

qoyaram küçükləsin...

- Nə deyirsən ki... Mən dəyişməyə hazır. Siz köçərsiz bizim mənzilə, bir otaq

arvad uşaqla sizin, iki otaqda küçüklərin. Və yaxud əksinə.

- Mən bilən elə sizin də şəraitiniz pis olmaz. İki otaq sizin, bir otaq da şirin.

Gen-bol bəsinizdir. 

- Qalır ancaq evlərə baxmaq. 

- Haçan, harda deyirsiz,  görüşək, danışaq, sövdələşək...

-   Konkret   olaraq   sabah,   işdən   sonra   saat   altıda.   Zoomağazanın   qabağında,

elanlar asılan yerdə.

- Lap yaxşı, bəs sizi necə tanıyım?

- Mənim əlimdə sarı portfel olacaq. 

 - Mən də zənbillə gələcəm. Ordan bir bazara da dəyməliyəm. 

- Danışdıq! Sağ olun!

- Gecəniz  xeyrə  qalsın,  - Niyaz  telefonun dəstəyini     qoyub rahatlıqla köks

ötürdü. 


- Oxxay!.. Bircə bu məsələ düzəlsəydi o mühəndis köpəkoğlunun  zəhmindən

qurtarardım. Qorxusuz, hürküsüz yaşardım.

***

“Portfellə”   “Zənbil”   üz-üzə   gələndə,   hər   ikisi   qəflətən   diksindi.     Donub



yerlərində   qaldılar.    Bir-birlərinin   sifətinə   tüpürməkdən   özlərini   güclə   saxladılar.

Bunlar... təzə binada yaşayan qonşular idi!

- Adə,  ay  naxələf, Ələ  salmısan  məni? Mənzilini dəyişən  sənsən?! Özü  də

mənimlə?


-   Naxələf   də   varsan,   beş   də   artıq!   Ovcumun   içini   iynəmişdim?   Mən   nə

biləydim ki, telefonda kiminlə danışıram?

 - Sən itsaxlayansan?

 - Bəs sən şir saxlayansan?

“Portfel” “Zənbilə” hədə-qorxu gəlməyə başladı:

 - Atanı yandıraram, sən öl! Mənimlə “siçan – pişik” oynayana bax!.. Düzünü

bilmək istəyirsənsə, mühəndis-zad deyiləm mən! Hakiməm! Sənin kimi dələduzların

taleyini həll edirəm.

- Xox! Qorxdum səndən! Get özüvə, ədə! Mən bəyəm fəhləyəm?

- Zənbilindən məlumdur, alverçisən!

Hakim   təsadüfən   hədəfə  düşmüşdü.   Rəqibi   sarsılan   kimi  oldu.  Ancaq   o  da

şəstini sındırmadı. 

Özünü fəhlə adı ilə   qələmə verən Niyaz həqiqətən çoxlarının möhtəkiri idi.

Şəhərin univermaqlarına, mağazalarına, yaxşı nə mal gəlsəydi, əmisi arvadı bundan

3



xəbərsiz qalmazdı. Hansı yollarlasa dal qapıdan çantasını doldurub Niyazın evinə

daşıyardı. Həmin matahlar tezliklə birəbeş xırıd edilərdi...

Üç ay əvvəl köhnə evləri söküləndən sonra Niyazın  təzə mənzilə köçməsi ilə

hər   şey   dəyişmişdi.   Üstəlik   qonşusu   da     təmizlikdən,   doğruluqdan   dəm   vuran

“mühəndis” idi.  Qorxu, şübhə kişinin  əl-qolunu bağlamışdı. Həyatın bərkini-boşunu

görmüş Niyazın özünü fəhlə kimi tanıtdırmaqdan başqa  çarəsi qalmamışdı.

Bu tərəfdən isə “əliəyriləri görən gözü olmayan fəhlə” ilə qapı-qonşu yaşamaq,

dolayı əməllər sahibi hakimin kürkünə birə salmışdı. O da öz işini bilən adamdı.

Buna görə hər ikisi xoflanmışdı.

Indi kimin hansı məsləkə qulluq elədiyi aydınlaşanda  qonşular rahatlıqla nəfəs

aldılar.  Elə bil tədricən doğmalaşdılar. 

- Əşi, ay rəhmətliyin oğlu, o vaxtdan mən ürək-göbəyimi yemişəm, - deyə

Niyaz sevindiyindən az qala qarşısındakını qucaqlamaq istədi. – Bilsəydim hakimsən,

səninlə çoxdan dil tapmışdım. Biz ki, bir-birimizə lazımlı adamlarıq. 

- Neyləyim... Mən də səni tanımırdım... Fikirləşirdim fəhlədir, üstümdə göz

olar. 


Hakimlə Niyaz qol-qola, birincisi portfelini, ikincisi zənbilini yellədə-yellədə

evlərinə döndülər...      



4

Yüklə 27,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə