BiRİNCİ FƏSİL



Yüklə 0,78 Mb.
səhifə1/27
tarix02.06.2018
ölçüsü0,78 Mb.
#46971
  1   2   3   4   5   6   7   8   9   ...   27

MƏHƏMMƏD MƏHƏMMƏDİ REYŞƏHRİ


İSLAMDA MƏSCİD MƏDƏNİYYƏTİ



Mütərcim:

ƏFZƏLƏDDİN RƏHİMOV


Mütərcimdən


Allah-Təala tərəfindən bəşəriyyətin ən üstün məxluqu sayılan insan övladına yaranışının ilk günlərindən ən dəyərli və gözəl nemətlər əta olunmuşdur. Doğrusu, ətrafımıza daha diqqətlə baxdıqda bizi saysız-hesabsız, olduqca rəngarəng və qiymətli nemətlərin əhatə etdiyini müşahidə edə bilərik. Belə ki, əsl həqiqətdə, dünyada ona bəxş olunan bitib-tükənməyən nemətlərdən məhz Tanrının və ağlın hökm etdiyi şəkildə bəhrələnərək, nəfsin istismarçı və daim pisliyə doğru çağıran, doymaq bilməyən istəklərini bir kənara tullayaraq ilahi ibadətinə üz gətirməklə, bəşər övladı həm bu dünyadakı və həm də axirətdəki behiştinə çata bilər. Elə bu məqsədlə də, Mərhəmətli Tanrı insanlara bu nemətlərin qədrini bilmələri və hamılıqla insani duyğular əhatəsində bərabər şəkildə ilahi nemətlərdən bəhrələnmələri üçün peyğəmbərlər və övliyalar göndərdi. Bəşəriyyəti daim azğınlıqdan çəkindirərək, mənəvi saflığa və pak yola dəvət edən bu müqəddəs şəxsiyyətlər insanları Allaha ibadət etməyə və Onun əmrlərinə tabe olamağa səslədi. Allah-Təala Peyğəmbərlərinə (ə) bəndələrinin Ona ibadət etmələri üçün məbədlər, məscidlər tikmələrini əmr etdi. Və behiştin yolunun Tanrıya ibadət etməkdən və məscidlərə üz gətirərək, ibadət yolunda təfriqə və ayrı-seçkilikdən qurtarmaqda gördü. Hətta insanın Uca Tanrıya ibadət etməsi onun yaranış fəlsəfəsindən biri sayılır. Belə ki, Allah-Təala Qurani-Kərimdə buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!"1

Diqqət etmək lazımdır ki, milli-mənəvi dəyərlərimizdən biri olan məscidlər, təkcə axirətimiz üçün deyil, gündəlik həyatımızda da, düzgün istifadə edildiyi zaman bir çox inkarolunmaz faydalara malikdir. Məsumların (ə) göstərişlərinə düzgün və məsuliyyətli şəkildə yanaşılarsa, insani hisslərin aşılandığı bu müqəddəs məkanda insanlar bir-biriləri ilə çox rahat formada ünsiyyət yarada və qaynayıb-qarışa bilər. Qardaşlıq prinsipi əsasında rəftar etməyin zərurətinin çatdırıldığı bu müqəddəs məkanda, insanlara bir-birilərinin qeydinə qalmaq, qəm-qüssəsini aradan qaldırmaq, cəmiyyətdə bir fərd kimi qarşı tərəfin hüquqlarını riayət etmək və sair ilahi tövsiyələr verilir. İmam Rza (ə) buyurur: "Məscidlərdə qılınan camaat namazı insanların (Allah qorxusu ilə) bir-birilərinə kömək əli uzatmalarına, ümumi mənafelər xatirinə həmkarlıq etmələrinə, çətinlikləri birgə aradan qaldırmalarına, dindarlıqda və Allaha sitayiş etməkdə, həmçinin bir çox günahların qarşısını almaqda yardım göstərmələrinə səbəb olar".2

Bəli, məscid barəsində məsumlardan(ə) bizə gəlib-çatan ğöstərişləri diqqətlə mütaliə etdikdə biz bir daha "Allahın evi" adlandırılan bu məkanın insanlara hansı hiss və duyğuları əks etdirməli olduğunu və hansı yüksək dəyərləri öyrətdiyinin şahidi oluruq. Elə bu zaman İslam dininin məscidlərə nə üçün bu qədər dəyər verdiyini, məscidə getməyə təkid etdiyini anlayırıq. Belə ki, rəvayətdə buyurulur: "Daima məscidə gedən insan bu səkkiz xeyirdən birinə çatar. Qurani-Kərimin möhkəm və aydin ayələrindən bəhrə aparar. Faydalı dost tapar. Yeni elmlər öyrənər. İnitzarını çəkdiyi rəhmətə qovuşar. Ona yol göstərən doğru sözlər öyrənər. Onu günahdan qoruyan oyüd-nəsihətlərə yetişər. Günah işlətməkdən utanar. Allah qorxusu günahının qarşısını alar."3

Əziz oxucu, beləliklə, bu kitabı tərcümə etməkdə məqsədimiz, daim ata-babalarımızın müqəddəs saydığı və and yerimiz olan məscidlər barəsində sizə daha ətraflı və geniş məlumat verməkdir. Ümidvarıq, bu kitab əziz xalqımıza layiqli və mənəvi bir hədiyyə olsun. Amin!



Qısa mündəricat





  • Mütərcimdən

  • Giriş

  • Məscidin fəzilət və üstünlükləri

  • Məscid tikmək

  • Məscidin xeyir və bərəkətləri

  • Məscidi abad etmək

  • Qadınların məscidə getməsi

  • Məscidə xidmət etmək

  • Məscidin ehkamı və ədəb-ərkan qanunları

  • Məscidi xarabaya çevirmək

  • Ən fəzilətli məscidlər

  • Evdə məscid (namazxana) düzəltmək

  • Lənətlənmiş məscidlər

  • İstifadə olinmuş mənbələr

  • Geniş mündəricat


GİRİŞ




Məscid sözünün lüğəvi mənası


Məscid kəlməsi məkanı bildirən bir zərflikdir və sözün kökü “səcədə”dir. Bu da, əyilmək, acizlik və baş əymək mənası daşıyır. İbn Faris deyir: “sin”, “cim” və “dal”, əyilmək və təvazökarlıq aşılayan vahid və geniş bir mənaya malikdir. Belə ki, “Səcədə” deyildikdə, (yəni; bu kəlmə kiməsə aid edildikdə,) onun təvazökarlıq etdiyini və ya özünü əydiyini anlayarıq.4

Digər ərəb filoloqları da, oxşar məzmunlu ibarətlərlə, qeyd etdiyimiz mətləbi təsdiqləmişlər. Deməli işarə etdiyimiz kimi, ərəb dilində “sücud” kiminsə qarşısında baş əymək, özünü sındırmaq mənasınadır. Və məscid də, əyilmək, baş əymək və təzim etmək üçün bir məkandır.


Məscid, Qurani-Kərim və hədislər baxımından


Qurani-Kərim və hədislərdə məscid, baş əyməklə yanaşı, başını yerə qoymaq mənasına da işlədilmişdir. Elə buna görə də, səcdə, özünü əyməyin, sındırmağın ən bariz nümunəsi sayılır. Bununla da, islam mədəniyyətində məscid, insanların orada qüdrətli və qəni Yaradan ilə acizanə şəkildə əlaqə qurmaq üçün seçdiyi məkan kimi tanınır.

Əlbəttə, insan hər bir yerdə Tanrının qüdrət və əzəməti qarşısında baş əyərək, onunla rabitə qura bilər. Lakin məscid, Allaha yaxınlaşmaq məqsədilə, bunun üçün müəyyən edilmiş xüsusi bir məkandır.

İslam ümmətinin məscidin xeyir-bərəkətlərindən daha çox və daha düzgün yararlanması üçün Qurani-Kərimdə və hədislərimizdə olduqca mühüm və dəyərli göstərişlər mövcuddur ki, əsl həqiqətdə onları bu yolda məscid ensiklopediyası və ya məscid mədəniyyəti toplusu adlandırmaq olar. Dinimizi xalqa doğru-düzgün formada çatdırmaq istəyənlər bu topluya müraciət edərək, onun islahedici və qurucu yöntəmlərindən istifadə etməklə, xalq arasında məscid mədəniyyətini yaymağa, ondan daha uyğun və çoxşaxəli şəkildə bəhrələnməyə xidmət etməlidir. Elə bu məqsədlə də, sizə təqdim olunan, "İslamda məscid mədəniyyəti" adlı bu kitabda, Qurani-Kərimin və Əhli-Beytin (əleyhis-səlam) məscid barəsində olan göstərişləri on iki fəsildə toplanmışdır. Amma öncə, bu kitabda mövcud olan bir neçə mühüm mətləblərin başlığına diqqət yetirmək istərdik:

1. Məscid dini-mənəvi dəyərlərin qorunmasını, idarəçiliyini və əməl olunmasını təmin edən müqəddəs məkandır

Məscid müsəlman ümmətinin döyünən ürəyi və dini, mədəni-ictimai sahədəki islami fəaliyyətləri idarə edən dayaq nöqtəsidir. Elə buna görə də, rəvayətlərimizdə belə yüksək mənalı təbirlərlə; “Allahın evi”, “peyğəmbərlərin məkanı”, “hər təqvalı (pərhizkar) insanın sarayı” və “cənnət bağı” kimi ibarətlərlə, müsəlmanları könüllərin qibləsi olacaq bu gözəl məkanla əlaqə saxlamağa çağırır və məscidin maddi və mənəvi xeyir-bərəkətlərindən bəhrələnməyə doğru həvəsləndirir.


2. Məscid tikmək


Məscid, dini dəyərlərin qorunub saxlanmasını, idarəçiliyini və əməl olunmasını təmin edən müqəddəs bir məkan olduğu üçün, dəyərli islami rəvayətlərdə məscid quruculuğu, məscid tikmə mədəniyyətinin xalq arasında yayılmasına çox təkid edilmişdir. Bu rəvayətlərə görə müsəlmanlara məscidə ehtiyac duyulan hər bir məkanda; şəhər, kənd, məntəqələr arası yollarda, məscid tikmək üçün imkan daxilində yardım etmələri tövsiyə olunur. Belə ki, hətta Allahın rəsulu (səlləllahu əleyhi və alih) hədislərin birində buyurmuşdur:

Hər kim daş yeyən quş yuvası ölçüsündə də olsa belə məscid tikərsə, Allah-Təala onun üçün behiştdə bir ev tikər.”


3. Məscid memarlığı


İslami rəvayətlərdə məscid memarlığı ünvanı altında heç bir təlimatlar toplusu mövcud olmasa da, demək olar ki, məscid tikməyin zaman-məkan çərçivəsində tələb olunan şəraitə bağlı olduğu vurğulansa da, dini rəhbərlərimizin (əleyhis-səlam) bu barədə olan bir sıra tövsiyələrindən “islamda məscid memarlığı mədəniyyəti” ünvanı altında bu nəticələrə gəlmək olar:

a) Gələcəyin tələblərini nəzərdə almaqla məscidin sahəsini müəyyənləşdirmək

Bir sıra rəvayətlədən anlaşılan ilk tövsiyə, məscidin tikilişi zamanı təkcə camaatın hal-hazırki ehtiyacını deyil, imkan daxilində, gələcək nəsillərin tələblərini də, diqqət mərkəzində saxlamaq lazımdır. Belə ki, bu yolla məscidin genişləndirmək məqsədilə sökülərək, yenidən tikilməsinə çox az ehtiyac düyülar. Rəvayətdə buyurulur:

Allahın rəsulu (səlləllahu əleyhi və alih) özlərinə məscid tikmək istəyən bir qrup ənsarla üzləşdi. O Həzrət (səlləllahu əleyhi və alih) buyurdu: “Məscidi geniş və böyük tikin ki, gələcəkdə onu dolduracaqsınız.”

b) Məscidin tikilişində sadəliyi riayət etmək

Allahın rəsulunun (səlləllahu əleyhi və alih) məscid memarlığı haqqında buyurduğu kəlamlar və ya məscidi qızılla, rəsm və şəkillə bəzəməkdən çəkindirdiyi hədislər məscidin tikilişi zamanı sadəliyə riayət etməyin zəruri olmasına işarə edir.

Başaqa bir sözlə desək, məscidin tikilişi zamanı, onun hədəflərinə uyğun olmayan şəkilədə, məscidin tikiliş fəlsəfəsilə uzlaşmayan formada, memarlıq və nəqqaşlıq sənətindən, sırf onun zahiri cazibəsini artırmaq məqsədilə istifadə etmək, tənqid olunmuşdur.
c) Məscidin qeyri-müsəlmanların məbədlərinə bənzədilməsi pislənmişdir

Ümumiyyətlə, İslam dininə dörə müsəlmanların özlərini digər dini mənsubiyyəti olan şəxslərə bənzətməsi, psixoloji və ictimai nöqteyi-nəzərdən mənfi nəticələrə səbəb olduğu üçün birmənalı şəkildə qadağan edilmişdir. Necə ki, İmam Əli (əleyhis-səlam) buyurur: “Özünü bir sıra insanlara bənzədən şəxs, sanki onlardan birinə çevrilmişdir.”5

Amma məscidin tikiliş formasına gəlincə, belə nəzərə gəlir ki, bəzi rəvayətlərdə məscidlərin (xüsusi təmtəraq, cah-cəlalla, xristian və yəhudi məbədlərinə oxşar şəkildə) inşa olunmasına qarşı çıxılmasının səbəbi, məhz onların xristian və yəhudilərin məbədlərinin tikiliş formasında bina edilməsinə ğörədir. Allahın rəsulu (səlləllahu əleyhi və alih) buyurur: “Sanki, sizin məndən sonra məscidlərinizi yəhudi məbədləri və xristian kilisələri(ndə olduğu kimi yersiz cah-cəlal içində) eyvanlarla dolu olduğu halda ucaldılmış şəkildə görürəm.

Bundan əlavə bir sıra rəvayətlərdə İmam Əlinin (əleyhis-səlam) yəhudilərin qurbangahlarına bənzəyən mehrabları dağıtdığına işarə olunmuşdur. Digər bir hədisdə oxuyuruq: “Həzrət Əli (əleyhis-səlam) məscidlərdəki mehrabları müşahidə etdikdə, onları yerlə-yeksan edirdi. O, buyurur (əleyhis-səlam): " Bu mehrablar yəhudilərin qurban kəsdikləri yerə oxşayır."6

Diqqət yetirmək lazımdır ki, məscidlərin yəhudi və xristian məbədlərinə oxşamaması barəsindəkı hökm, digər dinlərə məxsus olan məbədlərə də, aid edilir.

4. Məscidin ehtiramını saxlamaq


Məscid insanın Tanrı ilə rabitə saxladığı məxsus bir məkan olduğu üçün və həmçinin Allahın evi sayıldığına görə İslam dinində xüsusi hörmətə malikdir. Belə ibadət məkanlarına hörmət bəsləməyin islam ümməti arasında dini bir mədəniyyət və vəzifə şəklini alması üçün çoxsaylı hədislərimizdə məscidə xas olan hökmlər və ədəb-ərkan qanunlarından əlavə, hətta bəzi rəvayətlərdə də, məscidi “müsəycid” (kiçik məscid) adlandırmaq belə tənqid olunmuşdur. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “Heç bir vaxt məscidə "müsəycid" deməyin. Çünki, məscid Tanrıya ibadət olunan Allah evidir.”

5. Məscidə getmək


Məscid tikməyin hədəfi yalnız insanların oraya gəlib, onun xeyir və bərəkətlərindən bəhrələnməsi üçündür. Elə bu səbəbdən də, dini-mənəvi dəyərlərin möhkəmlənməsi və yayılması yolunda addım atmaq istəyən hər bir kəs, insanların məscidlərə müraciət etməsinə şərait yaratmalıdır. Bu haqda dini rəhbərlərimizin göstərişləri və tövsiyələri mövcuddur.

İslami rəvayətlərdə bəhs etdiyimiz məsələyə xüsusi olaraq təkid edilmiş və hətta məscidlərin yalnız xalqın hüzuru ilə abad olduğu dəfələrlə vurğulanmışdır. Allahın rəsulu (səlləllahu əleyhi və alih) buyurur: “Hər zaman bir kişinin ardıcıl olaraq məscidə getdiyini görsəniz, onun imanlı olduğuna şəhadət verin. Allah-Təala buyurur: Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abad edələr.

Şübhəsiz, işarə olunan hədis, məscidlərin təkcə təmir olunması və zahiri görünüşdə abad saxlanılması ilə deyil, yalnız xalqın oraya gəlib, ibadətə məşğul olmalarıyla birgə olduqda, həqiqətən də abad olacağını bildirir. Əgər belə olmazsa, deməli məscid hər nə qədər də zahiri görünüşündə mötəşəm olsa belə, əsl həqiqətdə abad deyildir.

İslami rəvayətlər müxtəlif ibarətlər və cürbəcür ifadələrlə insanları məscidə gəlməyə həvəsləndirmiş və oraya gələn şəxslər üçün böyük savab və cənnət hədiyyələri nəzərdə tutmuşdur:



  • Məscidə tərəf yola düşən şəxs, evinə qayıdana qədər atdığı hər addımın qarşılığında on savab qazanar. Həmçının onun əməl dəftərindən on günah silinər və nəticədə o, on mərtəbə ucalar.

  • Qaranlıq gecədə məscidə getmək, qiyamət günü məscid əhlinə xüsusi bir nuraniyyət bəxş edər.

  • Məscidddən uzaqda yerləşən məkanlardan (oraya ibadət etməyə) gələnlər daha çox savab qazanırlar.

  • Hər kim hamıdan qabaq məscidə gedərsə, Allaha və behiştə daha yaxın olar.

  • Məsciddə oturmaq ibadətdir. Məscidlə ünsiyyət yaratmaq, Allah-Təala ilə ünsiyyət yaratmaq deməkdir.

  • Bağışlanmaq və islam maarifi öyrənmək məqsədilə məscidə getmək həcc ziyarətinin savabına malikdir. Bunlardan əlavə, müsəlmanları (evdə deyil) məsciddə namaz qılmağa və həmçinin ən fəzilətli və camaatın daha çox gəldiyi, izdihamlı məscidlərdə ibadət etməyə həvəsləndirmək üçün, Məscidül-həramda namaz qılmaq, (başqa məscidlərdə qılınan) yüz min namazın savbına, Peyğəmbərin məscidində namaz qılmaq, on min namazın savabına, Məscidül-əqsada namaz qılmaq, min namazın savabına, cümə məscidlərində qılınan namaz, yüz namazın savabına, yaşadığın ərazinin məscidində qılınan namaz, iyirmi beş namaza, bazar məscidində qılınan namaz isə on iki namazın savabına bərabərdir. Halbuki, (məscidə və camaat namazına etinasızlıq üzündən olmadığı halda) evdə qılınan namaz isə elə həmin namazın (bir namazın) savabını daşıyır.

Məsciddə namaz qılmağı üzürsüz səbəbdən tərk etmək qəflət, cahillik nişanəsi və təfriqə sayılmışdır. İslami hədislərdə məscidin qonşuluğunda yaşayan şəxslərin yalnız məsciddə namaz qılması tövsiyə edilmiş və qonşularının orada namaz qılmadığı məscidin (Qiyamət günü) Allah-Təalaya belə şikayət edəcəyi buyurulur:“Məscidlər oraya gəlməyən qonşularından Allah-Təalaya şikayət etdi. Allah-Təala da, belə buyurdu: "And olsun izzəti-cəlalıma ki, onların heç bir namazını qəbul etməyəcəm, xalq arasında onları ədalətli tanıtmayacam, onlarla mərhəmətli davranmayacam və behiştdə mənim qonşum ola bilməyəcəklər.”

6. Məscidin ehkam və qayda-qanunlarını riayət edtmək

Məscidin ehkam və qayda-qanunlarını riayət etmək özü də bir mədəniyyətdir. Məscid Allahın evidir. Məscidə gedən şəxs, əsl həqiqətdə Allah-Təala ilə görüşə gedir. Elə buna görə də, məscidə xas olan bəzi qayda-qanunlara və ədəb-ərkanlara riayət etmək lazımdır. Məscidə yalnız Allaha xatir, ilahi eşqi ilə, qəlbini günahlardan pak etdikdən, bədənini və geyimini nəcasətdən təmizlədikdən sonra getmək lazımdır. Şeytandan Allaha pənah aparmaq, məscidə daxil olduqda və oranı tərk etdikdə dua oxumaq, təhiyyət (salam) namazı qılmaq, üzü qibləyə oturmaq, oradan tez getməmək və sair... məscidin bəyənilmiş ədəb-ərkanlarından sayılır.

Başqa cəhətdən isə bəzi əməllər; məsciddə namaz qılmadan oradan keçib-getmək, uca səslə danişmaq, dünyəvi işlərdən söhbət açmaq, itirdiyin malın elanını verib, onu axtarmaq, bihudə və dəyərsiz şerlər söyləmək, ticarətlə məşğul olmaq və heç bir zərurət daşımadığı halda məsciddə yatmaq bəyənilməmişdir. (Yediyi yeməklərə görə) ağzından başqalarına əziyyət edən pis qoxular gəldiyi halda məscidə getmək də, məkruh sayılır. Həmçinin məscidi nəcasətə bulamaq, haram və oranı nəcasətdən təmizləmək isə vacibdir. Cənabətli və heyzli halda məsciddə dayanmaq da haramdır.




7. Məscidə xidmət etmək

Allahın evinə xidmət göstərmək böyük fəxr və çox bəyənilmiş bir əməldir. İbrahim (əleyhis-səlam), İsmayıl (əleyhis-səlam) və Məryəm (əleyha-səlam) məscidə xidmət etmək şərəfinə və iftixarına sahib olmuşlar. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət olunmuş bir hədisdə buyurulur: “Həqiqətən Allah-Təala sevdiyi bəndəsini məscidə xidmətçi təyin edər.”


Deməli, islam dininə ğörə məscidə dəyərli və ləyaqətli şəxslər xidmət etməlidir.

8. Tarixi əhəmiyyəti olan məscidləri dəyərləndirmək

Bir sıra məscidlər daha çox fəzilət və üstünlüklərə malikdir. Məsələn; bütün müsəlmanların qibləsi olan Kəbə, Məscidül-həramda yerləşir. Məscidün-nəbi (Peyğəmbərin məscidi) Məscidül-həramdan sonra ən fəzilətli məscid sayılır. Məscidül-əqsa isə Kəbədən öncə müsəlmanların qıbləsi olduğu üçün xüsusi hörmətə sahibdir. Quba məscidi,7 Kufə məscidi, Səhlə məscidi, Xəyf məscidi, Qədir məscidi, Fəth məscidi və Fəzih məscidi çoxsaylı xeyir və bərəkətlərə malikdir ki, bu barədə müxtəlif rəvayətlər mövcuddur.

İslami rəvayətlərin belə məscidlərin fəzilət və üstünlüklərinə təkid etməsi, dinimizin peyğəmbərlərin və övliyaların xeyir-bərəkətlərindən bəhrələndiyi bu qədim və tarixi əhəmiyyət daşıyan məscidlərə dəyər verərək, müsəlmanları onları lazımınca qiymətləndirməsinə həvəsləndirməsindən xəbər verir.

9. Evlərdə məscid tikmək8


Şiə və əhli-sünnənin hədis mənbələrinə asasən evlərdə təmiz və səliqəli bir məkanın namaz qılmağa ixtisas verilməsi tövsiyə edilmişdir. Bu hədislərdən belə nəticəyə gəlmək olar ki, insan öz evində maddi ehtiyaclarını təmin etmək üçün xüsusi bir məkan ayırdığı halda, təbii ki, mənəvi ehtiyaclarını təmin etmək üçün də, məxsus bir məkanı olmalıdır.

Əlbəttə, dinimizin vacib namazların məsciddə qılınması haqda olan çoxsaylı göstərişlərinə və israrlarına ğörə, evdə qurulan namazxana məscid hökmündə deyil və bu məkan yalnız müstəhəbb namzların qılınması üçün daha uyğundur. Necə ki, Allahın rəsulu (səlləllahu əleyhi və alih) buyurur: “Ən fəzilətli namazlar, vacib namazlar istisna olmaqla, insanın öz evində qıldığı namazlardır.”9


10. Müqəddəs məkanlardan sui-istifadə olunmamasina diqqətli olmaq

Məscid ilahi nurdur. Bu dəyərli məkan doğru yola yönəltmək və insanın Allah-Təala ilə rabitə saxlamasına ən gözəl yardımçı olduğu halda, eyni zamanda İslam müxaliflərinin siyasi, mədəni və ictimai hədəflərini də, təmin edə bilər. Buna görə də, müsəlmanlar qeyri-ilahi, təfriqəçilik və fəsadla dolu məqsədlər güdən bəzi şəxslərin hiylələrinə uymamalı və bu sahədə olduqca diqqətli davranmalıdırlar.

On ikinci fəsildə “Tənqid olunmuş məscidlər” ünvanı altında mövcud olan ayə və rəvayətlər, İslam müxaliflərinin bütün müqəddəs şeylərdən, hətta müqəddəs məscidlərdən belə sui-istifadə edə biləcəklərinə işarə edir. Bu səbəbdən də, islam ümmətinin, müxalif və qərəzli qüvvələrin müqəddəs məkanlardan öz çirkin məqsədləri üçün istifadə etmələri haqda ayıq-sayıq olması lazımdır. Necə ki, İslam dininin formalaşdığı ilk illərdə, Zirar məscidi münafiqlərin pis hədəflərini təmin etmək üçün inşa olundu, amma Allahın-rəsulunun (səlləllahu əleyhi və alih) ğöstərişi ilə yerlə-yeksan edildi.





Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə