Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə9/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   5   6   7   8   9   10   11   12   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

 



olsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. Türkiyə Azərbaycan üçün ən yaxın dost,qardaş və müttəfiq 

ölkədir (3). 

2015-ci il yanvarın 15-də Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə 

Yüksək  Səviyyəli  Strateji  Əməkdaşlıq  Şurasının  4-cü  iclası  keçirilib  və  Şuranın  toplantısı  çərçivəsində  birgə 

fəaliyyətlər, iki ölkə arasında əlaqələr və əməkdaşlığın inkişafı müzakirə olunub. 

2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, 

Türkiyə  Prezidenti  Rəcəb  Tayyib  Ərdoğan  və  Gürcüstan  Prezidenti  Giorgi  Marqvelaşvilinin  iştirakı  ilə  Trans-

Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Bu tarixi 

mərasimdə  layihəyə  Azərbaycan,  Gürcüstan  və  Türkiyə  ilə  yanaşı,  bütün  Avrasiya  coğrafiyasının  ehtiyacı 

olduğu qeyd edilərək bildirildi ki, layihə Azərbaycandan  başlayan  genişlənmiş Cənubi Qafqaz boru kəmərini 

Avropa  İttifaqında  bir  neçə  kəmərlə  əlaqələndirəcək.  Beş  il  ərzində  reallaşması  nəzərdə  tutulan  layihə  bir 

neçə  mərhələdə  həyata  keçiriləcək  və  ilk  mərhələ  2018-ci  ildə  başa  çatacaq.  2020-ci  ildə  bu  kəmərlə  nəql 

olunacaq  qazın  həcmi  ildə  16  milyard,  2023-cü  ildə  23  milyard,  2026-cı  ildə  isə  31  milyard  kubmetrə 

çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard 

kubmetri  Avropaya,  6  milyard  kubmetri  isə  Türkiyəyə  satılacaq.  Avropa  üçün  nəzərdə  tutulan  qaz  Türkiyə-

Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Bu tarixi hadisə Azərbaycan-Türkiyə strateji 

tərəfdaşlığının yeni və dinamik inkişaf mərhələsi kimi qiymətləndirilə bilər (11, 131-133). 

2016-cı  il  martın  15-də  Ankarada  Azərbaycan  Respublikası  ilə  Türkiyə  Respublikası  arasında  Yüksək 

Səviyyəli  Strateji  Əməkdaşlıq  Şurasının  beşinci  iclası  başa  çatdıqdan  sonra  prezidentlər  İlham  Əliyevin  və 

Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olmuşdur (1). 

Türkiyə  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  Azərbaycanın  ərazi  bütövlüyü  və 

beynəlxalq  hüquq  normaları  çərçivəsində  həlli  istiqamətində  bütün  müstəvilərdə  Azərbaycana  dəstək 

nümayiş  etdirməkdədir.  1993-cü  ildə  erməniquldur  dəstələri  tərəfindən  Azərbaycanın  Kəlbəcər  rayonunun 

işğal  edilməsindən  sonra  BMT  Təhlükəsizlik  Şurasının  Ermənistana  qarşı  “işğal  olunmuş  torpaqların  qeyd-

şərtsiz  azad  edilməsi”  tələbi  ilə  növbəti  Qətnaməsi  qəbul  edilmişdir.  Türkiyəbu  tələbə  qoşularaq  işğalçı 

Ermənistanla  “işğal  edilmiş  Azərbaycan  torpaqları  azad  edilməyənə  qədər”  sərhədlərini  bağlamışdır.  O 

vaxtdan başlayaraq Türkiyənin Ermənistanla sərhəddi açması üçün irəli sürdüyü əsas şərt BMT qətnamələrinə 

uyğun  olaraq  və  beynəlxalq  hüququn  tələbi  kimi:  erməni  silahlı  birləşmələrinin  işğal  etdikləri  Azərbaycan 

ərazilərindən  geri  çəkilməsi,  qaçqın  və  məcburi  köçkünlərin  öz  əvvəlki  yaşayış  yerlərinə  qaytarılması  və 

Cənubi Qafqazda etibarlı regional sülhün yaradılması şərtini irəli sürmüşdür. (13, 347-348). 

2003-cü  il  yanvarın  7-də  Azərbaycana  səfər  edən  Baş  nazir  Rəcəb  Tayyib  Ərdoğan  Ermənistan–

Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi  məsələsində  Türkiyənin  əvvəlki  siyasətini  davam  etdirəcəyini 

bildirmişdi (12, 9). 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın 

istədiyi  həll  yolu  qəbul  edilmədiyi  müddətdə  Ermənistanla  sərhədlərin  açılmaması  siyasətini  davam 

etdirmişdir.  Başqa  tərəfdən,  Türkiyənin  siyasi  xadimləri  xarici  ölkələrin, xüsusən  Minsk  Qrupunun  həmsədri 

olan dövlətlərin (ABŞ,Rusiya Federasiyası və Fransa) rəhbərləri ilə görüşlərində Dağlıq Qarabağ münaqişəsinin 

həllinin sürətləndirilməsini tələb etmişlər. 

2009-cu  il  mayın  13-də  Baş  nazir  R.T.Ərdoğan  hökumətin  beş  naziri  ilə  birlikdə  Azərbaycana  gəlmişdi. 

R.T.Ərdoğanın  Azərbaycan  Respublikası  Milli  Məclisindəki  çıxışında  “Dağlıq  Qarabağda  işğal  bitmədən 

Türkiyə–Ermənistan sərhədləri açılmayacaqdır” deyərək öz ölkəsinin mövqeyinə bir daha aydınlıq gətirmişdir 

(7). 


2009-cu  ildə  keçirilən  bir  sorğuda  türkiyəli  respondentlərin  Türkiyənin  ilk  üç  dost  ölkəsi  sırasında 

Azərbaycanı 29% səslə birinci yerdə göstərmişlər. 2013-cü ildə keçirilən sorğuda Azərbaycanı Türkiyənin ən 

yaxın dostu olaraq görənlər 28%, 2015-ci ildə isə 37,5% olmuşdur (15, 68; 16, 13). 

Ümumiyyətlə, Türkiyə Cümhuriyyəti istər beynəlxalq, istərsə də regional təşkilatlarda Azərbaycanın ərazi 

bütövlüyünü mütəmadi olaraq dəstəkləmiş və təcavüzkar Ermənistanın Azərbaycanın ərazilərinin işğalı faktını 

dəfələrlə bəyan etmişdir.  




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

 



2.

 

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında hüquqi müstəvidə əməkdaşlıq 

Azərbaycan  öz  müstəqilliyinin  bərpasını  elan  etdikdən  sonra  Azərbaycanla  Tükiyə  rasında  siyasi  və 

hüquqi  əməkdaşlığın  əsası  qoyuldu.  1992-ci  ilin  noyabr  ayında  kiçik  və  orta  həcmli  sənaye  müəssisələrini 

inkişaf etdirmək sahəsində  texniki  əməkdaşlıq barədə, ticarət-iqtisadi  əməkdaşlıq, investisiyaların təşviqi və 

qorunması  haqqında  hökumətlərarası  sazişlər,  Azərbaycan  Respublikası  və  Türkiyə  Respublikası  arasında 

kredit  sazişi  və  digər  sənədlər  imzalandı.  Bununla  da  qarşılıqlı  münasibətlərin  hüquqi-normativ  bazasının 

yaradılması sahəsində mühüm addımlar atıldı. 

Ümummilli lider  Heydər  Əliyevin  hakimiyyəti dövründə  siyasi-iqtisadi və  hüquqi müstəvidə  əməkdaşlıq 

daha da dərinləşdi.9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası 

arasında  dostluq  və  hərtərəfli  əməkdaşlığın  inkişafı  barədə  Müqavilə”ni  və  “Azərbaycan  Respublikası  və 

Türkiyə  Respublikası  arasında  əməkdaşlıq  və  qarşılıqlı  yardım  haqqında  Protokol”  hər  iki  qardaş  dövlət 

arasında əməkdaşlığın siyasi və hüquqi istiqamətlərinin müəyyən olunmasını təsbit etdi.   

2002-ci  ilin  may  ayının  3-də  Azərbaycan  Respublikasının  Ədliyyə  naziri  Fikrət  Məmmədov  və  Türkiyə 

Cümhuriyyətinin  Ədliyyə  naziri  Hikmət  Sami  Türk  arasında  imzalanan  “Azərbaycan  Respublikası  və  Türkiyə 

Respublikası  arasında  mülki  və  ticarət  işləri  üzrə  hüquqi  əməkdaşlıq  haqqında”  müqavilə  mülki  və  ticarət 

işlərində  qarşılıqlı  hüquqi  yardımın  göstərilməsini  təsbit  etmişdir.  Bu  müqavilənin  giriş  hissəsində  deyilir: 

“Azərbaycan  Respublikası  və  Türkiyə  Respublikası  (bundan  sonra  «Razılığa  gələn  Tərəflər» 

adlandırılacaq),dostluq  əlaqələrinin  daha  da  təşviq  etdirilməsini  və  milli  suverenlik,  hüquq  bərabərliyi  və 

Razılığa  gələn  Tərəflərin  daxili  işlərinə  qarışmamaq  prinsipləri  əsasında  mülki  və  ticarət  işlərində  qarşılıqlı 

hüquqi yardımı asanlaşdırmağı arzu edir...” (4, 278-284). 

Müqavilənin  1-ci  maddəsində  deyilir,  “  Bu  Müqavilənin  məqsədi  Razılığa  gələn  bir  Tərəfin 

vətəndaşlarının  Razılığa  gələn  digər  Tərəfin  ədliyyə  idarələri  qarşısında  mülki  və  ticarət  işlərində  hüquqi 

müdafiəsini təmin etmək, Razılığa gələn hər iki Tərəfin ədliyyə idarələri tərəfindən mülki və ticarət işlərində 

qarşılıqlı hüquqi yardım göstərmək üçün əməkdaşlığı və mülki və ticarət işlərinə dair məhkəmə qərarlarının 

tanınması və icra edilməsini tənzimləməkdir” (17). 

İlham  Əliyev  2003-cü  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  seçildikdən  sonra  hüquqi  əməkdaşlıq 

daha da inkişaf etdirilməyə başladı.  

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında siyasi və hüquqi əməkdaşlığın daha da inkişaf 

etdirilməsində Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Abdulla Gül arasında 16 avqust 2010-

cu  ildə  Bakıda  imzalanan  “Azərbaycan  Respublikası  və  Türkiyə  Respublikası  arasında  strateji  tərəfdaşlıq  və 

qarşılıqlı  yardım  haqqında”  müqavilənin  böyük  əhəmiyyəti  vardır.  Bu  müqavilədə  tərəflər  hərbi-siyasi  və 

təhlükəsislik  məsələləri,  Hərbi  və  hərbi-texniki  əməkdaşlıq  məsələləri,  İqtisadi  əməkdaşlıq  məsələləri  və 

Humanitar  məsələlərdə  əməkdaşlıq  nəzərdə  tutlmuşdur.  Bu  müqavilənin  ən  əhəmiyyətli  tərəfi  hər  iki 

dövlətin  hərbi-siyasi  və  təhlükəsizlik  sahəsində  əməkdaşlığıdır.  Bununla  bağlı  müqavilənin  2-ci  maddəsində 

deyilir, “Tərəflərdən  biri üçüncü dövlət və  ya bir  qrup dövlət tərəfindən  silahlı basqın və  ya hərbi təcavüzə 

məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə 

hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud 

imkanları  çərçivəsində  bütün  zəruri  tədbirlərin  görülməsi  məqsədi  ilə  bir-birinə  qarşılıqlı  yardım 

göstərəcəkləri  barədə  razılığa  gəldilər.  Bu  yardımın  forması  və  həcmi  təxirə  salınmadan  Tərəflər  arasında 

razılaşdırılacaqdır” (18). 

Azərbaycan  Respublikası  ilə  Türkiyə  arasında  hüquqi  əməkdaşlıq  sahəsində  bağlanan  əhəmiyyətli 

müqavilələrdən  biri  də  30  iyun  2005‐ci  il  tarixində  Bakı  şəhərində  imzalanmış  ʺAzərbaycan  Respublikası 

Hökuməti  və  Türkiyə  Respublikası  Hökuməti  arasında  müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  sahəsində 

əməkdaşlıq haqqındaʺ Sazişdir. Bu müqavilənin 1-ci maddəsində deyilir ki, “Tərəflərdən hər biri digər Tərəfin 

fiziki və hüquqi şəxslərinə və onların hüquqi varislərinə məxsus əsərlərə və əlaqəli hüquqların obyektlərinə, ilk 

dərc  olunma  yerindən  asılı  olmayaraq,  müəlliflik  hüququnu  və  əlaqəli  hüquqları  tanıyır.  Tərəflər  həmin 

hüquqların qorunmasını daxili qanunvericiliyin yaratdığı əsaslarla təmin edirlər” (5). 

15  mart  2016-cı  il  tarixində,  Ankara  şəhərində  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi  ilə  Türkiyə 

Respublikasının  Daxili  İşlər  Nazirliyi  arasında  “Məhkəmə  ekspertizası  sahəsində  əməkdaşlıq  haqqında” 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə