Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə8/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   4   5   6   7   8   9   10   11   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

 



yönəlmiş  əməkdaşlıq  haqqında  əlavə  protokol,  elektroenergetika  sahəsində  əməkdaşlıq  haqqında  saziş  və 

digər mühüm sənədlər imzalanmışdır. 

Azərbaycanın  xarici  siyasətində  Türkiyə  ilə  münasibətlərin  xüsusi  əhəmiyyətə  malik  olduğunu  təsdiq 

edən  və  ümumiyyətlə,  iki  ölkənin  qarşılıqlı  əlaqələrini  səciyyələndirən  əsas  cəhət  ondan  ibarətdir  ki, 

Azərbaycan  Respublikası müstəqillik  əldə  etdikdən  sonra  hər  il  iki  ölkənin  dövlət  və  hökumət  rəhbərlərinin 

çoxsaylı  qarşılıqlı  rəsmi  və  işgüzar  səfərləri  hökumətlərarası  münasibətləri  tənzimləyən  müxtəlif  sənədlərin 

imzalanması  ilə  müşayiət  olunmuşdur.  Bu,  iki  dost  ölkənin  qarşılıqlı  münasibətlərinin  özünəməxsusluğunun 

təzahürü  olmaqla  yanaşı,  ikitərəfli  əlaqələrin  dinamik  inkişafı  üçün  geniş  hüquqi-normativ  bazanın 

yaradılmasında mühüm rol oynamışdır. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə Azərbaycanın beynəlxalq 

hüquq  normalarına  uyğun  haqlı  tələblərini  ardıcıl  müdafiə  etmiş,  respublikamızın  ərazi  bütövlüyünün  və 

suveren  hüquqlarının  təmin  olunması  üçün  böyük  səylər  göstərmişdir.  Münaqişənin  həlli  yolunu  yalnız 

Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə münaqişə nizamlanana qədər 

Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və iqtisadi əlaqələr yaratmayacağı barədə öz qətiyyətli 

mövqeyindən  dönməyəcəyini  dəfələrlə  bəyan  edib.  Azərbaycan  regionda  həyata  keçirilən  qlobal  iqtisadi 

layihələrin gerçəkləşməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Avropa ilə Şərq ölkələri 

arasında  nəqliyyat-kommunikasiya  əlaqələrinin  yaradılması  sahəsində  mühüm  əhəmiyyət  kəsb  edən  Böyük 

İpək  yolunun  bərpasına  dair  1998-ci  il  sentyabrın  8-9-da  Bakıda  keçirilmiş  beynəlxalq  konfransda  Türkiyə 

Prezidenti S. Dəmirəl də iştirak etmişdir. Bu layihənin həyata keçirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın 

dərinləşməsinə  yeni  stimul  vermişdir.  Bununla  yanaşı,  digər  iqtisadi  layihələrin  gerçəkləşməsi,  o  cümlədən 

Xəzərin  enerji  resurslarının  dünya  bazarlarına  nəql  olunması  sahəsində  aparılan  işlərdə  Azərbaycan  ilə 

Türkiyənin davamlı işbirliyi qurması hər iki dövlətin mənafelərinin qorunmasına xidmət edir. 

1.

 

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında siyasi əməkdaşlıq 

Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin hüquqi-normativ bazasının yaradılması, beynəlxalq, 

regional və ikitərəfli strateji dostluq və qardaşlıq münasibətlərinin qurulması kimi mühüm addımlar 1993-cü 

ildə Heydər Əliyev yenidən hakimiyyətə qayıdışından sonra baş verdi. İki dövlət arasındakı münasibətləri “tək 

millət,  iki  dövlət”  formulu  əsasındayenidən  formalaşdırmağa  başlayan  Heydər  Əliyev  tezliklə  Azərbaycanın 

milli  dövlətçiliyinin  bərpası  və  inkişafında,  siyasi-iqtisadi  və  sosial-mənəvi  maraqlarının  reallaşmasında, 

beynəlxalq aləmə inteqrasiyasında, Cənubi Qafqaz və Xəzər hövzəsininregional təhlükəsizliyinin təminatı və s. 

strateji  məsələlərdə  dost  və  qardaş  Türkiyənin  imkanlarından  istifadə  etməyə,bütün  sahələr  üzrə  qarşılıqlı 

tərəfdaşlıq kursu yürütməyə başladı (13, 340). 

Prezident İlham Əliyev 2003-cü ildə Azərbaycan prezidenti seçildikdən sonra Azərbaycan Respublikası ilə 

Tükiyə Cümhuriyyəti arasında mövcud olan və davamlı şəkildə inkişaf edən münasibətlər yeni bir mərhələyə 

qədəm qoydu. 

Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Prezident İlham Əliyevin 2004-cü il aprelin 13-15-də qardaş 

ölkəyə  rəsmi  səfəri  mühüm  rol  oynadı.  Səfər  zamanı  Azərbaycan  Respublikası  ilə  Türkiyə  Respublikası 

arasında birgə bəyanat, mülki aviasiya və mədəniyyət sahəsində əməkdaşlığa dair protokollar imzalandı. 

İlham  Əliyevin  prezidentliyi  dövründə  Azərbaycan  xarici  siyasətinin  prioritetləri  Türkiyənin  Azərbaycan 

üçün  əhəmiyyətini  qorumasına  səbəb  olmuşdur.  Regional  balansın  qorunması,  Ermənistan–Azərbaycan 

Dağlıq  Qarabağ  münaqişəsinin  həllində,  həmçinin  Azərbaycanın  enerji  ehtiyatlarının  Qərbə  çatdırılmasında 

Türkiyənin  oynadığı  rol  ikitərəfli  münasibətlərin  gücləndirilməsini  zəruri  etmişdir. 2007-ci  ildə  qəbul  olunan 

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik KonsepsiyasındaTürkiyə–Azərbaycan  münasibətlərinin strateji 

əməkdaşlıq  səviyyəsində  olduğu  qeyd  olunmuşdur.  Konsepsiyada  Türkiyənin  Azərbaycan  üçün  əhəmiyyəti 

aşağıdakı kimi izah  edilmişdir: etnik, mədəniyyət və  dil baxımından  bir-biri ilə  sıx bağlı olan  ölkələr; Türkiyə 

transregional  iqtisadi  layihələrin  həyata  keçirilməsində  əhəmiyyətli  rol  oynayır;  Ermənistan–Azərbaycan 

Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilmiş səylərdə mövqelər uyğundur (8). 

Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana səfəri vaxtı, 2007-ci ilin noyabrın 6-da iki ölkə arasında 

uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı və icra planı imzalanmışdır.  



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

 



Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi 

layihələr  –  Bakı-Tbilisi-Ceyhan  neft,  Bakı-Tbilisi-Ərzurum  qaz  kəmərləri  və  Bakı-Tbilisi-Qars  dəmir  yolu 

layihələri  regionda  sülhün  və  təhlükəsizliyin  təmin  olunmasına  öz  töhfəsini  verməklə  yanaşı,  xalqlarımızın 

rifah halının yaxşılaşdırılması baxımından da böyük  əhəmiyyətə malikdir. Bu mənada 2008-ci il iyulun 24-də 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  Türkiyəyə  səfəri  zamanı  Qars  şəhərində  Bakı-Tbilisi-

Qars  dəmir  yolunun  Türkiyə  hissəsinin  təməlinin  qoyulması  mərasimindəki  nitqində  dövlət  başçısı 

Azərbaycanın beynəlxalq enerji və nəqliyyat dəhlizi ölkəsi olaraq yüksək potensialını göstərməklə yanaşı, bu 

dəmir yolunun ümumən regionda  əməkdaşlığın  genişlənməsi üçün çox önəmli layihə  olduğunu  bildirdi (13, 

332-334).  

Türkiyə  ilə  Azərbaycan  arasındakı  ikitərəfli  strateji  tərəfdaşlıq  münasibətlərinin  bugünkü  müttəfiqlik 

səviyyəsinə  yüksəlməsində  2010-cu  ilin  avqust  ayının  16-da  prezidentlər  İlham  Əliyev  və  Abdullah  Gülün 

Bakıda imzaladığı “Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” 

mühüm  rol  oynamışdır.  Müqaviləyə  əsasən,  tərəflər  bundan  sonra  bir-birilərinin  müstəqilliyinin, 

suverenliyinin,  ərazi  bütövlüyünün,  sərhədlərin  toxunulmazlığının  təmin  olunmasında  və  qorunmasında  sıx 

əməkdaşlıq edəcək, təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə 

təxirə salınmadan məsləhətləşmələr aparacaqlar. Müqavilə, həmçinin tərəflərdən birinin üçüncü dövlət və ya 

bir  qrup  dövlətin  silahlı  basqın  və  ya  hərbi  təcavüzünə  məruz  qalması  halında  bir-birinə  qarşılıqlı  yardım 

göstərməsini nəzərdə tutur və bu sahədə birgə fəaliyyətin hüquqi bazasını yaradır (9, 123; 14, 3) 

Bu münasibətlərin  davamı olaraq, 2010-cu  ildə  tərəflər  arasında çoxdan gözlənilən  və  ehtiyac duyulan 

Strateji  Müttəfiqlik  Haqqındavə  Yüksək  Səviyyəli  Strateji  Əməkdaşlıq  Şurasının  qurulması  barədə  razılığa 

gəlinib və 15 sentyabr 2010-cu ildə bu barədə İstanbulda Prezident İlham Əliyev ilə Başbakan Rəcəb Tayyib 

Ərdoğan  tərəfindən  müqavilə  imzalanıb.  Yüksək  Səviyyəli  Strateji  Əməkdaşlıq  Şurası  Türkiyə  ilə  Azərbaycan 

arasındakı ikitərəfli münasibətlərdə bütün sahələrin ortaq problemlərini müzakirə edə biləcək və tərəfdaşlıq 

yolları  axtaracaq  üstün  səlahiyyətli  bir  strukturdur.  Mütəxəssislərin  fikrinə  görə,  Strateji  Əməkdaşlıq  Şurası 

ikitərəfli  münasibətlərdəki  indiyə  qədərki  koordinasiya  çatışmazlıqlarını  aradan  qaldırma  və  minimuma 

endirmə fürsəti yaradıb (3). 

2011-ci il iyulun 27-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Türkiyə-

Azərbaycan  əlaqələrinin hazırda  ən  yüksək səviyyədə  olduğunun bir  daha şahidi olduq. Belə  ki, Azərbaycan 

Prezidenti  İlham  Əliyevin  və  Türkiyənin  Baş naziri  Rəcəb  Tayyib Ərdoğanın birgə  mətbuat  konfransı  zamanı 

söylədikləri  fikirlər  bunu  bir  daha  təsdiq  edir.  Azərbaycan  Prezidenti  İlham  Əliyev  bu  əlaqələrin  strateji 

xarakter  daşıdığını,  dostluq  və  qardaşlıq  prinsiplərinə  əsaslandığını  bildirərək  qeyd  edib  ki,  “Bizi  birləşdirən 

həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, 

Türkiyə-Azərbaycan  əlaqələri  sürətlə  inkişaf  edir”.    Baş  nazir  Rəcəb  Tayyib  Ərdoğan  da  Dağlıq  Qarabağ 

məsələsində  Türkiyənin hər  zaman Azərbaycanın yanında olduğuna diqqəti çəkərək deyib: “Dağlıq Qarabağ 

mövzusundakı  mövqeyimiz,  düşüncəmiz,  mübarizəmiz  eynidir.  Azərbaycan  üçün  Dağlıq  Qarabağ  mövzusu 

necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə 

bizdə  əsla  ola  bilməz.  Bu  məsələni  də  sona  qədər  təqib  edirik  və  bundan  sonra  da  təqib  etməkdə  davam 

edəcəyik”. 

2012-ci  il  sentyabrın  11-də  Qəbələdə  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  Türkiyə 

Respublikasının Baş naziri Rəcəb  Tayyib Ərdoğanın  iştirakı ilə  Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 

ikinci iclasının keçirilməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilə bilər. Belə 

ki, Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 7 protokol imzalandı ki, bunun da hər 

iki dövlət üçün çox mühüm əhəmiyyəti var.  

Azərbaycan  prezidenti  İlham  Əliyevin  12-13  noyabr  2013-cü  il  tarixlərində  Ankaraya  gerçəkləşdirdiyi 

rəsmi  səfər  Türkiyə-Azərbaycan  ikitərəfli  münasibətlərinin  inkişafına  xüsusi  təsir  göstərmişdir.  Türkiyə  ilə 

Azərbaycan  arasındakı  dostluq,strateji  tərəfdaşlıq  və  müttəfiqlik  münasibətlərinin  müasir  dövrdə  həm 

regional, həm də beynəlxalq müstəvidə ikitərəfli,həm də çoxtərəfli əsasda müvəffəqiyyətlə davam etməsini 

vurğulayan  prezident  İlham  Əliyev  qeyd  etmişdır  ki,  Türkiyənin  getdikcə  güclənməsi  və  ciddi  regional  güc 

mərkəzinə çevrilməsitəkcə türk xalqını deyil, həm də azərbaycan xalqını qürurlandırır. Türkiyə nə qədər güclü 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə