Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə45/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   41   42   43   44   45   46   47   48   49

- Aha, başqa vaxta... qalsın başqa vaxta. - O, dodağının altında mızıldandı. Siqaretin ikincisini 
yandırdı. - Heç soruşmursan, kiməm, nəçiyəm.  
- Lazım deyil, əsas odur ki, tanış olduq. - Həmin gün ötkəm-ötkəm danışığımı sonralar 
xatırlayanda üşənirdim.  
- Hərdən yolum bu yataqxanaya düşür. Elə-belə, gəzirəm özüm üçün.  
- ...  
- Di yaxşı, görürəm, tələsirsən. Get! Hə-hə, bir çətinliyin varsa, de! Puldan-paradan...  
- Yoo-ox, yox... - Kəkələdim.  
Ondan yaxa qurtardığıma sevinirdim. Özümü bu dəqiqə içəri atıb, yorğanın altında küçük kimi 
büzüşmək istəyirdim. Onsuz da gözümə yuxu getməyəcəkdi, bu heyvərənin kabus kimi qorxunc 
siması məni Allah bilir, neçə-neçə gecələr üşəndirəcəkdi. Qapını açhaaçda dəhlizin o başından 
qart səsi eşidildi.  
- Rəcəb...  
İlahi! Aa-a-adımı har-da-dan bilir, görəsən?  
Bayaqdan özümü təsəlliyə tuturam: yox, ola bilməz məni addım-addım izləsinlər, rəddimi 
güdsünlər. Heykəl kimi yerimdə quruyub qalmışdım. Ehmal addım səsləri eşidildi, mənə sarı 
yaxınlaşdı.  
- Binanın zirzəmisindəki daşların altına baxarsan, bəri başa... Bir torba var, götürərsən. Yaxşı?  
Tapança!!! Tfu! Hər şey bitdi, vəssalam! Bitdi, bitdi! Elə bil, ürəyimi dartıb boğazımdan 
çıxardılar. Dizlərim əsim-əsim əsirdi.  
Başımı birtəhər çevirib, yekəpərə sarı dəhşətlə baxdım.  
- Amma indi götürmə, sabah tezdən düşərsən, gözdən uzaq olsun.  
O, yüngülcə gülümsədi, mənə göz vurdu və yarıqaranlıq foyedə itəndə pilləkənlərdən eşidilən 
addım səslərinin hər biri başıma endirilən daş baltasının zərbəsindən betəriydi. Görəsən, 
tapançanın yerini hardan bilirdi? Bəlkə, bəlkə heç bu məsələ deyildi? Nə qədər uzaqlaşmamışdı, 
gedib yolundan saxlayım ki, onsuz da kim olduğunu bilirəm; məni nigaran qoyma, hər şeyi aç 
danış: niyə gəlibsən, istədiyin nədir, tapançanı harda gizlətmisən? Danış, danış ki, içimi alan 
dəhşət xofundan yaxamı qurtarım.  
Bu dəqiqə pilləkənlərə cumub aşağı şığımağa hazır idim. Bircə addım atmağa özümdə cəsarət 
tapa bilsəydim. Otağa keçib qapının ağzında çökdüm, yumaq kimi büzüşmüşdüm. Aradan nə 
qədər keçdi bilmədim, qapını açıb özümü pilləkənlərə vurdum. Yataqxananın kəsif yemək, yuxu 
qoxusundan mədəm bulandı, az qaldı öyüyəm. İki mərtəbə düşüb ayaq saxladım. Bəlkə lazım 
deyil, getməyim?! Bir də ayıldım, birinci mərtəbədəyəm, komendant şirin-şirin yatırdı. Qapını 
ehmalca açıb bayıra çıxdım. Külək yeri-göyü dağıdırdı. Ətrafı dinşədim, sakitlikdi. Demək, 
gedib. Əvvəl istədim, özümü zirzəmiyə vurub, tapançanı yoxlayam. Ağlıma gəldi ki, birdən o 
əclaf getməz, zirzəmidə oturub yolumu gözləyər. Yuxarı qalxıb pal-paltarlı yorğanın altında 
büzüşdüm. İlan vuran yatdı, mənim gözümü çimir almadı. Fikrimi min yerə azdırdım: uşaq vaxtı 
qonşunun toyuğunu öldürmüşdüm. Anamın qapazları, üz-gözümü şapartlaması gözümün 
qabağına gəldi. Sonra Ümidlə Aynişanın əhvalatını xatırladım, Humayı xəyalımda öpüb-
oxşadım, yüzəcən saydım, dodağımın altında mızıldandım, yo-ox ey, qardaş, alınmır, bu qorxu 
içimi oyum-oyum oyur. Təpəm tüstülənir bu saat, yorğanı üstümdən atıb şəstlə, kişiyana ayağa 
qalxdım. Döşəmə cırıldadı, siçanlar civildəşdi, Ənvər yuxulu-yuxulu, şərəfsizcəsinə 
donquldandı:  
- Ə, oğraş, yat də! İt kimi nə sülənirsən, öl də!  
Kirimişcə dayandım. Bu saat vəziyyətdən çıxmağın ən yaxşı yolu peysərə atıb mumlamaqdır. 
Ənvərin xorultusu eşidiləndə ehmalca qapıdan çıxıb özümü tualetə verdim. Guya bu 
murdarxanaya təpilməklə qırıq unitazlar, lüləyi ərimiş yesir aftafalar başıma ağıl qoyacaqdılar? 
Elə tualetdəcə əl-üzümə su vurdum, özümü toparlayıb zirzəmiyə - tapançadan ötrü düşməyi 
qətiləşdirdim.  
Çöl-bayırda ins-cins gözə dəymirdi. Gödəkcəmə bürünüb qıvraq addımlarla zirzəmiyə səmt 
aldım. Bu xaraba zirzəmi nağıllarda əjdahaların məskən saldığı qorxulu mağaraları xatırladırdı. 
Ətrafı bir də gözdən keçirdim, dekabrın bu qurd ulayan çağında kimin nə iti azmışdı bayırda? 
İşığı yandırıb hürkə-hürkə içəri girdim. Ürəyimdə min yol, milyon kərə Allaha yalvarmışdım ki, 
bircə məni tapança ilə sınağa çəkməsin. Qırın-qırtı daşların altında gizlətdiyim torbanı yerində 
görsəm, elə bil, on il qabağa düşərəm. Tezcənə işığı söndürdüm, çox da çöl-bayırdan əl-ayaq 


kəsilmişdi, şəhərin döyənək küçələrinə etibar etmək olmaz, bir də gördün, küçədə qalmış idbar 
fahişə, ucuzxanalarda gödənini doldurmuş kefli şair hardansa peyda olub burnunun altında bitdi; 
indi gəl, bir-birinə tən gələn bu süləngəc məxluqlardan yaxa qurtar. Zirzəminin dərinliyinə doğru 
bir-iki addım atmışdım ki, elə bil kürəyimdə kiminsə hənirini duydum. Bədənimdən gizilti keçdi, 
tüklərim biz-biz oldu. İşığı yandırıb içərini bir də yaxşı-yaxşı gözdən keçirmək, arxayın düşmək 
üçün özümdə cəsarət tapa bilmirdim. Ağlıma bircə o gəldi ki, bu dəqiqə başıma nəsə dəyəcək, 
səntirləyib huşdan gedəcəm. Udqunub kirimişcə dayandım. Yox, deyəsən sakitlikdir, xoflanmağa 
dəyməz. Özümü toxtaq tutub, iki addım da irəlilədim. Yekəpərin ayrılanda dediyi sözləri 
xatırladım: “Binanın zirzəmisindəki daşların altına baxarsan, bəri başa... Bir torba var, 
götürərsən. Yaxşı?” Bəlkə, o əclafın tapançadan-filandan xəbəri yoxdur, öz-özümdən üşənib, 
ağlıma min cür şey gətirirəm? Yox, bu... bu dəfə xışıltı, dalınca yenə hənirti-hərəkət səsi aldı 
qulağım. Qəfildən dəli kimi geri çevrildim, “kimsən, kim...sən səsini çıxa-rr!” demək istəyirdim 
ki, yerə tökülən su şırıltısının səsini eşitdim. Ardınca üz-gözümə su çiləndi, özümdən ixtiyarsız 
bağırdım:  
- Kimsəəə-nnn? - Qorxudan ağlımı itirmişdim.  
- Bilirdim, gələcəksən...  
Nə yaxşı həmin vaxt bağrımın başı yarılmamışdı. Ölüb eləcə zirzəmidə qalacaqdım. İşığı 
yekəpərin qart səsi eşidilən səmtə tutdum: küncdə arxayınca oturub yarım litrlik butulkanı 
ovucları arasında oynadırdı.  
- Qorxdun?  
- ... 
- Yaxşı-yaxşı, özünə gəl! Səninlə yüngülvarı zarafat eləmək istədim, deyəsən, yaxşı düşmədi. Nə 
yaxşı belə tez gəldin?  
- ...  
- Noldu, dilin tutuldu? - Bir az hikkəli xəbər aldı.  
 
Sonralar yaxasından yapışıb onu vurmaq istədiyimi xatırlayanda, öz-özümə gülməyim tuturdu. 
Tez-tez “alçaq, alçaq, öldürərəm səni” deməyim uşaq sadəlövhlüyündən başqa bir şey deyildi. 
Yalandan goplamaq nəyə lazımdır, bu heyvərə istəsəydi, məni ayağının altında salıb 
qabırğalarımı sındırar, şalvarımın balağından yapışıb nahamar zirzəmidə ora-bura sürüyərdi. 
Ancaq aram-aram, sakit səslə məni başa saldı ki, bəlkə zarafatım yerinə düşməyib, əgər 
belədirsə, üzr istəyir. Qollarım boşaldı, bir-birinə sıxılan dişlərimin kilidi açıldı.  
- Vaxtım azdır, söhbət etməliyik, - dilinə şirinlik qatdı. - Çox vacibdir!  
Hərəmiz kələ-kötür daşlardan birini altımıza çəkib oturduq. O, siqaret çıxarıb yandırdı. 
- Nə vaxta qədər Leylanın yanında olacaqsan? - Söhbətə girişsiz-filansız, birbaşa başladı. Onsuz 
buna ehtiyac da yoxuydu.  
- Bundan niyə narahatsan?  
- Rəcəb, qulaq as, bilirsən ki, mən bura özbaşına gəlməmişəm. Demək istəyirəm, hər şeydən 
xəbərin var.  
- Var!  
- Düzünü bilmək istəyirsənsə, mən Klaranın bu hikkəsini başa düşmürəm, daha doğrusu..., - 
Siqaretdən dərin bir qullab alıb nəsə fikirləşdi. - Bilirsən, Onun Leylaya olan bu intiqam hissinin 
mənasızlığı məni heyrətə gətirib. Axı, bu həngamə, səs-küy nəyə lazımdır?  
- Konsert...  
- Yox-yox, nə bilim, məncə, konsert-filan boş şeydir.  
- Leylanın anasını Klara yandırtdırıb?  
- Hə, onu demək istəyirdim axı...  
- Leylanın anasını o öldürtdürüb?  
- Səncə, bunu məndən soruşmağa ehtiyac var?  
- Sən qorxmursan ki, mən elə günü sabah bu görüşümüzü olduğu kimi yazdım?  
- Əlindən heç nə gəlməyəcək, sənə dəli kimi baxacaqlar.  
- Amma...  
- Rəcəb, sənə dost kimi deyirəm: onun yanından uzaqlaşmasan, sənə çətin olacaq. O qəhbənin 
başını burax, qoy rədd olsun! Səni də başa düşmürəm, nəyinə lazımdır axı onu müdafiə etmək, 
bundan nə qazanacaqsan? Onun indiyə qədər hansı əməllərdən çıxdığını bilsən, tüpürərsən 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə