Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə235/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   227   228   229   230   231   232   233   234   235

AZƏRBAYCAN–TÜRKİYƏ MÜNASİBƏTLƏRİ II BEYNƏLXALQ ELMİ KONFRANSI

 

 



 

 



 

 

 



 


 

 

 




 

 

 



 


 

 

 




 

 

 




 

 

 



 


 

 

 



 


 

 

 



 


 

 

 



 


 

 

 



 


5

22 oktyabr 2017-ci il, bazar

 

ˆ

Bakıda üç gün davam edən “Azərbaycan – Türkiyə 



münasibətləri” II Beynəlxalq elmi konfransı işini uğurla bitirdi. 

Amma ölkələrimiz arasındakı tarixi təməllərə söykənən əlaqələrin 

dünyada analoqu olmayan müttəfiqlik və qardaşlıq səviyyəsinə 

yüksəlməsi  kimi həqiqətlərdən qaynaqlanan bu elmi məclis  

Azərbaycan– Türkiyə  münasibətlərinə yeni bir səhifə də yazdı. 

Konfransın açılış mərasimində 

təşkilatçılardan biri olan Türkiyənin 

Kastamonu Universitetinin rektoru, 

professor Seyid Aydının çıxışının gu-

rultulu alqışlarla qarşılanması təkcə 

bir türk qardaşımıza olan sevginin 

yox, həm də xalqlarımızın qardaş-

lığının  səmimi və ürəkdən gələn  

təzahürü idi. Azərbaycan Dövlət 

Pedaqoji Universitetinin rektoru, 

professor Cəfər Cəfərovun “qonağı-

mız Seyid Aydın Azərbaycan əsilli 

qardaşımızdır”  təqdimatı  isə salonu 

titrədən  alqışları  bir az da artırdı.

Bir gün sonra isə qardaş 

Türkiyənin gənc, amma kifayət qədər   

modern təhsil ocaqlarından birinin– 

Kastamonu Universitetinin rektoru, 

professor  Seyid Aydınla həmsöhbət 

olduq. Cəfər müəllimin qəzetimiz 

haqqında yığcam təqdimatından 

sonra müsahibimiz  suallarımızı 

məmunluqla  cavablandırdı. Rek-

tordan, ilk olaraq, rəhbəri olduğu ali 

məktəbin necə yaranması  barədə 

danışmasını xahiş etdik.

– Türkiyənin şimalında, Qara 

dəniz bölgəsində yerləşən, zənğin 

tarixi və gözəl təbiəti olan Kosto-

monu vilayətində yerləşən univer-

sitetimizin qurulmasından  üzun bir 

vaxt keçməyib. 2006-cı ilin martında 

həyata vəsiqə aldıq. 3 fakültə, 2 

kollec, 1 texniki məktəblə fəaliyyətə 

başladığımız ötən 11 ildə böyük 

uğurlarla Türkiyənin təhsil sisteminə 

fəal qoşulmuşuq. İndi yolumuzu 

13 fakültə, 2 institut, 3 kollec və 

14 peşə məktəbi ilə uğurla davam 

etdirməkdəyik. 

Fakültələr  mərkəzdə yerləşən 

2 universitet şəhərciyində yerləşir, 

1 şəhərciyimiz isə tikilməkdədir. 

Burada tibb fakültəmiz yerləşəcək. 

İlk qəbul edilən tələbələrimiz indi 

Ankarada təhsil almaqdadırlar.Yaxın 

2  ildə universitet xəstəxanamızı da 

quracaq, tələbələrimizi  Kastamonuya 

gətirəcəyik. Baytarlıq fakültəmiz də 

təşkil olunmaq ərəfəsindədir. 

Vilayətin 13 rayonunda 14 peşə 

ixtisası verən texniki məktəblərimiz 

yerləşir. 3 kollecimiz isə mərkəzi 

şəhərciyimizdədir. Bədən tərbiyəsi 

və idman kollecinin məzunları 

həyata vəsiqə almışlar. Təyyarəçilik 

kollecimizin sınaq laboratoriyası 

və təyyarəmiz hazırdır, 2018-də 

fəaliyyətə başlayacaq. Xarici dillər 

kolleci yardımçı bir təhsil ocağıdır. 

– Universitetin müəllim- tələbə 

heyəti necə formalaşıb?

– Tədris 755 nəfərdən ibarət 

professor-müəllim heyətini əhatə edir. 

İdarə və təşkilati işlərdə çalışanla-

rın sayı isə 400 nəfərə qədərdir. 30 

min tələbəmiz var. Onlardan 2200 

nəfəri xarici ölkələrdən təhsil almağa 

gələnlərdir. Onlardan 330 nəfəri iki 

institumuzda magistr və doktor, qa-

lanları isə universitetimizin müxtəlif 

fakültələrində bakalavr təhsili alır. 

– Texniki baza, təchizat 

məsələləri necədir? 

–  Bir az əvvəl dediyim kimi, 

şəhər mərkəzində iki kampusumuz 

var, fakültələrimiz burada yerləşir. 14 

texniki təhsil verən məktəbimizdən 

biri Kastamonu şəhərində  yerləşir, 

qalanları ətraf rayonlardadır.  Bütün 

fakültələrin elmi-tədqiqat laboratori-

yaları var.  Bir araşdırma mərkəzimiz 

isə Kastamonudan kənarda da araş-

dırma xidmətləri aparır. 

Universitetin sosial məkanlar 

deyilən obyektləri müəllimlərin, 

işçilərin xidmətindədir. Qara dəniz 

sahilindəki  Dide rayonunda 1, 

mərkəzdə isə 2 otelimiz var. Bu 

otellər tədris bazası olmaqla yanaşı,  

qonaqlarımıza da xidmət göstərir, 

Qara dəniz sahilində yerləşən 

otelimiz həm də turistləri qəbul 

edir. Turizm fakültəsinin tələbələri 

bu otellərdə çalışırlar. Başqa bir 

korpusumuz da var ki, burada turizm 

fakültəsi tələbələri yemək, aşxana 

xidmətlərini öyrənirlər. Bunlar tədrisə 

əyani yardım edir. 

Kənardan gələn tələbələrimiz  

yataqxanalarda yerləşdirilir. 2700 

nəfərlik müasir tipli tələbə yataqxana-

mız da var ki, Türkiyə tələbə yurtlar 

qurumuna kirayəyə verilib. Universi-

tet şəhərciyində bazar da tikmişik, bu 

tələbələrimizin alış-verişini asanlaş-

dırır.


 Çox zəngin mərkəzi kitabxa-

namız var. Kitabxanada gözdən 

əlillər üçün səsli kitabxana sistemi 

yaratmışıq. Bu ölkədəki ilklərdəndir. 

Türkiyənin bir sıra universitetlərindən 

və dövlət təşkilatlarından  üzvlərimiz 

var. Kənardan, o cümlədən qardaş 

Azərbaycandan da sifariş olarsa, 

səsli kitabxana sistemimizi təşkil edə 

bilərik və bunun üçün hec bir ödəniş 

istəmirik.

Dörd idman qurğumuz var. Biri 

ancaq tələbələrimiz, digəri universitet 

heyəti üçündür,  ikisi isə hər kəsə 

açıqdır. Stadionlarımızdan biri UEFA 

standartındadır. Yeni bir idman komp-

leksimiz də tikilməkdədir ki, burada  

üzgüçülükdən tutmuş idmanın ən 

müxtəlif növləri ilə məşğul olmaq 

üçün hər cür şərait yaradılacaq. 13 

rayonda yerləşən şəhərciklərimizin də 

bütün sosial təchizatları var.



– Necə deyərlər, böyük bir təhsil 

“imperiyası” yaratmısınız  ki...  Az 

bir vaxtda bunlara necə nail olmu-

sunuz?

– Təbii ki, dövlətin əvəzsiz 

qayğısı sayəsində. Bizim borcumuz 

isə işlərimizi düzgün qurmaq, dürüst 

çalışmaq və etımadı doğrultmaq olub. 

Türkiyədə dövlətin təhsilə diqqəti 

o qədər böyükdür ki, məhz bunun 

sayəsində indi ölkəmizin hər bir 

vilayətində universitet var.  İstan-

bul, Ankara, İzmir kimi şəhərlərin 

isə 6-7 ali təhsil məktəbi var. Bu 

universitetlər  ən müasir təchizat 

sistemi ilə dünya səviyyəli təhsil 

vermək imkanındadır. Sizin dediyiniz 

kimi, yaxşı mənada, ölkənin hər bir 

universiteti  bir “imperiya”dır.



– Türkiyənin və dünyanın təhsil 

sistemində yerinizi necə görürsü-

nüz?

– Əlbəttə, dünyanın eləcə 

də Türkiyənin təhsil sistemində 

önəmli bir üniversitet olmaq va-

cib şərtlərdəndir – on bir illik 

fəaliyyətimizdə bunları qazana bilmi-

şik. Mühəndislik sahəsində onluqda 

2-ci, atom enerjisinin tədqiqatlarında 

3-cü yerdə göstərilirik. Yeri 

gəlmişkən, Türk Atom Enerjisi 

Qurumu dünyada birincidir. Fizi-

ka sahəsində universitetimiz ilk 

onluqda– 6-cı yerdədir. Meşəçilik 

sənayesi  ixtisasının tədrisində  yenə 

də dünya nəhəgləri ilə bir sıradayıq. 

Balıqçılıq və su vəsaitləri sahəsində 

Canaqqala 18 Mart Universiteti ilə ilk 

yerlərdəyik. Umumiyyətlə, 23 sahədə 

aparılan dəyərləndirmələrin  6-sında 

ilk onluqda yer almaqdayıq. 

Elmi çalışmalarımızı uğurla 

davam etdirməkdəyik. Bu sırada sim-

pozium və konfranslar da önəmlidir.  

Türk dünyasının öyrənilməsi daha 

böyük önəm daşıyır. Bu, həm də 

universitetimizin bir türk dünya-

sı universiteti olması üçün atılan 

addımlardandır. Bir rektor kimi, 

universitetimizin adının “Kastamonu 

Türküstan Universiteti” adlandırılma-

sı arzusundayam. Universitetimizin 

önündə 16 türk dövlətinin bayraqları 

dalğalanır. Türküstan Universiteti ol-

maq arzumuzun həyata vəsiqə alması 

üçün türk dünyası ilə əlaqələrimizi 

genişləndirməkdə konfrans və simpo-

ziumların dəyəri çoxdur. 

Haşiyə: Söhbətimizin bu 

yerində  Milli Məclisin deputa-

tı  Cavanşir Feyziyevin “Türk 

Dövlətlər Birliyi” kitabından söz 

düşdü. Dilçi alimimiz, ADPU rek-

torunun  müşaviri  Vilayət Əliyev 

də söhbətə qoşularaq, kitabın türk 

dünyası üçün fundamental bir 

nəşr olduğunu qeyd etdi. Cavanşir 

müəllim səfərdə olduğundan  Seyid 

Aydını onunla görüşdürə bilməsək 

də, kitabını  qonağımıza catdırdıq. 

– Çağdaş dünyada təhsil həm də 

yaxşı biznesdir...

– Bu məsələ dünyada belədir, 

bizdə də elə özəl universitetlər var ki, 

təhsildən qazanc əldə edir. Belə mo-

dern universitet yaratmaq, ora ünlü 

alimləri gətirmək üçün vəsait lazım-

dır. Amma biz bir dövlət universite-

tiyik, türk vətəndaşları heç bir vəsait 

ödəmədən burada təhsil alırlar. Digər 

ölkələrdən gələn tələbələrimizin 

ödədikləri təhsil haqları isə  olduqca 

kiçik məbləğdir. Bunlar da qanuni  

ödənişlərdir, bizim büdcəyə elə bir 

təsiri də yoxdur. Hətta bu ödənişlər 

qanuni olduğu üçün alınır, yoxsa ona 

heç bir ehtiyacımız yoxdur. Hətta 

universitetimizdə təhsil haqlarının 

ödənilməsində elə rəqəmlər var ki, 

bunlar bir cib xərcliyi qədərdir: deyək 

ki, 100 lirə, sizin pulla 50 manat.

Dövlətin bir ənənəsi var: yetış-

miş beyinlərlə inkişaf edə bilərik. 

Ona görə də dövlət vətandaşına 

təhsil verməyi ümdə vəzifələrindən 

hesab edir. Bizdə “Dövlət baba” 

deyimi var ki, bu, dövlətin hər 

kəsə sahib durmaq, atalıq etmək 

anlamındadır. Bunun müqabilində 

də vətəndaşlarımızın dövlətimizə, 

bayrağımıza, torpağımıza bağlılığı 

möhkəm, sevgisi hüdudsuzdur.  

– Nə vaxtdan  rektorsunuz?

– 2011-ci ildə rektor seçildim. 

Türkiyənin qanunlarına görə, bir 

şəxsə bir universitetdə “dörd, üstəgəl 

dörd”  olmaqla iki dönəm seçkiyə 

qatılaraq rektor olmaq səlahiyyətləri 

verilir. İkinci dönəmdə də rektor 

seçildim. Məramımız universiteti-

mizi türk dünyasına xidmət edən 

və seçilən beynəlxalq bir təhsil 

müəssisəsinə çevirməkdir.

– Xatırladım ki, konfransda 2 

azərbaycanlı əməkdaşınızın– Namiq 

və Vüsalə Musalıların  məruzələri də 

maraqla qarşılandı...

– Dünyanın 44 ölkəsindən 

tələbələrimiz var. Xarici tələbə 

və alimlərimizin sırasında 200 

nəfərə qədər azərbaycanlı da var. 

Azərbaycanlılar, əsasən bakalavr 

təhsilindədirlər, magistr və dokto-

rant olanlar da var. Qarışıq döyüş 

sənəti olan “Mai-tai” oyunlarında 

təmsilçilərimiz iki azərbaycanlı 

tələbəmizdir: Əbülfəz Mehdisoy və 

Eldar Əlizadə. Onlar dəfələrlə Avropa 

və dünya çempionu olmuşlar.

Hətta Əbülfəz üç dəfə dünya 

çempionu oldu. İndi təhsilini başa 

vurmaqdadır, universitetimizdə 

müəllim saxlamaq istəyindəyik. 

– Professor Cəfər Cəfərov 

sizi konfrans iştirakçılarına 

“Azərbaycan əsilli” rektor kimi 

təqdim etdi. Mümkünsə, bu “sirri” 

də açıqlayın.

– Əslimiz Göycə mahalının 

Göl kəndindəndir. Bolşevik-daşnak 

zülmündən qaçan babalarım Türkiyə 

Amasiyasına köç etmişlər. Mən 

də Amasiyada doğulmuşam. Bir 

vaxtlar Rusiyanı titrədən Şeyx Şamil 

hərəkatının ideya rəhbəri olmuş, 

Türkiyəyə gedəndən sonra  sulta-

nın  belə yüksək dəyər verdiyi, türk 

dünyasının fəxr etdiyi  Hacı İsma-

yıl Şirvani kimi Azərbaycan əsilli 

nəhəng İslam xadiminin Amasiyadakı 

məscid-türbəsi ətrafında böyümüşəm. 

Babalarımın Azərbaycan sevgisinin, 

yürd, Vətən həsrətinin nə olduğunu 

uşaqlıq illərimdə duya bilmişəm. 

Mənə hərdən deyirlər ki, danışığım 

azərbaycanlıların ləhcəsinə çox 

bənzəyir. Təsdiq edirəm: belədir. Bu, 

bizim canımızda, qanımızdadır.

– Sovetlər dönəmində 

Azərbaycanın Türkiyədə ilk və son 

səfiri olmuş  İbrahim Əbilov Anka-

raya gedərkən Kastamonuda dayan-

mışdı. Türkiyənin o dönəmki  “Açıq 

söz” qəzetinin baş redaktoru İsmayıl 

Həbib “Qardaş ölkənin səfiri” adlı 

baş məqaləsində  yazmışdı: “Əziz 

qonağımız ... birbaşa qardaş bir 

hökumətin səfiridir”.

– İsmail Həbibin dedikləri 

dünənin həqiqətləri olmaqla, bu 

gün də bizimlədir. Kastamonu 

20-ci illərdə istiqlal hərbimizin 

önəmli mərkəzlərindən olmuşdu.  

İşğal görməmiş, istiqlal hərbimizin 

tarixində ən çox şəhid verən 

vilayətlərdən biri idi. O dönəmlər 

biz İslam dünyasından, eləcə də 

Azərbaycandan böyük dəstək gördük. 

Kastamonu bu dəstəyin mərkəzləşdiyi 

bir şəhər oldu. O zaman istiqlal şairi 

Akif Ərsoy da burada olmuşdur. 

Təbii ki, Azərbaycanın ilk səfirinin də 

yolüstü  40 nəfərə yaxın bir heyətlə 

burada bir gün qonaq olmasının 

önəmli səbəblərindən  biri bu ola 

bilər.

Digər tərəfdən, Türkiyənin hər 



yerində Azərbaycana münasibətin 

kökündə daha böyük ideallar dayan-

mışdır. Bakı səfirimiz Erkan Özoralın 

söylədiyi bir fikir qəlbimi riqqətə 

gətirdi: Qarabağ təkcə  Azərbaycanın 

yox, həm də  Türkiyənin  qanayan 

yarasıdır. Hörmətli səfirimizin bu 

müqəddəs kəlamı hər bir Türkiyə 

vətəndaşının deyə biləcəyi ifadədir. 

Türkiyədə Azərbaycan deyəndə 

adamların necə bir duyğularla 

zənginləşdiyini görməmək müm-

kün deyil, o qəqiqə Azərbaycan 

kəlməsinin önünə bir “can” sözü də 

artırılır. 

Dünyanın heç bir millətində, 

xalqında bu boyda sevgi və etiramı 

görmək mümkün deyil. Eləcə də 

azərbaycanlıların Türkiyə sevgisi 

ölçüyə gəlməyən  qədər böyükdür. 

Dövlətlərimiz də, xalqlarımıza 

güvənərək, bütün münasibətlərdə bu 

qardaşlığın daha da inkişafında  qar-

şılıqlı səylərini əsirgəməməkdədirlər. 



– Qəzetimizin oxucularına sözü-

nüz, diləyiniz?

– Öncə, qonaqpərvərliyə görə 

minnətdarlığımı bildirərdim. Birgə 

keçirdiyimiz konfransın təkcə 

universitetlərarası yox, həm də 

tarixi, dili və adət-ənənələri bir 

olan xalqlarımızın, strateji tərəfdaş 

olan dövlətlərimizin də tarixində 

əhəmiyyətli yeri olacağına inanıram. 

Əminəm ki, birgə tədbirlərin 

keçirilməsi biz bir-birimizə daha 

yaxından tanıdacaq, ortaq tariximi-

zin öyrənilməsində əhəmiyyətli rol 

oynayacaq.

Türk dünyasının dəyərli  lideri 

olmuş Heydər Əliyevin hər iki ölkədə 

atalar sözu kimi işlədilən “Bir millət, 

iki dövlət” kəlamını rəhbər tutaraq 

yaşamaqdayıq.  Bu işdə əvəzsiz 

xidmətləri və ənənəsi olan “Xalq 

qəzeti”nə və digər media qurumlarına 

bir millətin iki dövlətinin maraqlarını  

qorumağı, qəzetinizin oxucularına isə 

daha xoş günlər  arzulayıram.



Namiq ƏHMƏDOV, 

 “Xalq qəzeti”

“Bütün türk dünyasının elm 

məbədi olmaq arzusundayıq”

Müsahibimiz Türkiyənin Kastamonu Universitetinin rektoru, professor Seyid Aydındır

Suraxanıda növbəti ağacəkmə aksiyası keçirilib

 

ˆ

Son illər ölkəmizdə Azərbaycan 



Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi 

altında ekoloji tarazlığın qorunması istiqamətində ciddi 

işlər aparılır. Bu işlərin bariz nümunələrindən biri kimi 

Suraxanıda  ağac əkməklə ekoloji balansın bərpasına, 

təbii mühitin qorunmasına kömək etmək, atmosferi 

oksigenlə zənginləşdirmək, insanların diqqətini 

yaşıllıqların qorunmasına yönəltmək istiqamətində 

rayon icra hakimiyyətinin (RİH) təşkilatçılığı ilə silsilə 

ağacəkmə kampaniyalarını, iməciliklərin keçirilməsini 

göstərmək olar. 

RİH-in  təşkilatçılığı ilə 

növbəti kütləvi ağacəkmə ak-

siyası oktyabrın 21-də rayonun 

Əmircan qəsəbəsində, Balandin 

küçəsinin ətrafında keçirilib.   

Ağacəkmə aksiyasında RİH-

in başçısı İlqar Abbasov, RİH-in 

başçısı aparatının əməkdaşları, 

qəsəbə inzibati ərazi dairəsi 

üzrə nümayəndəliklərin, 

bələdiyyələrin, sənaye 

müəssisələrinin, rayon Mənzil-

Kommunal Təsərrüfatı Birliyinin 

işçiləri və sakinlər iştirak ediblər.   

Ağacəkmə aksiyalarının 

keçirilməsində məqsəd yaşıllıq 

zolaqlarının genişləndirilməsi, 

rayonun ekoloji tarazlığının 

bərpa olunması,  insanlar 

arasında təbiətə qayğı hissinin 

təbliğ edilməsidir. Dünən 200 

nəfərin iştirak etdiyi iməcilikdə 

də  yolun kənarlarında müva-

fiq təmizləmə işləri aparılıb, 

abadlıq işləri görülüb, mövcud 

yaşıllığa qulluq edilib və əraziyə 

200-dən artıq ağac əkilib.   

Davamlı şəkildə həyata 

keçirilən ağacəkmə aksiyaları 

nəticəsində Suraxanı rayonu-

nun ərazisi getdikcə abadlaşır, 

yaşıllıqlarla zənginləşir, ekoloji 

mühit sağlamlaşır, habelə torpaq 

qatı münbitləşir.

Hazırda Suraxanı rayo-

nunda yaşayış massivlərinin 

abadlaşdırılması, həyət və 

məhəllələrin ümumi istifadə 

üçün yararlı vəziyyətə salınması 

istiqamətində tədbirlər davam 

etdirilir,  iməciliklər keçirilir

qanunsuz konstruksiyalar yığış-

dırılır, zəbt olunan  sahələrdən 

zibillər daşınır, antisanitar 

vəziyyət aradan qaldırılır.

Mövsümün sonuna qədər 

rayonda ağacəkmə aksiyalarının 

davamlı keçirilməsi nəzərdə 

tutulub. 



V. BAYRAMOV, 

“Xalq qəzeti”  

 

ˆ

Professor  Əsədulla Cəfərovun oxuculara təqdim olunan 



“Qarabağın paleolit düşərgələri” adlı əsəri Azıx, Tağlar və Şuşa 

paleolit düşərgələrində aparılmış kompleks arxeoloji tədqiqatlar zamanı 

tapılmış arxeoloji, paleontoloji və paleoantropoloji qalıqların elmin son 

nailiyyətləri əsasında tədqiqinə həsr olunub. Tədqiqatlar zamanı  Qarabağ 

ərazisində qeydə alınmış Quruçay, Qədim aşel, Orta aşel, Son aşel, 

Mustye və Üst paleolit mədəniyyətlərinin xarakterik xüsusiyyətləri, ulu 

sakinlərin əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq, ibtidai tikililərin 

yaranması, odun kəşfi, neandertal tipli insanların inkişaf edərək homo 

sapiens (müasir insan) tipli insanlara çevrilməsi kimi məsələlər kitabda 

geniş şərh olunub.

Əsər 2016-cı ilin aprel ayında Qara-

bağ  torpaqlarını azad edərkən şəhid olmuş 

qəhrəman  Azərbaycan əsgərlərinin əziz 

xatirəsinə həsr olunmuşdur.

Əsərin I fəsli “Paleolit dövrü 

abidələrinin öyrənilmə tarixi” adlanır. 

Burada müəllif 1953-cü ildən başlamış 

2010-cu illərə qədər Azərbaycan Res-

publikası ərazisində aparılmış arxeoloji 

axtarış  işləri zamanı qeydə alınmış paleolit 

düşərgələri haqqında geniş məlumat verilib. 

Məlum olduğu kimi, Azərbaycan ərazisində 

daş dövrü düşərgələrini müəyyən etmək 

məqsədilə ilk dəfə 1956-cı ildə AMEA-nın 

Tarix muzeyində  Məmmədəli Hüseynovun 

rəhbərliyi altında paleolit arxeoloji ekspe-

disiyası təşkil olunmuşdur.   1960-cı ilin 

tədqiqatları zamanı Məmmədəli Hüseyno-

vun rəhbərliyi altında Qarabağ ərazisində 

Quruçay və Köndələnçay sahillərində 

Azıx və Tağlar paleolit düşərgələri qeydə 

alınmışdır.

2001-ci ildən başlayaraq, Azıx paleolit 

düşərgəsində tədqiqatlar beynəlxalq xarak-

ter almışdır. Azərbaycan, Rusiya, Fransa, 

İtaliya, İspaniya və Gürcüstan alimləri 

beynəlxalq İNTAS-2000 adlı proqram ha-

zırlamış və 2001-2005-ci illərdə onun elmi 

tədqiqi ilə məşğul olmuşlar. 

Beləliklə, 1953-2007-ci illərdə 

Azərbaycan ərazisində paleolit dövrü üzrə 

aparılan arxeoloji tədqiqat işləri nəticəsində 

həmin düşərgələrdən əldə olunmuş 

maddi mədəniyyət nümunələri əsasında 

Azərbaycan ərazisində ibtidai insanların 

yaşaması, bu ərazinin ən qədim sivilizasi-

ya mərkəzlərindən biri olması kompleks 

tədqiqatlarla sübuta yetirilmişdir.

Əsərin II fəslində göstərildiyi kimi, 

ibtidai insanların həyatında təbii -coğrafi 

şəraitin çox mühüm əhəmiyyəti olmuşdur. 

Alimlər müəyyən etmişlər ki, ibtidai insan-

ların və ibtidai icma cəmiyyətinin forma-

laşması və ayrı-ayrı inkişaf mərhələləri 

təbii coğrafi şəraitin dəyişməsi ilə yanaşı və 

qarşılıqlı əlaqədə getmişdir. Başqa sözlə,  

təbii coğrafi şərait harada əlverişli olmuş-

sa, ibtidai insanlar da həmin ərazilərdə 

məskunlaşmağa başlamışlar.  

Əsərin  III fəsli paleolit düşərgələrinin 

stratiqrafiyasına, IV fəsli isə ovçuluq, yığı-

cılıq və heyvanat aləminə həsr olunmuşdur. 

Xatırladaq ki, Azıx paleolit düşərgəsində 

arxeoloji qazıntılar zamanı yalnız III, V və 

VI mədəni təbəqələrdən 500 mindən artıq 

ovlanmış heyvan sümükləri aşkar olunmuş-

dur.


Xatırladaq ki, düşərgənin  fauna 

qalıqlarının əksəriyyəti olduqca çapılıb 

doğranmış vəziyyətdə olduğundan onların  

əksəriyyətinin hansı heyvan növünə aid 

olmasını təyin etmək mümkün olmamışdır.

Əsərin V fəsli Quruçay arxeolo-

ji mədəniyyəti və onun texniki-tipoloji 

xüsusiyyətlərinə həsr olunmuşdur. Məlum 

olduğu kimi, Quruçay vadisi ibtidai insanla-

rın məskunlaşmaları üçün zəruri olan bütün 

təbii nemətlərə malikdir.  İbtidai insanlar 

bu vadidə məskunlaşaraq çay daşlarından 

əmək alətləri hazırlamış, özlərinin iqtisadi 

tələbatlarını ödəmək üçün ovçuluq və yığı-

cılıqla məşğul olmuşlar.

Azıx mağara düşərgəsinin VII-X 

təbəqələrindən tapılmış daş məmulatlarının 

texniki-tipoloji xüsusiyyətləri, kobud çapma 

alətlərinin hazırlanma cəhətləri və dünyanın 

heç bir paleolit abidələrindən belə alətlər 

qeydə alınmadığı üçün düşərgənin ən aşağı 

təbəqələrindən tapılmış maddi mədəniyyət 

qalıqlarına Quruçay arxeoloji mədəniyyəti 

adı verilmişdir. Avropa alimləri ilə birlikdə 

aparılmış elmi tədqiqatlar nəticəsində Qu-

ruçay arxeoloji mədəniyyətinin  ilkin olaraq 

güman edildiyindən daha qədim 2-2,5 mil-

yon il bundan əvvələ aid olduğu müəyyən 

edilib. Beləliklə də, Azərbaycan ərazisində 

ibtidai icma quruluşunun ilkin mərhələsinin 

Quruçay arxeoloji mədəniyyəti dövründən 

başlaması arxeoloji mənbələr əsasında 

sübuta yetirilmişdir. Onu da xatırla-

daq ki, Qafqaz və Yaxın Şərqin paleolit 

düşərgələrində aparılan arxeoloji qazıntılar 

zamanı hələlik Quruçay mədəniyyətini 

təkrar edən əmək alətləri qeydə alınmamış-

dır. 


Əsərdə Azıxın  V mədəni  təbəqəsindən 

tapılmış azıxantrop barədə də əhatəli 

məlumata rast gəlmək mümkündür.

Bəhs olunan əsərin VI fəsli paleolit 

dövrü insanların mənəvi aləminə,  VII fəsli 

isə Azıx paleolit düşərgəsinin dünya arxeo-

logiyasında yerinə həsr olunub.

“Qarabağın paleolit düşərgələri” 

kitabının VIII fəsli “Qarabağ arxeoloji və 

tarixi mənbələrdə” adlanır. Burada Qara-

bağın 2,5 milyon il bundan əvvəl başlamış 

tarixinin XX əsrin sonlarına qədər olan əsas 

mərhələləri şərh olunmuşdur. Müəllif əsərin 

nəticə hissəsində haqlı olaraq qeyd edir ki, 

son 50 ildə Azərbaycan alimlərinin Qarabağ 

ərazisində apardıqları arxeoloji, etnoqrafik, 

epiqrafik, paleocoğrafi, paleontoloji və pale-

oantropoloji  tədqiqatlar ən qədim zaman-

lardan – yəni Quruçay mədəniyyətindən 

başlayaraq ulu əcdadlarımızın bu torpaq-

larda yaşadığını, zəngin maddi və mənəvi 

mədəniyyət yaratdığını elmi əsaslarla 

sübuta yetirmiş və tarixi saxtalaşdırmağa 

cəhd edən erməni alimlərinin iddialarının 

tamamilə əsassız olduğunu göstərə bilmiş-

dir.


Qafar CƏBİYEV,  

AMEA Arxeologiya və  

Etnoqrafiya İnstitutunun baş elmi işçisi, 

tarix elmləri doktoru

  

Yeni nəşrlər



“Qarabağın paleolit düşərgələri”

Azərbaycan meyvə-tərəvəz ixracını 64 faiz artırıb

 

ˆ

Azərbaycan meyvə-tərəvəz ixracını 



artıb.

"APA-Economics" Dövlət Gömrük 

Komitəsinin açıqladığı statistikaya istinadən 

xəbər verir ki, 2017-ci ilin yanvar-sentyabr ayları 

ərzində ölkədən statistik dəyəri 306 milyon 509,96 

min dollar olan 314 min 316,56 ton meyvə-

tərəvəz ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə 

müqayisədə 132 min 879,77 ton və ya 63,75 faiz 

çoxdur.

Məbləğ baxımından isə illik artım 89 milyon 



881,5 min dollar və ya 41,49 faiz olub.

Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr 

ayları ərzində Azərbaycandan xaricə 216 mil-

yon 628,46 dollar dəyərində 208 min 436,79 ton 

meyvə-tərəvəz ixrac edilib.



 

                                                                          

 

 

 



 

 

 



 

Bir ananın iki oğlu, 

Bir amalın iki qolu. 

O da ulu, bu da ulu 

Azərbaycan-Türkiyə. 

Dinimiz bir, dilimiz bir, 

Ayımız bir, ilimiz bir, 

Eşqimiz bir, yolumuz bir 

Azərbaycan-Türkiyə. 

Bir millətik, iki dövlət 

Eyni arzu, eyni niyyət. 

Hər ikisi cümhuriyyət 

Azərbaycan-Türkiyə. 

Birdir bizim hər halımız, 

Sevincimiz-məlalımız. 

Bayraqlarda hilalımız 

Azərbaycan-Türkiyə. 

Ana yurdda yuva qurdum, 

Ata yurda könül verdim. 

Ana yurdum, ata yurdum 

Azərbaycan-Türkiyə. 

Bəxtiyar Vahabzadə 



 

 

ISBN: 978-605-60274-3-7 



KASTAMONU-2018 

 

Document Outline

  • 1-Sempozyumu önkapak
  • 2-Sempozyumu Kurullar
  • 3-Sempozyum Kitabı
  • 4-Sempozyum-fotolar
  • 5-sempozyum-ek
  • 6-Sempozyum arkakapak

Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə