Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə231/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   227   228   229   230   231   232   233   234   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

438 


 

yetirsək,  sosial  evlər  layihəsi  həyata  keçirilən  ölkələrdə  sakinlər  növbəyə  yazılırlar,  sonra  isə  müqavilə 

bağlanır. Bəzən bu mənzillər üçün mənzilin mərtəbəsi, sahəsi, qiymətinə görə fərqli növbələr də olur. 

24 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin 

birinci  layihəsi  olan  Yasamal  Yaşayış  Kompleksində  inşa  ediləcək  ilk  doqquzmərtəbəli  binanın  və  məktəb 

binasının  təməlqoyma  mərasimi  keçirilib.  Agentliyin  ilk  layihəsi  olan  bu  Kompleks  xarici  dairəvi  avtomobil 

yolunun  kənarında  yerləşir.  Kompleksin  ümumi  sahəsi  11,6  hektar  olacaq.  Bu  ərazinin  seçilməsində  rahat 

yaşayış üçün bir neçə mühüm məqam nəzərə alınıb. Belə ki, ərazi şəhərin ekoloji cəhətdən təmiz və əlverişli 

hissəsində yerləşir. Ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonasının olması isə onun ekoloji durumunu 

daha  da  yaxşılaşdırır.  Prezident  İlham  Əliyev  Yasamal  Yaşayış  Kompleksində  inşa  olunacaq  ilk 

doqquzmərtəbəli binanın təməlini qoyub. Yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət 

olacaq.  

Bu  məqsədlə “Elektron  hökumət”  portalında  “Güzəştli  mənzil”  elektron  sistemi yaradılacaq.  Bu  sistem 

vətəndaşlara  virtual  “şəxsi  kabinet”  yaratmaq  yolu  ilə  qeydiyyatdan  keçmək  və  gələcəkdə  növbəlilik 

prinsipinə əsasən müvafiq xidmətlərdən faydalanaraq mənzil əldə etməyə əlverişli şərait yaradacaq. Sistem 

2017-ci il mayın 1-dən etibarən fəaliyyətə başlayacaq. Kompleksdə mənzillərlə yanaşı, bir sıra sosial obyektlər 

də tikiləcək. Onların arasında 240 yerlik uşaq bağçası və 960 şagird yerlik orta təhsil məktəbi də var. Ərazidə 

müvafiq  sosial  infrastrukturun  yaradılması,  həmçinin  ictimai  iaşə,  məişət  və  digər  xidmət  obyektləri  üçün 

qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da yeni iş yerlərinin açılmasına imkan 

verir.  Əksər mütəxəssislər isə hesab edir ki, gənc ailələrin mənzil probleminin çözümü üçün məqbul sayılan 

xarici  təcrübələrdən  istifadə  olunmalıdır.  Bu  təcrübələrin  tətbiqi  ümumiyyətlə,  daha  çox  insana  ev  sahibi 

olmaq  imkanı  qazandırır.  Məsələn,  Türkiyədə  gerçəkləşdirilən  TOKİ  (Toplu  Bina  İdarəsi  Nazirliyi)  layihəsi 

çərçivəsində çox ucuz mənzillər inşa edilir və uzun müddətli faizsiz kreditə verilir. 2023-cü ilə kimi Türkiyədə 1 

milyona yaxın belə mənzil inşa ediləcək. Adətən 25-30 ilə kreditə verilən bu mənzillərdə aylıq ödəniş 70-100 

dollar  təşkil edir. Ödəniş başa çatdıqdan sonra isə ev xüsusi mülkiyyətə keçir. Artıq  Türkiyədə gənc ailələrə 

520 mindən çox mənzil təqdim olunub. Qeyd edək ki, Türkiyədə Baş nazirin dəstəyi ilə dövlətə məxsus Toplu 

Evlər İdarəsi tərəfindən gənc ailələrə ilkin ödənişsiz, faiz dərəcəsi olmadan 25 illik mənzillər təqdim olunur. 

Artıq  Türkiyədə  gənc  ailələrə  520  mindən  çox  mənzil  təqdim  olunub.  Onu  da  bildirək  ki,  TOKİ  Türkiyə  Baş 

Nazirliyinə  tabedir.Digər  qonşumuz  Rusiyada  isə  dövlət  üzvlərinin  yaşı  35-i  keçməyən  yeni  ailələrə  mənzil 

almaq  üçün  birbaşa  maliyyə  yardımı  edir.  Uşağı  olmayan  gənc  ailə  üçün  42  kvadrat  metr  mənzil  nəzərdə 

tutulur  və  dövlət  həmin  mənzilin  qiymətinin  30  faizini  ödəyir.  Ailədə  uşaq  olduqda  isə  maliyyə  yardımı  35 

faizə  qalxır. Ailə  üzvlərinin  sayı 2-dən  yuxarı  olanda  adambaşına 18  kvadratmetr  mənzil  nəzərdə  tutulur  və 

qiymət  hesablanması  tikinti  şirkətinin  smetası  əsasında  həyata  keçirilir.  Tikinti  üçün  ərazini  dövlət  təmin 

etdiyindən mənzillər ucuz başa gəlir. Gənc ailələr qalan məbləği 3-7%-lik ipoteka krediti kimi də rəsmiləşdirə 

bilərlər.Ukraynada  da  üzvlərinin  yaşı  30-a  qədər  olan  gənc  ailələr  üçün  xüsusi  ucuz  evlr  tikilir.  2013-cü  ilin 

birinci  yarısında  bu  ölkədə  2500-ə  yaxın  gənc  ailə  mənzillə  təmin  edilib.  Gənc  ailələrdən  ilkin  ödəniş  tələb 

edilmir və kredit illik 3%-lə 30 il müddətinə ipoteka kimi rəsmiləşdirilir. Kreditlər tənha vətəndaşlara, gənc və 

natamam ailələrə verilir. Burada güzəşt sistemi də var. Əgər ailədə 1 uşaq varsa, o, faizlərdən azad edilir. 2 

uşağı  olan  ailələr  əsas  məbləğin  25%-dən  qurtulmaq  imkanı  yaradılır.  3  və  daha  artıq  uşağın  olması  ailəyə 

kreditin 50%-dən azad olmağa imkan verir. Bundan əvvəl isə ölkəmizdə gənclər üçün ilkin ödənişsiz və 0,5% 

dərəcəli  ipoteka  kreditləri  veriləcəyi  bildirildi.  Lakin  sonradan bu  məsələ  unudldu.  İndi  isə belə  məlumatlar 

dolaşır  ki,  Azərbaycanda  gənclər  üçün  mənzil  kooperativlərinin  yaradılması  layihəsi  hazırlanır.  Məlumata 

görə,  gənclər  üçün  mənzillərin  tikilməsi  layihəsi  Türkiyənin  təcrübəsindən  istifadə  olunaraq  hazırlanır. 

Layihəyə əsasən, çoxmənzilli binalar dövlət hesabına tikilərək gənclərə ilkin ödənişsiz, faiz dərəcəsi olmadan, 

bir  növ  kirayə  verilir.  Lakin  müəyyən  müddət  keçdikdən  sonra  həmin  mənzillər  şəxsin  mülkiyyətinə  keçir. 

Layihənin  məqsədi  aşağı  və  orta  gəlirli  vətəndaşların  mənzil  şəraitinin  yaxşılaşdırılmasından  ibarətdir. 

Ekspertlər  prosesin  tezləşməsini  vacib  sayırlar.  Çünki  indiki  ipoteka  şərtləri  qeyd  olunduuğ  kimi  daha  çox 

insanın mənzil sahibi olmasına imkan vermir. 

 Türkiyə modelində vəsait büdcədən ayrılır. Mənzillərin inşası ilə bağlı xüsusi agentlik fəaliyyət göstərir. 

Büdcədən  ayrılan  vəsait  tender  vasitəsilə  şirkətlərə  verilir,  şirkətlər  həmin  vəsaitlə  bələdiyyə  torpağında 

mənzillər  inşa  edir  və  aztəminatlı  ailələrə  verir.  Sosial  evlərin  mahiyyəti  ondan  ibarətdir  ki,  dövlət 

büdcəsindən ayrılan vəsait öz xərcinə uyğun olaraq inşa edilən binalarda vətəndaşlara təqdim olunur.   




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə