Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə233/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   227   228   229   230   231   232   233   234   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

441 


 

ayrılmışdır. Burada sağlamlıq xidmətləri turizmi sağlamlığın bərpası, müalicəyə istiqamətlənmiş xitmətlər və 

reabilitasiyanı  əhatə  edir,  medikal  turizm  sağlıq  turizminin  bir  qolu  olub  “turizm  və  tibb  sahələri  arasında 

əlaqə yaradan iqtisadi fəaliyyət” kimi qiymətləndirilir. Medikal turizm müasir tibbi texnologiyaların tətbiqi ilə 

müalicə  edilən  bütün  fəaliyyətləri  o  cümlədən,  estetik  cərrahiyə,  ürək  əməliyyatları,  “XXI  əsrin  bəlası” 

adlandırılan xərçəng və s. kimi xəstəliklərin müalicəsi məqsədilə edilən turizm fəaliyyətlərini əhatə edir. 

Müalicə-sağlamlıq turizmi və onun xüsusiyyətləri 

Qloballaşma  şəraitində  ölkələrarası  əlaqələrin  artması,  səyahət  imkan  və  azadlıqlarının  artması 

nəticəsində xüsusilə 1990-cı illərin ortalarından etibarən sağlamlıq turizmi alternativ turizm növü kimi ortaya 

çıxmışdır.  Müasir  dövrümüzdə  daha  yaxşı,  keyfiyyətli  və  müasir  texnologiyaların  tətbiqi  ilə  müalicə  almaq 

məqsədilə  minlərlə  insan  səyahət  edir.  Bu  isə  sözsüz  ki,  müalicə-sağlamlıq  turizminin  inkişafını  labüd  edir. 

Müalicə-sağlamlıq  turizminin  istənilən  bir  turizm  destinasiyasında,  o  cümlədən  tədqiqat  obyekti  olan 

Azərbaycan-Türkiyədə də mövcudluğu həmin ölkə üçün digər turizm növləri ilə müqayisədə daha çox iqtisadi 

əhəmiyyət kəsb edir. Ümumiyyətlə, səyahət müddətinin uzunmüddətli olması, mövsümilik amilin olmaması 

və bu təsirə məruz qalmaması, iqtisadi əhəmiyyətin üstünlük təşkil etməsi, qiymətlərin baha olması, yaşlı və 

orta  yaşlı  turistlərin  üstünlük  təşkil  etməsi  və  s.  müalicə-sağlamlıq  turizmini  digər  turizm  növlərindən 

fərqləndirən  başlıca  xüsusiyyətlərdir.  Müqayisə  üçün  qeyd  etməliyik  ki,  digər  turizm  növləri  üzrə  bir  nəfər 

turistdən  gələn  gəlir  750-800  dollardırsa,  müalicə-sağlamlıq  turizmində  bu  gəlir  8500  dollara  bərabərdir. 

Dünyada  müalicə-sağlamlıq  turizminin  inkişafını  sürətləndirən  bəzi  amillər  mövcuddur.  Bu  amillərə 

aşağıdakıları aid etmək olar: 

 

İnsanlara müalicə ilə yanaşı, istirahət imkanının verilməsi; 



 

Səyahət edənlərin öz ölkələrində müalicənin baha olması; 



 

Daha yüksək texnologiya vasitəsilə müalicə istəyinin olması; 



 

Müalicə müddətinin uzun olması; 



 

Keyfiyyətli müalicə alma istəyi və s.  



Türkiyə Cümhuriyyətində müalicə-sağlamlıq turizmi 

Sözügüdən ölkələrdəki sağlamlıq turizm potensialına gəldikdə isə qeyd etməliyik ki, Türkiyənin müalicə-

sağlamlıq  turizm  sektorunda  əsaslı  irəliləyişlər  əldə  edə  bilməsində  nəqliyyat,  sağlamlıq,  reklam,  iqtisadi 

sahələrdə  olan  inkişafın  böyük  təsiri  olmuşdur.  Sağlıq  sahəsindəki  irəliləyişlər  nəticəsində  Türkiyə  Avropa, 

dünya  ölkələri  ilə  rəqabət  edə  biləcək  peşəkar  kadr,  infrastruktur,  müasir  avadanlıqlar  kimi  imkanlara 

yiyələnmişdir. 2003-cü  ildə  başladılan  “Sağlıqda  dönüşüm  proqramı”-nın nəticəsində  Türkiyə  sağlıq  sektoru 

daxildə və xaricə rəqabətə hazır hala gəlmişdir. Xəstəxana kimi infrastrukturların sayının artması baxımından 

xüsusilə  2003-2011-ci  illərdə  ölkədə  bu  sahədə  sıçrayış  olmuşdur  desək  yanılmarıq.  Müqayisə  üçün  qeyd 

edilməlidir ki, əgər 2002-ci ildə qardaş ölkədə 271 özəl xəstəxana mövcud idisə, 2011-ci ildə bu rəqəm 503-ə, 

2014-cü ildə 556-ya qalxmışdı. Bunlarla yanaşı sözsüz ki, ölkə təbii turizm rekreasiya ehtiyatlarına da malikdir. 

Bu nöqteyi-nəzərindən xüsusilə şəfalı termal suları vurğulamaq lazımdır. Ölkənin Anadolu hissədinə isti şəfalı 

sularla  müalicə  hələ  e.ə.II  əsrdən  Qərbi  Anadoluda Allionu  kaplıca  bölgəsində  tətbiq  edilməyə  başlanmışdı. 

Türkiyənin geotermal qurşaq üzərində yerləşməsi onu bu cür təbii ehtiyatların zənginliyi baxımından dünyada 

ilk  yeddi  ölkə  arasına  salır.  Ölkədə  temperaturu  20-110  C◦  arasında  dəyişən  mindən  artıq  termal  bulaq 

mövcuddur. Bu termal suların yayıldığı və istifadə edildiyi ərazilərə Afyon, Sivas, Kütahya, İzmir, Aydın, Denizli 

və digərləri nümunə ola bilər [8] .  

Türkiyənin sağlamlıq turizm baxımından digər ölkələrə nəzərən üstünlüklərinə coğrafi yerləşməsi, iqlim 

xüsusiyyətləri ,təklif edilən qiymətlərin münasibliyi, turizm sahəsində xidmət göstərən personalın peşəkarlığı, 

yüksək  standartlara  cavab  verən  turizm  infrastrukturları,  ölkənin  termal  ehtiyatlar  baxımından  Avropada 

birinci  yerdə  olması  və  s.  aid  edilə  bilər. Digər  tərəfdən  sözügedən  turizm  növündə  zəif  tərəfləri  də  vardır. 

Bunlara medikal turizmin, termal sularla müailəcinin hələ gənc sahə olması və tam təşkil edilməməsi, hüquqi 

tənzimlənmənin tam formalaşmaması, çoxsaylı peşəkar mütəxxəssislərə ehtiyacın olması, sahibkarlar, turizm 

şirkətləri  və  dövlət  arasında  bu  sahədə  əlaqənin  tam  formalaşmaması,  reklam  işinin  mütəşəkkil  həyata 

keçirilməməsi kimi nümunələr göstərilə bilər. 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

442 


 

Azərbaycan Respublikasında müalicə-sağlamlıq turizmi 

Dünya  ölkələrində  olduğu  kimi,  ölkəmizdə  də  turizmin  tarixi  ilkin  səyahətlərdən  başlayır.  Hələ  qədim 

dövrlərdən  ticarət,  dini  və  digər  məqsədlərlə  həyata  keçirilən  səyahətlər  əslində  turizm  fəaliyyətinin  ilkin 

addımları  olmuşdur.  Azərbaycanın  əlverişli  coğrafi  mövqeyi,  təbii  şəraiti,  təbii  rekreasiya  ehtiyatları,  iqlim 

amili,  Xəzər  dənizi  (gölü)  sahilində  yerləşməsi  kimi  üstünlükləri  burada  turizmin  formalaşmasını,  inkişafını 

labüd  edən  əsas  amillərdir.  Azərbaycanda  xüsusilə  son  illərdə  öz  inkişaf  mərhələsinə  başlamış  olan  turizm 

fəaliyyətinin  əsas  etibarilə  işgüzar  (business),  tədbir  və  ya  hadisə  (event),  idman  (sport)  turizmi,  biləvasitə 

daxili  turizmdə  qış  turizmi  (winter)  kimi  turizm  növlərində  nəzərəçarpacaq  dərəcədə  irəliləyişlər  vardır. 

Bununla belə, insanların, xüsusilə gənc nəslin maraq göstərdiyi istirahət və ya tətil turizmi ölkəmizdə son iki 

ilə  qədər  o  dərəcədə  də  inkişaf  etməmiş,  yəni  gəlmə  turizmdə  bu  məqsədlə  gələn  turistlər  azlıq  təşkil 

etmişdir. Lakin, xüsusilə  2015-2016-cı  ildən  etibarən  bu  turizm  növündə  də  gəlmə  turistlərin sayında  artım 

müşahidə  edilmişdir.  Bununla  belə  fikrimizcə,  turizmin  adı  çəkilən  növləri  ilə  müqayisədə  onun  əsas 

növlərindən  hesab  edilən  müalicə-sağlamlıq  turizmi  istiqamətində  Azərbaycan  hələ  ki,  istənilən  mövqedə 

deyildir. Halbuki, ölkəmizin təbii rekreasiya ehtiyatları, müalicəvi mineral, termal bulaqları, neft, duz, dərman 

bitkiləri  kimi  təbii  vasitələrlə  müalicə  imkanlarının  genişliyi  Azərbaycanda  müalicə-sağlamlıq  turizminin  nə 

qədər  böyük  perspektivə  malik  olduğunun  əsas  sübutudur.  Sözsüz  ki,  bu  ehtiyatlardan  müalicə  məqsədilə 

istifadə edilir, lakin bu daha çox daxili turizmdə yerli əhali tərəfindən həyata keçirilir. Bu sahədə son illərdə 

görülən  işlərdəki  məqsəd  də  ölkəmizin  bu  geniş  turizm  potensialını  dünya  ictimaiyyətinə  çatdırmaqla 

turistlərin  sağlamlıq  məqsədilə  gəlmələrinə  nail  olmaqdır.  Bu  sahədə  görülən  işlərdən  və  ya 

çatışmazlıqlardan,  Türkiyə  modeli  ilə  müqayisəsindən  bəhs  etməzdən  öncə  ölkəmizdə  müalicə-sağlamlıq 

turizminin əsas imkan və ehtiyatlarının ərazi təşkili haqqında qısa məlumat verək. 

Azərbaycanda geniş müalicə imkanlarının başında duran təbii mineral və termal sular əsas etibarilə, Bakı 

–  Abşeron,  Lənkəran-Astara,  Kəlbəcər-Laçın  və  Naxçıvan  Muxtar  Respublikası  ərazisində  yerləşmişdir. 

Bunlardan termal sular  Abşeron yarımadasında Şıx, Bilgəh, Buzovna, Suraxanı  ərazilərində, Lənkəran-Astara 

bölgəsində İstisu, İbadi, Haftoni, Qotursu, Xavzava, Yanardağ, Donuzütən, Quba-Xaçmazda Cimi, Xaşı, Xaltan 

kimi termal bulaqlarda daha geniş yayılmışdır. Ümumiyyətlə, ölkəmizdə hələ SSRİ dövründən fəaliyyətdə olan 

Sanatoriya-kurort cəmiyyətinin tərkibində 6 ədəd sanatoriya – Naftalan, Bilgəh, Günəşli, Qaranquş, Abşeron 

və Şıx sanatoriyaları fəaliyyət göstərir ki, bunların da əksəriyyəti məhz Abşeron ərazisindədir. Lakin təəssüf ki, 

Qarabağ  müharibəsi  zamanı  öz  torpaqlarından  uzaq  düşmüş  həmyerlilərimizin  -  məcburi  köçkün  və 

qaçqınların    sanatoriyaların  bəzilərində  yerləşdirilməsi  bu  müəssisələrin  turizm  məqsədilə  istifadəsini 

gecikdirmişdir. Ölkə üzrə mineral suların böyük əksəriyyəti Naxçıvan MR ərazisində (200-dən artıq mineral su) 

yerləşir ki, bunlara artıq markalaşmış Sirab və Badamlı, Gülüstan, Vayxır, Tivi, Nəhəcir, Darıdağ kimi mineral 

su  bulaqlarını  nümunə  göstərmək  olar.  Eyni  zamanda  mineral  suların  geniş  yayıldığı  digər  bölgələrimizə 

Dağlıq Şirvan, Şəki-Zaqatala, Gəncə-Qazax və Aran regionları aiddir. Bu ərazilərdə ən çox tanınan mineral su 

bulaqlarına Şamaxıda Qəleybuğurt, Çuxuryurd, Sis, Dədəgünəş, Əngəxaran, İsmayıllıda Lahıc, Basqal, Qalacıq, 

Həftəsiyab  kəndlərinin  mineral  suları,  Şamaxıda  Cağan,  İsmayıllıda  Zərgəran  mineral  bulaqları,  Qəbələdə 

Qəmərvan  mineral  bulağı,  Gəncə-Qazaxda  Qızılca,  Mormor,  Slavyanka,  Narzan,  Çaldaş,  Turşsu  və  digər 

adlarını çəkmədiyimiz onlarla mineral bulaqlar daxildir.  

Adı  çəkilən  termal  və  mineral  suların  hər  biri  öz  kimyəvi  tərkibindən  asılı  olaraq  müxtəlif  yönümlü 

xəstəliklərin  müalicəsində  effektlidirlər.  Belə  ki,  Azərbaycanın  zəngin  termal  və  mineral  suları  ürək-damar, 

sinir-periferik əsəb, dayaq-hərəkət, mədə-bağırsaq sistemi xəstəliklərinin, dəri-zöhrəvi, ginekoloji, qadın, kişi, 

qaraciyər,  öd  kisəsi,  maddələr  mübadiləsi,  revmatizma,  oynaq  və  s.  kimi  xəstəliklərin  müalicəsində 

faydalıdırlar *1;49-50].  

Azərbaycanın təbii müalicə əraziləri deyildikdə, yada düşən təbii obyeklər ilk növbədə Naftalan nefti və 

Duzdağ  olur.  Hər  iki  müalicə  vasitələrinin  dünyada  analoqu  yoxdur.  Nəinki  Gəncə-Qazax  bölgəmizin, 

ölkəmizin, hətta dünyanın unikal nefti hesab edilən Naftalan nefti vasitəsilə 80-ə yaxın xəstəliyin o cümlədən, 

sümük-əzələ  sistemi  xəstəliklərində  (revmatik,  artirt,  travmatik  artrit,  miozit,  epikondilit),  sümük  sınıqları 

fəsadlarının  aradan  qaldırılmasında,  hərəkət-istinad,  mədə-bağırsaq  sistemi  xəstəliklərində  (xroniki  qəbzlik, 

həzmin  pozulması)  nevroloji,  damar  (qan  dövranı  pozğunluqları,  aterosklroz,  varikoz  genişlənmə,  flebit), 

uroloji,  ginekoloji,  qadın  və  kişi  cinsiyyət  orqanı  xəstəliklərinin,  oynaq  və  oynaqətrafı  yumşaq  toxuma 

xəstəliklərinin,  infeksion  xəstəliklərin  və  dəri  (dəmirov,  allergik  dermatitlər,  seboreya,  keratodermiya, 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə