Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

Aclığın gətirdiyi halsızlıq getdikcə dizlərimə yayılırdı. Soyuducunu eşələyib bir şey tapsaydım, 
əla olardı. Nədənsə, evə ac, halsız gələndə elə bilirdim, Selma Hayek mənim arvadımdır. Çox 
çəkmirdi, bu axmaq düşüncə yerini başqasına verirdi və Həzrəti Mövlanadan bir əhvalatı 
xatırlayıb təsəlli tapmağa çalışırdım. Rəvayət edirlər, Mövlananın evində həmişə fəqir süfrəsi 
açılardı. Bəzən yeməyə bir tikə çörəyi olmazmış. Belə günlərin birində xanımı Kərra xatundan 
“yeməyə nəyimiz var?” deyə soruşur. “Evdə bir tikə belə qalmayıb” cavabını eşidəndə, Mövlana 
çox sevinir. 
- Necə mübarək bir evdir! Allaha həmd olsun, bu gün evimiz Peyğəmbərin evinə bənzədi! 
Əgər “Mətbəximizdə hər şey var“ cavabını eşidərdisə, kədərlənərdi: 
- Bu evdən Fironun qoxusu gəlir! 
Üz turşudub qulaq şəkləməyin! Əstəğfürullah, nə məndən ədəb və əxlaq timsalı Mövlana olar, nə 
də bu Hollivud gözəlçəsindən xanım Kərra!!! Amma yəqin bilirdim: mənim bu miyanə otağım 
peyğəmbər evinə bənzəməsə də, heç Fironun qoxusunu da ciyərlərimə çəkməyəcəkdim.  
Zirə pomidorunu duzlayıb pendir - çörəklə mədəmi aldatmaq istəyirdim ki, Əsmərin sms-ini 
aldım. “Səndən ayrılmaq müharibədə qollarını itirən atanın oğul toyunda oynamaq istəyi qədər 
dəhşətlidir. Təkliyə dayana bilmərəm, dözə bilmərəm. Səninlə nəfəs-nəfəsə dayanıb gecələr 
otağımıza boylanan Aydan həya etmək, səhərlər pəncərəmizdə gülümsəyən Günəşi salamlamaq 
istəyirəm”. Sinəmdə ilıq-isti duyğular oyandı. Əsmər yanımda olsaydı, əllərini öpüb gözəl-
göyçək sözləri başından tökərdim. Söz vermişəm, bayram səmənilərinin belinə qırmızı kəmər 
bağlananda, barmağına üzük taxacam. Üzü bəxtəvər günlərin dadını çıxarmaq, dərdə-ağrıya 
tablaşmaq üçün hər kişinin şənüzlü bir qadına ehtiyacı var. Yanımda olsaydı, pomidor-çörək 
ümidinə qalmazdım. Söz verib, axı, dünyanın ən ləziz yeməkləri bizim süfrəmizdə olacaq. Bircə 
qısqanclığı olmaya. Keçən ilin aprelində Xuraman adlı iş yoldaşımı aldatmışdım ki, sevgilin 
nəşriyyatın tinində bir qızla şirin-şirin söhbətləşir. Səkkizinci mikrorayon bazarından yazdığı 
reportajı yarımçıq qoyub güllə kimi qapıya götürülən bu dəlisov, suyuşirin qız liftin ağzında baş 
redaktorumuzla kəllə-kəlləyə gəlmişdi. İnsan hüquqları, demokratiya çərənləməkdən dilində tük 
bitən şefimizin özü despotun yekəsiydi. Üz-gözünü turşudub elə yerindəcə qızın aşına su 
qatmışdı. Qapı qonşuluğumuzdakı “Ucalıq” qəzetinin korrektoru məni görər-görməz hər şeyi 
ovcuma qoydu: ”Kişi Xuramanın üstünə kükrədi ki, deyəsən, qızmısan, üstümə kərkinirsən”. 
Zarafatcanlı, gülərüz Xuramanın təngnəfəs otağa qayıdıb hönkür-hönkür ağladığını görəndə bu 
yersiz zarafatımdan it kimi peşman olsam da, altını lap sonralar ikiqatına çəkdim. Düzdür, 
növbəti həftənin planlaşmasında xıltı içindən qaynayan baş redaktorun Xuramana vurduğu tənəni 
boğazımdan keçirməmişdim. Qıza qahmar çıxıb şefimizin yanında hörmətimi itirsəm də, 
vicdanım qarşısında rahtlaşmışdım. İkicə ay sonra Xuraman işdən ərizə yazıb çıxanda qızın 
telefonda çəkinə-çəkinə dilini sürüməsindən başa düşmüşdüm: baş redaktorumuzun məqsədi... 
ayrıymış. Əvəzində yaxşı maaş, rahat iş vəd edibmiş.  
Xuraman and içmişdi: bunun əvəzini səndə qoymayacam. Üçcə gün sonra qızın doğum günündə 
ona bağışladığım hədiyyə başıma bəla oldu. Telefonuma gələn sms, dalınca yad nömrədən zəng 
özüylə bərabər qasırğa, tufan da gətirdi. “Hədiyyə çox gözəl idi. Əsməri evə ötürəndən sonra 
zəng et, danışaq” Pəəhhh!!! Bizim qıza da elə bu lazım deyildimi, lazımıydı! Ağlaşma, şikayət, 
sevgi xaini elan olunmağım; mən tərəfdən oxşama, əzizləmə, öyüd-nəsihət, zarafata salma, and 
içib ağu yalamaq... İki gün zənglərim cavabsız qaldı, Musiqi Akademiyasının qarşısındakı boyun 
bükmələrin faydası olmadı. Düzü, həmin ütüdən necə sağ çıxdığımı, barışıq mərasiminin 
təntənəsini unutmuşam, amma qəlbisevincli, şad-şalayın evə qayıtmağım elə bil, dünən olub.  
Tapançanın evdə olmağı rahatlığımı əlimdən almışdı. Açığı, qorxurdum, üzüzəhər bir polis gəlib 
qapımı döysün ki, otağında axtarış aparmaq gərəkir. Dünən iki saat əlləşib Selma Hayekin 
divardakı şəklinin arxasında əl boyda bir yer hazırlamışdım. Divarda oyuq açmaq fikri hansısa 
İtalyan filmindən yadımda qalmışdı. Ürəyimin şübhəsini dağıtmaq, canıma yayılan narahatlıqdan 
yaxa qurtarmaq üçün əynimi dəyişib evdən çıxdım. İnternet klubda Facebook-la baş qatmaq, 
dost-tanışla hal-əhval tutmaq istəyirdim. Yolüstü köşkdən gündəlik qəzetlərdən üçünü aldım. 
Boz-bulanıq payız havası adamın yaşamaq eşqini öldürürdü. Baş redaktorun müavini Nəbi 
Zeynalovdan gələn zəng internetdə avaralanmaq istəyimi gözümdə qoydu. İki həftə dalbadal 
gecə növbəsində qaldığımdan, bu gün istirahət vermişdilər.  
- Çingiz müəllim deyir, redaksiyaya gəlib Leyla haqqında sabaha bir material hazırlasın. 


- Yorğunam, gəlmirəm. Materialı sabaha çatdıracam. - Sayğısız, əsəbi danışığımdan peşiman 
oldum. 
- Rəcəb, gəlməyin məsləhətdir, - Nəbi müəllim xətrimi istəyən adam idi. Mənim da peşəkar 
jurnalist, yaxşı kişi kimi ona böyük hörmətimin olduğunu hamı bilir - Sonra sənə çətin olar!  
Üzrxahlıq etdim ki, yorğunam, əhvalım qarışıqdır. Sağollaşıb evə qayıtdım. Leylaya srağagün 
axşam söz verdiyim məqaləni yazmaq üçün əla fürsət düşmüşdü. Qəzetləri oxumağı sonraya 
saxlayıb avtobus dayanacağına yollandım. “Hardan başlamaq lazımdır?”- avtobus gecikdiyindən 
əlimi qocafəndi belimdə cütləyib dayanacaqda var-gəl edir, adamların istehzalı təbəssümü ilə 
qarşılaşanda hiss edirdim ki, dəli kimi dodağımın altında pıçıldayır, başımı tez-tez sağa-sola 
yelləyirəm. Açığı, üzündə Günəş doğan alyanaq bir qızın halıma acıyıb sinədolusu köks 
ötürdüyünü görəndə, yaman pisikdim, elə bildim heysiyyətimə, mənliyimə güllələnmə kəsdilər. 
Birdən-birə bədbin fikirlər canımı culğadı, hardansa ağlıma gəldi ki, biryolluq gəbərmək nə 
gözəldir. Mikroavtobusun kirli oturacağında narahat-narahat qurcalanmaqdan bezəndə başımı 
şüşəyə söykəyib bir-birini əvəz edən xarici maşınlara, boz-bulanıq havasatdan ovqatı təlx olan 
kədərli adamlara, supermarketlərə, apteklərə, məktəbdən qayıdan şənüzlü uşaqlara, 
dönərxanalara tamaşa edirdim. İsmayıl dayını bu gün görməmişdim. Kişidən yana dəli bir 
darıxmaq sardı canımı. Srağagün Leylanın evə qayıtmaması, dünən İsmayıl dayı ilə dilucu 
(amma üzügülər) salamlaşıb harasa tələsməsi beynimdə dolandı. Qızın gəldiyini mənə xəbər 
vermədiyinə görə ürəyimdə İsmayıl kişini qınamışdım. Düzdür, o bizim aramızda olanlardan, 
mənim ürəyimin dərinliyində kök salan niyyətimdən xəbərsizdi, amma adicə yarpağın 
tərpənməsini məhrəmi kimi məndən gizlətməyən kişi gərək bunu da çinədanında saxlamayaydı. 
Görən, Leyla tapançanın yerində olub-olmadığını yoxlamışdımı? Açığı, bu işə baş vurmağımdan 
yaman quşqulanırdım. Bəzən narahatlığım, qorxum o həddə çatırdı ki, ürəyim şiddətlə döyünür, 
içimə dolan hürküdən yaxa qurtarmaq üçün başımı qatmağa bəhanə axtarırdım. Əslində, 
Leylanın məni yazı yazmaqdan, ona qahmar çıxmaqdan dəfələrlə çəkindirməsinin ciddi səbəbi 
olmalıydı. Maestro Vüqarın yerə-göyə sığmayan hikkəsi, qızı hədələyib kiminsə adından 
danışması məni gözləyən təhlükədən xəbər verirdi. Bu, adicə jurnalist marağı olsaydı, hər şeyə 
tüpürüb, sakit başla qəzetçiliyimlə məşğul olardım. Amma...!!! Offf!!! Bacarardımmı, yəni?! 
Milli Kitabxananın pilləkənlərini qalxanda şou-biznesdən yazan qəzet və jurnalların siyahısını 
beynimdə saf çürük elədim: “Aysel”, “Röya”, “Oxu Məni”, “Ulduzlar”, “ATV Maqazin”, “Sarı”, 
“İstiot”... Bekarçılıqdan darıxdığı hiss olunan gözünisgilli kitabxanaçı qızla on ilin tanışı kimi 
salamlaşıb əlüstü zarafatlaşandan sonra niyyətimi açıb-ağartdım. Sağ olsun, zirək qızmış, beşcə 
dəqiqənin içində bütün jurnalların iki illik arxivini stolumun üstünə düzüb min bir nəvazişlə 
soruşdu ki, özgə nəyəsə ehtiyacım olsa, çəkinməyim. Xoşuma gəldi, istiqanlı, yaraşıqlı, işgüzar 
qızdı. Əynində cins şalvar, uzunqol dama-dama köynək vardı; şabalıdı saçları, süd-bəyaz əlləri 
könül oxşayırdı. Dilinin altına bir saatlığa qənd qoyub nəvaziş maskası taxmamışdısa, bu su 
sonasını sevməyən ölsün!!!  
- Darıxırdın? - Xəbər aldım.  
Qız təəccüblə üzümə baxdı. 
- Sizdə də tez-tez olur?  
- Mənimki darıxmaqdan keçib. İçimi yeyirəm.  
Gülümsədim. 
- Bir İran filminə baxdım, həbsdə olan şairin arvadı ərinə məktub yazır ki, insanın öz içini 
yeməsindən dəhşətli heç nə yoxdur. Sən mənə bunu yaşadırsan.  
- Aha, deməli, sizin darıxmağınız faciə deyil. Sevirsiniz? 
(Əsmərin qulaqlarına qurğuşun, elə burdaca çənəsini qabağa verib hikkəylə soruşardı ki, 
camaatın sevməyindən sənə nə, donuz?!)  
- İndi-indi! 
Güldüm. Mənimlə yanaşı oturan albinos bir kişi başını qaldırıb ikimizə də tərs-tərs baxdı. Qızın 
yanaqları allandı, mən vecimə almadım. Jurnalist üçün acıqlı baxış, sərçə civiltisi kimidi.  
- Bu qədər qəzet-jurnalı neynirsiniz? 
- Mən jurnalistəm. Leyla haqqında yazı yazacam.  
- Onun mahnılarını çox sevirəm. Kaş tanış olardım. 
- İndi gecdir? 
- Axı, deyirlər, xaricə qaçıb.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə