Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə29/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   25   26   27   28   29   30   31   32   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

45 


 

İqtisadiyyata  yönəldilən  xarici  investisiyalar  sahəsində  qardaş  ölkə  Azərbaycanın  əsas  tərəfdaşlarından 

biridir. Türkiyədən Azərbaycana idxalda ərzaq və kənd təsərrüfatı, elektrik cihazları və neft-kimya məhsulları, 

müxtəlif maşınlar və avadanlıq, inşaat-tikinti materialları, təbii ipək, ipək, tekstil və trikotaj malları, müxtəlif 

avtomobil  hissələri,  məişət  avadanlıqları,  metallurgiya  məmulatları  və  mebel  üstünlük  təşkil  edir. 

Azərbaycandan  Türkiyəyə  ixracda  isə  neft  və  neft  məhsulları  əsas yeri  tutur.  Kiçik  həcmdə  pambıq  mahlıcı, 

polietilen, şəkər çuğunduru da ixrac olunur. Azərbaycanın hazırda dünyanın 150 ölkəsi ilə ticarət əlaqələrini 

vardır və Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir *14+.  

Ortaq tariximizin və qardaşlığımızın daimi olması üçün hər cür fədakarlıq göstərən insanların, yeni baxış 

ortaya  qoyan  şəxsiyyətlərin,  o  cümlədən  ulu  öndərlərimiz  Mustafa  Kamal  Atatürkün  və Heydər  Əliyevin 

tövsiyələri,  hazırda  bu  missiyanı  davam  etdirən  dövlət  başçıları  Prezident  İlham  Əliyev  və  Prezident  Rəcəb 

Tayyib  Ərdoğanın  əlaqələri  qarşıya  olduqca  mühüm  vəzifələr  qoyur.  Bu  baxımdan  münasibətlərin  inkişafı 

üçün çox güclü siyasi iradə və sağlam zəmin vardır *11+. 

2001-ci  il  martın  12-də  Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  Türkiyəyə  rəsmi  səfəri  zamanı 

"Azərbaycanın  təbii  qazının  Türkiyə  Respublikasına  tədarük  edilməsinə  dair  Azərbaycan  və  Türkiyə 

Respublikaları  arasında  təbii  qazın  satışı  və  alışı  haqqında  müqavilə"  imzalanmışdır.  2006-cı  ildə  Aralıq 

dənizinin Türkiyə sahilindəki Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəməri işə salınmış və 

bununla iki ölkənin iştirak etdiyi beynəlxalq  layihə həyata keçirilmişdir. 2007-ci ilin yanvar ayında Bakı-Tbilisi-

Ərzurum qaz kəməri istismara verilmişdir.  

Azərbaycanın  “Petkim”,  “Star”  kimi  layihələrə  kapital  qoyuluşu  var.  Daha  sonra TANAP layihəsi  gəlir, 

önəmli  yatırımlardan  birini  o  təşkil  edir.  Burada  söhbət  Azərbaycandan  Türkiyə  iqtisadiyyatına  qoyulan  18 

milyard  dollarlıq  sərmayə  portfelindən  gedir  [13].  Bu  çox  önəmli  bir  rəqəmdir.  Həm  də    Azərbaycan 

iqtisadiyyatının gəldiyi səviyyəni ortaya qoyur. Daşınmaz əmlakla bağlı Azərbaycandan Türkiyəyə artan maraq 

var.  Bu  baxımdan  həm  fərdi  şəkildə,  həm  də  dövlət  səviyyəsində  bu  sahədə  də  önəmli  kapital  qoyuluşları 

davam etdirilməkdədir. 

Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir 

yolu  tunelinin  inşası  Trans-Avropa  və  Trans-Asiya  dəmir  yolu  şəbəkələrinin  birləşdirilməsini,  yük  və 

sərnişinlərin  birbaşa  olaraq  Azərbaycan,  Gürcüstan  və  Türkiyə  ərazilərindən  keçməklə  Avropa  və  Asiyaya 

çıxarılmasını təmin edəcəkdir. Bakı-Tbilisi-Qars çox böyük bir layihədir və bu gün reallığa çevrilməkdədir. Bir 

zamanlar  Bakı-Tbilisi-Ceyhan  da  əlçatmaz  bir  xəyal  idi.  Əgər  ümummilli  lider  Heydər  Əliyev  və  Türkiyənin  o 

vaxtkı dövlət rəhbərləri güclü iradə ortaya qoymasaydılar  “Əsrin müqaviləsi”  reallaşa bilməzdi. Bakı-Tbilisi-

Qars  layihəsi  də  eyni  şəkildə  həyata  keçirilir.  Bu  layihə  Azərbaycan  və  Türkiyə  arasında  yeni  əməkdaşlıq 

imkanları yaradacaqdır.*14+ 

2015-ci ildə Türkiyə “G-20”yə ev sahibliyi etdi. Bu Türkiyəyə digər bir ölkəni həmin tədbirə qonaq kimi 

dəvət etmək hüququ verirdi. Türkiyə də bu məsələdəki yeganə haqqını Azərbaycan üçün istifadə etdi. Bu da 

təbiidir.  Bu  məsələ  ilə  bağlı  Türkiyədə  çox  da  geniş  müzakirələr  aparılmadı.  Bu,  bütün  dövlət  qurumlarının 

dəstəyi, eləcə də siyasi iradə nəticəsində Türkiyə üçün rahatlıqla qəbul olunan bir qərar oldu.  

Tarixin  müxtəlif  dönəmlərində  həmişə  bəzi  güclər  Azərbaycan  ilə  Türkiyə  arasında  nifaq    salmağa 

calışmışlar.  “Sürix  protokolları”-  Cənubi  Qafqazda  yeni  geosiyasi  xəritə  yaratmaq,  işğalçı  Ermənistanın 

blokadadan  çıxması  məqsədini  ortaya  qoyan  protokol  Azərbaycan-Türkiyə  münasibətlərinin  ruhuna  zidd 

prinsipləri daşımaqla bərabər, iki ölkə arasındakı muttəfiqlik təməllərinin sarsılmasına hesablanmışdı *12,9+. 

Amma  Türkiyə  özünün  və  ən  yaxın  tərəfdaşının  milli  maraqlarını  zərbə  altına  qoymamaq  üçün  çevik 

diplomatiyası  ilə  dünyaya  sarsılmaz  qardaşlıq  əlaqələrinin  əbədiliyini  sübut  etdi.  Ankara  birmənalı  şəkildə 

bəyan etdi ki, qardaş ölkə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan, Ermənistanın işğalçı siyasətinə və 

əsassız ərazi iddialarına son qoyulmadan sərhədlərin açılması baş tuta bilməz [5,6,10]. 

Subut  olundu  ki,  Azərbaycan-Türkiyə  qardaşlığı    kimi  ali  dəyərlərə  söykənən  möhkəm  birliyi  heç  nə 

sıradan  çıxara  bilməz.  Dünyanın  aparıcı  strateji  araşdırma  mərkəzləri  və  nüfuzlu  analitikləri  də  o 

qənaətdədirlər  ki,  Azərbaycan  və  Türkiyə   dünyada  ən  dərin  və  möhkəm  münasibətlərə  malik  olan 

ölkələrdəndir [3,4.s.465].   



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

46 


 

2015-ci ildə qondarma “erməni soyqırımı”nım 100 illiyi ərəfəsində Türkiyə-Ermənistan münasibətlərinin 

bərpası istiqamətində  addımlar  atılacağına dair bəzi  iddiaların ortaya qoyulmasına cavab  olaraq  Türkiyənin 

örnək olacaq  tarixi mövqeyini  xatırlatmaq  yerinə  düşər:  “Ermənistanın  iddiaları  həqiqəti  əks  etdirmir.  İddia 

olunanlar  tarixi  həqiqətlər  deyil.  Biz  Ermənistanla  onların  ürəyində  yara  olduğu  iddia  etdikləri  mövzunu 

müzakirə etməyə hazırıq, amma tarixin saxtalaşdırılmasının qəbul etməyə razı deyilik. Türkiyənin üzərinə və 

bütün  türk  dünyasının  üzərinə  soyqırımı  kimi  qeyri-ciddi,  qəbul  edilməyəcək  ağır  bir  ittihamın  sürülməsini 

qəbul  etməyəcəyik.  Xocalıdakı  hadisələri  qəbul  etmirsinizsə,  tarixi  saxtalaşdıraraq  özünüzün  iddia  etdiyiniz 

həqiqətlərlə bağlı anlayış gözləməyə haqqınız yoxdur.” *13+ 

Strateji  müttəfiq  ölkələr  müxtəlif  beynəlxalq  təşkilatlarda  bir-birinin  mövqeyini  dəstəkləyir,  ortaq 

maraqlardan çıxış edirlər. Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə 

edir.  “Dağlıq  Qarabağ  münaqişəsi  Türkiyə  və  Azərbaycanın  qanayan  yarasıdır”  *17+.  Bunu  müsahibəsində 

Türkiyənin  Azərbaycandakı  yeni    səfiri  Erkan  Özoral  deyir.  Onun  sözlərinə  görə,  Türkiyə  Qafqazın  sülh  və 

əmin-amanlıq  bölgəsi  olmasını  istəyir:  “Türkiyə  olaraq  bölgəmizdə  və  xüsusilə  də  qonşu  ölkələrdə  yaşanan 

münaqişə və problemlərdən  kifayət qədər  əziyyət çəkirik. Bu kontekstdə Qafqaz bölgəsinin bir “sülh adası” 

kimi bütün dünyaya nümunə olmasını istəyirik”.*18+ 

Rəsmi  Bakı  isə  öz növbəsində  uydurma “erməni soyqırımı”nın  ifşa  olunmasında rəsmi  Ankara  ilə  birgə 

addımlar  atır.  2010-cu  ilin  aprelində  erməni  lobbisinin  təsiri  altında  qondarma  "erməni  soyqırımı"nın  ABŞ 

Konqresinin  Nümayəndələr  Palatasının  xarici  əlaqələr  komitəsində  tanınması,  habelə  İsrail  hərbi  dəniz 

qüvvələrinin "Azadlıq" donanmasına hücumu kimi məsələlərdə Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir. 

”Göründüyü  kimi,  Azərbaycan  ilə  Türkiyə  münasibətlərinin  dostluq  və  strateji  əməkdaşlıq  xarakteri  kəsb 

etməsi nəinki hər iki dövlətin mənafelərini təmin edir, eləcə də bütün regionda sabitliyin qorunması, sosial-

iqtisadi  tərəqqi  və  inteqrasiya  üçün  əlverişli  şəraitin  yaradılmasına  təsir  göstərən  mühüm  amil  rolunu 

oynayır”. *4. s.473+ 

Türkiyənin  adekvat  addımlarını  da  xüsusi  vurğulamaq  lazımdır.  Qarsda  «erməni-turk  dostluğu»na 

ucaldılmış  bədnam  abidənin  uçurulması,  Ermənistanla  şərti  olaraq  imzalanmış  “Sürix  protokolları”nın 

təsdiqlənməməsi  ortaq  maraqlara  sədaqətin  əyani  göstəricisidir.  Daha  bir  önəmli  fakt  isə  2015-ci  ildə  24 

apreldə  Türkiyə  Prezidenti  Rəcəb  Tayyip  Ərdoğanın  qərarı  ilə  Çanaqqala  döyüşünün  100-cü  ildönümünün 

təntənəli bayramı bütün türk dünyasının birliyinin nümunəsi olmaqla erməni iddalarına da gözlənilməz zərbə 

idi. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir ki, bizim xalqlar arasında əsrlər boyu dostluq, qardaşlıq 

münasibətləri  mövcuddur.  Bu  əlaqələr  bu  gün  də  zənginləşir  və  yeni  səviyyəyə  qalxır.  Azərbaycan  dövlət 

müstəqilliyini  bərpa  etdikdən  sonra  Türkiyə  ilə  münasibətləri  daim  inkişaf  yolundadır.  Bu  gün  hərtərəfli 

əməkdaşlıq strateji  müttəfiqlik səviyyəsinə qalxmışdır. *1,c.3,s.254+   

“Azərbaycan 15 iyul çevriliş cəhdindən sonra Türkiyəyə yardım əlini uzadan ilk ölkələrdən oldu”,- bunu 

"15 iyul xalqın səsi, ədalətin zəfəri: Azərbaycan-Türkiyə" adlı Bakı Avrasiya Universiteti ilə Türkiyə Səfirliyinin 

birgə keçirdiyi tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir onu da əlavə edərək qeyd 

edib ki, Azərbaycan xalqı çevriliş günü türk xalqı ilə eyni hissləri paylaşıb.*17+ 

15  iyul  dövlət  çevrilişi  cəhdindən  dərhal  sonra  Azərbaycan  siyasətcilərinin  və  ziyalılarının  türk  xalqına 

dəstəyi  KİV-lərdə  geniş  müzakirələr  yaratdı.  Bu  yazılarda  əzmlə  bildirilirdi  ki,  orta  əsrlərdən  işlək  və  sabit 

irerxiya  əsasında  təkmilləşən  və  təkmilləşdikcə  də  modernləşən  türk  dövlətciliyi  növbəti  sınaqdan  uğurla 

çıxdı. Türkiyəyə düşmən qüvvlərin uzun illər ərzində hazırladıqları və həyata keçirməyə cəhd etdikləri məkrli 

planın qarşısı alındı. Hətta  Millət Vəkili Cavanşir Feyziyevin hadisədən bir gün sonra Azərbaycan mətbuatında 

kütləvi şəkildə yayılan yazısının sərlövhəsi-“Türk milli iradəsinin zəfəri”-az sonra bütün Türkiyə mətbuatının da 

sloqanına cevrildi: “Baş verənlər türk milli iradəsinin sarsılmazlığını, türk milli dövlətçiliyinin yenilməzliyini və 

türk  insanının  müasir  bəşəri  dəyərləri  çanı  və  qanı  ilə  qorumağa  hər  an  hazır  olduğunu  bir  daha  sübuta 

yetirdi.  Bu  türk  xalqının  zəfəridir.  Bu  türk  xalqının  və  türk  dövlətinin  çağdaş  dünyamızı  təhdid  edən  siyasi-

hərbi terror təhlükəsi qarşısında ortaya qoyduğu milli vəhdətin parlaq təcəssümüdür! “*16+ 

Əslində  hadisənin  ən  qaynar  vaxtlarında  millət  vəkilinin  cevrilişə  olan  bu  reaksiyası  və  türk  xalqının 

birliyinə verdiyi böyük dəyər bu gün də Türkiyənin strateji mövqeyi ilə ust-üstə düşür. Amma bircə fərqi var 

ki,  azərbaycanlı  millət  vəkili  bu  fikirlərini  mətbuata  çıxaranda  və  tərəddüdzüz  bir  şəkildə  söyləyəndə  nəinki 

dünya  mətbuatı,  hətta  türkiyə  mətbuatı  da  hadisələr  haqqında  xəbərlər  yaymaqda  idi.  Azərbaycan 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə