BiRGƏ qht bəyanati: Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi



Yüklə 34,21 Kb.
Pdf görüntüsü
tarix05.02.2018
ölçüsü34,21 Kb.
#24510


Avropa Şurası Parlament Assembleyasına 

Avenue del’Europe, 67075 Strasburq, Cedex, Fransa 

Bakı, Strasburq 

27 yanvar 2014 

  

Hörmətli Assembleya Üzvləri, 



  

BİRGƏ QHT BƏYANATI: Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi 

ərəfəsində  AŞPA  ölkədə  insan  hüquqlarının  müdafiəsinin  təmin  olunması  üçün 

tədbirlər görməlidir  

İnsan  Hüquqlarının  və  Əsas  Azadlıqların  Müdafiəsi  haqqında  Konvensiya  (bundan 

sonra  “Konvensiya”),  onun  Protokolları,  222  saylı  Rəy  (2000),  Azərbaycanın  Avropa 

Şurasına  üzvlük  üçün  müraciəti  və  bütün  müvafiq  Avropa  Şurası  tövsiyələri  və 

qətnamələrini   nəzərə  alaraq,  biz  Azərbaycanda  insan  hüquqlarının  kəskin  pisləşməsi 

ilə bağlı bu xüsusi müraciəti Sizə göndəririk. 

2013-cü il avqust tarixli hesabatında Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı 

Nils  Muznieks  hökuməti  ifadə,  birləşmə  və  toplaşma  azadlıqlarını  adekvat  şəkildə 

qorumadığına görə sərt tənqid edib. 

Siyasi  motivli  həbslər  davamlı  bir  problem  olaraq  qalır.  Hal-hazırda  yerli  hüquq 

müdafiəçiləri  doqquzu  jurnalist,  ikisi  hüquq  müdafiəçisi  və  üçü  sosial  media  fəalı 

olmaqla  onlarla  siyasi  məhbusun  olduğunu  qeyd  edirlər.  Amnesty  International 

təşkilatı  hesab  edir  ki,  ölkədə  ən  azı  19  vicdan  məhbusu  var  və  onların  çoxu 

hakimiyyətə qarşı mediada sərt çıxış etdiyinə görə həbs olunub.   

2013-cü il iyunun 13-də Avropa Parlamenti İlqar Məmmədovun həbsi də daxil olmaqla 

Azərbaycanda  siyasətçilərin,  jurnalistlərin  və  fəalların  təhdid  və  təqib  olunmasının 

bütün  formalarını  pisləyən  qətnamə  qəbul  edib.  Respublikacı  Alternativ   hərəkatının 

lideri,  Avropa  Şurasının  Bakı  Siyasi  Biliklər  Məktəbinin  direktoru  İlqar 

Məmmədov  talançılıqdan  tutmuş  kütləvi  iğtişaşların  təşkilinə  qədər  müxtəlif 

maddələrlə  ittiham  olunaraq  2013-cün  ilin  fevralından  bəri  qanunsuz  olaraq  həbsdə 

saxlanılır. 

Eyni  qətnamə  həmçinin  Azərbaycanı  müstəqil  seçki  monitorinq  təşkilatı  olan 

“Seçkilərin  Monitorinqi  və  Demokratiyanın  Tədrisi  Mərkəzi”ni  dövlət  qeydiyyatına 

almağa  çağırıb.  Bunun  qarşılığında  isə  hakimiyyət  təşkilatın  lideri,  tanınmış  seçki 

monitoru  Anar Məmmədlini  həbs  edib.  Təşkilat  son  seçkiləri  monitorinq  edərək  Seçki 



Günündə  kütləvi  saxtalaşdırma,  seçkiqabağı  dövrdə  isə  fundamental  azadlıqların 

pozulması hallarını qeydə alıb.  

Bununla  yanaşı,  ifadə,  birləşmə  və  toplaşma  azadlığı  hüquqlarına  tətbiq  olunan 

məhdudlaşdırmalar  Azərbaycanda  vətəndaş  cəmiyyəti  və  siyasi  fəalların  işinə  böyük 

maneələr  yaradır.  2013-cü  ilin  martında  prezident  Əliyev  QHT-lərin  fəaliyyətini, 

onların  idarə  olunması  və  maliyyə  məsələlərini  sərt  şəkildə  tənzimləyən,  onların 

fəaliyyətini  kəskin  məhdudlaşdırmaqla  yanaşı,  hökumətə  fəaliyyətini  bəyənmədiyi 

QHT-lərə  təzyiq  etmək  və  ya  onları  texniki  səbəblərə  görə  bağlamaq  imkanı  verən 

reqressiv  qanun  layihəsini  imzaladı.  17  dekabrda  QHT  qanununa  edilmiş  və 

Azərbaycan  vətəndaş  cəmiyyətinin  daha  da  boğulmasına  xidmət  edən  yeni 

dəyişikliklər  QHT-lər  üçün  qeydiyyatla  bağlı  əlavə  əngəllər  yaradıb  və  maliyyə 

tələblərini daha da sərtləşdirib.   

Azərbaycan  tərəfindən  öhdəliklərin  yerinə  yetirilməsi”  adlı  son  hesabatında  AŞPA 

Monitorinq Komitəsi qeyd edir ki, “korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə 

üzrə qanunverici bazanın yaradılmasında irəliləyiş əldə olunub.” *1+ Buna baxmayaraq, 

Azərbaycan  “Çirkli  pulların  yuyulması  və  terrorizmin  maliyyələşdirilməsi  haqqında” 

yenilənmiş  Avropa  Şurası  Konvensiyasını   (CETS  No.  198)  və  “Rəsmi  sənədlərə 

çatımlılıq  haqqında  Avropa  Şurası  Konvensiyası”nı  (CETS  No.205)  hələ  də 

imzalamayıb. 

Bununla  yanaşı,  2012-ci  ildə  informasiya  əldə  etmək  hüququ,  hüquqi  şəxslərin  dövlət 

qeydiyyatı  və  kommersiya  sirri  haqqında  qanunlara  edilmiş  əlavə  və  dəyişikliklər 

informasiya  azadlığı  üzərinə  məhdudiyyətləri  artıraraq  şəffaflıq  və  hüquqi  şəxslərin 

fəaliyyətinə  ictimai  nəzarət  prinsiplərini  pozur.  Yeni  dəyişikliklərə  görə  müəyyən 

olunmuş cəza jurnalistlərin korrupsiya hallarını araşdırmasını daha da çətinləşdirir. 

Biz, Avropa Şurasını bu cür əməllərin risk altına aldığı fundamental hüquqların həqiqi 

müdafiəçisi  hesab  edirik.  Buraya  azadlıq  və  toxunulmazlıq  (maddə  5),  ədalətli 

məhkəmə  araşdırması  (maddə  6),  şəxsi  həyata  və  ailə  həyatına  hörmət  hüquqlarının 

(maddə  8),  fikir,  vicdan  və  din  azadlığının  (maddə  9),  fikri  ifadə  etmək  azadlığının 

(maddə  10),  yığıncaqlar  və  birləşmək  azadlığının  (maddə  11)  və  səmərəli  hüquqi 

müdafiə vasitələri (maddə 13) hüququnun müdafiəsi daxildir. 

Bu  müraciətlə,  Sizi  növbəti  sessiyadan  istifadə  etməklə   1272  (2002),  1305  (2002),1358 

(2004),  1359  (2004),  1398  (2004),1456  (2005),  1457  (2005),  1480  (2006),1545  (2007),1614 

(2008),  1750  (2010),  1917  (2013)  saylı  qətnamələrə  uyğun  olaraq  Azərbaycanda  insan 

hüquqları durumunun yaxşılaşdırılmasını israrla tələb etməyə çağırırıq. 

Sizdən,  xüsusilə,  siyasi  motivli  ittihamlarla  həbs  olunmuş  şəxslərin   azad  edilməsi, 

Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  qərarlarının  dərhal  və  tam  yerinə  yetirilməsi, 

diffamasiyaya görə cinayət məsuliyyətinin  ləğv olunması öhdəliyinə uyğun olaraq bu 

sahədə  yeni  qanunun  qəbul  olunması  və  ifadə,  birləşmə  və  toplaşma  azadlıqları  ilə 

bağlı 

Azərbaycanın 



Avropa 

Şurası 


qarşısındakı 

öhdəliklərinə 

zidd 

olan 



məhdudlaşdırıcı qanunların ləğvi tələblərinin Azərbaycana qarşı irəli sürülməsini xahiş 

edirik. 


Müraciətimizə  diqqət  yetirdiyiniz  üçün  öncədən  Sizə  öz  təşəkkürümüzü  bildiririk. 

Avropa  Şurası  Əsasnaməsi  və  AŞPA  Prosedur  Qaydalarının  Sizə  verdiyi 

səlahiyyətlərdən  istifadə  etməyiniz  bizim  bəzi  həssas  demokratik  dəyərlərimizin  və 

vətəndaş hüquqlarımızın müdafiəsi üçün çox vacib və əhəmiyyətli ola bilər. 

  

  

 



İmza edənlər: 

1.

 

Aytəkin İmranova, İslam Demokratiya və İnsan Hüquqları Mərkəzi 

2.

 

Bəşir Süleymanlı, “Seçkilərin Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzi” 

İB 


3.

 

Elçin Abdullayev, “Demokratik Təsisatlar və İnsan Hüquqları” İB 

4.

 

Emin Hüseynov, “Reportyorların  Azadlıq və Təhlükəsizlik İnstitutu” İB 

5.

 

Əsabəli Mustafayev, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi 

6.

 

Ənnağı Hacıbəyli, Azərbaycan Hüquqşünaslar Assosiasiyası 

7.

 

Fuad Həsənov, “Demokratiya Monitoru” İB 

8.

 

Gülnarə Axundova, hüquq müdafiəçisi 

9.

 

Hafiz Həsənov, “Hüquq və İnkişaf” İB 

10.

 

İlqar Hüseynli, “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İB 

11.

 

İntiqam Əliyev, “Hüquq Maarifçiliyi Cəmiyyəti” İB 

12.

 

İdrak Abbasov, “Extremal Jurnalistika İnstitutu” İB 

13.

 

 İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İB 



14.

 

Qubad İbadoğlu, “İqtisadi Tədqiqatlar Mərkəzi” İB 

15.

 

Lətafət Məlikova, Regional İnsan Haqları və Maarifləndirmə İB 

16.

 

Leyla Əliyeva, “Milli və beynəlxalq Araşdırmalar Mərkəzi” İB 

17.

 

Leyla Yunus, “Sülh və Demokratiya İnstitutu” İB 

18.

 

Mirvari Qəhrəmanlı, “Neftçilərin Hüquqlarının Müdafiəsi Mərkəzi” İB 

19.

 

Məlahət Nəsibova, Demokratiyaya Dəstək və İnsan Hüquqları Resurs Mərkəzi 

20.

 

Mirəli Hüseynov, “Demokratiyanı Öyrənmə” İB 

21.

 

Nəsrulla Nurullayev, “Ahıl Ziyalılara Qayğı Cəmiyyəti” İB 

22.

 

Nəsimi Məmmədli,   Yayımların Monitorinq Mərkəzi 

23.

 

Novella Cəfərova, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Komitəsi 

24.

 

Rafiq Təhməzov, “Bərabər İmkanlar Mərkəzi” İB 

25.

 

 Rəsul Cəfərov, “

Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti" İB

 

26.



 

 Rəşid Hacılı, Media Hüququ İnstitutu 



27.

 

Rövşən Kəbirli, “Həbsxana İslahatları-Azərbaycan” İB 

28.

 

Rövşən Hacıyev, Demokratik Jurnalistika Məktəbi  


29.

 

Samir Kazımlı, “Siyasi Azadlıqları Müdafiə Alyansı” 

30.

 

Şəkərxanım Əliyeva, “Gender bərabərliyi” İB 

31.

 

Vüqar Həsənli, “Demokratik Təşəbbüslər və Sosial İnkişaf” İB 

32.

 

Yaşar Ağazadə, “

Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi 

Komitəsi”

 

33.



 

Zöhrab İsmayıl, Azad İqtisadiyyata Yardım İB 

 

 



Yüklə 34,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə