Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Doqquzuncu fəsil: İslam İnqilabının Böyük Rəhbərinin Beynəlxalq Əmək Günü ərəfəsində fəhlələrlə görüşündəki çıxışı: 2006



Yüklə 0,66 Mb.
səhifə9/10
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3318
1   2   3   4   5   6   7   8   9   10

Doqquzuncu fəsil: İslam İnqilabının Böyük Rəhbərinin Beynəlxalq Əmək Günü ərəfəsində fəhlələrlə görüşündəki çıxışı: 2006

Əziz fəhlə qardaş və bacıların hamısına, xüsusən də uzaq yoldan və digər şəhərlərdən təşrif buyuran qardaş və bacılara "xoşgəldin" deyir və ölkənin fəhlə təbəqəsinə hörmət bildirməyimiz üçün bir fürsət olan Fəhlə həftəsi münasibəti ilə sizin hamınızı təbrik edirəm.


Fəhlələr inqilab boyunca öz əməlləri ilə Allah yanında üzüağdırlar!

Ölkənin fəhlə təbəqəsi inqilabın əvvəlindən bu günə qədər Allah, möminlər və Allahın yaxın mələkləri qarşısında yaxşı imtahan vermişlər; həm inqilabla nəticələnən son mübarizələrdə, həm müharibə dövründən öncə (düşmən siyasi qrupların ölkənin fəhlə toplumuna nüfuz edib İslam Respublikası quruluşunun hərəkətinin önünü kəsməyə çalışdıqları zaman fəhlələr yumruqla sinələrindən vurub onları yoldan uzaqlaşdırdılar; bu, hekayə və rəvayət deyil, mənim özümün yaxından müşahidə etdiyimdir), həm müharibə dövründə (onlar ölkəni və inqilabı müdafiənin çox çətin və təhlükəli sıralarında şəhərlilərdən, kəndlilərdən, tələbələrdən, alimlərdən, ruhanilərdən, idarə işçilərindən, sənətkarlardan və tacirlərdən ibarət olan müxtəlif təbəqələrin kənarında çiyin-çiyinə dayandılar və imtahan verdilər), həm döyüş cəbhəsində, həm də arxa cəbhədə və zavodlarda. Əgər bir zaman insaflı yazıçılar İslam Respublikası quruluşunun iyirmi ildən bir qədər artıq sürən bu dövrünü təsvir etmək istəsələr, o zaman fəhlələrimizin inqilab üçün nə etdikləri, özlərini ilahi vəzifəyə necə bağlayıb Allah-Taala yanında üzüağ olduqları bəlli olacaq.


Məmurlar sosial təminat və müvəqqəti müqavilələrə aid məsələləri yaxşı şəkildə həll etsinlər!

Möhtərəm nazirin fəhlə məsələləri barədə bəyan etdiyi bu sözlər inşallah bu hökumətin iradəsi ilə əməl mərhələsinə çıxsa, əksər problemlər həll olunacaq. Lakin bilsinlər ki, söz mərhələsində qalmasın, bu işlərin həyata keçməsi ilə məşğul olsunlar. Fəhlə təbəqəsinə məxsus problemlər, fəhlələrin məişətinə, yaxud fəhləyə hörmətə, yaxud fəhlə məharətinə və ya fəhlənin peşə təhlükəsizliyinə aid məsələləri biz anlayırıq və dövlət məmurları da Allahın lütfü ilə təyin etmişlər. Bunlarla ciddi məşğul olsunlar; bu problemləri, sosial təminat məsələləri sarıdan, yaxud müvəqqəti müqavilələr və bu kimi məsələlər sarıdan və ya bəzi zavod rəhbərlərinin fəhlənin işsizliyi ilə nəticələnən zəif idarəçiliyi sarıdan yaranan düyünləri səbirlə, ağılla və müntəzəm şəkildə bir-bir həll etsələr, fəhlə təbəqəsinin problemləri aradan qalxmış olar.


Kapitalist və kommunist quruluşlarında fəhlə və sahibkar arasındakı əlaqə

Bir məsələ fəhlə və sahibkarın əlaqə və münasibətlərinə aiddir. Fəhlə və sahibkar arasındakı bu əlaqələr İslamda maddi ideologiyalarda göstərilənin əksinədir. Maddi ideologiyalarda - istər birbaşa kapitalistin tərəfdarı olan, fəhləyə iş aləti və maşın kimi baxan kapitalizm məktəblərində, istər özünü fəhlə təbəqəsinin tərəfdarı sayan və bu dünyada fəhlələr üçün behişti ərməğan edəcəklərini söyləyən, əməlləri isə yalnız fəhlələr üçün yox, cəmiyyətin digər təbəqələri üçün də həyat cəhənnəmini daha da alovlandıran kommunizm məktəbində fəhlə və sahibkar arasındakı əlaqə düşmən əlaqəsidir. Kapitalizm quruluşunda əlaqə istismarçılıq və təzyiqdən ibarətdir. Kommunizm quruluşunda da sahibkarı təcəssüm olunmuş bir şeytan və kabus kimi təsvir edirdilər. Səbəbi də bu idi ki, bütün istehsal mənbələrini və zavodları hökumətə verib özləri böyük sahibkar olmaq istəyirdilər. Həmin işi gördülər və o da evlərini yıxdı, onları məhv etdi; həm özlərini məhv etdi, həm də xalqlarını bədbəxt günə qoydu.


İslamda fəhlə və sahibkar iki həmkar, şərik və səngər yoldaşı kimidir!

İslamda belə deyil. İslamda fəhlə və sahibkar bir-birinə düşmən deyil, iki həmkar kimidir. Onların arasında istismarçılıq da yoxdur; yəni sahibkar fəhlənin ağası deyil. Qərb kapitalizmində işin sahibi sahibkardır; məsləhət üçün və işini əldən verməməkdən ötrü onun fəhləyə hansısa imkanı yaratması da mümkündür. Amma əlaqə belədir; o, bir alət kimidir. Fəhləyə baxışı bir insana deyil, bir maşına baxışdır. İslam bunu qətiyyətlə rədd edir. İşçi və sahibkar iki qüvvədirlər; hansı olmasa, iş yerdə qalar. Fəhlə işi və məhsulu birbaşa istehsal edən şəxs, sahibkar bu istehsala şərait yaradandır. O, işi və məhsulu istehsal edəndir, bu, şəraiti təmin edən və işi yaradan. O da olmasa, iş ləngiyər, bu da olmasa, ləngiyər; iki şərik və iki səngər yoldaşı kimidirlər. Bu, İslamın baxışıdır. Hər ikisinin bir-birinə sədaqəti, məhəbbəti və səmimiyyəti olmalıdır; həm sahibkarın fəhləyə, həm də fəhlənin sahibkara. Hər birinin hüququ digəri tərəfindən riayət olunmalıdır. Əgər İslamın bu baxışı həyata keçsə, həm sərmayə qoyanın, iş yeri açanın, sahibkarın hörməti qorunar, həm də fəhlənin, işi görənin və səhnədə olanın hörməti. Hər ikisinin hörməti və hüququ qorunar, ölkə də inkişaf edər. Fəhlə və sahibkarın əlaqəsi belədir.


Fəhlə və sahibkarlar bir-birinin qədrini bilsinlər!

Fəhlələr sahibkarların qədrini bilsinlər, sahibkarlar da fəhlələrin. Onlar iki səngər yoldaşı kimidirlər. Əgər hər hansı biri zərər çəksə, digəri də zərər çəkər. Məsələ belədir. Bu münasibətləri tənzim etmək də ölkə məmurlarının üzərinə düşür; istər qanunu qəbul edənlərin, istər onu icra edənlərin. Bu da diqqətin lazım olduğu bir məsələdir.


İşin özü İslamın baxışında saleh əməldir!

Başqa bir məsələ budur ki, bütün fəhlələr – istər mahir fəhlələr və yüksək səviyyəli təhsillilər, istər orta, istər sadə fəhlələr işin özünün İslam baxışından saleh əməl olduğunu bilsinlər. "Həqiqətən insan ziyandadır; iman gətirib saleh əməllər edənlərdən başqa". İnsanı ziyandan xaric edən saleh əməl yalnız namaz, oruc, ziyarət və zikr deyil. Onlar da var, amma məişət vəzifəsini yaxşı yerinə yetirmək işi də saleh əməldir və onun ən mühümlərindən biri işdir.

Rəvayətdə göstərilir ki, Peyğəmbər (s) gənc və işləməyə qadir bir insanın oturub tənbəllik etdiyini və işləmədiyini görəndə buyururdu: "Gözümdən düşdü". İşləmək saleh və yaxşı əməldir. Eşitmisiniz ki, Peyğəmbər (s) bir səhabəsinin qabarlı əllərini görüb soruşdu ki, əllərin nə üçün belədir? Dedi ki, ey Allahın rəsulu, mən bu əllərlə işləyirəm. Peyğəmbər (s) onun əlini öpüb buyurdu: "Bu ələ cəhənnəm odu toxunmaz". Bundan da yaxşı əməl?! Belə işləyin. İş yerinə, tarlaya, sexə getdikdə, adı iş olan hər hansı bir əməklə məşğul olduqda - istər mahir fəhlə və yüksək səviyyəli mütəxəssis işi olsun (bu gün Allaha şükür olsun ki, ölkəmizdə mahir fəhlələr və yüksək səviyyəli mütəxəssislər az deyil), istər orta və ya sadə fəhlələr (o sadə fəhlə də eynilə belədir) - maşının yanına, yaxud zavodun işləmək istədiyi hər hansı bir nöqtəsinə getdikdə bilsin ki, onun bu gün görmək istədiyi iş Allah-Taalanın ona savab və əcr verəcəyi işdir. İşin məişət və gəlir vasitəsi olmasından əlavə özünün dəyəri var. O da öz növbəsində mühüm məsələ və başqa bir ibadətdir.

Bir ölkədə cəmiyyət işə ibadət gözü ilə baxsalar, görün o ölkənin iqtisadi və elmi inkişafı haraya çatar. Bu, İslamın məntiqidir. Odur ki, biz hər hansı bir səviyyədə olan fəhləyə hörmət və sevgi bəsləsək, əbəs deyil. Çünki bu məhəbbət və hörmət hissinin arxasında belə bir dərin və zəngin İslam mədəniyyəti durur.


İşsizlik problemi birdəfəlik həll olunmalıdır!

Allaha şükür olsun ki, bizim fəhlə təbəqəmiz belədir. Düzdür, ölkədə işsizlik problemi var və bu problem inşallah hökumətin və bu xidmətçi məmurların - mən görürəm ki, bunlar gecə-gündüz bilmir və daim işləyirlər - səyi və tədbiri ilə tədricən tamamilə həll olunacaq. Bəzi işsizliklər sonradan yaradılır. Dedik ki, bəzi zavodlar zəif idarəçilik, yaxud müdirin bacarıqsızlığı və yaxud Allah eləməmiş, bəzi şəxsi maraqlar səbəbindən elə vəziyyətə düşür ki, fəhləni məhrum və işsiz edir. Cənablar bunlarla məşğul olmalı və uyğun problemi həll etməlidirlər. Bizim cəmiyyətimizin bu problemə dözməyə taqəti yoxdur.


Hegemonizm ölkənin sürətli inkişafına görə özünü didir!

Biz indi iti bir yoxuşda sürətlə qalxmaqdayıq. Biz indi dayanmamışıq; bizim cəmiyyətimiz qüdrətlə inkişaf etməkdədir. Siz görürsünüz ki, dünya hegemonları necə özlərini didirlər. Buşun və onun ətrafının dediyi bu sözlər özünü didməkdir. Onlar özlərini didməkdədirlər. Bu ona görədir ki, siz var gücünüzlə irəliləməkdəsiniz, cəmiyyət dayanmamışdır. İnqilab yolu açdı və bu qüdrətə özünəinam əlavə etdi. İnqilabın qələbəsindən öncə həm yolları bağlayır, həm məqsədləri zəiflədir və deyirdilər ki, iranlı bacarmır, iranlının bacarığı yoxdur. Bunu böyükləri deyir və açıq şəkildə söyləyirdilər, bu səmərəli nəslin və bu parlaq istedadın başından vururdular. Onların ən böyük xəyanətlərindən biri budur. İnqilab gəlib həm yolu açdı, həm də dedi ki, siz bacarırsınız.


Kim inanardı ki, bu ölkə atom enerjisi və texnologiyasını özü təmin etsin?!

Gedib gördük ki, doğru deyirlər, bacardıq. Uzun illər ərzində bu ölkədə yalnız bir neçə bənd qurulmuşdu; hamısı da əcnəbilər tərəfindən. Kim inanardı ki, bu ölkə bənd qurmaqda texnologiya, bacarıq, elm, hesab dəqiqliyi və bu kimi məsələlər baxımından region üzrə birinci olsun?! Kim inanardı ki, əksər bölgələri adi elektrik enerjisindən məhrum olan bu ölkə digərlərindən borc almadan yalnız özü atom enerjisi və texnologiyasını təmin etsin, öz enerjisini dünyanın bu mütərəqqi üsulu ilə əldə etməyə çalışsın?! Kim düşünərdi?! Gedib gördük ki, getmək olar. Hərəkət etdik, gördük ki, bacarırıq. Bu xalq bu təcrübəyə malikdir. Bundan sonra da belə olacaq.


Ölkənin möhtəşəm inkişafında bütün xalqın iştirakı

Ölkənin bütün gəncləri, fikir və düşüncə sahibləri, ağsaqqallar, qadın və kişilər çalışıb xalqın bu möhtəşəm və ümumi hərəkətində iştirak etməlidirlər. Siz harada olsanız və harada çalışsanız, bilin ki, həmin yer bu böyük cəbhənin bir tərəfidir. Əgər orada yaxşı, nizam-intizamlı, vəfalı və məharətlə işləsəniz, bu cəbhəyə təsir göstərəcəksiniz. Düşmən bunu istəmir. Bunu da nəzərdən qaçırmayın.


Qlobal hegemonizmin səyi müxtəlif təbəqələr arasında ixtilaf yaratmağa yönəlmişdir!

Bizim düşmənlərimiz və xəbis qlobal hegemonizm anlayıb ki, xalqımızla və İslam Respublikası ilə hərbi müharibəyə girə bilməz. Bu onlara çoxlu ziyan vurar. Doğrusu da budur; bunu düzgün anlamışlar. İndi büdcə ayırıb xalqın müxtəlif təbəqələri - tələbələr, fəhlələr, idarə işçiləri və müxtəlif təbəqələr arasında ixtilaf yaratmağa çalışırlar ki, ölkəni bu yoldan saxlasınlar. Bu gün düşmən bunu istəyir. Hamı sayıq olmalıdır. Bizim hamımızın üzərinə düşən ilahi məsuliyyət budur ki, hər birimiz harada olsaq, gözümüzü və qulağımızı həmişəkindən artıq açaq, düşmənin bizim olduğumuz bu nöqtə üçün hansı plan qurduğunu görək və bu planı uğurla icra etməsinə imkan verməyək. Bu bizim vəzifəmizdir.


Ayıq, əzmkar və qərarlı xalq hegemonizmin təhdidlərinə etina etmir!

Bir zaman İslam Respublikası quruluşunu və xalqımızı hərbi hücumla, müharibə ilə və bu kimi məsələlərlə təhdid edirdilər. İndi də hərdən edirlər; belə deyil ki, daha etməsinlər. Lakin özləri bilirlər ki, bu işin onlara nə qədər ziyanı olar. Mən indi deyirəm: Öz işlərini aparmaq üçün bu amerikalı məmurların təhdid dilləri həmişə açıqdır və təhdid edirlər; yalnız bizimlə yox, bütün dünya ilə həmişə belə danışırlar. Bəzi hökumət və xalqlar da zəifdirlər; onların təhdidləri qarşısında özlərini itirir və təslim olurlar. Onlar da həmişə təhdid etməyə həvəslənirlər. Ayıq, özünə güvənən, əzmkar və qərarlı bir xalq bu təhdidlərə etina etməz; məmurları da həmçinin. Xalqa arxalanan bir hökumətin, xalqın özü tərəfindən dəstəklənən və qorunan bir quruluşun təhdiddən qorxusu olmaz.


Amerikalılar bilsinlər ki, İrana hücum etsələr, bütün dünyadakı maraqları təhlükəyə düşəcək!

Mən indi burada deyirəm: Amerikalılar bilsinlər ki, müsəlman İrana hücum etsələr, o, imkanı həddində onların dünyanın hər bir nöqtəsindəki maraqlarına zərbə vuracaq. Biz elə adamlardan deyilik ki, oturaq kimsə zərbə vursun və onun cavabını verməyək. Biz sülh, dinclik tərəfdarıyıq, heç kəsə təcavüz etmirik. Dəlili də aydındır. Baxın, biz hansı ölkəyə hücum etmişik?! Biz hansı ölkə ilə müharibə başlamışıq?! Biz hansı ölkəni təhdid etmişik?! Biz belə işlərin tərəfdarı deyilik. Amma kimsə bizə zərbə vursa, onun zərbəsini ikiqat artıqlaması ilə cavablandırarıq.


Hegemonizmlə mübarizənin ən yaxşı yolu - ölkənin inkişafı və quruculuğu üçün çalışmaq

Siz əziz qardaş və bacılara deyirik: Hegemonizmlə və düşmənlərlə ən yaxşı mübarizə yolu budur ki, biz ölkəmizin quruculuğu və inkişafı yolunda bacardığımız qədər çalışaq. Biz elmi, texnoloji, əxlaqi inkişafda, milli birlikdə, iman təməlini və mənəvi maraqları möhkəmlətməkdə nə qədər inkişaf etsək, düşmən bir o qədər geri oturacaq. Və bu, xalqımızın ən mühüm mübarizəsidir.

Allah-Taaladan istəyirik ki, üzərimizə düşən vəzifələri yaxşı şəkildə yerinə yetirmək üçün sizin və bizim hamımıza uğur bəxş etsin! Dövrün imamının müqəddəs qəlbini bizdən razı etsin! İmamın və əziz şəhidlərin pak ruhlarını - bizim nəyimiz varsa, onlardandır - bizdən razı salsın!

Çox sağ olun.



1 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə ölkə fəhlələri ilə görüşdə çıxışından: 1993.

2 Yenə orada.

3 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü ərəfəsində fəhlələrlə görüşdə çıxışından: 1997.

4 Böyük Rəhbərin ölkə fəhlələrinin minlərlə nümayəndəsinin beyət mərasimində çıxışından: 1989.

5 Yenə orada.

6 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2000.

7 Böyük Rəhbərin ölkə fəhlələrinin minlərlə nümayəndəsinin beyət mərasimində çıxışından: 1989.

8 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1990.

9 Yenə orada.

10 Yenə orada.

11 Yenə orada.

12 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü ərəfəsində fəhlələrlə görüşdə çıxışından: 1998.

13 Yenə orada.

14 Yenə orada.

15 Yenə orada.

16 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2002.

17 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2004.

18 Yenə orada.

19 Bəqərə/143.

20 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1990.

21 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə ölkə fəhlələri ilə görüşdə çıxışından: 1993.

22 Yenə orada.

23 Yenə orada.

24 Yenə orada.

25 Yenə orada.

26 "Bihar əl-ənvar", c. 22, səh: 157.

27 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə ölkə fəhlələri ilə görüşdə çıxışından: 1993.

28 Yenə orada.

29 Yenə orada.

30 Yenə orada.

31 Yenə orada.

32 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1994.

33 Yenə orada.

34 Yenə orada.

35 Yenə orada.

36 Yenə orada.

37 Yenə orada.

38 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1990.

39 Böyük Rəhbərin ölkə fəhlələrinin minlərlə nümayəndəsinin beyət mərasimində çıxışından: 1989.

40 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1994.

41 Yenə orada.

42 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1997.

43 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1999.

44 Yenə orada.

45 Tövbə/94.

46 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1999.

47 "Riyaz əs-salikin", c. 1, səh. 455.

48 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1999.

49 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2000.

50 Yenə orada.

51 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2002.

52 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2003.

53 Yenə orada.

54 Yenə orada.

55 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2004.

56 Yenə orada.

57 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2002.

58 "Bihar əl-ənvar", c. 22, səh: 157.

59 Böyük Rəhbərin yeni il münasibəti ilə müraciətindən: 1995.

60 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1995.

61 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1997.

62 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2002.

63 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1997.

64 "Bihar əl-ənvar", c. 22, səh: 157.

65 Böyük Rəhbərin Keşikçilər Korpusunun komandirləri və fəqih rəhbərin bu qurumdakı nümayəndələri ilə görüşdə çıxışından: 1990.

66 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1990.

67 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə ölkə fəhlələri ilə görüşdə çıxışından: 1993.

68 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1997.

69 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2002.

70 Bəqərə/134.

71 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2002.

72 Bəqərə/82.

73 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2002.

74 Yenə orada.

75 Yenə orada.

76 Yenə orada.

77 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1996.

78 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1997.

79 Yenə orada.

80 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2003.

81 Yenə orada.

82 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1994.

83 Tövbə/33.

84 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1994.

85 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 2002.

86 "Mən la yəhzuruhu əl-fəqih", c. 1, səh: 111.

87 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1996.

88 Yenə orada.

89 Yenə orada.

90 Yenə orada.

91 "Əvali əl-ləali", c. 1, səh. 226.

92 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1997.

93 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü ərəfəsində fəhlələrlə görüşdə çıxışından: 1998.

94 Yenə orada.

95 Ənfal/63.

96 Böyük Rəhbərin ölkə fəhlələrinin minlərlə nümayəndəsinin beyət mərasimində çıxışından: 1989.

97 Yenə orada.

98 Yenə orada.

99 Ənkəbut/ 69.

100 Böyük Rəhbərin ölkə fəhlələrinin minlərlə nümayəndəsinin beyət mərasimində çıxışından: 1989.

101 Böyük Rəhbərin Beynəlxalq Əmək Günü münasibəti ilə ölkə fəhlələri ilə görüşdə çıxışından: 1993.

102 Yenə orada.

103 Böyük Rəhbərin məhərrəm ayı ərəfəsində ruhani və təbliğatçılarla görüşdə çıxışından: 1996.

104 Böyük Rəhbərin Beynəlxalq Əmək Günün münasibəti ilə fəhlələrlə görüşdə çıxışından: 1996.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə