Bir çox yataqlarda sənaye miqyaslı neft ehtiyatı çatlı-məsaməli mühitdə yerləşir



Yüklə 21,47 Mb.
tarix12.04.2023
ölçüsü21,47 Mb.
#105163
Çatlı məsaməli lay modeli

Fakültə: QNMF

  • Fakültə: QNMF
  • İxtisas: Neft qaz mühəndisliyi ixtisası
  • Qrup: A2232
  • Tələbə: Əliyev Taqay
  • Müəllim: Ələkbərov Yusif
  • Fənn: Dəniz neft-qaz yataqlarının hidrodinamiki modelləşdirilməsi
  • Mövzu: Çatlı məsaməli lay modeli

Bir çox yataqlarda sənaye miqyaslı neft ehtiyatı çatlı-məsaməli mühitdə yerləşir


Çatlı süxurları 2 qrupa ayırmaq olar:
təmiz çatlı süxur
qarışıq növ süxurlar
təmiz çatlı süxur. Belə süxurlarda çatların həcmi layın əsas tutumunu təşkil edir və süzülmə də həmin çatlarda baş verir.Belə süxurların məsamələrində yerləşən neft, su və s. hərəkətsiz qalır;
qarışıq növ süxurlar. Bu cür çatlı süxurlara çatlı-məsaməli süxurlarda deyilir.belə süxurlarda layın əsas ehtiyyatı məsamələrdə yerləşir, quyudibinə neft, su və qaz məsamələrlə əlaqədə olan çatlar üzrə hərəkət edir.
Çatlı süxurları xarakterizə edən əsas parametrlərdən biri çatlılıq əmsalıdır (bunu bəzən çatların məsaməliliyi də adlandırırlar).
Nümunədəki çatların həcminin (V1) nümunənin tam həcminə (Vo) olan nisbətinə çatlılıq əmsalı deyilir.

Məsaməlilik əmsalı, adətən, faizlə ifadə edilir. Çatlı məsaməli süxurlarda iki növ təbii boşluq olur:


a) adi qum dənəciklərindən təşkil olunmuş süxurlarda olduğu kimi dənəciklərarası məsaməlilik-buna ilk məsaməlilik də deyilir;
b) müxtəlif səbəblərdən əmələ gəlmiş şatların yaratdığı məsaməlilik – buna ikinci məsaməlilik də deyilir.

Q.İ.Barenblatt, J.P.Jeltov, İ.N.Koçina tərəfindən belə çatlı-məsaməli süxurlara, iki müxtəlif miqyaslı məsaməli mühitin cəmi kimi baxılmaı fikri irəli sürülmüşdür

Çatlar sistemi 1 və məsaməli bloklar sistemi 2 ilə göstərilmişdir.

Çatlı-məsaməli mühitlər blok şəklində təqdim olunur - düzbucaqlı paralelpipedlər və bir çatlaq sistemi kimi. Çatlarla maye axını quyudibinə doğru irəliləyir və təzyiqlər fərqi səbəbindən bloklardan neft çatlara axır.

  • 1, 3-məsamələr,
  • 2-bloklar

Kazemi modeli


Burada çatlı-məsaməli lay iki aralıq qatı formasında təqdim olunur:
1-ci-çatlara uyğun olan yüksək keçiricili aralıq qatı (qat) (YL);
2-ci-kiçikkeçiricili aralıq qatı (qat) (KL). Quyuya mayenin axını YL layla baş verir. Maye KL-dan YL tərəf axır.
V- Mayenin KL-dən YL
süzülməsi daşma funksiyası; h1, h2-YL və KL hündürlüyü

Çatlı mühitlər üçün digər mühit parametr, çatların sıxlığıdır.

  • Süxur nümunəsindəki çatların müstəvilərinin narmaları kəsən çatlar sayının (n) normaları uzunluğuna (l) olan nisbətinə çatların sıxlığı deyilir. və uzunluq vahidinin tərs ölçüsü ilə ifadə edilir.
  •  

Əgər süzülmə sahəsində çatlı laya, təkcə üfiqi yerləşmiş eyni aralanma dərəcsinə malikvə bir-birindən bərabər uzunluqda duran çatlar sistemi kimi baxılsa, onda onların sıxlığı çatların layın vahid qalınlığına düşən sayı ilə ölçüləcəkdir. Çatlılıq əmsalı:
olacaqdır
Burada δ-aralanma dərəcəsi; α ,s-nümunin xarakterik ölçüləri; b-qalınlıqdır

Əksər hallarda çatlı laylar üçün bir-birinə perpendikulyar olan iki şaquli çat sistemi xarakterik haldır.


Belə süxur aralanma dərəcəsi və sıxlığı eyni olan, bir-birinə perpendikulyar iki çatlı sistem kimi təsəvvür edilə bilər.bu halda mç=2ξδ olacaqdır.
Aralanma dərəcəsi və sıxlığı eyni olan bir-birinə perpendikulyar üç çatlı sistem üçün isə mç=3ξδ olur.
Çatlı məsaməlilik əmsalı, adətən (0.1÷1) %-dən çox olmur. Çatlı süzülmə sürəti (υ) ilə orta sürət (u) arasında əlaqə aşağıdakı ifadə ilə göstərilir:
υ = mçu.
Aralanma dərəcəsi δ olan çatda u sürəti üçün məhşur Byssinesk düsturunu yazaq:

Çatlı suxurların faza və nisbi keçiricikləri


Məsaməli mühitin faza və nisbi keçiriciliyinin əhəmiyyəti, onların təyin edinmə üsulları haqqında yuxarıda qeyd etdiyimiz, çatlı mühitdəki faza və nisbi keçiriciliyə də aiddir.
Çatlı suxurlarda faza keçiricilik asılılıqlarını öyrənmək üçün bir çatda iki fazalı mayenin hərəkətinə baxaq. Tutaq ki, çatın mərkəzi ilə neft, kənarları ilə su hərəkət edir.

Stasionar axın halında neftlə suyun hərəkətini öyrənmək üçün aşağıdakı diferensial tənlikləri yaza bilərik:


Burada r1,r2 - suyun və neftin cari sürətləri; P1,P2 - su və neftin özlülükləri; h,l – çatın aralanma dərəcəsi və uzunluğu; p suxur nümunəsi uclarındakı təzyiqlər fərqidir.

Diqqətiniz üçün təşəkkürlər!!!


Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə