Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə234/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   227   228   229   230   231   232   233   234   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

443 


 

heyrodermit) xəstəlikləri ilə yanaşı qaraciyər, radukilit, revmatizma kimi dayaq-hərəkət sistemi xəstəliklərinin 

müalicəsində  böyük  əhəmiyyət  kəsb  edir.  Xüsusən  ötən  əsrin  ikinci  yarısının  əvvəllərindən  dünya  təbabət 

elminə  bronxial  astmalı  xəstələrin  karst  mağaralarında,  duz  şaxtalarında  müalicəsinin  yüksək  effekt  verdiyi 

məlum  olub.  Uzun  axtarışlardan,  tədqiqatlardan  sonra  təbiblər  bu  qənaətə  gəliblər  ki,  duz  mədənlərində 

natrium və xlor ionları üstünlük təşkil etdiyindən o, bronx xəstəliklərinin müalicəsində olduqca faydalıdır. Bu 

baxımdan  ölkəmizin  heç  şübhəsiz  ən  dəyərli  sərvəti  məhz  Duzdağdır.  Naxçıvan  MR  ərazisində  yerləşən  bu 

unikal mağara şəraitində duz vasitəsilə bronxial  astma və ağciyər xəstəliklərinin müalicəsi həyata keçirilir və 

nəticədə xüsusilə azyaşlılarda 80-85% yaxşılaşma müşahidə edilir *3;1-10].  

Ölkəmizin  təbii  müalicə  sərvətləri  neft,  duz  və  ya  termal-mineral  sularla  məhdudlaşmır,  xüsusilə  yerli 

əhali  arasında  dərman  bitkiləri,  təbii  palçıqlarla  müalicə  də  istifadə  edilir.  Müasir  dövrdə  “altertaniv  tibb” 

deyə  bilinən  xalq  təbabəti  adlandırdığımız  müalicə  üsulunun  özəyini  bitkilər  təşkil  edir  ki,  bu  bitkilərin 

müalicəvi  xassəsi  tərkibində  fizioloji  fəal  maddələrin  olması  ilə  əlaqədardır.  İtburnu,  dəfnə,  çobanyastığı, 

zəfəran,  səhləb,  zəncəfil,  kəklikotu,  dəvətikanı,  qarğıdalı  saçağı,  nanə,  yarpız,  solmazçiçək,  əməköməçi, 

böyürtkən,  yemişan,  çaytikanı,  gicitkən,  üzərlik  və  b.  bitkilər  ümumi  bədən  zəifliyi,  təngnəfəs,  qızdırma, 

revmatizma, mədə nasazıqları, mədə bulantıları, böyrək daşı müalicəsi, öd-qaraciyər müalicəsi, qəbizlik, ürək-

damar,  infeskion  xəstəliklərin  müalicəsi,  ödqovucu,  iltihablı  yaraların  müalicəsi,  qan  dövranının 

yaxşılaşdırılması,  aritmiya  və  taxikardiyanın  azaldılması,  yuxunun  normallaşdırılması,  baş  ağrılarının 

azaldılması və s. kimi müalicələrdə yüksək müsbət təsirə malikdirlər *5;107+. Kimyəvi, istilik və mexaniki təsiri 

özündə  birləşdirən, bir  qədər  mürəkkəb  prosedurdan  ibarət  olan  peloidoterapiya  yəni,  palçıqla  müalicə  də 

Azərbaycanın  malik  olduğu  təbii  müalicə  üsullarından  biridir.  Vulkan  palçığı  daha  çox  Xəzərin  qərb 

sahillərində  geniş  yayılsa  da,  ümumilikdə  ölkə  ərazisində  Bakı-Abşeronda  Ələt  vulkanları  silsiləsinə  aid  olan 

Ayrantökən, Daşgil Solaxay, Mirzalı, Şamaxı-Qobustanda Məlikçobanlı, Nabur, Mərəzə, Kürdəmiç, Qaynarca, 

Siyəzəndə  Xıdırzındı,  Qaradağda  Axtarma-Qaradağ,  Pilpilə  və  s.  ən  çox  bilinən  palçıq  vulkanlarıdır. 

Ümumilikdə vulkan palçığı yüksək balneoloji xüsusiyyətlərinə görə müxtəlif tipli xəstəliklərin müalicəsi üçün 

yararlıdır.  Bu  xəstəliklərə  dayaq-hərəkət  sistemi,  onurğa,  oynaq,  mədə-bağırsaq,  ətraf  əsəb-sinir  sistemi, 

ginokoloji, uroloji, kosmetoloji xəstəliklər, boyun osteoxondrozu, ateroskeleroz, şəkər xəstəliyi kimi xəstəliklər 

nümunə kimi çəkilə bilər *2; 22-26]. 

Nəticə 

Bir  daha  qeyd  etməliyik  ki,  müalicə-sağlamlıq  turizmi  son  illərdə  dünya  turizm  bazarında  rəğbətlə 



qarşılanan turizm növlərindən birinə çevrilir. Haqlı olaraq dünya ölkələri bu turizm bazarından faydalanmaq 

məqsədilə  rəqabətə  girirlər  ki,  Türkiyənin  sağlıq  sistemində  peşəkar  personalın  çoxluq  təşkil  etməsi,  bu 

sahədə  texnoloji  avadanlıqları,  infrastrukturları  onu  rəqabətçi  ölkələr  arasında  sala  bilir.  Bu  nöqteyi-

nəzərindən Türkiyə infrastruktur və təbii ethiyatlarının mövcudluğu səbəbindən müalicə-sağlamlıq turizminin 

istər  klinik  istərsə  də,  kurort  turizmini  inkişaf  etdirir  və  bu  sahədə  artıq  öz  sözünü  deyir.  Türkiyəylə 

müqayisədə Azərbaycanda sağlamlıq turizminin kurort növünün inkişafı daha məqsədəuyğun olar. Bu sahədə 

kadrlarının  sayının  çoxaldılması,  infrastrukturların  formalaşdırılması  və  ya  mövcud  olanlarının  inkişaf 

etdirilməsi, müalicə yerlərində texniki avadanlıqların sayının artırılması, ən əsası yuxarıda qeyd etdiyimiz təbii 

sərvətlərin,  bu  müalicə  imkanlarının  tanıdılması,  güclü  reklam  işinin  həyata  keçirilməsi,  gəlmə  turizmin 

genişləndirilməsi  istiqamətində  addımların  artırılması  işin  xeyrinə  olar.  Digər  tərəfdən  Türkiyədə  sağlamlıq 

turizmində  gəlmə  bütün  ölkələrdən  yəni,  inkişat  etmiş,  inkişafda  olan  və  inkişaf  etməmiş  ölkələrdən  qəbul 

edilir.  Hər  bir  xəstəyə  -  turistə  eyni  müalicə  metodunun  tətbiqi  istər  maddi,  istər  mənəvi  məmnunluq 

baxımından onlarda eyni təəssüratı formalaşdırmayacaqdır. Bu baxımdan turistlərin qruplaşdırılaraq xidmət 

göstərilməsi  daha  yararlı  ola  bilər.  İstənilən  halda  zəngin  təbii  ehtiyatlara  malik  ölkəmizin  oxşar  yollardan 

keçərək  yaxın  keçmişdə  turizmdə  əsaslı  irəliləyişlər  əldə  etmiş  Türkiyə  təcrübəsindən  istifadəsində  fayda 

vardır. Əslində Azərbaycanla Türkiyə arasında Sağlıq və tibb sahələrində əməkdaşlığa dair 9 fevral 1994-cü il 

tarixli və müddətsiz müqavilə vardır. Lakin təəssüf ki, müalicə-sağlamlıq turizminə dair hər hansı bir maddə 

yoxdur. Bu müqavilə sağlamlıq turizmi ilə bağlı əlavələr edilməsi və ya yeni anlaşmaların imzalanması hər iki 

ölkə üçün işin xeyrinə olar.  

Ədəbiyyat 

1.

 

Ə.Əsgərov. “Azərbaycanın mineral suları”, Bakı, 1966 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

444 


 

2.

 



Fəridə Əfəndiyeva, “Şəfalı palçıqlar”, Bakı, 1984 

3.

 



“Naxçıvan Muxtar Respublikası Duzdağ fizioterapiya xəstəxanası”, Naxçıvan, Əcəmi, 2006 

4.

 



Бабкин А. В.  Специальные виды туризма, Ростов-на-Дону: Феникс, 2008 

5.

 



И.А.Дамиров, Л.И.Прилипко, Д.З.Шукюров, Ю.Б.Керимов, Лекарственные растения 

Азербайджана, Баку, 1983 

6.

 

Тагиев И.И., Ибрагимова И.М., Бабаев А.М. Ресурсы минеральных и термальных вод 



Азербайджана. Баку: Чашыоглу, 2001 

7.

 



http://www.saturk.gov.tr/images/pdf/stur/azerbaycan.pdf 

 

 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə