Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə7/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   2   3   4   5   6   7   8   9   10   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

 



MƏRUZƏLƏR 

 

I BÖLMƏ 



 

MÜASİR DÖVRDƏ AZƏRBAYCAN RESPUBLİKASI İLƏ TÜRKİYƏ CÜMHURİYYƏTİ ARASINDA SİYASİ VƏ HÜQUQİ 

ƏMƏKDAŞLIQ 

 (2003-2017-Cİ İLLƏR) 

POLITICAL AND LEGAL COOPERATION BETWEEN TURKEY AND AZERBAIJAN DURING THE PERIOD OF 2013-2017 

Prof. Dr. Cəfər Cəfərov 

Azərbaycan Dövlət Pedaqoji  

Universitetinin rektoru 

Xülasə 

Tarix boyu Azərbaycanla Anadolu bölgəsi arasında mütəmadi şəkildə siyasi, iqtisadi və mədəni əlaqələr 



mövcud  olmuşdur.  Bu  bölgələrdə  yaşayan  yerli  -  aborigen  əhalinin  dilinin,  dininin  və  etnik-mədəni 

dəyərlərinin eyni kökdən gələrək oğuz türklərinə dayanması, Anadolu və Azərbaycanın vahid bir etno-siyasi 

və mədəni məkana mənsubiyyətini xarakterizə edən əsas amillərdən biridir.  

XX  əsrin  sonlarında  sovet  imperiyası  işğalına  qarşı  Azərbaycanda  baş  verən  milli-azadlıq  hərəkatı 

nəticəsində Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi (1991-ci il /18 oktyabr). Bu dövrdə Azərbaycan 

Respublikasının  müstəqilliyini  tanıyan  ilk  dövlət  qardaş  Türkiyə  Cümhuriyyəti  oldu.  Bu  dövrdən  etibarən 

Azərbaycan  Respublikası  ilə  Türkiyə  Cümhuriyyəti  arasında  siyasi,  iqtisadi  və  sosial-mədəni  müstəvidə 

əməkdaşlıq  genişlənməkdədir.  Bu  əlaqələrin  əsasında  hər  iki  dövlətin  siyasi  iradəsi  və  siyasi-hüquqi 

əməkdaşlığı dayanır.  

Məqalədə,  müasir  dövrdə  (2003-2017-ci  illərdə)  Azərbaycan  Respublikası  ilə  Türkiyə  Cümhuriyyəti 

arasında  siyasi  və  hüquqi  əməkdaşlığın  etnik-mədəni  zəminin  xüsusiyyətləri  göstərilərək,  bu  əməkdaşlığın 

hüquqi və siyasi aspektləri elmi əsaslara söykənərək nəzərdən keçiriləcəkdir.  

Açar  sözlər:  Müasir  dövr,  Azərbaycan  Respublikası,  Türkiyə  Cümhuriyyəti,  siyasi  münasibətlər,  hüquqi 

əməkdaşlıq 

Abstract 

Throughout  history,  there  have  been  regular  political,  economic  and  cultural  relations  between 

Azerbaijan and the Anatolia region. One of the main factors characterizing the language, religion, and ethnic 

and  cultural  values  of  indigenous  peoples  –  Aboriginal  living  in  these  regions  from  the  same  roots  to  the 

Oghuz Turks is a unique ethno-political and cultural space of Anatolia and Azerbaijan. 

Azerbaijan regained its independence as a result of the national-liberation movement in Azerbaijan at 

the  end  of  the  20th  century,  against  the  occupation  of  the  Soviet  Empire  (October  18,  1991).  During  this 

period,  the  first  brother  state  of  the  Republic  of  Azerbaijan  became  the  Republic  of  Turkey.  Since  then, 

cooperation between the Republic of Azerbaijan and the Republic of Turkey is being expanded in political, 

economic  and  socio-cultural  dimensions.  These  relations  are  based  on  political  will  and  political-legal 

cooperation of both countries. 

The article has been reviewed the legal and political aspects of this cooperation on the basis of scientific 

principles  which  reflect  ethno-cultural  political  and  legal  cooperation  between  the  Republic  of  Azerbaijan 

and the Republic of Turkey in the modern period (2003-2017). 

Key  words:  Modern  era,  The  Republic  of  Azerbaijan,  The  Republic  of  Turkey,  political  relations,  legal 

cooperation.  




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

 



Giriş 

Azərbaycan 1991-ci il oktyabr ayının 18-də öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-

da  onu  tanıyan  ilk  dövlət  Türkiyə  Cümhuriyyəti  oldu.  1992-ci  ilin  yanvar  ayının  14-də  Azərbaycan-Türkiyə 

diplomatik  əlaqələri  yaradılmışdır.  Həmin  vaxtdan  Türkiyə  Cümhuriyyətinin  Azərbaycan  Respublikasında, 

1992-ci ilin avqust ayından isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlamışdır. Diplomatik 

münasibətlərin  yaradılması  iki  ölkə  arasında  qarşılıqlı  əlaqələrin  inkişafında  geniş  perspektivlər  açdı.  Artıq 

1992-ci  ilin  fevral  ayında  Azərbaycan  Respublikası  və  Türkiyə  Respublikası  Xarici  İşlər  Nazirlikləri  arasında 

əməkdaşlıq  haqqında  və  iki  dövlət  arasında  vizasız  gediş-gəlişə  dair  məktub  mübadiləsi  haqqında  sazişlər 

imzalandı. 

Türkiyə Prezidenti Turqut Özalın  Azərbaycana 1992-ci il 1-3 may tarixli səfəri zamanı imzalanmış Birgə 

Bəyanat  strateji  əməkdaşlığın  təməl  daşını  qoydu.  İki  ölkə  rəhbərləri  arasında  keçirilən  görüşlər  və  Birgə 

Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf perspektivlərini müəyyən etdi. Hər iki dövlət qarşılıqlı 

faydalı  əməkdaşlıq  prinsiplərini  əsas  tutaraq  ardıcıl  addımlar  atmağa  başladı.  Türkiyə  müstəqil  dövlət 

quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin 

inkişafına geniş yardım göstərirdi. 

1992-ci ilin noyabr ayında kiçik və orta həcmli sənaye müəssisələrini inkişaf etdirmək sahəsində texniki 

əməkdaşlıq  barədə,  ticarət-iqtisadi  əməkdaşlıq,  investisiyaların  təşviqi  və  qorunması  haqqında 

hökumətlərarası  sazişlər,  Azərbaycan  Respublikası  və  Türkiyə  Respublikası  arasında  kredit  sazişi  və  digər 

sənədlər  imzalandı.  Bununla  da  qarşılıqlı  münasibətlərin  hüquqi-normativ  bazasının  yaradılması  sahəsində 

mühüm addımlar atıldı. 

Azərbaycanın  beynəlxalq  aləmə  inteqrasiyasında,  regional  təhlükəsizliyin  qorunmasında  və 

ümumiyyətlə,  ölkəmizin  siyasi-iqtisadi  və  elmi-mədəni  maraqlarının  reallaşmasında  Türkiyə  ilə  hərtərəfli 

əməkdaşlığın  genişlənməsinə  xüsusi  əhəmiyyət  verən  Heydər  Əliyev  1993-cü  ildə  yenidən  hakimiyyətə 

qayıtdıqdan  sonra  bu  istiqamətdəki  kursun  yüksələn  xətt  üzrə  inkişafını  təmin  etdi.  Azərbaycan 

Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk rəsmi 

səfəri  ikitərəfli  əlaqələrin  inkişafına  yeni  təkan  verdi.  Ankarada  aparılan  danışıqlardan  sonra  fevralın  9-da 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, 

elmi,  texniki,  mədəni  və  iqtisadi  sahələrdə  əməkdaşlıq  haqqında  saziş,  dostluq  və  hərtərəfli  əməkdaşlığın 

inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşılıqlı təşviqi və qorunması 

haqqında saziş və digər mühüm sənədlər imzalandı. 

1994-cü il sentyabrın  20-də  “Əsrin müqaviləsi”ni imzalamış xarici neft şirkətləri konsorsiumunda “Türk 

petrolları”  şirkətinin  təmsil  olunması  Türkiyə  ilə  Azərbaycan  arasında  strateji  əməkdaşlığın  inkişafının  real 

təzahürü  idi.  Dövlət  rəhbərlərinin  müntəzəm  xarakter  almış  qarşılıqlı  səfərləri  iki  ölkə  arasındakı 

münasibətlərin  daha  da  inkişafı  ilə  müşayiət  olunurdu.  1995-ci  il  dekabrın  7-  9  da  Türkiyə  Prezidenti 

Süleyman  Dəmirəlin  Azərbaycana  rəsmi  səfəri  zamanı  imzalanmış  Birgə  Bəyanat  və  iqtisadi  əməkdaşlıq 

haqqında  memorandum  dostluq  münasibətlərini  müəyyənləşdirən  prinsiplərin  və  əlaqələrin  inkişaf 

istiqamətlərinin  sarsılmaz  olduğunu  bir  daha  təsdiq  etdi.  İkitərəfli  əlaqələrin  möhkəmlənməsi  və  dostluq 

münasibətlərinin  inkişafı  Azərbaycan-Türkiyə  əməkdaşlığının  əhatə  çərçivəsini  genişləndirdi.  1996-cı  ildə  iki 

ölkə  arasında  hərbi,  texniki  və  elm  sahələrində  əməkdaşlığa  dair  bir  sıra  sənədlər  imzalandı.  Beləliklə, 

qarşılıqlı  münasibətlərin  hüquqi-normativ  əsaslarının  genişlənməsi  iki  ölkə  arasında  siyasi-iqtisadi,  elmi-

mədəni,  hərbi  və  b.  sahələrdə  əməkdaşlığın  inkişafı  üçün  yeni  perspektivlər  açmışdır.  İkitərəfli  əlaqələrlə 

yanaşı  regional  və  beynəlxalq  təşkilatlar  çərçivəsində  də  Türkiyə  ilə  səmərəli  işbirliyinin  möhkəm  təməlini 

yaradan Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 1997-ci il aprelin 30-da İstanbulda keçirilən Qara 

Dəniz  İqtisadi  Əməkdaşlıq  Təşkilatının  Zirvə  toplantısında  iştirak  etmiş,  bir  həftə  sonra  isə    mayın  5-8-də 

Türkiyədə  rəsmi  səfərdə  olmuşdur.  Keçirilən  bütün  görüşlərdə  Azərbaycan  Respublikası  Türkiyə  ilə 

münasibətlərin  daha  da  inkişafına xüsusi  əhəmiyyət  verdiyini  göstərmiş  və  imzalanmış  sənədlərdə  qarşılıqlı 

faydalı əməkdaşlığın hərtərəfli və dinamik inkişafına maraqlı olduğunu nümayiş etdirmişdir. Belə ki, 1997-ci il 

mayın 5-də Ankarada Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında strateji 

əməkdaşlığın  dərinləşməsi  haqqında  bəyannamə,  kiçik  və  orta  həcmli  sənaye  müəssisələrinin  inkişafına 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə