Birinci fəsil: İman, İslam və mənəviyyat


Beşinci fəsil: Zikr və namaz



Yüklə 0,52 Mb.
səhifə6/8
tarix17.09.2017
ölçüsü0,52 Mb.
1   2   3   4   5   6   7   8

Beşinci fəsil: Zikr və namaz


İnsanın zülmət hasarlarından çıxmasında namazın rolu

İbadətlər və birinci növbədə namaz bu səbəbdən belə əhəmiyyət kəsb edir və dinin sütunu adlanır. Namaz diqqətlə və qəlbin hüzuru ilə qılındıqda yalnız namaz qılanın qəlbini və ruhunu yox, hətta onun ətrafını da nurlandırır, ətirləndirir, evə, ailəyə, iş yerinə, dost məclislərinə, toplantılara və hər bir mühitə işıq saçır.

Diqqətlə və Allahı yada salmaqla namaz qılanların sayı nə qədər çox olsa, xudpəsəndliklərin, eqoistliklərin, pis niyyətlərin, tamahkarlıqların, təcavüzlərin, paxıllıqların və bədxahlıqların zülmətləri də bir o qədər azalacaq, həyatın alnında qurtuluş nuru daha çox parlayacaq. Bəşərin bütün uğursuzluqlarının kökü Allahı unutmaqda və şəxsi maraqlara qapılıb qalmaqdadır. Namaz insanı bu zülmət hasarlardan xilas edir, onun ehtirasını və qəzəbini uca həqiqətə və ümumi xeyrə yönəldir.1
Qəlbi rahatlatmaqda namazın möhtəşəm təsiri

Yerin bir nöqtəsində ilahi hakimiyyətin bərqərar olunması ilə Allahın seçilmiş bəndələrinin və möminlərin üzərinə düşən ən mühüm vəzifələrdən biri də namazdır. Quran namazın bərpa edilməsinə xüsusi diqqət ayırmış və ona siyahının başında yer vermişdir: “O kəslər ki, əgər onları Yer üzündə yerləşdirsək (hakim etsək), namaz qılarlar“ (Həcc/41). Əgər xalqın arasında namazı bərpa etməyin köklü rolu olmasaydı və bu, İslam quruluşunun böyük məqsədlərini təmin etmək üçün möhkəm təməl sayılmasaydı, namazın əhəmiyyətinə bu qədər təkid göstərilməzdi.

Həqiqət budur ki, namazın böyük tərbiyəvi rolu vardır, möminlərin qəlbində aramlıq və rahatlıq yaratmaq üçün möhtəşəm təsirə malikdir. Namaz onu qılan şəxsə təvəkkül, təqva və ixlas ruhu üfürür, ətrafında özünün və digərlərinin günahdan çəkinməsinə bais olan müqəddəslik və mənəviyyat ab-havası yaradır. Namazın söz və zikrlərində müxtəlif dərslər yatmışdır. Bu baxımdan namaz yalnız şəxsi bir vəzifə olmaqdan daha çox, əslində fərdin və cəmiyyətin idarəsində açar rola malikdir.

Namaz qılmağa dair çox təkidli tövsiyələr edilmiş, hətta ata-analara tapşırılmışdır ki, öz övladlarını uşaqlıq çağından namazla tanış etsinlər. Dinin digər vaciblərinə nisbətən bənzərsiz olan bu təkidlər insanın psixoloji duyğularının tənzim və cəmiyyətdə üzərinə ağır vəzifələr götürmək üçün lazımi hazırlığın təmin edilməsində namazın müstəsna roluna görədir. Bütün bu cəhətlərə görə namazı həqiqətən ən üstün əməl bilmək və azanda deyilən "ən xeyirli əmələ tələsin" dəvətini hikmətli bir söz saymaq lazımdır.

Cihad, pis işlərdən çəkindirmək və zəkat kimi təhlükəli və vacib əməllərin qaçılmaz dayağı olan, insan ruhunda fədakarlığın, bağışın, Allaha təvəkkülün və bəndəliyin lazımi əsaslarını yaradan və onu cəsarətlə həmin işlərə yollayan namazdır. Düşmənin hücum etdiyində cihad fərzi əhəmiyyət kəsb edirsə, yaxud xalqın bəzi təbəqələrinin məişət vəziyyətinin ağırlığına görə hamıya zəkat və infaq vacib olursa, yaxud düşmənin mədəniyyət və əxlaq sahəsində fəaliyyətindən irəli gələrək yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək ümumi fərz olursa, namaz bütün bu şəraitlərin heç birində nəinki “ən xeyirli əməl” məqamından enmir, hətta bütün mücahidliklərin, fədakarlıqların və təhlükəli fəaliyyətlərin ruhi və mənəvi dayağı kimi onun əhəmiyyəti daha da artır.

Bu gün bütün bəşər cəmiyyətlərində maşınlaşmış həyat səbəbindən insan və insaniyyət ağır təzyiq altında qalmışdır. Belə bir sistemdə insanlar özlərinin fərdi və ictimai həyatlarının ahəngini ağır və əzablı maşın tempi ilə uyğunlaşdırmağa məcburdurlar. Rəhm, mürüvvət, bağış, fədakarlıq və bir çox əxlaqi dəyərlər bu ümumi harmoniyadan kənarda qalır, ailə və mehriban ailə yaşayışı ayaq altda tapdanır. On illər öncə qayğıkeş və uzaqgörən insanlar hətta sənaye və maşın sivilizasiyasının qəlbində bu təhlükəni duymuş və xəbərdarlıq etmişlər. Lakin təəsssüf ki, hələ də milyonlarla insan, xüsusən də daha zərif duyğuları və daha zəif ruhiyyələri olan gənclər bu böyük bəlada müdafiəsiz və əlacsız qalmışlar.

Rəhmli və Səxavətli Allahla mənəvi əlaqəyə ehtiyac bu cəhətdən bu gün dünya xalqı üçün həmişəkindən daha aktual və daha ciddidir. Və bu ehtiyacı təmin etmək üçün namaz ən əlverişli və ən yaxşı vasitədir.

Bəşəriyyət bu gün İslamın xalis, kamil və coşqun namazına həmişəkindən daha ehtiyaclıdır. Siz Allahın köməyi ilə ölkəmizin təkcə gənc və inkişaf etməkdə olan nəslini yox, hətta bütün dünyada sərgərdan qalmış bəşərin bütün ehtiyaclı canlarını və susuz ciyərlərini doyurmağı bacarmalı və namazın faydalı mənbəyindən bəhrələndirə bilməlisiniz.1


Namazı bərpa etmək

Namazı bərpa etmək təkcə saleh insanların özlərinin namaz qılması deyil. Bunun ilahi hökumət qurmaqla heç bir əlaqəsi yoxdur. Əslində dinin bu sütunu cəmiyyətdə ucaldılmalı, hər kəs onun sirləri və işarələri ilə tanış olmalı, faydalarından bəhrələnməlidir. Mənəviyyatın parıltısı və ilahi zikrin saflığı cəmiyyətin bütün üfüqlərini aydınlatmalı və gözəlləşdirməlidir. Bədənlər və ruhlar birlikdə namaza tələsməli, onun sayəsində aram və güclü olmalıdır.


Dinin əsas sütunu

Dinin əsas sütunu olan namaz xalqın həyatında da ən əsas mövqeyə malik olmalıdır. Allah dininin hakimiyyəti sayəsində insanın gözəl həyatı o zaman yaranar ki, insanlar Allahı yad etməklə öz ürəklərini canlı saxlasınlar, Onun köməyi ilə bütün şər və fəsadlara qarşı mübarizə aparıb bütün bütləri sındıra, bütün daxili və xarici şeytanların zülm əlini öz vücudlarından kəsə bilsinlər. Bu daimi zikr yanlız namazın vasitəsi ilə hasil olur. Namaz əslində insanın onu aşağılığa və zəbunluğa çəkən nəfsi ilə, pul və güclə xarlığa və təslimçiliyə vadar edən hakim şeytanlarla həmişə və bütün hallarda apardığı mübarizədə möhkəm dayaq və tükənməyən ehtiyatdır.

İnsanla Allah arasında mənəvi əlaqənin yaranması üçün namazdan güclü və daimi bir vasitə yoxdur. Ən ibtidai insanlar özlərinin Allahla əlaqələrini namaz vasitəsi ilə başlayırlar. Allahın ən dəyərli övliyaları da özlərinin məşuqla ünsiyyət xəlvətinin cənnətini namazda axtarırlar. Bu zikr və ünsiyyət xəzinəsinin sonu yoxdur. Kim onunla daha çox tanış olsa, onda daha çox gözəllik və işıq tapar.

Namazın söz və zikrlərinin hər biri din bilgilərinin bir hissəsinə işarə vuran, onu təkrar-təkrar və ardıcıl şəkildə namaz qılanın yadına salan bir işarədir. Mənalara diqqət yetirməklə səhvsiz və qəflətsiz qılınan namaz insanı ilahi bilgilərlə günbəgün daha artıq tanış edib, onlara daha artıq sevgi yaradır.

Namazın nuru, onun sirr və rəmzləri, onda yerləşdirilmiş dərslər, fərdin və cəmiyyətin islahında onun təsiri qısa bir söhbətə sığan deyil. Hətta elə də deyil ki, mənim kimi məlumatsız bir adam onun dərinliklərindən xəbər verə bilsin. Mənim qüsurlu qələmlə və az məlumatla deyə biləcəyim budur ki, bizim xalqımız, cəmiyyətimiz, xüsusən də indi ağır əmanəti öhdəsinə götürmüş gənclərimiz namazı tükənməz qüdrət mənbəyi bilməli və bu gün bəşəriyyəti təhdid edən fəsad, ədalətsizlik və azğınlıq cəbhəsi qarşısında namazdan və Allah zikrindən qüvvə almalıdırlar. Bu gün önümüzdə olan mübarizə bizi Allah zikrinin möhkəm dayağına, Ona ümidə və etimada həmişəkindən daha çox möhtac edir. Namaz bizə bu ümidi, etimadı və mənəvi qüvvəni bəxş edən çağlar bulaqdır.
İnsan həmişə namaza ehtiyaclıdır!

Ürəkdən və diqqətlə qılınan, zikrlə dolan, insanın öz Allahı ilə söhbət etdiyi, Ona könül verdiyi, insana daim ən uca İslam maarifini öyrədən namaz insanı puçluqdan, məqsədsizlikdən və zəiflikdən xilas edir, həyat üfüqünü onun gözündə aydınlaşdırır, ona iradə və məqsəd bəxş edir, qəlbini azğınlığa, günaha və aşağılığa yönəlmədən xilas edir. Məhz buna görə namaz bütün hallarda, hətta döyüşdə və həyatın ən çətin sınaqlarında da öz birinciliyini əldən vermir. İnsan həmişə namaza ehtiyaclıdır, təhlükəli anlarda isə daha ehtiyaclı.

Həqiqət budur ki, namazı tanıtdırmaqda çox səhlənkarlıqlar edilmişdir və bunun nəticəsi olaraq namaz hələ də İslam quruluşumuzda öz layiqli yerini tapmamışdır. Bu ağır məsuliyyət alimlərin və İslam maarifi ilə tanış olanların öhdəsinə düşür. Onlar namazı hamıya, xüsusən də gənc nəslə daha yaxşı tanıtdırmalıdırlar. İbtidai məktəb uşağından yüksək pilləli tədqiqatçıya qədər hər kəs namazı və onun sirlərini öz zehninə və bilgisinə uyğun şəkildə tanıya və bilmədikləri ilə tanış ola bilərlər. Hətta böyük ariflər də mənəviyyat yoçuları üçün "Namazın sirləri" adlı kitablar yazmış və bunu öyrətmişlər. Yəni bu okeanın dərin qatları hələ də kəşf olunmayıb və keçiləsidir.

Bizim cəmiyyətimizdə namazı bütün səviyyələrdə tanıtdırmaq üçün mühüm bir dövr başlanmalıdır. Media orqanları, xüsusən də radio və televiziya müxtəlif üsullarla namazı tanıtdırmalı və yada salmalıdırlar. Radio və televiziyada namaz həmişə birinci olmalı, qəlblərdə iman şövqü və Allahı yad etməyin susuzluğu yaranmalıdır. Məktəb və universitetlərin dini dərslərində namaz öz yerini tapmalı, namazı öyrənməkdə biçimli sözlər və uca fikirlər hazırlanıb tələbə və şagirdlərin zehninə və qəlbinə təqdim olunmalıdır.1


Namaz - Allahın insanlara ilk hədiyyəsi

Zikr, xatırlama və özünəgəlmə Allah-Taalanın peyğəmbərlər vasitəsi ilə insanlara verdiyi ilk hədiyyədir. Bu mühüm amil həyata keçməyincə peyğəmbərliyin məqsədlərindən heç biri həyata keçməz. Mənəviyyatı unutmaq bütün qurtuluş və yaxşılıq qapılarını insanın üzünə bağlayır. Bugünkü materialist dünyanın xoşbəxtlik açarı insanların özünə gəlməsində və yaranışın məqsədini maddi məsələlərin fövqündə axtarmasındadır. Çünki köklü problem dünyanın əsl həqiqətinə diqqətsizlikdən ibarətdir.1

Ən yaxşı insan bu yolu - yəni yaranışın məqsədindən ibarət olan Allah yolunu və varlıq aləminin məqsədini tanıyan, özünün və təbiətin qüvvələrindən bu yola çatmaq üçün istifadə edən insandır.

Buna görə, Allahın saleh bəndələrinin yatması, yeməsi, danışması, ticarəti, idmanı, dərs oxuması, siyasi və ictimai işi və müxtəlif dünyəvi fəaliyyətləri hamılıqla bu məqsəd istiqamətindədir. Bu məqsəd istiqamətində hərəkət edərkən insanın ətrafında onun duyğularının, istək və iradəsinin varlıq aləminin təbii yolu ilə uyğunluğundan təşkil olunan bir cənnət yaranır. Bu İslam, tövhid və mənəviyyat həyatında paradoks, ziddiyyət, toqquşma və ixtilaf yoxdur.

Peyğəmbərlər bu həqiqətdən ötrü peyğəmbər seçilmiş və insanların arasına göndərilmişlər. Onlar bəşərə anlatmağa çalışmışlar ki, bu ixtilaflar zahiri və bəsitdir. Sizin ixtiyarınızda olanların – iradənin, gözün, dilin, sərvətin, hakimiyyəitn, vəzifənin, siyasi və texniki məlumatların, elmin, sənayenin və fiziki gücün hamısı varlıq aləminin məqsədinin xidmətində işlədilə bilər. Bir insan çayın axarı istiqamətində üzdükdə həyatı rahat, ruhu aram olur, əmin-amanlıq insanın bütün vücuduna kölgə salır, çəkişmələrdən, həsədlərdən və insan daxilindəki nifrət və kinlərdən əsər-əlamət qalmır. Bu, ilahi peyğəmbərlər tərəfindən tövsiyə olunmuş həyatdır. Bunun əksi şeytanların və şeytansifətlərin həyatında mövcuddur: başdan-ayağa çəkişmə, ziddiyyət, varlıq aləminin axarının və yaranışın məqsədinin əks istiqamətinə üzmək.2
Xalqın iman və ruhiyyəsini qorumağın ən mühüm amillərindən biri cümə namazlarıdır!

İndi bu qalanı qoruyub-saxlamış amil xalqın imanı və ruhiyyəsidir. Bəs xalqın iman və ruhiyyəsini kim qoruyur? Mənim fikrimcə, xalqın iman və ruhiyyəsini qoruyan ən mühüm amillərdən biri bu cümə namazları, cümə xütbələri, xalqın cümə namazında mənəvi iştirakı, bir etimadlı insanın xalqın qəbul etdiyi doğruçu dillə hər cümə günü ölkənin vəziyyətini xalqa izah etməsi, onlara nəsihət verməsi və istiqamətlərini düzəltməsidir.

Mənim fikrimcə, bu mühüm iş bizim ictimai quruluşumuzu qoruyan əsas amillərdən biridir. Tarixdə də belə olmuşdur. Həm ədalət imamları, məsələn əziz İslam Peyğəmbəri (s), həm də Bəni-Üməyyə və Bəni-Abbas dövrünün zalım xəlifələri və müxtəlif müsəlman bölgələrindəki əmirləri hökumətin təməllərini gücləndirmək üçün cümə namazından istifadə etmişlər.

Hal-hazırda haqq imaməti və vilayəti əsasında bir haqq quruluşu yaranmışdır. Bu gün bizdə cümə imamı vəzifəsində çalışan şəxslər həqiqətən mömin, təqvalı, sədaqətli, mənəviyyatlı, ruhani və tamahsız insanlardır, onların iqtidar və hakimiyyət niyyətləri yoxdur və bu vəzifəni dünyəvi vəzifə və məqam saymırlar. Belə bir şəraitdə bu tribunanın təsiri və rolu möhtəşəm və misilsizdir, cəmiyyətin mənəviyyatını və iman qalasını qoruyur. Əgər biz bu tribunaya malik olmasaydıq, inqilabın vəziyyəti və xalqın ruhiyyəsi ayrı cür olardı. Bu, inqilabın faydalarından biri idi və imam bu məsələyə diqqət yetirdi.1


Namaz - mənəviyyat yolunun əsas keçidi

Namaz haqqında məsum imamların, həmçinin din mütəfəkkirlərinin və nəzər sahiblərinin dəyərli və məzmunlu sözləri hidayət axtaran qəlbləri işıqlandırsa, Allahın vacib buyurduğu bu böyük əməlin həqiqəti və hikməti ilə tanış etsə də, qeyd etmək lazımdır ki, namazın yüksək mövqeyi hələ də çoxlu insanlar, hətta namazı vacib bilib onu qılanlar üçün də düzgün tanınmamışdır. Şübhəsiz ki, bu sahədə İslam cəmiyyətinin məlumatlı insanlarının üzərinə ağır vəzifə düşür. İndi namaz qarşısındakı borcu ödəməkdən ötrü bütün izah və aydınlatma üsulları işə salınmalıdır.

Namaz ilahi dinlərin insana təklif etdiyi mənəviyyat yolunda əsas keçiddir. İnsan ondan keçib həyatın əsl məqsədinə, yəni dünya və axirət xoşbəxtliyinə və qurtuluşuna nail ola bilər. Namaz Allaha sarı yolun ilk addımıdır. Lakin bu ilahi amilin potensilalı elə bir həddədir ki, bəşər kamalının zirvəsində də səma insanının uçuş qanadı ola bilər. Belə ki, tarixin ən üstün insanı, yəni İslamın əziz Peyğəmbəri (s) buyurur: “Namaz mənim gözümün işığıdır”. Namaz vaxtı çatanda o öz azançısından azan verib onun ruhuna rahatlığa və dincliyə qovuşdurmasını istəyir. Bəlkə də demək olar ki, başqa heç bir ibadət növü insanın mənəvi təkamülünün bütün mərhələlərində onun üçün bu şəkildə yolaçan, qüvvə bəxş edən və təsirli deyil. Namaz cəmiyyətin üzvlərinə əvvəla əxlaqi və mənəvi sağlamlıq və yüksəliş bəxş etdiyindən, ikincisi isə özünün xüsusi forma və məzmunu ilə namaz qılanı nizam-intizama sövq etdiyindən, veyllikdən və avaralıqdan xilas etdiyindən, haqlı olaraq ictimai nizam-intizamın mühüm amillərindən biri sayılmalıdır.

Əgər bir xalq arasında namazın ürəkdən, şövqlə və fəzilət zamanında qılınması vüsət tapsa, bu o xalqın qəti nailiyyəti olacaq. Bəllidir ki, halsız qılınan, ürəkdən qılınmayan və yaxud özünü göstərmək üçün qılınan namaz bu faydaların heç birinə malik olmayacaq.1


Peyğəmbərin (s) zikr və ibadət səhnəsi

Peyğəmbərin (s) həyatının üçüncü səhnəsi zikr və ibadət səhnəsi idi. Peyğəmbər (s) elə məqam və əzəmətinə rəğmən, öz ibadətini unutmurdu, gecə yarısı ağlayırdı, dua edir və bağışlanmaq istəyirdi. Ümm Sələmə bir gecə gördü ki, Peyğəmbər (s) yoxdur. Gedib gördü ki, dua edir, göz yaşı tökür, bağışlanmaq istəyir və belə deyir: "Ey Allahım, məni bir göz qırpımı qədər də öz nəfsimə tapşırma!"2 Ümm Sələməni ağlamaq tutdu. Peyğəmbər (s) onun ağladığını görüb dedi ki, burada nə edirsən? Dedi: "Ey Allahın Rəsulu! Allah-Taala səni bu qədər izzətli etmiş və günahlarını bağışlamışdır - "Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq"3 - nə üçün ağlayır və deyirsən ki, İlahi, bizi özümüzə tapşırma?" Peyğəmbər (s) buyurdu: "Əgər Allahdan qafil olsam, məni nə saxlaya bilər?!" Bu bizim üçün dərsdir: izzət zamanı, zillət zamanı, çətin gündə, rahatlıqda, düşmənin insanı mühasirəyə aldığı zaman, düşmənin bütün əzəmətlə özünü insanın gözünə soxduğu zaman - bütün hallarda Allahı yad etmək, Allahı unutmamaq, Allaha arxalanmaq və Allahdan istəmək! Bu, Peyğəmbərin (s) bizə böyük dərsidir.


İnqilab cəmiyyətdə dəyərlərin dəyişməsi üçündür!

Allah-Taala hər yerdə Peyğəmbərin (s) yadında idi və o hər yerdə Allahdan yardım dilədi, Allahdan istədi, Allahdan qeyrisindən qorxmadı və vahiməyə düşmədi. Peyğəmbərin (s) Allah qarşısında bəndəliyinin əsas sirri budur: Allah qarşısında heç bir gücü saymamaq, heç kimdən qorxmamaq, Allah yolunu digərlərinin istəklərinə görə dayandırmamaq. Bizim cəmiyyətimiz Peyğəmbərin (s) bu əxlaqından dərs götürüb bir İslam cəmiyyətinə çevrilməlidir.

İnqilab kimlərinsə işdən çıxıb, kimlərinsə işə girməsi üçün deyil. İnqilab cəmiyyətdə dəyərlərin dəyişməsi üçün, insanın dəyər-qiymətinin Allah bəndəliyi ilə olması, insanın Allaha bəndə olması, Allah üçün işləməsi, Allahdan qorxması, Allahdan qeyrisindən qorxmaması, Allahdan istəməsi, Allah yolunda çalışıb-işləməsi, Allahın əlamətləri haqda fikirləşməsi, dünyanı düzgün tanıması, dünyanın və bəşəriyyətin fəsadlarının islahına çalışması və özündən başlaması üçündür. Bizim hamımız özümüzdən başlamalıyıq.1


: lib -> doc
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri
doc -> Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə