BirbaşA İnvestiSİyalar nəZƏRİYYƏSİNDƏ texnologiyalarin öTÜRÜLMƏSİ problemləRİ Cəmilə namazova, Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi təhlil və audit»



Yüklə 57,56 Kb.

tarix14.05.2018
ölçüsü57,56 Kb.


“Azərbaycanın vergi xəbərləri”.-2010.-№1.-S.37-43.

BİRBAŞA İNVESTİSİYALAR NƏZƏRİYYƏSİNDƏ 

TEXNOLOGİYALARIN ÖTÜRÜLMƏSİ PROBLEMLƏRİ

Cəmilə NAMAZOVA, 

Azərbaycan Dövlət İqtisad Universitetinin 

«İqtisadi təhlil və audit» kafedrasının müdiri, dos., i.e.n.

Birbaşa investisiyaların nəzəriyyəsində texnologiyaların ötürülməsi problemləri bir sıra xarici ölkələrin

tədqiqatçı  alimləri  tərəfindən  tədqiq  edilmişdir.  Burada  həmin  problemlər  müxtəlif  baxışlar  əsasında,  ilk

növbədə,  kapitalın  texnoloji  aspektini  nəzərə  alan  birbaşa  investisiyalar  formasında  dövriyyəsi,  daha  sonra

xarici ticarətin mühüm nəzəriyyələri və texnologiyaların ötürülməsi kimi nəzərdən keçiriləcəkdir.

Elmi araşdırmalar zamanı birbaşa investisiyalar nəzəriyyəsi tədqiq edilərkən bir sıra suallar ortaya çıxır. İlk

olaraq əsas məsələ kimi "Xarici kapitala malik olan müəssisələr nə üçün yaranır və fəaliyyət göstərir?" sualı daha

çox  maraq  kəsb  edir.  Eyni  zamanda  bununla  yanaşı  ayrıca  olaraq  aşağıdakı əlavə  məsələlər  də  qarşıya  qoyulur.

Bunlara aşağıdakıları aid etmək olar:

• sahibkarları ölkə hüdudları kənarında iqtisadi fəaliyyətini həyata keçirməyə vadar edən səbəblər;

• birbaşa xarici investisiyaların sahəvi və coğrafi strukturu;

• xarici kapitalın iştirak etdiyi müəssisə çərçivəsində texnologiyaların ötürülməsinin səmərəliliyi;

•  şirkətin  xarici  bazarlara  çıxışı  kontekstində  birbaşa  investisiyaların  formasının  seçiminə  təsir  göstərən

amillərin müəyyənləşdirilməsi.

Qeyd etmək lazımdır  ki,  birbaşa  investisiyalar  problemi  geniş  çoxcəhətli  mövzu olduğundan  bu  mövzuya

müraciət  edən  bir  çox  xarici  tədqiqatçıların  elmi  yanaşmalarını  nəzərdən  keçirəcəyik.  Eyni  zamanda  bizi

maraqlandıran  investisiyalar nəzəriyyəsinin təsnifatı mövzusu üzrə  iqtisadi  ədəbiyyatda  da  birbaşa  investisiyalara

dair bir çox müxtəlif baxışlar mövcuddur. Bəzi tədqiqatçılar birbaşa investisiyaların bütün nəzəriyyələrini mikro və

makroiqtisadi  nəzəriyyələrə  bölür.  Bu  tip  yanaşmanın əsas  mənfi  cəhəti  ondan  ibarətdir  ki,  bəzi  nəzəriyyələr  bu

prinsip üzrə təsnif edib bilmir.

Tədqiqatçı  alim  Kasson  tərəfindən  təklif  olunan  elmi  yanaşmanı  nəzərdən  keçirək.  Müəllif  birbaşa

investisiyalar  nəzəriyyəsini  üç  qrupa  bölməklə:  beynəlxalq  kapital  bazarları nəzəriyyələri,  müəssisə  nəzəriyyələri

və  ticarət  nəzəriyyələri  adlandırmışdır.  Müəllifin  fikrinə  əsasən,  birbaşa  investisiyalar  nəzəriyyəsi  yuxarıda  qeyd

edilmiş  üç  nəzəriyyənin  məcmusundan  ibarət  olmalıdır.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  texnologiyaların

ötürülməsi probleminin təhlili üçün bu nəzəriyyə lazımlı hesab edilmir.

Digər  tədqiqatçı  alim  Stempnyak  tərəfindən  isə  təklif  edilmiş  nəzəriyyə  kifayət  qədər  funksional  və

məntiqlidir.  Bu  nəzəriyyə  investisiyaları  qəbul  edən  ölkənin  spesifikası  ilə,  həm  də  kapitalı  ixrac  edən  şirkətin

spesifikası ilə əlaqədar olan amilləri nəzərə alır. Bunu aşağıdakı cədvəldən görmək olar (cədvəl 1).

Qabaqcıl  texnologiyaların  ötürülməsi  probleminə  bir  çox  aspektlərdən  yanaşmaların  mövcudluğu  onun

təhlilinin  zəruri  olduğunu  tələb  edir.  Belə  ki,  tədqiqatçı  alim  Ximer  tərəfindən  «Firmanın  özünəməxsus

üstünlükləri» nəzəriyyəsi hazırlanmışdır.  Birbaşa  xarici investisiyalar probleminin təhlili üçün investisiya  portfeli

nəzəriyyəsinin  qeyri-mükəmməl  olmasını söyləyərək,  Ximer  haqlı olaraq  qeyd  etmişdir  ki,  birbaşa  investisiyalar

yalnız  kapital  yatırımı  deyil,  həm  də  tam  olaraq  bir  paket  digər  ehtiyatların,  eləcə  də  texnologiyaların,  idarə

metodlarının,  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi  və  s.  yatırımı  deməkdir.  O,  öz  tədqiqatlarında

«mükəmməl  bazar  rəqabəti»  prinsiplərinə  əsaslanırdı.  Ximer  göstərmişdir  ki,  birbaşa  investisiyalar  üçün  ilkin

zəmin investisiyalar yatıran təsərrüfat subyektlərinin bir sıra özünəməxsus üstünlüklərə malik olmasıdır. Təsərrüfat

subyektlərinin  özünəməxsus  üstünlüklərini  müəyyən  edən  amillər  sırasına  o,  tədqiqat  potensialı  və  müəyyən

texnoloji ehtiyatları aid etmişdir.

Fikrimizcə,  Ximer  nəzəriyyəsinin  əhəmiyyəti  ondan  ibarətdir  ki,  о  bu  nəzəriyyəni  özünəməxsus

üstünlükləri ilə digər nəzəriyyələrdən fərqləndirmişdir.

Texnologiyaların  ötürülməsi  ilə  bağlı  olan  birbaşa  investisiyaların  təhlili  üçün  lokalizasiya  nəzəriyyəsi

yalnız digər nəzəriyyələr və ya onların elementləri ilə birgə olaraq tətbiq edib bilər. Bununla əlaqədar qeyd etmək

lazımdır ki, lokalizasiya amili onun üç elementindən biridir. Lokalizasiya nəzəriyyəsi müəlliflərinin fikrinə əsasən

birbaşa  investisiyalar  üçün  zəmin  iki  amilin  mülkiyyət  üstünlüklərinin  (sərmayə  yatıran  təsərrüfat  subyektinə

aiddir) və lokalizasiya üstünlüklərinin (sərmayənin istiqamətləndiyi ölkəyə aiddir) birləşdirilməsindən ibarətdir.

Cədvəl 1. 

Birbaşa investisiyalar nəzəriyyəsinin təsnifatı



İdxalçı ölkə şəraitlərinin spesifikasını əks etdirən

nəzəriyyələr

Təsərrüfat subyektlərinin fəaliyyətinin

spesifikasını əks etdirən nəzəriyyələr

Rentabellik nəzəriyyəsi

İnvestisiyaların diversifikasiyası nəzəriyyəsi

Bazar həcmi nəzəriyyəsi

Təsərrüfat subyektlərinin fəaliyyət nəzəriyyəsi

Məhsulun saxlama dövrü nəzəriyyəsi

Oliqopolistik reaksiya nəzəriyyəsi

Valyuta zonası nəzəriyyəsi

Milliləşmə nəzəriyyəsi

Lokallaşdırma nəzəriyyəsi

Mülkiyyət üstünlüyü nəzəriyyəsi

Daha  doğrusu,  mülkiyyət  üstünlükləri  nəzəriyyəsinin  «Kim  investisiya  yatırır?»  sualına  cavab  verdiyi

halda, lokalizasiya nəzəriyyəsi «haraya investisiya yatırılır?» sualına cavab verir.

İnvestisiyalar  haqqında  qərarın  qəbul  edilməsinə  bir  sıra  amillər  təsir  göstərir.  Bu  amillərə  istehsal

qüvvələrinin  yerləşdirilməsinin  məkan  strukturu  (təbii  ehtiyatların, eləcə  də  texnologiyaların  əlverişli  olması;  bu

bilik  və  istehsal  təcrübəsi  əldə  etmək  istəyən  təsərrüfat  subyektləri  üçün  mühümdür),  istehsal  ehtiyatlarının

keyfiyyəti və onların effektivliyi, psixoloji və texnoloji uyğunluq və elmi - tədqiqat işləri sahəsində üstünlükləri aid

etmək olar.

Fikrimizcə,  lokalizasiya  nəzəriyyəsinin  bir-başa  investisiyaların  forması  və  texnologiyaların  ötürülməsi

kimi  məsələlərin  müzakirə  olunmasına  baxmayaraq  investisiya  qoyuluşlarına  ehtiyacı  olan  ölkələrdə  iqtisadi

siyasət  düzgün aparılarsa onda bu nəzəriyyə ölkə üçün kifayət  qədər faydalı ola bilər.  Belə  ki,  ölkəyə  investisiya

qoyuluşlarının cəlb edilməsi və artırılması üçün nəyin zəruri olması müəyyənləşdirilməlidir.

Xüsusilə,  bu  nəzəriyyə  kontekstində  yüksək  konsentrasiyalı  təsərrüfat  subyektlərinin  olduğu  ərazinin

mövcudluğuna diqqət yetirmək lazımdır.  Bu baxımdan müəyyən ərazilərdə ixtisaslaşdırılmış texnoloji xidmətlərin

olması mühüm əhəmiyyət kəsb edir.

Məlumdur  ki,  təsərrüfat  fəaliyyətinin  həyata  keçirilməsi  risklə  bağlıdır.  Bir  qayda  olaraq,  kapitalın  xarici

ölkələrdə  yerləşdirilməsi  zamanı  bu  risk  daha  böyük  olur.  Xarici  aktivlər  portfelinin  diversifikasiyası  bu  riski

azaltmağa imkan verir.

Risklər  və  gözlənilən  gəlirdən  əlavə  texnologiyaların bazar  üçün  cəlbediciliyini  bir  sıra  amillər  müəyyən

edir. Bu amillər sırasında hal-hazırda tətbiq edilən texnologiyalar tərəfindən özünə yer almış bazar həcmi, eləcə də

mükəmməlləşdirilmiş  və modifikasiya olunmuş texnologiyalar üçün bazarın proqnozlaşdırılan həcmi, müəssisənin

xarici bazarlara çıxarılması və onun mövqelərinin möhkəmləndirilməsi üçün texnologiyaların əhəmiyyəti, daxili və

xarici bazarlarda rəqabət şərtləri, texnologiyanın tətbiq edilməsində sosial və ekoloji nəticələri göstərmək olar.

Bu  və  ya  digər  texnologiyanın xarici  ölkələrdə  yerləşdirilməsi  haqqında  qərarın qəbul  edilməsi  təsərrüfat

subyektlərinin  strateji  prioritetlərindən,  onun  texnoloji  potensialının  səviyyəsindən  (xarici  və  yerli  rəqiblərlə

müqayisədə), eləcə də həmin texnologiyadan istifadə etməklə istehsal edilən məhsulun xarici bazarda mövcud olma

müddətindən asılıdır.

Texnologiyaların  ötürülməsində daxili sövdələşmələr nəzəriyyəsi bazarın «axtarılması» vasitəsilə operativ

xərclərin  azaldılması konsepsiyasına  əsaslanır.  Bu  konsepsiyaya  əsasən  bazar  hər  zaman  təsərrüfat  fəaliyyətinin

tənzimlənməsinin  optimal  mexanizmi  kimi  çıxış  etmir.  Tədqiqatçılar  Bakli  və  Kassonun  fikrinə  əsasən,  birbaşa

investisiyaların həyata keçirilməsi haqqında qərarın qəbul edilməsi üçün həlledici amil texnoloji üstünlük, istehsal

təcrübəsi  və  ixtisaslaşma  kimi  elementləri  özündə  ehtiva  edən  «mülkiyyətçi  üstünlüklərinin»  (korporativ

üstünlüklər) olmasından ibarətdir. Ümumiyyətlə nəzəriyyəyə əsasən sövdələşmələrin yerinə yetirilməsi gəlirin əldə

edilməsinə  və  rəqabət  üstünlüklərinin  qorunmasına  zəmanət  verir.  Adətən  sövdələşmələrin  lisenziyaların

ötürülməsi formasına daha az üstünlük verilir. Belə ki, onlar investorun  monopolizasiyasının  zəifləməsinə  gətirib

çıxara bilər.

Subyektdaxili  sazişlər  bir  sıra  xərclərin  (məsələn,  saziş  bağlanmış  tərəfdaşlarla  danışıqların  aparılması

xərcləri, vergilər, inzibati xərclər və s.) xeyli azaldılmasına  imkan verir. Sövdələşmə prosesi bütün sazişləri əhatə

edə bilməz, lakin, o, xammal, yarımfabrikatlar, texnologiyalara və elmi - tədqiqat işlərinin nəticələrinə münasibətdə

xüsusilə səmərəli olur. Bu tip sazişlər bazar qiymətlərindən aşağı olan «daxili qiymətlərlə» həyata keçirilir. Digər

tərəfdən sövdələşmə prosesi həmçinin dövlətin iqtisadiyyata müdaxilə etməsinin nəticələrini  neytrallaşdırmağı və

mülkiyyət hüququnu müdafiə etməyə imkan verir.

Qeyd etmək lazımdır ki, sövdələşmə nəzəriyyəsinin mənfi cəhəti onun təcrübədə yoxlanılmasının çətinliyi

və statik xarakterindən ibarət olmasıdır. Onun ən mühüm nailiyyətləri sırasına isə texnologiyalar mübadiləsi sferası

üçün xüsusi əhəmiyyət kəsb edən bazar mexanizminin qeyri-mükəmməl olmasını aid etmək olar.

Digər  bir  nəzəriyyə  «mənimsəmə»  nəzəriyyəsidir  ki,  burada  bazar  mexanizminin  qeyri-mükəmməlliyinin

ixtisaslaşmış  nəzəriyyələr  sırasına  aid  olmasıdır.  «Mənimsəmə»  nəzəriyyəsi  tədqiqatçı S.P.Magi  tərəfindən  70-ci



illərdə  işlənmişdir.  Bu  nəzəriyyəyə  əsasən  texnologiyanın  bir  tərəfdən  fərdi,  digər  tərəfdən  isə  ictimai  olması

mövcud rəqiblər qarşısında innovasiya üstünlüklərinin itirilməsi ilə nəticələnməsi səbəb ola bilər. Bu nəzəriyyənin

müəllifinin fikrinə əsasən xarici investisiyalar hər şeydən əvvəl daha mürəkkəb, yüksək texnologiyalar sferasına aid

olan  ideyaların  mənimsənilməsinə  meyllidirlər.  Bu  səbəbdən  də  beynəlxalq  korporasiyalar  daha  mürəkkəb

innovasiya texnologiyalarının işlənib hazırlanması və yayılması sferasında həlledici rol oynayır.

Tədqiqatçı  S.P.Magi  tərəfindən  eyni  zamanda  sənaye  sahəsinin  texnoloji  dövrü  konsepsiyası  işlənib

hazırlanmış  və  həmin  konsepsiya  çərçivəsində  müəssisənin  rəqabət  üstünlüyünün  təkamülü  təhlil  edilmişdir.  0,

sübut etmişdir ki, təsərrüfat subyekti özünün yeni, perspektivli texnologiyasını iki səbəbdən satmaya bilər. Bu ilk

öncə  alıcının  deyilən  qiymətə  razı olmaması və  ya  ödəyə  bilməməsi  baxımından  və  ya  nəticədə  alıcı əldə  etmiş

olduğu  texnologiyadan  satıcı ilə  rəqabət  mübarizəsi  üçün  istifadə  edə  bilməsi  səbəbindən  baş  verə  bilər.  Yalnız

texnologiya köhnəldikcə mənimsəmə meyli azalır və texnologiyanın ötürülmə formasının dəyişilməsi baş  verir ki,

birbaşa investisiyaların əvəzinə lisenziyadan istifadə edilir.

Birbaşa  investisiyalar  nəzəriyyəsinə  texnologiyaların  ötürülməsi  problemlərinə  dair  tədqiqatçı  Daninqin

«eklektik»  nəzəriyyəsi  də  aid  edilir.  Lakin  bu  nəzəriyyənin  işlənib  hazırlanmasına  dair  tədqiqatçılar  Xirş  və

Lindqrenin  də  mükəmməl  fikirləri  olmuşdur.  Daninqin  nəzəriyyəsi  bir  çox  elmi  işlərdə  daha  ətraflı  təhlil

edilmişdir. Bu səbəbdən də müəllif öz tədqiqat işində texnologiyaların ötürülməsi problematikası ilə əlaqədar olan

məsələlərin şərhi ilə kifayətlənmişdir.

Daninq  bu  nəzəriyyənin  üstünlüklərinin  əsasən  üç  növünü  qeyd  edir.  O,  birinci  qrupa,  daha  doğrusu,

texnologiyaya  olan  mülkiyyət  hüququndan  irəli  gələn  üstünlüklərə  mülkiyyət  hüququ  (maddi  və  qeyri  maddi

aktivlər), istehsal və təşkilati innovasiyalar, idarə metodları, insan kapitalı kimi üstünlükləri aid edir. Eyni zamanda

müəyyən  ehtiyatların  mövcud  olması  faktından  irəli  gələn  ehtiyat  üstünlüklərini  və  müəssisənin  strukturunun

qlobalizasiyası və diversifikasiyası prosesləri ilə əlaqədar olan əməliyyat xərcləri sferasında olan üstünlükləri də bu

qrupa daxil etmişdir. İkinci qrupu milliləşdirmə, üçüncü qrupu isə lokaliza siya ilə əlaqədar üstünlüklər təşkil edir.

Bütün  bunlarla  yanaşı  texnologiyaların  ötürülməsi  probleminin  təhlili  üçün  həmçinin  beynəlxalq  ticarət

nəzəriyyələri də mühüm əhəmiyyətə malikdir. Texnologiyaların  ötürülməsi probleminin təhlili zamanı beynəlxalq

ticarət  nəzəriyyələrinin  müddəalarının  nəzərə  alınması  zərurəti  bir  sıra  səbəblərdən  irəli  gəlir.  Birincisi,

texnologiyaların ötürülməsi  adətən  malların  mübadiləsi  formasında  (sərmayə  xarakterli)  həyata  keçirilir.  İkincisi,

xarici investisiyalar beynəlxalq mübadilədə iştirak edir, digər tərəfdən Mərkəzi və Şərqi Avropa ölkələri arasında

onların ixrac və idxala olan meyllərinin milli şirkətlərdə xeyli artıq olmasıdır.

Tədqiqat  zamanı müəyyən  edilmişdir  ki,  texnologiyaların  ötürülməsində  «texnoloji  boşluq»  nəzəriyyənin

əsasını  ayrı-ayrı  ölkələrdə  texnologiyaların  qeyri-bərabər  inkişafı  faktı  təşkil  edir  ki,  bunun  da  nəticəsində

«texnoloji  boşluqlar»  yaranmış  olur.  Texnoloji  inkişaf  səviyyələrində  olan  fərqləri  tədqiqatçı  Smitin  «mütləq

üstünlüklər» adlandırdığı anlayışın sinonimi hesab etmək olar. Digər tərəfdən isə texnologiya sferasında geri qalan

ölkə  və  şirkətlər  innovasiyaları təqlid  etməyə  və  bununla  da  öz  texnoloji  geriliyini  aradan  qaldırmağa  cəhd  edir.

Texnoloji  üstünlüklərin  diskont  edilməsi  yüksək  texnolo ji  malların  ixracı,  texnologiyaların  satışı  (lisenziya

formasında), eləcə də birbaşa  investisiyalar formasında həyata keçirib bilər. Yeni texnologiyalar mənimsənildikcə

və məhsulun rəqabət qabiliyyəti artdıqca ilk öncə texnoloji cəhətdən geri qalan ölkələrdən malların ixrac potensialı

artır  və  onlar  özləri  də  beynəlxalq  ixracatçılara  çevrilirlər.  Bu  baxımdan  da  mal  mübadiləsi  axınları istiqamətini

dəyişə bilir.

Texnologiyaların  ötürülməsində  məhsulun  mövcudiyyət  dövrü  nəzəriyyəsində  də  müxtəlif  fikirlər

mövcuddur. Bu nəzəriyyənin əsas müddəaları tədqiqatçı Şumper tərəfindən işlənib hazırlanmışdır, lakin sonradan

isə  tədqiqatçı  Vernonun  elmi  işlərində  daha  da  dolğun  şəkildə  işlənmişdir.  Bu  nəzəriyyə  («texnoloji  boşluqlar»

nəzəriyyəsi kimi) texnologiyanın müxtəlif ərazilərdə qeyri-bərabər inkişaf etməsi fikrindən irəli gəlir. 

Qeyd  etmək  lazımdır  ki,  məhsulun  mövcudiyyət  dövrü  üç  fazanı  -  innovasiya,  «yetişmə»  və

standartlaşmanı əhatə edir. Texnoloji cəhətdən lider olan ölkə ilk öncə öz daxili tələbatını ödəyir, sonra isə istehsal

həcmi artdıqca və beynəlxalq bazarda tələbat yarandıqca xarici ixracata başlayır. Müəyyən bir mərhələdə о həmin

malın istehsalını dayandırır, daxili tələbatı isə idxal hesabına təmin edir. Bunun nəticəsində azad olmuş  ehtiyatlar

yeni, daha müasir malların istehsalı üçün istifadə edilir və bununla da dövr təkrarlanmış olur.

İnnovasiya  məhsulun  mövcudiyyət  dövründə  bir  neçə  fazanı  onun  layihələşdirilməsindən  və  texnoloji

cəhətdən  inkişaf  etmiş  ölkənin  bazarda  yer  almasından  istehsal  baxımından  həmin  məhsulun  tam  olaraq

mənimsənilməsinədək olan dövrü qeyd etmək mümkündür.

Məhsulun  mövcudiyyət  dövrü  nəzəriyyəsi  beynəlxalq  texnoloji  mübadilənin  təhlili  zamanı tətbiq  edilmiş

və  belə  bir  nəticə  əldə  edilmişdir  ki,  məhsulun  mövcudiyyət  dövründə  innovasiya  fəaliyyətinin  nəticələrindən

yalnız  lider  ölkə  deyil,  həmçinin  ondan  geri  qalan  ölkələr  də  istifadə  edə  bilər.  Bu  baxımdan  innovasiya

fəaliyyətinin hər bir zaman risklə bağlı olduğundan daha az inkişaf etmiş ölkələr adətən digər ölkələrin təcrübəsi və

nailiyyətlərindən istifadə etməyi üstün tuturlar.

Məhsulun mövcudiyyət dövrü nəzəriyyəsi tam olaraq birbaşa  xarici investisiyalar və beynəlxalq texnoloji

mübadilə  mexanizmlərini  aydınlaşdırmır.  Bunu  izah  etmək  məqsədilə  ən  yeni  texnologiyaların  xarici  ölkələrdə

yerləşdirilməsindən  ibarət  olan  «əks  növbə»  fenomeni  kimi  aspektlərə  istinad  olunur.  Burada  əks  növbə»

terminindən ona görə istifadə edilir ki, geniş yayılmış məhsulun mövcudiyyət dövrü nəzəriyyəsinə müvafiq olaraq




birbaşa  xarici  investisiyalar  çərçivəsində,  bir  qayda  olaraq,  kütləvi  istehsal  fazasında  tələb  olunan  məhsulun

hazırlanması üçün texnologiya, daha doğrusu, aşağı səviyyəli texnologiya ötürülür.

Tədqiqatçı  O.K.Akamatsu  tərəfindən  isə  «Məhsulun  dövrünün  uzadılması»  nəzəriyyəsi  XX  əsrin  30-cu

illərində  işlənmişdir.  Bu  nəzəriyyəyə  müvafiq  olaraq  dünya  texnologiyalarının  tətbiqi  və  ötürülməsi  baxımından

geri  qalan  bir  sıra  ölkələr  idxal  vasitəsilə  müəyyən  mallara  olan  tələbatlarını  ödəyirdilər.  Bu  ölkələr  yerli

məhsullarını istehsal etmək üçün zəruri olan maddiləşmiş elmi-texniki biliklər əldə edərək özləri istehsala başlayır

və  daima  onu  təkmilləşdirirlər.  İlk əvvəl  bu  cür  məhsul  daxili  bazara  çıxarılır,  sonradan  isə  digər  bir  faza  dünya

bazarının mənimsənilməsi prosesi baş verir.

Daha  sonralar  bu  konsepsiya  digər  müəlliflər  tərəfindən,  о  cümlədən  tədqiqatçılar  Pozner,  Xufbauer  və

Hikson  tərəfindən  işlənmişdir.  Ümumiyyətlə,  beynəlxalq  ticarət  və  bir-başa  investisiyalar  nəzəriyyələrinin

öyrənilməsi əsasən ticarət və yeni texnologiyaların ötürülməsinə xidmət edir.

Bu  səbəblərdən  biri  texnologiyaların  nümayiş  səmərəliliyidir.  Xarici  investorun  öz  texnoloji  nailiyyətini

gizli  saxlamağa  çalışmasına  baxmayaraq,  öz  məhsulunu  nümayiş  etdirməklə,  onu  bazara  çıxaracaq  və  bu  da  öz

növbəsində  digər  istehsalçılar  üçün  belə  bir  məhsulun  mövcud  olmasına  işarə  olacaqdır.  Eyni  zamanda  onlar

məhsulun işləmə mexanizmini, xüsusiyyətlərini, ona olan tələbatı və satış qiymətlərini öyrənməyə başlayacaqlar.

Digər  bir  səbəb  rəqabət  səmərəliliyidir  ki,  xarici  istehsalçı  tələbata  uyğun  yaxşı  məhsul  istehsal  etdiyi

zaman  digər  müəssisələrin  mövqeləri  bazarda  zəifləyir.  Bu  baxımdan  xarici  investorlar  bazarın  onlara  aid  olan

hissəsini saxlamaqdan ötrü öz məhsullarını təkmilləşdirməlidirlər.

Ən nəhayət, üçüncü səbəb isə texnoloji fəndlər və müəssisələrdə xarici kapitala olan tələbatın təcrübəsinin

yerli müəssisələr tərəfindən qəbul edilməsidir.

Qeyd etmək lazımdır ki, texnologiyaların ötürülməsi problemlərinin daima tədqiq olunması zəruridir.

Çünki bu proses son nəticədə istehsalatın sürətli artmasına və perspektivli inkişafına şərait yaradır.



Дж.Намазова

Проблемы передачи технологий в теории прямых инвестиций

РЕЗЮМЕ

В  статье  исследуются  проблемы  передачи  технологий  в  теории  прямых  инвестиций  по  тео риям,

связанным  с  именами  ряда  ученых-исследователей  зарубежных  стран.  Несмотря  на  отличительные

особенности этих теорий, прямые инвестиции в итоге приводят к стремитель ному росту производства, и,

способствуя перспективному развитию, приводят к передаче новых технологий.

J.Namazova

Problems of technology transfer in the theory of direct investments

SUMMARY


The article deals with the research of technology transfer in the theory of direct investments, con nected

with the names of a number of foreign scientists-researchers. In spite of the peculiarities of these theories, as a

result direct investments lead to the swift growth of production and transfer of new technologies, promoting

prospective development.



Ədəbiyyat

1. Бронбур М.Анализ экономической эффективности капиталовложений. М., Инфра-М, 1996.

2. Ковалев В.В. Методы оценки инвестиционных проектов. М, Финансы и статистика, 2003.

3. Фатоцци Ф.О. Управление инвестициями /Пер.с анг., М, Инфра-М., 2000.

4. Шарп Ульям Ф. Инвестиции. М., Инфра-М., 1999.

5. Игошин Н.В. Инвестиции. М., Финансы, ЮНИТИ, 1999.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə