Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   2   3   4   5   6   7   8   9   ...   49

Sürünə-sürünə yolu keçib üzüaşağı - təzəbinələrə sarı yumalandım. Özümü toparlayıb 
daxmalardan birinin qapısını döyməliydim, başqa yolum yoxuydu. Aha, bu birinci ev! Hasarı 
hündür, darvazası bağlıydı.  
Lap yaxından it səsi gəldi. Canımın ağrısı az idi, bu lənətə gəlmiş köpək hardan çıxdı? Özümü 
yaxınlıqdakı evin qapısının ağzına verdim. Sınıq-salxaq taxtalardan alçaq çəpər çəkmişdilər. Küt 
ağrıdan zoqquldayan dizimi işə salıb, arakəsmə taxtalardan birini sındırdım. Görəsən, bu evdə 
yaşayan kimdir? İlahi, mənə rəhmin gəlsin, nola, nainsaf olmasın, məni cırıq-cındır görkəmdə 
görər-görməz quşqulanıb havalanmasınlar. Bir qoca kişi olsun, bir həlim arvad! Can, anan ölsün, 
ay yetim, deyib, əzizləsinlər; qabağıma bir tikə çörək, isti çay gətirsinlər, yaralarıma məlhəm 
qoyub sarısınlar. Bu yaxşılığı ömrüm uzunu yaddaşımdan silmərəm.  
Pəncərənin ağzında cavan gəlinin qaraltısı göründü. Ora-bura vurnuxub nəsə axtarırdı. Lənətə 
gəlmiş köpək də səsini kəsmir, elə hey hürüb zəhləmi tökürdü. Pəncərə açılar-açılmaz gəlin 
çaynikin yaxantısını qar üstə atdı. Bircə onu gördüm ki, diksindi, zarıyıb səsi çatan qədər 
qışqırdı: 
- Oğru, həyətə oğru girib... 
Elə bil bağrıma xəncər sapladılar. Diz çöküb, hərəkətsiz qaldım... 
 
Yuxudakı qotur it 
Yalnız tənqidə və tərifə layiq  
insan yoxdur, olmayacaq. 
Budda 
11 oktyabr, 2010-cu il. Bazar 
Mən xeyli vaxtdır Yasamaldakı köhnə ət bazarının biraddımlığında yaşayıram. Hərçənd, indi 
bazardan əsər-əlamət qalmayıb, amma nədənsə mənim yaddaşım bu murdar məkanın leş qoxulu 
“nostaljisindən” yaxa qurtara bilmir ki, bilmir! Sallaqxananın dəmir dirəklərinə yoğun kəndirlə 
bağlanıb ölüm növbəsini gözləyən heyvanların məğmun duruşuna, kədərli gözlərinə baxmaqdan 
əclafcasına həzz aldığım çağları xatırlayıb qayğılanıram. Bıçaq altında can verən heyvanın 
xırıltısı çiy kərpicdən olan balaca otağımın divarlarını keçib içəri soxulanda, ürəyim qovrulurdu. 
Gecələr ət iyinə gələn köpəklərin zingiltisindən əsəb xəstəliyi tapmışdım. Unuda bilmədiyimin 
bu yaramaz nostaljili murdar məkan, qəzetə vaxtaşırı yazdığım yazılar üçün bolluca mövzu 
yeriydi. Hər dəfə köşə yazılarımı oxuyan redaktorun məmnun baxışları mənə tuşlandımı: bahoo, 
məhəlləyə addım qoyan kimi başımın üstündə sevincək uçuşan qara milçəkləri salamlayıb vız-
vız vızıltılarına yaşamaq üçün nicat yeri kimi baxırdım. İndi-indi başa düşürəm: bura fəsillərin 
iyrəndiyi, simasını dəyişə bilmədiyi xarabaxanadır, xalis xarabaxana!!! Qapımı payızın zəhrimar 
üzlü səhərinə açmaq yetər ki, ovqatım korlanıb üstümə min illik qanqaraçılıq çöksün, gün uzunu 
darıxmaqdan it kimi ulamağım gəlsin, qaş-qabağım açılmasın. Elə bil evləndiyim qız bir həftə 
sonra məndən soyuyub başqasının xiffətini çəkir, gözümdən oğurlanıb ona zəng etmək üçün ora-
bura vurnuxurdu. Tfu!!!  
Otağımın pəncərəsindən boylanan soyuq payız Günəşinin öləziyən şüası Selma Hayekin 
divardakı şəklinin üstünə düşübsə, deməli, saat onun yarısıdır. Bir suyu farslara çəkən bu 
qarabuğdayı Hollivud gözəlinin şəkildə qəribə pozası var: pilləkən sürahisinə üzü üstə uzanıb 
sağ ayağındakı dikdabanı kiminsə gözünə soxmağa hazırlaşır. Bəbəklərində qəzəb qarışıq 
ehtiras, şəklin fonunda görünən otel otağının yarıaçıq qapısı... Bu otağa gedən yol, Hayekin kal 
göyəm rəngli qəzəbli gözlərindən keçir, elə bil. Selmanın belinə “sarılan” Günəşin sarımtıl şüası 
dodağımı qaçırır, deyirəm: göylər qızı bu qarabuğdayı gözəlin belini bağlayıb ər evinə köçürmək 
üçün minnətçi düşüb, işə bax!  
Başımın üstündə çıqqaçıq zəhləmi tökən saat da məni tələsdirir. Çox da mənə əzizdir, hərdən bu 
əqrəb-rəqəm yığınını ayağımın altına salıb yaxşıca əzişdirmək istəyirəm. 24 yaşımın tamamında 
Bakı Musiqi Akademiyasında fortepianodan dərs deyən sevgilim hədiyyə edib. Demişdim, 
Əsmər, lazım deyil, qızıl suyuna çəkilməyinə aldanıb qəpik-quruş maaşından 55 manatı bu 
mərdimazar vaxtölçənə vermə, heyfdir! Kimə deyirsən?! Guya mən hər dəfə saata baxanda, 
barmaqlarımın yaddaşındakı yeddi doğma rəqəm onun səsini mənə gətirməliydi. Ağılsız 
müəllimə!  
Hərdən sevgilimlə sayğısız və qaba rəftarımı çıxsaq, məni centlmen saymaq olar. Hər cümə işıqlı 
xatirəsinə göz yaşı axıtdığım anamın ruhuna and içərəm ki, tək və bəxtsiz xanımların arzuladığı 


ağ atlı oğlanam. Bu yersiz anda, yekəxana ədaya görə məni bağışlayıb, qulağınızda sırğa edin: 
bir qadının bəxtəvərliyi üçün başımdan keçərəm. Əsmərdən yana qara-qara gecələrin iztirabını 
ürəyimə axıtdığım az olmayıb. Ona rast gələndən sonra anlamışam: doqquzuncu sinifdən üzü 
bəri həyatımdan gəlib keçən bütün qızlar quduz it kimi bədənimi didib parçalayan azğın 
ehtirasımı doyuzdurmaq üçün bir parça ətdən savayı bir şey deyilmişlər. Bəli, bəli bir parça ət!!! 
Özünü mənə necə sevdirib, nə vaxtdan duyğularım ona kölə olub, bilmirəm! Qəlbimdə 
gəzdirdiyim bircə həqiqət var: uğursuz günlərimi təsbeh dənəsi kimi yan-yana düzən bu bədxah 
taleyimin mükafatıdır Əsmər! İllərdir kirpiyi ilə od götürüb, saçlarını süpürgə edib yolumda. Bir 
ailə psixoloqunun əlinə düşsək (Tanrı, məni bu kələkbazlara ürcah etmə!), başqa-başqa 
dünyaların adamı olduğumuz həmən faş olar. Mən, əsl Qafqaz kişisiyəm. Məsələn, qaşlarım gün 
uzunu düyünlü olur, hərdən ailədə gestapo rejiminin tərəfdarı kimi çıxış edirəm. İstəyirəm, yeddi 
uşağım olsun və ataları evin kandarına ayaq basanda divar boyu təzimə düzülsünlər. Kölgəm 
görünəndə Əsmər əl-ayağa düşsün, ürəyinə xof dolsun. Qohum-qonşunun, iş yoldaşlarının 
yanında adımı çəkmək nəyə lazımdı, bircə uşaqlarımın atası desə, bəsimdi. İş yeri demişkən, 
mənim aləmimdə Əsmərin Motsartdan dınqıldatdığı simfonik əsərlərin qara qəpikcən dəyəri 
yoxdur. Gələcəkdə yeddi uşağımızın qayğısına qalmaq onun üçün əsl iş yeridir. Əlbəttə, belə 
yırtıcı düşüncələrə qapılmaq hər vaxt olmur. İndi dəbdə olan liberal dəyərlər uğrunda çənə 
yormağa mən də adətkaram.  
Uşaqlığımızdan gələn isti-ilıq xatirələri çözələyəndə görürəm ki, o illərimiz də başqa-başqa olub. 
Oxşar olan bircə şey var: ikimiz də gecələr qulaq ağrısından o ki var, çığırmışıq: isti kərpic, 
qaynar qum torbası beşik başından əskik olmayıb. Bir-birinin əksi olan o qədər şey sayaram… 
Ağrılıdır, kədərlidir, xatırlayanda tez-tez qəhərlənirəm, ovqatım təlx olur. Bəs, necə: uşaqlıqda 
velosiped üzünə həsrət qalmışam, hərdən toyuq hininə çəkilib ağlamağım da olub. Son zənglərdə 
indi iyirmicə qəpik olan dondurmanı bacımla yarı bölmüşəm. Hələ atamın yırtıq tuflilərini 
yamatdırıb utana-utana məktəbə gedəndə, qız sevdiyimə görə özümü söyməyimi demirəm. 
Mənim “Sünbül” peçenyesini axıracan yeməyə tamarzı qaldığım 90-cı illərdə Əsmərin atası 
şokoladlı vafliləri qutu-qutu evə daşıyıb. Zalım kasıbçılıq üzündən doğum günlərim bir həftə 
sonra yada düşüb və hamının üzündə yalançı təəssüf, guya qəmləniblər. Siz Allah, belə 
kədərgətirən şeyləri ürəyinizə salmayın, əslində, zarafatdan xoşlanan adamam. Keçən ilin qarlı 
fevral günündə sevgilimin danışdığı əhvalata qulaq vermək ən yaxşısıdır: “Birinci sinifdə 
oxuyurdum. Ad günümdə qohumlarımız bizə yığışmışdılar. Əmim qızıl sırğa, xalam boyunbağı, 
dayılarım gəlinciklər, pal-paltar, ayı balaları almışdı. Yeməkdən sonra atamgil çay içə-içə nərd 
oynayır, arvadlar bir otağa çəkilib qeybət qırırdılar. Axşam anam üstümü basdırıb üzümdən 
öpəndə dedim nə ola, yuxudan duram ki, həyətimizdəki gilas ağacında sapsarı mandarinlər bitib. 
Səhər nə görsəm yaxşıdır: gilas ağacı başdan başa sapsarıdır. İnanırsan? Atam sübh tezdən 
bazara yollanıb. Anam bir torba mandarini iynə-sapla gilas ağacına tikib ki, uşağın arzusu 
gözündə qalmasın”. Belə-belə işlər…  
Yorğan-döşəyin içində it-bat olan telefonu bir təhər tapıb, səsini saatlarla dinləməkdən, xəyal 
qurmaqdan usanmadığım Leylanın oynaq mahnısını içimə çəkdim. Diş çıxaran körpələrdən 
xəstəhal qocalaracan hamıya özünü tanıdan bu cığal, iridöş müğənni qız, axır vaxtlar çox adamın 
başına dərd olmuşdu: yeri gəldi-gəlmədi hər kəsin əsəbləri ilə oynamağın öhdəsindən əla gəlirdi. 
Sonra necə oldusa, onun özünü küncə sıxışdırdılar. Nə ki rusvayçı söz-sov vardı, hamısından 
birbəbir adı keçdi, adamların əli üzündə qaldı; həssas adamlar heyrətini udmaq üçün içinə 
çəkməyə bir udum hava tapmadılar. Bəzəksiz-düzəksiz deyirəm, inanın! Əvvəllər yazıçılıq 
sevdasına tutulduğumdan, belə şeyləri müşahidə etməkdə tayım-bərabərim yoxdur. Səs imkanları 
böyük deyildi, bəs, nəğmələrindəki yanğıya nə söz? Cəmi bir aya adamların içinə qucaq-qucaq 
sevgini necə doldurmuşdusa, taleyin ona diş qıcamağı, qazandığı uğurları başına görk eləməyi 
heç yarımca ay çəkmədi: hamı ikrah qusurdu. Hələ bu harasıdır, mən çox şeyi sonradan yerli-
yataqlı biləcəkdim.  
Biləcəkdim ki, sağ qonşuluğumda bir külfət qaçqın ailəsi, solumda mömin qaravulçu kişi 
yaşayır. Nə yaxşı, təzə qonşularım canımda gəzdirdiyim soyuqqanlılığı məhəlləyə 
nabələdliyimə, yaşımın azlığına bağışlayıb, özləri tanışlıq vermişdilər. Bu hüznlü insanların 
qonşuluq sevgisinə tuş olmasaydım, çox şeydən xəbərsiz qalacaqdım. Hər şey qoca qaravulçu ilə 
tanışlığımdan sonra başladı. Adı İsmayıl idi, əlini öpüb, alın söykəməli kişi! Qapımı döyüb 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə