Birinci fəsil Şəhzadə və dilənçinin doğulması



Yüklə 18,19 Kb.
səhifə1/3
tarix23.05.2022
ölçüsü18,19 Kb.
#87712
  1   2   3
Sənəd


Birinci fəsil

Şəhzadə və dilənçinin doğulması


Bu əhvalat 16-ci əsrin ikinci rübünün axırında olmuşdur. Payız günlərinin birində Kent ailəsində heç kimə lazım olmayan bir oğlan uşağı anadan oldu . Eyni zamanda Tüdorovlarin zəngin ailəsində hamının arzu etdiyi başqa bir oğlan uşağı dünyaya gəldi. Onun dünyaya gəlməyini yoxsullar da , varlılar da , kübarlar da bir neçə gün arası kəsilmədən bayram etdilər. İngiltərənin hər tərəfində Uels şahzadəsi Eduard Tüdorun söhbəti gedirdi. Tom Kentidən isə heç kim danismirdi, yalniz ailəsi onun gəlişi ilə ailenin qayğısının artacağını düşünürdü.
İkinci fəsil.
Tomun uşaqliği
Bu hadisədən bir neçə il keçir. London artiq 15 əsr ömr sürmüş, əhalinin sayı yüz minə çatmışdı. Tom Kentinin yaşadığı yer London korpusunun yaninda, dar, əyri və palçıqlı küçədə idi. Burda evler yüksəldikcə enlənirdi. Evlərin skeleti üst üstə qoyulmuş möhkəm tirlərdən qayrilmisdi. Bu tirlərin arasi möhkəm materialla doldurulub suvaq çəkilmişdi. Tomun atasının yaşadığı ev Qarınqulular küçəsinin arxasinda dalanda idi. Bura “Törtökuntülülər həyəti” deyirdilər. Kenti ailəsi üçüncü mərtəbədə bir otaqda yaşayırdı. Atası ilə anasının çarpayıya oxşar bir şeyləri olsa da , Tomun, nənəsinin, bacıları Bet və Nenin müəyyən bir yerləri yox idi. Sadəcə bir neçə yorğan parçası , çirkli küləşi var idi. Bet və Nen 15 yaşinda əkiz, mehriban, avam , nadandilar. Ana da onlar kimi idi. Lakin ata və nənə lap pisi idi. Onlar tez – tez içər , ya bir -biri ilə , ya da basqalari ilə dalasardilar. Atası Con Kenti oğru, anası isə dilənçi idi. Uşaqlara öyrətmək istəsələrdə , onlar dilənçilik etsələr də ,oğurluğu bacarmirdilar. Evlərin birində isə kral tərəfindən qovulmuş bir keşiş yaşayırdı. O uşaqlara yaxşı şeylər öyrətməyə çalışırdı. Toma yazmaq və oxumaq, latın dilini biraz öyrətmişdi. Bacilarina da öyrətmək istəsə də qızlar rəfiqələrinin onu lağa qoyacağını düşünüb razi olmurlar. Tom burda çox çətilik çəksə də özünü bədbəxt saymirdı, elə belə də olmali olduğunu düşünürdü. Axşam evə gəldikdə bilirdi ki atası və nənəsi onu döyəcək , gecəyarısı isə ac olan anası gizlin ona quru çörək qırığı gətirəcək. Buna görə əri onu çox döymüşdü. Amma Tom xüsusəndə yayda pis yasamirdi. Vaxtının çoxunu keşiş Endrününun yaninda kecirir onun nağilarina qulaq asırdı. Onun xəyalı gözəl nağillar ilə dolu idi. Onun tək arzusu əsl şahzadə görmək idi. Tom bu hekayələrə qulaq asdikca onun həyatı dəyişir, o artıq təmiz və yaxşı geyinmək istəyirdi. Tom hər zaman Çipsaydda may dirəyi yanında tamaşa etməli şeylər tapardı. Tauer həbsxanasina aparan hərbi hissənin rəsmi keçidinə tamaşa edərdi. Yaz günlərinin birində Smitfilddə zavallı Enn Eskünün və onunla bərabər üç adamın tonqalda yandırıldığını görmüşdü. Tom artıq özünü şahzadəyə bənzətməyə çalışır, küçə yoldaşları isə ona yüksək şəxsiyyət kimi hörmət göstərib böyüklərinə onun haqqında danışırdılar. Onlar Tomun dərrakəsinə , ağıllı hökmlərinə heyran qalırdılar. Sonra Tom özunə kral sarayı düzəldir, yoldaşları onun gözətçiləri, əyanları, gözətçiləri olurdu.Sonra da dilənməyə gedir, bir neçə fardinq(mis pul) dilənir, quru çörək yeyir, küləş üstünə uzanaraq şirin xəyallara dalırdı. Bir gün yanvar ayında həmişəki kimi dilənir, yağış yagdigina görə islanir. Axşam evə gəldikdə atası və nənəsi onun halina acıyıb əlüstü kötəkləyib yatmağa göndərdilər. Tom həmişəki kimi yuxuda şahzadə olduğunu gördü. Səhər oyanıb yenə əvvəlki həyatı gördükdə ürəyi sızıldadı , gözləri yaşla doldu.

Yüklə 18,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə