Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   41   42   43   44   45   46   47   48   49

salacaqdı?! Nə hisslər keçirdiyimi bir Allah bilirdi. Dəstələnib taksi saxladılar, hay-küylə 
oturdular, maşınlar yola düzələndə əsəbdən özümə yer tapa bilmirdim. Yolu keçib taksilərdən 
birini də mən əylədim, oturar-oturmaz gədənin getdiyi taksinin arxasınca sürməyi tapşırdım. 
Sürücü bir az çəkindi, məni sorğu-suala tutdu, amma onu arxayın saldım ki, bir yerdəyik, guya 
qonaqlığa gedirik. Beynimdə bayaqdan bəri qətiləşmiş fikri dilimin altında tez-tez 
təkrarlayırdım: onu təpikləyəcəkdim! 
Yolda Əsmərgilin oturduğu taksi gözdən itdi. Ora-bura qurcalanmağımı, tez-tez qabağa boylanıb 
döyükməyimi görəndə sürücü donquldandı ki, yolu tanıyır, narahat olmayım.  
- Sür onun dalınca! - Səsimi qaldırdım.  
- Qar yağır, yol sürüşkəndir, bir iş çıxar...  
- Dedim o maşına çat! Sür, o maşının arxasınca getməliyik.  
- Sən nə eləmək istəyirsən, qardaş?!  
- Sual vermə, sürr!!! - Onun yaxasından yapışdım. Biz Binəqədini keçib Mehdiabada gedən dörd 
yol ayrıcındaydıq. Sürücü elə bil qəsdən sürəti get-gedə azaldırdı. Əsmərgilin taksisi qabaqdakı 
döngəni çoxdan keçmişdilər. İndi yəqin Novxanı yolundaydılar. 
- Sür şərəfsiz, tez ol, tələsss!!! - Bir əlimlə onun yaxasından yapışdım, maşın yolun ortasında 
oynadı, arxadan gələn yük maşını xəbərdarlıq olaraq işıqlarını yandırıb-söndürdü, siqnalladı. 
Qəzəblənmiş sürücü Binəqədi mal-heyvan bazarının yanında maşını saxlayıb üstümə kükrədi:  
- Düş aşağı əə, düş, düş! Cəhənnəm ol maşından!  
İkiəlli onun yaxasından yapışıb silkələyəndə, o da borclu qalmadı. Maşının içində süpürləşməyə 
başladıq. Xatırlayıram ki, o əclaf mənim əngimə birini ilişdirməyi də bacardı. Əvəzində tutarlı 
bir kəllə yedi, di gəl, boynuma alıram: bir az keçsəydi, məni əzəcəkdi, bir-iki zərbə də yesəydim, 
üz-gözüm göyərəcəkdi. Birdən ayıldım: polis... Polis patrul maşınlarından biri böyürdən çıxsaydı 
ikimizi də maşına oturdub qoduqluğa apara bilərdi. Bu, mənim axırım deməkdi. Bu, mənim 
həyatımın qürub çağı olardı: əl-ayağını uzat, öl, zavallı taleyinlə barış! Qəfildən elə bil çiynimə 
ildırım düşdü, əlim-ayağım boşaldı, tez burdan uzaqlaşmalıydım. Sürücü qapını çırpıb düşdü. 
Deyəsən, fikri məni döyməkdi. Üstümə hücum çəkəndə əl-ayağımı sallayıb lal-dinməz üzünə 
baxdım, yumruğunu qaldırmağı ilə donquldana-donquldana aşağı salmağı çox çəkmədi. Pəsdən 
dilləndim:  
- Polis...  
Deyəsən, bu axmağın da gözünü mənim kimi qəzəb örtmüşdü. Polis sözünü eşidər-eşitməz 
gözləri dörd oldu, qorxaq nəzərlərlə ətrafı süzdü. Sakitliyin olmasından arxayın düşüb üstümə bir 
də kükrədi, amma, görünür, polisin xofu canına hopmuşdu, heç nədən bu qış gecəsi zibilə 
düşmək istəmirdi. Maşına oturub donquldana-donquldana uzaqlaşdı.  
Yolun ortasında uzun-uzadı dayanıb hara gedəcəyimi, nə edəcəyimi bilmədim. Nədənsə mənə 
elə gəlirdi, Əsməri başqa əllərə vermişdim, özgəsinin yatağına girməyinə göz yummuşdum. 
Tfu!!! Gözlərim doldu, içimdə qəzəb qığılcımları oynaşdı. Bilmirdim hara gedim: irəlimi, 
gerimi?! Tutalım, irəli getdim, Novxanıda hansı evdə qonaqlıqda olduqlarını hardan biləcəkdim? 
(Axmaqlar, bu havada da bağ evinə gedərlər?!)Yaddaşımı qurdalayanda xatırladım ki, bir dəfə 
Əsmər mənə bu haqda danışmışdı. Hansısa iş yoldaşının bağ eviydi, yanacaqdoldurma 
məntəqəsindən içəri burulanda yolun solundakı evlərdən birində olmalıydılar. On beş dəqiqəyə 
yaxın yolun kənarında dayanıb maşın gözlədim. Yalnız indi fikir verdim: Binəqədiyə sarı uzanan 
yolun kənarında dayanan maşının zəif işıqları közərirdi. Şübhələndim. Nə bilim, bəlkə hər 
şeydən şübhələnmək məndə artıq xəstəlik halını alıb, naxoşlamışam?! Amma nədənsə fəhmim 
mənə deyirdi, təhlükə var, təhlükə... Külək vıyıldayır, qarı üz-gözümə çırpırdı. Əllərimi cibimə 
dürtüb Novaxanıya sarı üz qoydum. Bu, yerimək yox, yortmaq idi, yorğalamaq idi. Bədənimin 
üşütməsini keçirmək üçün qaçmaq lazım idi. Yolu burulub xeyli gedəndən sonra bu havada 
upuzun yolu necə gedəcəyimin vəhşəti canımı bürüdü. Tfu, bu nədir, işıqları közərən maşın da 
indicə yerindən tərpəndi, yola çıxıb yavaş-yavaş irəlilədi. Yaxınlıqda kimsəsiz tikili vardı, gərək 
ki, yayda rayonlardan qarpız-yemiş gətirib yol kənarında satan adamlar günəşin istisindən 
qorunmaq üçün bu tikilidə daldalanırdılar. Ağlımdan keçdi, gözdən yayınıb tikintidə gizlənə 
bilərdim. Bir-iki addım atmışdım, fikrimdən daşındım. Niyə, nəyə görə, nədən yana?! Bu 
qorxaqlığa görə məndən daha çox şübhələnə bilərdilər. Külək qılınc kimi kəsirdi, canımı dişimə 
sıxıb addımlarımı sürətləndirdim. Ən yaxşısı qaçmaq idi: həm canım isinər, həm də ölməyib 
mənzil başına çata bilsəydim, yolu ayaqdan salardım. Qarşıdan gur işıq göründü, istədim yolu 


keçib əl edəm ki, məni də şəhərin bir yerində düşür, yoxsa bu kimsəsiz yerdə ölüb-itərəm. Qərar 
qəbul edə bilməmək ömrü boyu şikəst gəzməkdən daha dəhşətlidir. Bir tərəfdən də, Əsmərə yad 
nəzərlərin dikildiyini bilib, bunu kişiliyimə, qüruruma sığışdıra bilmirdim. Qısqanclıq, əsəb, 
qəzəb içimi yeyirdi. Yük maşını gurultuyla yanımdan keçdi. Ehtiyatla, gözucu arxaya baxdım: 
hə, o maşın dalımca gəlirdi, harda olsa bu dəqiqə saxlayıb məni aparacaqdılar. Maşının səsini lap 
yaxında eşitdim, ikicə addım atmışdım ki, yanımda bir “Niva” saxladı.  
- Gəl otur...  
İçəridən kiminsə zabitəli səsi eşidildi.  
- Yo-yox sağ ol..ol!  
- Dedim gəl otur ə, tez ol!  
Qabaqda oturan adam bağırdı, sözünü bitirər-bitirməz maşından düşüb yaxamdan yapışdı. 
Qorxudan boğazım qurumuşdu, əl-qol ata-ata nə isə demək istəyəndə boğazımdan zəif xırıltıdan 
savayı heç nə çıxmadı. Pəzəvənglə əlbəyaxa olanda ikinci adam özünü maşından bayıra atdı, 
qoşalaşıb məni yerə yıxdılar. Səsimi içimə yığıb bağırmaq, “kömək edin” demək istəyirdim ki, 
sifətimdən təpik zərbəsi yedim. Özümü itirsəm də, nə yaxşı tez ayıldım. Dal-dalı çəkilib 
yumruğumu sıxdım. Boşuna atdığım yumruqların faydası olmadı, dördü də üstümə tökülüşüb 
maşına basdılar, təpik, yumruq zərbələrindən əvvəl böyrəklərimdən sonra xayamdan sancılar 
başladı. Maşın yerindən tərpənəndə gücümü toplayıb silkindim, özümü bayıra atmağa cəhd 
etsəm də xeyri olmadı. “Niva” sağa burulub üzüyuxarı dırmaşdı. Bu yol gözdən uzaq, könüldən 
iraq yerə aparırdı: kimsəsizliyə...  
 
 
... (ardı: bax, jurnalın ötən sayının 61-64-cü səhifələrinə) 
 
... İçəridə çaxnaşma düşdü. Ardınca qapı açılar-açılmaz artırmada qaraltı göründü. Deyəsən, 
əlində nə isə tutmuşdu, əvvəl həndəvəri diqqətlə gözdən keçirib ehtiyatla irəlilədi. Sonra 
ətrafdakı sakitlikdən arxayın düşüb, addımlarını yeyinlətdi.  
- Kimsən!!!  
Cavab verməyə halım yox idi, eləcə boğuq-boğuq xırıldadım. Ayağının altında qar xırçıltısı 
kəsiləndə elə bildim, yaxınlaşmağa ürək eləmir. Birtəhər seçdim: yaşlı kişiydi.  
- Kimsən, nə istəyirsən?!  
Özümü toparlayıb birtəhər ayağa qalxmaq istədim. Bir dəfə, iki dəfə... Bacarmadım, dizlərimdə 
taqət qalmamışdı.  
- Oğruya oxşamır, kimsə nabələddi... - Kişi arxaya qanrıldı. Görünür, qapının ağzında dayanan 
adamlara hesabat verirdi. Sonra nə olduğu yadıma gəlmir; bircə, qolumu kişinin boynuna salıb 
iki addım atandan sonra huşumu itirib tir-tap yerə sərildiyimi dumanlı xatırlayıram. Kasıb, 
gününü güclə keçirsə də, o gecə mənə ürək yandıran ailənin xəcalətindən necə çıxacağımı uzun-
uzun həftələr, aylar başımdan çıxara bilmədim. Canımın ağrısı iki gündən sonra çəkildi, gözümə 
işıq gəldi. O iki günü tamam huşsuz qalmamışdım, əlbəttə, başımın üstündə söz-sovlarından 
qorxu-hürkü ələnən adamların danışıqlarını birtəhər xatırlayıram. Tərslikdənmi, ya 
xoşbəxtlikdənmi, bilmirəm, kişinin arvadı da xəstə yatırdı. Bir tərəfdən, onlara yük olmağın 
əzabını çəkirdim, amma bəxtim gətirmişdi ki, arvadı yoluxmağa gələn həkim mənə ürək-dirək 
verir, qorxulu bir şey olmadığına inandırırdı. Arada zəhləmi tökən sualları bir-birinə calayıb 
məni yorsalar da, qəlbigeniş, xeyirxah adamlar idilər. Bu adamlarda günah görmürdüm, 
oturduqları yerdə işə düşməkdən, polis qapısında avara qalmaqdan qorxurdular.  
İkinci gün axşam sağollaşıb onlardan ayrıldım. Açığı, huşsuzluğum ucbatından o astagəl, yastı-
yapalaq kişinin adını tamam unutmuşam, amma xatirimdən çıxmamış deyim ki, sonralar onların 
yaxşılığından artıqlaması ilə çıxdım. Şaxtalı yanvar günlərində sızıldayan sümüklərimin ağrısını 
kəsmək üçün bilmirdim canımı hara qoyum. Yaxşı ki, uşaqlar hərəsi bir tərəfə dağılışmışdılar: 
biri rayonda, o biri köhnə qız tanışının evində kef çəkirdi. Əclafların başını piyləmək asan 
olmadı, amma inandıra bildim: guya içib yazıçının ictimai mövqeyi, ədəbi vicdanı üstündə dava 
salmışam. Ənvər irişib qapıdan çıxhaçıxda nümayişkaranə şəkildə demişdi: ədəbi vicdanına 
nənəm işəsin!  
O əzablı günlərdə bacımın zəngi qanımı bir az da qaraltdı. Atamın vəziyyəti pisləşmişdi, 
dediyinə görə, yeyib-içməyindən də olub, bircə quru nəfəsi gedib-gəlir. Kişi anamın dərdinə tab 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə