Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Altıncı fəsil: İşdə mənəviyyatın təsirləri



Yüklə 0,66 Mb.
səhifə6/10
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3318
1   2   3   4   5   6   7   8   9   10

Altıncı fəsil: İşdə mənəviyyatın təsirləri


Fəhlələr işi qürbət qəsdi ilə görsünlər və onu həqiqi ibadət bilsinlər!

Əgər xalqımız - fəhlələr, gənclər, istehsalçılar, müəllimlər var gücləri ilə işə girişib bu ölkəni ixracat, idxalat və istehlak ehtiyaclarına görə neftini satmağa, özü də belə ucuz qiymətə satmağa möhtac olmayacaq şəkildə qursalar, görün bu ölkənin bu gününə və gələcəyinə necə böyük xidmət etmiş olarlar.

Bu iş necə mümkün olar? Belə ki, fəhlə işi həqiqi bir ibadət bilsin; dildə deyilən bir ibadət yox, öz işini görmək üçün həqiqətən qürbət qəsdi etsin. Həmçinin müsəlman müəllim şagird yeniyetməyə və gəncə bu İslam təfəkkürünü öyrətsin və on ildən sonra iş yerlərimizdə, təlim, təhsil və tədqiqat mərkəzlərimizdə elə iş görülsün ki, bu xalqın bütün istedadı təcəssüm olunsun və parlasın. O zaman hər bir kəs üçün hər yerdə rahat yaşayış və rifah təmin olunacaq, düşmənin iqtisadi istismarı sıfra enəcək, ölkənin sərvətləri qorunacaq, bu ölkənin hörməti və əzəməti təmin olunacaq. Fəhlə və müəllim təbəqələrinin işinin dəyəri və əhəmiyyəti belə məlum olur.82
Dünyanın elmi inkişaflarında eşq və imanın rolu

Şəhid Mütəhhəri elə insanlardan idi ki, yalnız müqəddəs bir vəzifəyə görə işləyir və dərs deyirdi, kimsə onu bu işə vadar etmir, yaxud ondan bunu istəmirdi. Əlbəttə, dünyanın əksər tədqiqatçıları belə olmuşlar, dünyanın bütün elmi inkişafları da belə əldə olunmuşdur; kimlərsə eşqlə, yaxud imanla, yaxud hər ikisi ilə işləmişlər. Ya işə eşq olmalıdır, ya ilahi savaba iman, ya da hər ikisi. Siz hər ikisinə malik ola bilərsiniz. Xalqımız bu yolla siyasi müstəqilliyin hazırlıqdan ibarət olduğu həqiqi müstəqilliyi təmin edə bilər. Bu müstəqillik də bir mənada siyasi müstəqilliyin təminatçısı və keşikçisidir.

Bu, Fəhlə və Müəllim günündə bizim sizə deyəcəyimiz məsələdir. Düşmən düşmənlik edir və ondan düşmənlikdən başqa bir şey gözləmək olmaz. Biz onlardan düşmən radiolarının etdiyi təbliğatdan və sionizmin beynəlxalq mətbuatının yazdıqlarından azını gözləmirik; hər halda, düşməndirlər. Düşmən pislik edir, xəbislik edir, böhtan atır, yalan danışır, yalandan insaniyyət tərəfdarı olduğunu iddia edir. Ondan artıq bir şey gözləmək olmaz.

Bizim üçün lazım olan budur ki, özümüz İslam amallarını gerçəkləşdirən nöqtədə duraq. Bu iş və tədris o niyyətlə, hisslə və qeyrətlə həyata keçsin ki, yaxın gələcəkdə inşallah ölkə "Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!"83 məqamına yüksəlsin, Allahın siz böyük xalq üçün iradə etdiyi, istədiyi və inşallah təqdir buyurduğu baş versin.84


İş nə qədər faydalı və yaxşı olsa, savabı daha çox olar!

İşsiz, yaxud azgəlirli, yaxud pis işləyən və yaxud elmsiz və savadsız bir cəmiyyət və xalq özünü lazımi şəkildə bəşəri kamilliyə çatdıra bilməz, dünya həyatları hədər gedər. Haqq-Taalanın kamil və əhatəli elmində bu məsələ aydındır. Buna görə deyib ki, işləsəniz, savab qazanarsınız; iş nə qədər faydalı və yaxşı olsa, savabı daha artıq olar; öyrətdiyiniz elm nə qədər faydalı olsa, savabı daha çox olar. Belə deyil ki, Quranı və din elmlərini öyrətsəniz, savabı olar, lakin cəbri, həndəsəni, fizikanı öyrətsəniz, savabı olmaz. Siz sinifdə dərs deyib xalqın balalarını alim edirsiniz. Bir insanı alim və cəmiyyət üçün faydalı edə bilən hər bir dərsi öyrətmək savabdır. Bu, İslamın məntiqidir.85


İslamda işin məqsədli olması

Burada incə bir məqam vardır. O da budur ki, istər fəhləlik çərçivəsində olan azsaylı işləri, istərsə də təlim və tərbiyə çərçivəsinə aid olan işləri iki yolla görmək olar: biri məqsədli və istiqamətli, biri də məqsədsiz və istiqamətsiz. Fərz edin bir nəfər bir iş seçmək istəyir. Biri var ki, onun üçün hansı işin olması fərq etməsin; o, iş görüb pul qazanmaq istəyir. Biri də var ki, axtarıb bu gün daha lazım, daha faydalı və xalqın daha ehtiyaclı olduğu işi seçir. İkincisi istiqamətli iş olur. Müqəddəs İslam şəriətində işlərin bu istiqamətinə xüsusi diqqət yetirilmişdir. Əlbəttə, mənim məqsədim bu deyil ki, kim iş seçmək istəyirsə, gedib axtarmalı və hansı işin daha lazım olduğunu tapmalıdır. Bu hələlik bizim mövzumuzdakı fərdi qərar və seçim dairəsindən xaricdir. Biz ölkənin və cəmiyyətin ümumi istiqaməti üçün məsləhətlisini düşünmək istəyirik.

İslamda işin istiqamətinə çox diqqət yetirilmişdir. Məsələn, ibadətlərdə deyirlər ki, Allaha yaxınlaşmaq qəsdi etmək lazımdır. Allaha yaxınlaşmaq qəsdi sözügedən istiqamətdir; yəni insan işi Allah üçün görsün və iş Allahın razılığı istiqamətində olsun. İşin zahiri və maddi forması çox da fərqlənməyə bilər, ruhu isə fərqlidir. Məsələn, müqəddəs şəriətdə tövsiyə olunmuş və müstəhəb sayılmışdır ki, cümə günü insan cümə qüslü versin.86 İnsan elə bilir ki, cümə qüslünün təyin edilməsi prinsipcə, təmizlikdən ötrüdür. Yəni hər bir insan ən azı həftədə bir dəfə bədənini yusun və beləliklə, İslamda böyük əhəmiyyəti olan təmizlik təmin olunsun. Lakin siz cümə günü bir saat hovuzda çimsəniz, əl-ayağınızı tərpətsəniz, bədəninizi sabunlasanız, lakin cümə qüslü niyyəti etməsəniz, sizə müqəddəs şəriətdə cümə qüslü üçün təyin olunmuş savab verilməyəcək. İşin forması eynidir, yəni yuyunmaqdır. Onun zahiri məqsədi də hər iki yerdə - həm cümə qüslündə, həm də adi çimməkdə təmizlikdir, lakin cümə qüslündə məqsəd və istiqamətdən ibarət olan əlavə bir şey var. İstiqamət nədir? İşi Allah üçün yerinə yetirmək.87
İşlərdə qürbət (Allaha yaxınlaşmaq) qəsdi etməyin faydaları

İslam istəyir ki, müsəlman mühitində insanların gördüyü hər bir iş Allah yolunda və Allah üçün olsun ki, iki fayda əldə etsinlər: biri o işin maddi faydası və biri də Allaha yaxınlaşmaq niyyəti ilə yaranan mənəvi və ruhi faydası. Məsələn, siz xörək yediyinizdə niyyətiniz budur: mən bu xörəyi yeyirəm ki, bədənim güclənsin və həyatdakı vəzifələrimlə məşğul ola bilim, çünki Allah bunu istəmişdir. Burada yemək həmin yeməkdir, sizin bədəninizə eyni qida maddələri çatır və eyni ləzzəti alırsınız, amma bunlardan əlavə Allah-Taala savab da verir. Nə üçün? Çünki siz bu işlə öz cisminizin idarəsindən əlavə öz qəlbinizi və ruhunuzu da idarə etmiş və onun üçün məqsəd müəyyənləşdirmisiniz.88


Allaha yaxınlaşmaq qəsdi işləri məqsədli etmək deməkdir!

Hər bir işdə müsəlman insana belə bir hiss hakim olduqda ondan haram iş baş vermir; haram yemir, oğurluqla, quldurluqla və zülmlə əldə olunmuş qidanı ağzına yaxınlaşdırmır, əli zülmə uzanmır, fikir və düşüncəsi insaniyyətin və öz müsəlman qardaşının ziyanı istiqamətində olmur. Yəni zahirən çox kiçik görünən bu amil insanların müxtəlif cinayətlərindən, günahlarından, qanun pozuntularından, şəhvətpərəstliklərdən, tamahkarlıqlardan və bu kimi məsələlərdən ibarət olan bütün həyat problemləri tədricən insandan uzaqlaşır. Görün dinin və şəriət hökmlərinin hikməti necə kiçik bir nöqtədən başlayır və birdən-birə böyük bir sahəni əhatə edir. Deməli, Allaha yaxınlaşmaq qəsdi işi məqsədli etmək deməkdir.

İndi bir cəmiyyətə daha geniş baxışla baxın. Bu da Allaha yaxınlaşmaq qəsdindəndir.

İndi deyəcəyimiz də Allaha yaxınlaşmaq qəsdindən xaric deyil və onun nümunələrindən biridir. Bir cəmiyyətdə iş, çalışma, təlim və tərbiyə var, lakin bu işlərdə məqsəd nədir? Bu iş, yaxud bu təlim-tərbiyə hansı istiqamətə doğru hərəkət edir? Bu gün ABŞ topxanalarında iş görülür, orada da fəhlə var, lakin görülən iş - istər sadə fəhlənin, istər mahir fəhlənin, istər baş fəhlənin, istər şöbə müdirinin, istər zavod direktorunun, istər bu zavodun əsas layihəsini və planını quranların işi nəyə xidmət edir? Müharibəyə; məsələn, İsrail kimi bir işğalçıya kömək, keçmişdə Hirosimanı atomla bombalamaq. ABŞ indi də ictimai rəydən və öz daxili məhvindən qorxmasaydı, bəzi maneələr ABŞ hökumətinin qarşısını almasaydı, istədiyi hər bir nöqtəyə atom bombası atardı. Çünki bunlar üçün insan öldürmək çətin iş deyil.

Bu gün həmçinin ABŞ-ın CİA təşkilatının İnformasiya, yaxud Casusluq Elmləri İnstitutunda da müəllim və şagird var, tədris və dərslə məşğuldurlar. O müəllimin də bizim öz müəllimimiz üçün tanıdığımız uca dəyəri varmı?! Orada şagirdin çalışqanlığının və yaxşı qiymət almasının nəticəsi ABŞ-ın milli maraqlarını müdafiə etmək deyil. Əgər belə olsaydı, bizim bir sözümüz olmazdı. Amerikalılar gedib özləri və milli maraqları üçün və ölkələri çərçivəsində özlərini məntiqli şəkildə idarə etsinlər. Biz xəsislik etmir və maneçilik törətmirik. Lakin bu gün o təhsil, o təlim-tərbiyə dünyada ən pis və ən çirkin əllərin və siyasi insanların xidmətindədir. Azadlıq hərəkatlarının, azadlığa sarı hərəkət edən ölkələrin və hər bir müstəqillik istəyən ölkənin əleyhinə, həmçinin mürtəce rejimlərin xeyrinə və mütərəqqi rejimlərin əleyhinə işlədilir. Onların işində məqsəd budur.89
İşin ruhu təyinedici və dəyərlidir!

İstədim ki, siz əzizlərim, ölkənin fəhlə və elm toplumu bu məqama diqqət yetirəsiniz ki, işin özü və forması deyil, ruhu əsasdır. Bir qolun yalnız hərəkət etməsi və bir çarxı fırlatması dəyər sayılmır, mühüm olan mənəvi və əxlaqi dəyərdir. Görək bu çarx nə üçün fırlanır, kimin üçün fırlanır, nəyə xidmət edir. Sırf bir sinfin hazırlanması, bir müəllimin oraya gedib can-başla zəhmət çəkməsi, ürəkdən şagird yetişdirməsi və onun ruhunu kəlmə-kəlmə bilgi və məlumatlarla doldurması yetərli deyil. Görək öyrədilən nədir, məqsəd və istiqamət nədir, bu təlim-tərbiyə hansı məqsədlə görülür. Mənim əzizlərim, mühüm olan budur.90


Əgər işi Allah üçün və diqqətlə görsəniz, düşmən sizə hakim ola bilməz!

Mənim əzizlərim! Müəllimlər, fəhlələr, gənclər, ölkənin işinin, istiqlaliyyətinin və fəqərə sütununun qoruyucuları! Sizin məsuliyyətiniz ağırdır. Görün düşmən necədir. Görün düşmən nə qədər insafsız, rəhmsiz və həyasızdır. Əgər düşmənin sizə hakim olmasını istəmirsinizsə, yaxşı işləməlisiniz. Hamı gərək yaxşı işləsin. Hamı işi Allah üçün və dəqiq yerinə yetirsin ki, inşallah bu başıuca, şanlı İslam ölkəsi düşmənin qarşısında duruş gətirə bilsin, hamıya göstərsin ki, İslamın sayəsində (“İslam üstün gəlir və heç bir şey ona üstün gəlmir”91) heç kəs bu xalqa diktatorluq və hegemonluq edə bilməz.92


İşləməyin özü bir vəzifədir!

Bu gün aktual təbəqələrdən biri olan fəhlə təbəqəsi bu cəhətdən böyük ictimai və ilahi məqama malikdir ki, Allah tərəfindən insani bir vəzifə olan işləmək vəzifəsinə əməl etsin. Başa düşmək lazımdır ki, işləməyin özü bir vəzifədir. Bu vəzifəyə əməl edən və işləyən şəxs Allah yanında möhtərəm, əziz və ilahi savaba malikdir.

Bəzi adamlar elə bilirlər ki, insan yalnız Allahın fərmanını yerinə yetirməkdən başqa heç bir niyyəti olmadıqda savab əldə edir. Mənim fikrimcə, öz məişətlərini idarə etmək üçün işləyən şəxslər də Allah-Taala yanında savaba malikdirlər. Çünki işin özü əziz, böyük və insanın taleyi üçün təyinedicidir. Deməli, birinci növbədə bizim əziz fəhlələrimiz hər hansı bir qurucu işlə məşğul olduqda gördükləri işin Allahın razı qaldığı və insani vəzifə olan bir iş olduğunu bilsinlər.

Hər hansı bir işin öz-özlüyündə vəzifə olduğunu, işsizliyin qadağan edildiyini və vəzifə pozuntusu sayıldığını bildikdən sonra diqqət yetirməliyik ki, bu gün bir fəhlənin öz işi ilə Allahın razılığını qazanmaqdan ötrü iki fərqli yolu var:

Biri budur ki, onun bu işi ilə xalq, həmvətənlər, ölkə və müsəlmanlar bəhrələnirlər. Siz gördüyünüz hər bir işdə diqqət yetirin ki, bu mömin və müsəlman xalq ya birbaşa, ya dolayısı ilə ondan faydalanacaq. Fərz edin sizin işinizin məhsulu ölkədən xaricə ixrac olunur və onun gəliri ölkəyə qayıdır. Heç şübhəsiz, xalq, İslam quruluşu və əziz ölkə ondan faydalanır. Bu, savab və Allaha yaxınlaşmaq niyyəti üçün bir nümunədir.

Başqa bir nümunə odur ki, gördüyünüz iş ölkəni əcnəbilərdən – o əcnəbilərin çoxusu yalnız əcnəbi və qərib deyillər, hətta düşməndirlər də - ehtiyacsız edir. Mənim fikrimcə, Məhəmmədrza Pəhləvi rejiminin ən böyük cinayət və günahlarından biri ölkəni texnologiya, sənaye və iqtisadiyyat baxımından asılı saxlamaqdan və daha asılı etməkdən ibarət idi. Bir ölkəni çörəyində, buğdasında, anbarında, dəyirmanında, qida məhsullarında və hər bir şeydə xaricdən asılı etdi. Ölkə qida məhsullarından və çörəkdən tutmuş digər əşyalara qədər xaricdən asılı oldu; yəni düşmənlər istədikləri zaman bu xalqı hər şeydən məhrum edə bilsinlər. Ölkəni bu şəkildə qurub, idarə edib və bu vəziyyətə salan şəxs elə xəyanət etmişdir ki, həmin səviyyədə olmayan başqa heç bir xəyanət onunla müqayisəediləsi deyil.93


Xalqın faydalanmasına və əcnəbilərdən ehtiyacsız olmasına çalışmaq - Allaha yaxınlaşmaq istiqamətində çalışmaqdır!

Siz bu gün gördüyünüz fəal işlə - möhtərəm nazirin məruzəsində deyildi ki, işlərdə yenilik, ixtira və yaradıcılıq da var və bu çox mühüm məsələdir - ölkəni asılılıqdan xilas edirsiniz. Deməli, siz əziz fəhlələr bilin ki, işin özünün ibadət, vəzifə və savab olmasından əlavə, gördüyünüz bu işlə Allaha yaxınlaşmaq üçün iki başqa cəhət də vardır: biri xalqın faydalanması və digəri əcnəbilərdən ehtiyacsız olması. Odur ki, Allah üçün niyyət edin və bilin ki, sizin işiniz və etdiyiniz hərəkət bu niyyətlə, bu qəsdlə sizi Allaha yaxınlaşdırır.94


Dünya müsəlmanlarının imama və inqilaba sevgisi

Dünyanın müxtəlif ölkələrində sizin və inqilabın lehinə şüar verirlər. Biz Avropa, Afrika, Orta Şərq, Şərqi Asiya və digər ölkələrin müsəlmanları ilə nə qədər əlaqə yarada bilmişik ki, əziz imamımızın kədərli matəmində bu şəkildə dərdimizi bölüşdülər. Bir iranlı heyət bir ölkəyə səfər etmişdi, oranın xalqı qollarını boyunlarına salıb ağlayırdılar. Bu əlaqəni biz yaratmışıq? Xeyr, bu mənəvi, duyğusal və emosional əlaqəni Allah yaratmışdır.

Qurani-kərimdə əziz Peyğəmbərə (s) müraciətlə buyurur: "Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin"95. Əgər dünyanın bütün pullarını xərcləsəydin də, ürəkləri bu qədər bir-birinə yaxınlaşdıra bilməzdin. Neft pulu bir şey deyil; ölkənin beynəlxalq valyuta gəliri bir şey deyil; əgər dünyanın bütün pullarını da təbliğata, təbliğat amillərinə, kütləvi informasiya vasitələrinə və siyasi partiyalara xərcləsəydik, bu gün mövcud olan bu duyğusal əlaqəni yarada bilməzdik. Allah-Taala bu əlaqənin və bağlılığın əsas amilidir.

Allaha şükür olsun ki, İslam inqilabı həmin əhval-ruhiyyəyə malik olduğuna görə on il ən çətin yolları arxada qoydu. Mən ölkənin bütün cari məsələlərindən xəbərdaram; bilirəm ki, düşmən hansı problemləri yaratmış, hansı sıxıntı və xəbislikləri icra etmişdir. Bəlkə də bizim bildiklərimizin çoxunu xalq bilmir; düşmənin hansı işlər gördüyündən və həyata keçməyən hansı planlarının olduğundan xəbərdar deyil.

Mən hal-hazırda arxaya baxıb bu on ilin işlərini gördükdə həqiqətən heyrətlənirəm ki, biz hansı yollardan keçmişik, hansı dərin qaya və sıldırımlarla üzləşmişik. İlahi! O pak ruha hər an nur və rəhmət yağdır! Necə möcüzə göstərdi! Onun qolu nə qədər güclü, qəlbi nə qədər böyük idi!96
İmam xalqın səmimiliyindən, vəfadarlığından, qeyrətindən, şücaətindən və sədaqətindən xəbərdar idi!

Ən çətin mərhələlərdə xalqa böyük etimadı vardı. Öz müraciətlərinin birində xalqa buyurdu: "Mən sizi yaxşı tanıyıram, siz də məni yaxşı tanıdınız". Həqiqətən belə idi. İmam bu xalqı yaxşı tanımışdı, onun səmimiliyindən, vəfadarlığından, qeyrətindən, şücaətindən və sədaqətindən xəbərdar idi. Xalq da həqiqətən imamını yaxşı tanımışdı və ona uyğun cavab verirdi.97


Xalqın Allahla mənəvi əlaqəsi və vilayət bağlılığı – ölkə qüdrətinin sirri

Bizim hamımız Allahı özümüzdən razı salmağa çalışmalıyıq. İnqilabımızın əsas cəhəti də budur. Qarşısında dünyanın bütün supergüclərinin, NATO-nun və region mürtəcelərinin düzüldüyü, əngəl törətdiyi və məhvinə çalışdığı bir quruluş bu gün Allahın lütfü ilə keçmişdəkindən daha güclü və daha köklüdür; ayaqda qalmış və düşmənlərini etirafa vadar etmişdir. İslam Respublikasının yerinə başqa hansı quruluş olsaydı, bütün bu düşmənlik və çəkişmələrlə məhv olardı.

Biz öz prinsiplərimizdən əl çəkmədik və birinci gün dediyimiz güclü haqq sözünü sonacan dedik. Allahın lütfü ilə nə qədər ki, damarlarımızda qan damlası və bədənimizdə nəfəs var, onu deyəcəyik. Bu quruluşun müqavimət və iqtidarının sirri budur ki, onun insanlarının Allahla ürəkdən və etiqadi əlaqəsi və vilayət bağlılığı var. Xalqımız sübut etdi ki, düşmən onlara tamah sala bilməz. Səbəbi Allaha iman və Onun razılığı üçün çalışmaqdır.98
Müvəffəqiyyət və başucalığı - xalqın zəhmətlərinə ilahi mükafat

Bu müvəffəqiyyəti və başucalığını qazanmaq sizin kimi vəfalı xalqın zəhmətlərinə ilahi mükafatdır: "Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!"99 Bizim xalqımız yaxşı işlər gördü, Allah da onunladır.

Bu mərhələdən sonra bizim vəzifəmiz budur ki, inqilabın mühafizəsini, sağlamlığını, İslam Respublikası quruluşunun inkişafını və daha artıq kök salmasını ixlaslı işlə, sözbirliyi ilə, Allahla səmimi əlaqə ilə və özünə arxalanmaqla təmin edək. Biz bununla inqilabı Allahın lütfü ilə başqa onilliklərə qədər inkişaf etdirə biləcəyik.

Biz inqilabımızı dünya hegemonlarının hökmranlığını məhv etmək təməli üzərində qurmuşuq. Əgər yolumuzu bu on ildə getdiyimiz kimi davam etdirməyi bacarsaq - Allahın lütfü ilə bacaracağıq – güclü, sayıq və səmimiyyətlə hərəkət etsək, bütün dünya hegemonlarının və quldurlarının dişi bu xalqın polad yumruqları ilə sınacaq.100


Bir xalq iman və etiqad gücü ilə mübarizə aparır!

Mən sadə və qısa bir cümlədə deyim ki, bir xalq iman və etiqad gücü ilə mübarizə aparır. Ümumiyyətlə, mübarizə, vuruşmaq və müqavimət göstərmək imanladır, əllə, gözlə və bədənlə yox. Əl, göz və bədən alətdir. Sağlam və güclü bir insanı, mahir bir tətikçini və bütün döyüş texnikalarını bilən, lakin vuruşmağa inamı olmayan bir şəxsi təsəvvür edin. Tüfəngi necə əlində tutmağı bilməyən, lakin əllə və dişlə olsa belə vuruşmağın lazım olduğuna inanan bir adamı da təsəvvür edin. Bu iki nəfərin hansı daha yaxşı vuruşar? Vuruşmağı bilən, lakin inamı olmayan vuruşmaz. Düzdür, bilir, lakin biliyini işlətmir. Biri də var ki, vuruşmağın yolunu bilmir, lakin vuruşmağın lazım olduğuna inanır. Odur ki, əllə və dişlə vuruşur və vuruşmağı tez bir zamanda öyrənir.

Məgər bizim Bəsic üzvlərimiz nə etdilər? Bizim Bəsic üzvlərimiz məgər çox peşəkar təlim görmüşdülər?! 20 günlük, 45 günlük, 2 aylıq, 3 aylıq təlimlər gördülər, sonra gördünüz ki, müharibədə nə etdilər. Nə üçün? Çünki müdafiə etməyin və vuruşmağın lazım olduğuna inanırdılar. Bizim xalqımız inqilab edəndən bu günə qədər İslam düşmənləri ilə vuruşmağın lazım olduğuna inanmışdır; təcavüzkarlarla, hegemonlarla, bu məmləkəti on illərlə əlində saxlayan, yeyən, talayan, məhv edən şəxslərlə mübarizənin lazım olduğuna inanmışdır. İnanmışdır ki, bütün ləzzətləri kənara qoyub mübarizəyə başlamalıdır. Bizim xalqımız bu inama malik olmuşdu. Buna görə də səhnəyə çıxdı, inqilab qələbə çaldı, müharibədə qalib oldu və bu günə qədər Allahın lütfü ilə həmişə inkişaf etmişik.

İndi düşmən informasiya dalğaları ilə, radioları ilə ölkəmizə daxil olsa, sözlərini daxil etsə, xalqın beyninə "mübarizə yaxşı deyil, İslamı müdafiə etməyin faydası yoxdur; düşmən qarşısında müqavimət əbəsdir; nə qədər zəhmət çəksəniz də, mübarizə aparsanız da, zərər etmiş olacaqsınız" fikirlərini daxil etsə, yenə də İran məmləkətində İslam düşmənləri əleyhinə mübarizə qalacaqmı? Bəllidir ki, xeyr. Dünyada ABŞ-la və İslam düşmənləri ilə mübarizə aparmayan müsəlmanlar çoxdur. Çoxlu xalqlar var ki, Quran oxuyur, namaz qılır, ibadət edirlər, lakin İslam düşməni ilə mübarizə aparmamaları heç, onlarla dostluq da edirlər. Əgər düşmən bizim xalqımızı mübarizəyə etiqadı və qələbəyə ümidi olmayan, ehtiraslı və maddi gözəlliklərə qarşı zahidliyi olmayan bir xalqa çevirə bilsə, qələbə çalmışdır. Mədəni mübarizənin vacibdən vacib bir mübarizə olması burada görünür.

Bu gün bu işi görürlər. Bu gün düşmən müxtəlif cəbhələrdə işləyir. Bir cəbhə bizim məktəblərdəki gənclərimizin cəbhəsidir. Bizim bu əziz gənclərimiz, pak qız və oğlanlarımız bu xalqın balalarıdır. Onların pak qəlbini, pak cismini və pak beynini ehtiraslı təhriklərlə, şəhvət oyadan şəkilləri yaymaqla, filmlə, videokasetlə, müxtəlif xəbisliklər və rəzilliklərlə coşdururlar, onları fəsada çəkirlər. Görün bu necə böyük cinayətdir! Bu, onların gördüyü işlərdən yalnız biridir.

Bəziləri elə bilirlər ki, biz Qərbin mədəni hücumuna hücum etdikdə məsələ yalnız bir nəfərin küçədə hicabına düzgün riayət etməməsindən ibarətdir. Xalq Allaha şükür olsun ki, hicabına riayət edir; az adamlardan başqa. Problem bu deyil. Bu, xırda bir məsələdir. Əsas məsələ evlərin daxilidir; əsas məsələ gənclərin toplaşdığı mərkəzlərdən qaynaqlanır və düşmənlər orada işləyirlər. Onlar aşkar deyil, gizlidir. Təhlükə oradadır. Bizim gənclərimiz ehtirasları, rahatlığı və ləzzəti kənara atdılar, mübarizəyə qoşuldular və düşməni diz çökdürməyi bacardılar. İndi düşmən bizim gənclərimizdən onun intiqamını alır. İntiqamı nədir? Düşmənin intiqamı onları ləzzət və ehtiraslara qurşatmaqdır. Pul xərcləyib pozğun şəkillər çap edir və gənclər arasında pulsuz yayırlar. Videofilm hazırlayırlar, ehtirası təhrik edən filmləri pulsuz şəkildə ona-buna verirlər. Bir qrup adam bu yolla pul da qazanır, lakin sərmayə qoyanlar pul üçün sərmayə qoymurlar; onları başqa ölkələrdə azad şəkildə yayıb pul qazana bilərlər. Onlar burada gənc nəsli məhv etmək istəyirlər.

Bu bir hücumçunun hücumudur. İndi Allahla öz aramızda düzgün danışaq; əgər bu ölkənin məhkəməsi belə bir fəsadı yayan şəxsi tutduqda onun üçün hansı cəza daha münasibdir? Bu məmləkətin minlərlə gəncini, bizim tərtəmiz gənclərimizi, məsum balalarımızı fəsad və ehtiras vadisinə çəkən şəxsin cəzası nədir? Mənim fikrimcə, bunlar ən ağır şəkildə cəzalandırılmalıdır.101
Düşmənin mədəni hücumunun məqsədi xalqı İslamdan daşındırmaqdır!

Düşmənin mədəni hücumunun məqsədi budur ki, xalqın düşüncəsini dəyişdirsin, İslam yolundan daşındırsın və mübarizəyə ümidsiz etsin. Özü dünya və axirətini əldən vermiş bir adam yazır ki, xalqımız dünya və axirətdə ziyana uğramışdır. Yazırlar və çap da edirlər ki, dünya müsəlmanlarının, o cümlədən xalqımızın dünya və axirəti ziyana uğramışdır. Nə üçün? Çünki ABŞ-la vuruşdular. Məqsədi budur. Bu, dünya və axirətin ziyana uğramasıdır?! Özünü asılılıq zillətindən xilas etməyi bacaran, özünü mənfur, muzdur və azğın Pəhləvi rejimi ilə əlaqə və bağlılıq və ABŞ-la əlaqə rəzilliyindən xilas edən, bu şəkildə şücaət, igidlik və başucalığı nümayiş etdirən və azadlıq yoluna qədəm qoyan xalqın dünya və axirəti ziyana uğramışdır?! Bizim gənclərimizin, mömin ailələrimizin, dinə könül verən və Allaha aşiq olan qadın və kişilərimizin dünya və axirəti əldən getmişdir?! Özlərinin dünya və axirəti ziyana uğramışdır. Bu sözü deyən şəxsin həqiqətən dünya və axirəti ziyan içindədir; nə dünyası var, nə də axirəti. Dünyaları bədbəxtlik, axirətləri də şübhəsiz, ilahi qəzəb və əzabdır. Xalqa qarşı bu sözləri deyir və yayırlar da. Nə üçün yayırlar? Xalqı qorxutmaq, imanını almaq üçün. Bu kimin işidir? İqtisadi, siyasi və mədəni müstəqillikdən zərər çəkən düşmənin.

Bunlar düşmənin adamlarıdır. Bu, mədəni hücumdur. Bu, düşmənlərin xalqımıza qarşı apardığı mübarizədir; yalnız bizə də məxsus deyil, bunların İslamla münasibətləri pisdir və İslamla düşmənlik edirlər.102
İşləməyən şəxsin duası da qəbul olmaz!

İslamın xüsusiyyəti budur ki, bütün insani inkişaf amillərinə malikdir. Onda həm maddi inkişaf var, həm mənəvi inkişaf. Yəni İslamda "Yerdə olan hər bir şeyi sizin üçün yaratdıq" var; "(Ey Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?" var, maddi qaynaqlardan istifadə etmək var, əmək və çalışmaq var, Peyğəmbərin (s) fəhlənin əlini öpməsi var, Əmirəlmömininin (ə) işləməsi var - bunların hamısının mənası var. Və bu da var ki, insan işləməsə, duası qəbul olmaz.103


Dünyanın bəzi ölkələrində insani dəyərləri məhv etmək üçün elm öyrədilir!

Bu gün dünyanın bəzi bölgələrində insani dəyərləri məhv etmək üçün elm öyrədilir. Bu gün əcnəbi ölkələrin sərhədləri arxasında şeytani məqsədlərlə pusqu quranlara kömək etmək üçün elm öyrənən şəxslər var. Bu, dəyər deyil. Bir gün bizim özümüzün bu müqəddəs su və torpağımızda bəzi şəxslər cəmiyyətimizi daha artıq fəsada sövq etmək üçün elm öyrəndilər. Bunun dəyəri və hörməti yoxdur; mühüm olan istiqamət və ruhdur.

Mənim əzizlərim! Ölkə fəhlələri! Bu gün quruluşun və İslam Respublikası ölkəsinin xidmətində duran, bu ölkənin yenilənməsi, inkişafı və abadlığı üçün görülən hər bir böyük hərəkət və hər bir iş bir ibadətdir. Bu işdə zavodlar arasında fərq yoxdur.

Bu gün mənəvi və ilahi gözəlliklər ocağı olan müsəlman İranın inkişaf etməsi, abadlaşması, əcnəbilərdən ehtiyacsız olması, kimlərinsə iqtisadi blokadasından nigaran olmaması və başqalarına möhtac olmaması üçün bir zavodda işləyən fəhlənin, yaxud onu idarə edən və yaxud hər hansı bir sahədə fəaliyyət göstərən şəxsin işinin hər bir anı bir savab və bir ibadətdir. Kim bu işə kömək etsə, bu ibadətə şərik olur, eyni zamanda həmin fəhlənin payından da azalmır. Allahın işi belədir. Bəzən bir iş görülür, on nəfər şərik olur və on savab verilir. Belə deyil ki, bir savab on yerə bölünsün. Onların hər biri Allah-Taala yanında ayrıca savaba malikdir. Bu gün belədir. Bu gün sizin ölkəniz bu xüsusiyyətə malikdir.

Dünyada az yer var ki, sinfi, sexi, laboratoriyası, universiteti və hətta sabah işləyə bilməsi üçün istirahət edən müəllimin və şagirdin istirahət saatı da bu qədər Allahın lütfünə və razılığına şamil olsun. Məgər İran nədir? Əsas məsələ budur. Mənim əzizlərim! Bu gün sizin müsəlman ölkəniz bəşəriyyətin nicat və qurtuluşunun təzahürüdür. Nə üçün? Bizim ki, bəşəriyyətlə bu qədər əlaqəmiz və işimiz yoxdur. Məgər biz nə iş görmək istəyirik? İncə məqam buradadır.104



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə