Birinci fəsil: Zalım şahlıq


Ordu və hərbi müstəqillik



Yüklə 0,73 Mb.
səhifə7/10
tarix26.01.2018
ölçüsü0,73 Mb.
#22609
1   2   3   4   5   6   7   8   9   10

Ordu və hərbi müstəqillik

Bir zaman özünün bütün bu dəyərli və üstün milli xislətlərinə, misilsiz mədəni ehtiyatlarına rəğmən, iranlı bu kurslardan ötrü xalqının düşmənlərinin qapısına getməli və digərlərinə möhtac olmalı idi. Onlar da bizim xeyrimizi düşünmürdülər. Bu gün bizim pilotlarımızın, dəyərli zabit-texniklərimizin və görkəmli alimlərimizin İslam Respubilkası ordusunun ehtiyacı olan müxtəlif kursları öyrənmək üçün keçmişdə olduğu kimi ABŞ-a, Avropaya və hətta elm sarıdan çox da üstün olmayan ölkələrə getməyə ehtiyacları yoxdur. Bu bir qələbədir. Digər qələbələr kimi bu qələbə də xalqımızın böyük inqilabından və onun bu inqilabın və özünün dərin imanının qüdrəti sayəsində əldə etiyi özünəinamından qaynaqlanır.118

Bu məmləkətdə pilot ABŞ təyyarəsi ilə uçurdu. Zabit-texniklər təmir işlərini görürdülər, lakin heç biri təyyarənin hissələrini açıb necə olduğuna baxmağa cürət göstərmirdi. Təyyarənin hissələri xarab olduqda ABŞ-a aparıb orada təmir etməli idilər. Həmin təyyarə ilə işləyən mexaniklərimizə ABŞ təyyarəsinin hissələrini təmir etməyə icazə verilmirdi. Bu gün isə ölkənin silahlı qüvvələri və xalqı bu sahədə çox inkişaf etmişlər.119

İran İslam Respubilkası ordusunun boynunda heç kəsin minnəti yoxdur. Heç kəs ordunun əlini tutub inqilaba, İslama və hidayət nuruna sarı çəkməmişdir. Bizim hamımızın boynunda inqilabın və İslamın minnəti vardır. İslamın bizim hamımızın boynunda haqqı var. İnqilabın bizim hamımızın boynunda haqqı var. O bizi acı əsarət, asılılıq, passivlik, istedadların üzə çıxmasına imkansızlıq və əcnəbilərin hökmranlığı dövründən xaric edib, çətinliyi və problemi olsa da, daha yaxşı bir dünya qurmaq və öz ayağı üstə dayanmaq üçün əlverişli bir dövrə daxil etdi. Ordu öz istəyi, öz ayağı, öz meyli, təşəbbüsü və riski ilə inqilaba qoşulub onu qucaqlayan və ona qarışıb həll olan qüvvələrdən idi.120

Bizim inqilabımızın digər inqilablarla fərqi bu idi ki, xüsusi bir partizan qrupun vasitəsilə qələbə çalmadı. Düzdür, İranda partizan əməliyyatları keçirən partiyalar vardı, lakin təxminən 75-76-cı illərdə bütünlüklə iflic olmuşdular. Bu məsələni o zaman meydanda olan şəxslərdən soruşa bilərsiniz. Biz bu vəziyyəti öz gözümüzlə gördük. O dövrün vəziyyətindən bilavasitə xəbərdar olmayan bugünkü gənclər hadisələrdə iştirak edən şəxslərdən soruşsunlar.

O zaman İranda silahlı mübarizə aparan, istər marksist, istər eklektik təfəkkürlərə malik qrup və qruplaşmalar 75 və 76-cı illərdən 77-ci ilə qədər təxminən sıradan çıxmışdılar, işləri yalnız ölkənin bir tərəfində bomba qoyub haranısa partlatmaqdan, yaxud kimisə terror etməkdən ibarət olmuşdu. O zaman İranda qrup və qruplaşmaların gördüyü işlər bu gün misal üçün, ərəb ölkələrinin birində - bəzi şəxslərin çətinliyə düşməməsi üçün heç bir ölkənin adını çəkmirəm - baş verənlərin onda biri qədər də deyildi. Siz xəbərlərdə eşidirsiniz ki, filan ərəb ölkəsində müsəlmanlar polislə toqquşdular, bəzi işlər gördülər. İndi bunların qələbəyə nə qədər yaxın olduqlarına baxsanız, o zaman onların qələbəsinin nə qədər real olduğunu anlayarsınız. Ümumiyyətlə, partizan mübarizəsinin İranda nə zamansa qələbə çalması qeyri-real, gerçəkləşməsi imkansız idi. Çevriliş də imkansız nəzərə çarpırdı.

Müasir dövrdə bəzi inqilablar, yaxud dırnaqarası inqilablar bir çevrilişlə başlayır. Lakin o zaman İranda ordu tam məhdud bir çərçivədə amerikalıların əlində idi. Xüsusən gənc və aşağı səviyyəli təbəqələr arasında mənfur şah rejimindən narazı olan zabitlərin sayı çox idi. Ordunun çoxu narazı idi. Amma heç kəs o rejimlə vuruşmaq barədə düşünməyə cürət etmirdi. Misal və müqayisə olaraq belə demək olar ki, onlar bugünkü İraqın (1995) silahlı qüvvələri kimi hakimiyyətin pəncəsində möhkəm saxlanmışdılar.

Əlbəttə, onların problemi bu gün İraqdakıların problemindən çox idi. Çünki İranın zabitləri təkcə hakimiyyət tərəfindən nəzarətdə deyildilər. Onların arasında amerikalı qüvvələr də vardı. Qarnizonların çoxunda, xüsusən də həssas qarnizonlarda bir neçə min amerikalı vardı. Bəzi qüvvələrdə onların işi daha qabarıq idi. Buna əsasən, o zaman İranda hərbi çevriliş imkanı mövcud deyildi.121

Bu ölkədə silahlı qüvvələrin yarandığı zamandan bu günə kimi heç zaman silahlı qüvvələrimiz xalqa bu qədər bağlı, məqsəd və amallar yolunda bu qədər çalışqan, ölkə və sərhədlər üçün bu qədər fədakar olmamışlar. Son dövrlərdə ordunun yalnız adı vardı, bəzəkli kartondan düzəldilmiş böyük saray kimi idi. Əməl zamanı puçluğu bəlli olurdu, görünüşdə və mənzərədə isə gözəl və bərbəzəkli idi; həm xain rəhbərlərin, asılı komandanların, əcnəbilər qarşısında zəif və rəzil tiplərin, hər halda xalqın bir parçası olan ordunu öz ad və rəngləri ilə rəngləyən şəxslərin ona hakim olduğu son dövrlərdə, həm də əvvəlki dövrlərdə. İran ordusu "kazak" və "saldat" adı ilə - əcnəbi ad, əcnəbi geyim, əcnəbi qaydalar və əcnəbilərin komandanlığı ilə qurulmuşdur. Xalqdan olmayanların hakimiyyəti zamanı ordu da xalqdan deyildi. Bu gün isə Allahın lütfü ilə həmin ordu, həmin şəxslər, həmin müsəlmanlar xalqa bağlı şərəfli və böyük bir qurumda idarə olunur, öz əqidələri, imanları, vətənləri və ölkələri üçün çalışırlar.122

Bu gün bizim ordumuz başıuca, fəxrli və imanlı bir ordudur. Bu gün Allahın lütfü ilə ordumuzda həm dünyanın ordularında olan zahiri görkəm mövcuddur, həm də iman, mücahidlik, təqva və fədakarlıq. Bunların hamısından üstünü odur ki, bizim ordumuz xalq ordusudur. Zahiri görkəm yaxşıdır, lakin kifayət etmir. Bir zaman ordumuzun zahiri görkəmi yaxşı idi, onunla çox maraqlanırdılar. Lakin həssas dönəmdə, qırxıncı illərdə düşmənin hücum etdiyi vaxt ən kiçik müqavimət də göstərmədi. Mənfur Pəhləvi rejiminin başçıları iddia edir və deyirdilər ki, biz güclü ordu qurmuşuq. Lakin hücum zamanı rüsvayçılıqları aşkara çıxdı. Öz aləmlərində orduya çoxlu pul xərcləmişdilər, lakin faydası sıfra bərabər idi və ölkəni müdafiə etmədilər.

İslam hakimiyyəti və şanlı İslam Respubilkası quruluşu dövrünün ordusu isə cəbhələrdə mərdliklə vuruşdu, müqavimət və fədakarlıq göstərdi, böyük şəhidlər verdi, məcburi müharibə dövründə, ondan öncə və sonra ordunun hər üç qüvvəsində dəyərli zabitlər İslam uğrunda fədakarlıq göstərdilər, özlərinin və ordunun adını əbədiləşdirdilər. Bu gün də, Allaha şükür olsun ki, öz İslam vətənlərini müdafiə etməklə fəxr edən mömin və başıuca zabitlərlə doludur. Bu zabitlər düşməndən qorxmurlar, düşmən isə onlardan qorxur.123

Zalım, eqoist və hegemonlar cəmiyyətin aktiv və həvəskar qüvvələrini həmişə özləri üçün işlətməyə çalışmışlar, milli maraqlar üçün yox. Bu, hegemonluğun xüssiyyətidir. İranın son padşahları milli iqtidarın mənbəyi olan ordudan özləri üçün istifadə etmək istəyirdilər. Mən inqilabın əvvəllərində Tehran qarnizonlarının birində belə bir şüar gördüm: “Ordu şahın özü üçündür, xalq, sərhədlər və milli amallar üçün yox”. İslam üçün olmalarını gözləmirdik, çünki İslama etiqadları yox idi. Amma bu qədər də təvazökarlıq göstərib demirdilər ki, ordu milli amallar və onların müdafiəsi üçündür. Deyirdilər ki, ordu bizimdir, bizim üçündür və bizə xidmət etməlidir. Əslində isə bütün milli orqanlar kimi ordu da xalqa məxsusdur, xalqındır və xalqdan təşkil olunmuşdur. Hər bir dövrdə orduda təmsil olunanlar bu xalqın uşaqları olmuşlar. Ümumiyyətlə, ordu quruculuğunda məqsəd xalqın və ölkənin amalların müdafiə etməkdir, bir şəxsi müdafiə etmək deyil. Lakin onlar həyasızlıq edib bu sözləri deyirdilər; təkcə fikirləşmir, hətta deyir və yazırdılar.124

Ordunu daxildən çürüdürdülər. Özlərinə sərf edən, özlərinə, öz zahiri cah-calallarına aid olan qədərincə orduya zahiri görkəm, təntənə və bərbəzək verirdilər, lakin elm, texnologiya, tədqiqat və istehsal əsla mövcud deyildi. Hərbi Hava Qüvvələri bir texnika və alət göstərib desin ki, bunu mən düzəltmişəm, mənim övladlarım öz düşüncələrinin məhsulu ilə düzəltmişdir; əsla belə bir şey yox idi, yəni icazə vermirdilər. İnsan həmin insandır, Hərbi Hava Qüvvələrinin ozamankı gənci istedad və keyfiyyət baxımından bugünkü gənci kimi idi, lakin icazə vermirdilər. Təhsil xüsusi bir çərçivədə, əcnəbi ölkədə müəyyən şəraitdə verilirdi; təkcə hərbi işdə yox, həm də mədəni və etiqadi sahələrdə əmr, meyar və üsullar əcnəbilərin təsiri altında və əlində idi. Onlara üç-dörd texnika da verirdilər, amma bir texnikanın bir hissəsi yerini dəyişdikdə, yaxud xarab olduqda daha istifadə edə bilmirdilər. Bu necə ordudur və necə müstəqil ola bilər?! O zaman bu haqda söhbət getmirdi ki, İran ordusu öz beyninin məhsulundan istifadə edə bilsin. Əsla! Hətta bundan da getmirdi ki, ona verilən təyyarəni, radarı, yaxud müasir elektron cihazı dəqiq öyrənsin; buna da icazə verilmirdi. Bu bir varlığın inkişafının qarşısını alan daş, hicab və pərdədir. Bu varlıq key və laqeyd qalana qədər bu pərdə var, özünə gəldikdə isə pərdələri və maneələri götürür. Bu baş verdi və ordu xalqın ön sıralarına qatıldı.

İran xalqı maneələri qırıb, həqiqətləri dərk etməməsi üçün asılmış pərdələri götürdü. Onu oyadan amil Allahı yad etməsi, Allahın adı, İslamın adı, bir Allah adamının isti nəfəsi, uca İslam amallarının, məqsədlərinin və gələcəyin aydınlaşması idi. Onun qarşısında çox yaxşı sonuclu bu yol açıldı. Silahlı qüvvələr, ordu, Keşişçilər Korpusu, xalqın müxtəlif təbəqələri bu iyirmi il ərzində doğrudan da uğurlu imtahan verdilər. Xalqımız bu gün tarix qarşısında üzüağdır.

Bu gün ordu inkişaf etmiş, ayıq, alim, tədqiqatçı və quruculuq sahibi olan ordudur. Bu gün ordu imanlıdır. Bu gün orduda mömin gənclər, imanlı, fədakar, cəsarətli və fəxr etməli insanlar - hər bir xalq öz silahlı qüvvələrini belə gördükdə həzz alar - mövcuddur. İnsanın çoxlu yerlərdə gördüyü və eşitdiyi fəsad, alçalma və əsarətlər, Allaha şükür olsun ki, bu orduda və silahlı qüvvələrdə ya yoxdur, ya da çox azdır.125

Bir zaman bu ölkədə bir hərbi təyyarənin bir hissəsi xarab olsaydı, təyyarəyə qoyub, təmir üçün ABŞ-a aparırdılar, həmin hissənin İranda açılmasına, yerli mühəndis və mexaniklərin onun daxilində nə olduğunu bilməsinə icazə vermirdilər. Bu gün isə sizin özünüz təyyarə istehsal edirsiniz. Müharibənin əvvəllərində "filan detalımız yoxdur" - deyəndə biz matəm saxlayır, düşünürdük ki, onu haradan gətirək. Lakin bu gün bu detalları özünüz düzəldirsiniz. Orduda özünütəmin cihadı şöbəsi açan ilk yer Hərbi Hava Qüvvələri idi. Təxminən 1981-ci ildə özünütəmin cihadını açdılar, sonra bizə xəbər verdilər. Biz də bütün orduda oxşar şöbələr açdıq. Bu baxımdan, Hərbi Hava Qüvvələri bacarır və siz gənclər bacarırsınız.126


Müqəddəs müdafiə

Rüsvayçı Türkmənçay müqaviləsindən 200 ilə yaxın vaxt ötür. Həmin tarixi oxuyan hər bir iranlı iki əsrə yaxın müddətdən sonra öz daxilində xəcalət, həqarət və məğlubiyyət hissi keçirir və özündən soruşur ki, bu qədər mühüm bir hadisədə nə üçün dövlət başçıları milli iradəni, ölkənin maddi və mənəvi sərvətlərini onun milli kimliyinə kömək üçün səfərbər edə bilmədilər. Düşmənin işğalçı ordusu ölkənin ürəyinə qədər yeridi. Sonra yalvarmaqla, xahişlə, bəxşişlə, dost cildində olan düşmənlərin vasitəçiliyi ilə, çoxlu milli ziyan və təhqirlərlə bir qədər geri çəkilməyə razı saldılar; halbuki qafqazın 17 şəhərini almış və ölkəni bir parçasından məhrum etmişdi. Siz bu gün də bu hadisəni xatırladıqda, oxuduqda və o acı hadisədə İran xalqına qarşı nə edildiyini gördükdə xəcalət və rəzalət hissi keçirirsiniz. Bunun oxşarı İkinci Dünya Müharibəsi hadisələrində Tehran şəhərində baş verdi; müxtəlif ölkələrin zabitləri özlərini göstərir, xiyabanlarda yeriyir, iranlıya təhqir gözü ilə baxır, onu işlədir, aşağılayır, namusuna təcavüz edirdilər. Bu bir növ idi, o başqa bir növ. Bunlar bir müharibədə bir xalq üçün böyük bir məğlubiyyətin göstəricisidir.

1980-ci ildə başlayan müharibədə də oxşar tale ilə üzləşə bilərdik. İran torpağının bir hissəsini ondan ayırmaq istəyənlərin məqsədi təkcə onu bir qədər kiçiltmək deyildi. Məqsəd bu idi ki, bu xalqı əsrlərlə - ən azı bir-iki əsr həqarət hissi ilə yerində oturtsunlar və qlobal hegemonizmin nəhəng imperiyası qarşısında qiyam etməyə cəsarət göstərmiş, bütün beynəlxalq adətlərin ziddinə olaraq, dünyada heç bir qüvvəyə bac verməyən yüzfaizli xalq hakimiyyəti qurmuş bir xalqın cəsarət və özünəinam hissini öldürsünlər. Onlar üçün son məqsəd bu idi, bu olacaqdı. Əgər döyüşçülər, ailələr, xalqın ümumi səfərbərliyi, bu şərəfli səhnələr haqda məlumat hazırlayıb xalqa göstərən şəxslər olmasaydı, elə olacaqdı. Şübhəniz olmasın. İran torpağınının bir hissəsini alacaq, sonra bir qədər çənə vurub aldıqlarının bir hissəsini qaytaracaq, xalqın boynuna minnət də qoyacaqdılar. Əlbəttə, uzun illər boyunca və şübhəsiz, müharibənin sürdüyü səkkiz ildən artıq bir müddətdə bu işi görəcəkdilər, sonra İran xalqı nə zaman ölkəsinin həmin bölgəsinə baxsaydı, həqarət hissi keçirəcəkdi.

Siz gördünüz ki, İraqın arxasında bütün Qərb, Sovetlər, bütün Şərqi Avropa, ABŞ-ın işarəsinə tabe olan körfəz ölkələri elliklə dayandılar, İraqa kömək etdilər. Məqsədləri İrandan bir neçə şəhəri alıb, İraqa vermək, yaxud müstəqil bir dövlət qurmaq deyildi. Məqsəd İran xalqını məhv etmək, onun hegemon imperiyanın iqtidar maşınında açdığı dəlikləri bağlamaq idi. Lakin Allah istəmədi. "Allah istəmədi" nə deməkdir? Yəni xalqımız yatsaydı, döyüşçülər cəbhəyə getməsəydilər, imam fəryad qoparıb, sinəsini sipər etməsəydi, duruş gətirməsəydi və bu yolda bu qədər istedad və güc səfərbər olunmasaydı, yenə də Allah belə istəyəcəkdimi?! Xeyr, Allah-Taalanın bir xalqın xeyrinə olan iradəsi o xalqın iradəsinə bağlıdır. Bir xalqın həyatında heç bir həqiqət və hadisə Allahın iradəsi ilə dəyişmir, yalnız o xalqın özünün iradə göstərdiyi təqdirdə dəyişir. Bu, Quranın açıq-aşkar ayələri və dinin qəti təlimlərindəndir. Vurmağa çalışdıqları bu ziyan - milli əzmkarlıq, dövlət başçılarının, məmurların siyasəti, ağıllı hərəkəti və bu yolda çalışanların ixlası və ciddiliyi olmasaydı, şübhəsiz ki, bu baş verəcəkdi - bu milli əzmkarlıqla və bu imanla bir fürsətə çevrildi. Bəli, biz müharibədə çox əziz qurbanlar verdik, çoxlu maddi və mənəvi ziyanlar gördük. Lakin bu xalqın qəlbində elə bir şey coşdu ki, onun faydaları və dəyəri xalqın bu günü və sabahı üçün hər şeydən artıqdır. Bu, özünəinam, başucalığı, istiqlaliyyət, milli özünəinam hissi və bu qaydaya inam idi: əgər bir xalq Allaha iman və saleh əməl ətrafında birləşsə, imkansız görünən möcüzələr biri o birindən sonra mümkün olar. Bu bizim həyatımızda baş verdi.127

İnqilabdan öncə xalqımızın həyatının özü bir ibrət səhnəsi idi. Həmin səhnə bu gün dünyanın bəzi yerlərində mövcuddur: azğın hakimiyyətlər, problem içində qalmış xalq, əldən çıxmış dünya və axirət, xalqın həyatına beynəlxalq kərkəslər, düşmən və bədxahlar tərəfindən uzanmış əl, orada yaşayıb nə dünyaları və nə axirətləri olan insanlar üçün qaranlıq gələcək! İnqilabdan öncə bizim vəziyyətimiz belə idi və bu gün də dünyada bəzi ölkələr belədir. İran xalqı bu ibrətdən yaxşı istifadə etdi. Bu istifadələrin biri səkkizillik müharibədə müqavimət göstərmək idi.

Bizim böyük imamımız – dünya durduqca onun pak ruhuna Allahın nuru və rəhməti olsun – təkrar-təkrar buyururdu ki, düşmən İranı geriyə, hərəkətə başladığı yerə qaytarmaq, keçmiş hasarın arxasında saxlamaq, ölkənin sərvətlərini, mədənlərini, xeyir-bərəkətlərini və insan əməyini mənimsəmək, özü və nökərləri üçün pul, ləzzət və sərvət toplamaq və xalqı yaşadığı fəlakət çalasında buraxmaq istəyir. Xalq imamın dəyərli sözlərini qəbul etdi, gənclər də həqiqəti anladılar. Buna görə səkkizillik cəbhə eposu yarandı. Bu gün siz və bütün xalqımız, hətta digər xalqlar da o qəhrəmanlıqdan dərs almalıdırlar.128

Bir xalqın görkəmli şəxsləri ölkələrinin taleyində o zaman təsirli ola bilərlər ki, çətin sınaq qarşısında qalsınlar. Bir zaman - 1941-ci ilin sentyabrında bir neçə diviziya şərqdən və bir neçə diviziya qərbdən ölkəyə daxil oldu, səmada bir neçə təyyarə göründü. Ölkənin ozamankı hərbi qüvvələri nəinki cəbhələrdə qalmadılar, qarnizonlardan da qaçdılar. Qarnizonlarda olanlar evlərinə sürüşüb, gizləndilər. Bir zaman da günorta saat 2-də imam elan etdi ki, xalq gedib Pavəni düşmənlərin əlindən alsın. Mərhum Şəhid Çəmran mənim özümə deyirdi ki, imamın müraciəti radiodan yayımlananda biz orada düşmənin mühasirəsində idik; hiss etdik ki, düşmən məğlub olmağa başlayır. Bir neçə saatdan sonra Pavəyə doğru izdiham yollandı. Mən həmin gün saat 4-5-də imamın evinə gedirdim. Gördüm ki, ümumiyyətlə, vəziyyət dəyişmişdir. Xalq küçələrdən maşınlara minir, korpusun bölmələrindən və cəbhəyə ezam mərkəzlərindən cəbhələrə yollanırdılar. Xalq həmin xalq idi, lakin beyninin düşüncəsi və məzmunu dəyişmşdi; amal əldə etmiş, kimliyinə vaqif olmuş, özünü tanımışdı.129

Bizim əziz ölkəmiz uzun əsrlər boyunca dəfələrlə hücuma məruz qalmışdır. Bizim dövrümüzdə də təcavüzkar, tamahkar və hakimiyyət dəliliyinə tutulmuş bir qonşumuz ölkəmizə hökmranlıq niyyətində olan İslam düşmənlərinin təhriki ilə bizə hücum etdi və bu xalq can-başla vətənini qorudu.

Xalqımız uzun illərdən sonra ilk dəfə əcnəbi təcavüzkarla döyüşdən qalib və başıuca çıxdı. 200 il idi xalqımız hər bir hücumda məğlub olurdu, düşmən evimizin içinə girirdi. Lakin İslam və İslam inqilabı sayəsində ilk dəfə olaraq xalqımız və silahlı qüvvələrimiz qürurla düşməni nakam qoya bildilər; elə bir düşmən ki, təkcə öz qüvvə və imkanları ilə gəlməmişdi, arxasında hegemon düşərgə dayanırdı, çoxları ona yardım edirdi. Bizim xalqımız və silahlı qüvvələrimiz belə bir düşmən üzərində qələbə çaldı.130
Polis

Bizim polisimiz bu gün çox fərqlənmişdir. Tağut dövrü yadımızdadır. Siz o zaman dünyada deyildiniz. İndi həmin dövrlə yerlə-göy qədər fərqlənmişdir. Bir zaman bu ölkədə polis məmurları adətən xalqda qorxu, təşviş və nigaranlıq yaratmaqdan başqa bir iş görmürdülər. Bu gün polis xalq üçündür, xalqın yanındadır, xalqa dayaqdır və xalqın etimadını qazanmışdır.131

Xalq hakimiyyəti olmayan tağut dövründə polis xüsusi təbəqələrin təhlükəsizliyini qorumaq üçün idi, xalqın başına nə gəlsəydi, əhəmiyyəti yox idi. Mən keçmiş rejim dövründə ölkənin sərhəd bölgələrində sürgündə olmuşam. Oranın hansı vəziyyətdə olduğunu görürdüm. Orada təhlükəsizlik bölgənin müftəxor və quldurlarına tapşırılmışdı. Təhlükəsizlik bölgə xanlarının, böyüklərinin və varlı adamlarının təhlükəsizliyindən ibarət idi, digərlərinin belə bir hüququ yox idi. Bu ölkənin müxtəlif bölgələrində, xüsusən də ucqar yerlərdə nüfuzlu bir adam öz nökərlərini, fəhlələrini, işçilərini döysəydi, öldürsəydi, həbs etsəydi, həyatdan silsəydi, onların və ailə-uşaqlarının təhlükəsizliyini pozsaydı, eybi yox idi, heç kəs demirdi ki, nə üçün bu işi gördünüz. Polisə şikayət etsəydilər, şikayət edən məhkum olurdu. Yəni “təhlükəsizlik” deyəndə ümumi deyil, xüsusi təbəqələrin təhlükəsizliyi nəzərdə tutulurdu.132
Quruculuq

Bu xalq inqilabın əvvəlində harada idi, bu gün haradadır?! Onda əlimizdə xarabalıqdan başqa bir şey yox idi. Bu ölkənin hər bir şeyi asılı idi. Keçmiş rejimdən qalanların çoxu asılı, bünövrəsiz və zəif sütunlar üzərində idi. Bu gün xalqımız hərəkət etmiş, güclənmiş, öz hərbi və siyasi gücünü sınamış, zalım və hegemon dünya qarşısında necə müqavimət göstərməyin lazım olduğunu bilmiş, quruculuğu təcrübə etmişdir. İndi Allahın lütfü ilə ölkənin hər yerində quruculuq fəaliyyəti hiss olunur.133

Məmurların ölkəni birtəhər idarə etməyə çalışdığı dövlətlə ölkədə əsaslı yenilik yaradıb, zaman boyu müstəbid şahların, xüsusən də mənfur və asılı Pəhləvi və son Qacar şahlarının dövründə yaratdıqları acınacaqlı durumdan xilas etməyə çalışan bir dövlət eyni deyil. Doğrudan da İranı və iranlını dünyada rüsvay etmiş, ölkənin hər bir sahəsini tənəzzülə uğratmışdılar. Belə bir şəraitdə kişilər möhkəm iradə ilə işə girişmiş, ölkə idarəsini öhdələrinə götürmüş, ağır yükləri çiyinlərinə almış, ölkəni mütərəqqi, hörmətli və beynəlxalq imicli bir ölkəyə çevirmək, bu böyük xalqı layiq olduğu yerə ucaltmaq istəyirlər.

İnqilabdan öncəki 80-90 illik dövrdə ya məmurların fəsadı olub, ya dövlət rəsmilərinin xəyanəti, ya əcnəbilərin müdaxiləsi, ya xalqın təhqiri. Bu gün İslam quruluşu inqilabın, xidmətçi və zəhmətkeş məmurların sayəsində xalqın şəxsiyyətinə uyğun dəyərli mövqeyə sarı sürətlə hərəkət edir.

Mənfur və azğın şah hakimiyyətində çox az insanları çıxmaqla hamısı fəsad içində idi. Düzdür, o zaman bəzi idarələrdə həqiqətən, şərəfli insanlar vardı. Biz həm icraçı, həm məhkəmə orqanlarında və həm silahlı qüvvələrdə iffətli və uca insanlar tanıyırdıq. Lakin o şərəfli insanlar öz iş yerlərində şərəflərini qorumaq üçün mübarizə aparırdılar. Bu nə deməkdir? Yəni o zamanın idarələri ümumi olaraq fəsad tələb edirdi. Nə üçün? Çünki yuxarıdan aşağıyadək hər yer fəsad içində idi. Nazir fəsad içində olduqda, ölkənin birinci dərəcəli podratçısı əcnəbilərlə əlbir olduqda, dövlət başçısı, yəni şahın özü əcnəbilərdən, öz xalqından və mümkün olan digər şəxslərdən rüşvət aldıqda digərlərinin halı bəllidir.

O zaman idarələri bilərəkdən fəsada bulaşdırırdılar. Üfunəti hər yeri bürümüş o fəsadçı və fəsad törədən rejim zamanı indiki beynəlxalq tənqidçilərin heç biri dillənmirdi.134

Bu 20 ildə ölkənin maddi quruculuğunda görülən işlər zalım Pəhləvi hökumətinin bütün dövründə və ondan öncə görülməmişdir. Bu müddətdə ölkənin övladlarının və inqilabın yetirmələrinin əli ilə əziz xalqımıza təqdim olunan xidmətlərin həcminin uzun siyahısı var. Əlbəttə, bütün bunların başında, inqilabın elm və abadlaşdırma sahəsinə ən mühüm xidməti özünəinam hissidir. Bu, son əsrlərdə xalqımızın itirdiyi sərvəti idi. Bu sərvət Qərbin əlaltısı olan bacarıqsız padşahların böyük günahı nəticəsində məhv edilmişdi. Bu gün iranlı özünün ölkənin idarəsinə, quruculuğa, maneləri dəf etməyə, yaradıcılığa və yeniliyə qadir olduğunu hiss edir. Bu hər bir xalqı öz məqsədlərinə çatmaqda uğurlu edən tükənməz sərvətdir. Ötən 20 ildə elm, sənaye, hərb və siyasət sahəsində bütün bu nailiyyətləri xalqımıza nəsib edən budur.

İnqilabın 20 illik fəaliyyətinin məhsulu olan mənəvi quruculuq, din və mənəviyyatın, milli istiqlaliyyət və başucalığının, xalqın müxtəlif təbəqələrinin siyasi azadlıq və aydınlığının inkişafı xalqımızın fəxrinə və başucalığına, eləcə də digər xalqların və insafı olan görkəmli şəxsiyyətlərin tərifinə səbəb olmuşdur. Xalqımızın bu üç məsələdə nailiyyətlərinin şah dövrü ilə müqayisəsi çox öyrədicidir. O dövrdə mənəviyyat və din tamamilə təcrid olunmuş, fəsad və özbaşınalıq hər yeri bürümüşdü, düşüncə və elm sahiblərinin danışıb-yazması qadağan olunmuşdu, siyasi diktatura ölkə mühitini qaraltmışdı, xalq əcnəbilərin siyasətlərinə məhkum olmuş, bütünlüklə qlobal, regional və hətta ölkə məsələlərindən məhrum qalmışdı. İran ABŞ-ın, İngiltərənin, sionizmin və xarici oliqarxların iradəsinin icra olunduğu yer, iranlı onların siyasətlərinin əsiri, şah isə asılı və muzdur idi.

Bu gün inqilabın sayəsində düşmənlər tərəfindən yüzlərlə iqtisadi, siyasi və mədəni təxribata rəğmən, İran xalqı ayıq və aktiv, məmurlar, rəsmi şəxslər çalışqan və qayğıkeş, gənclərin istedadı çiçəklənməkdə, maddi və mənəvi quruculuq layihələri xalqın əli ilə inkişaf halında, ölkənin dünyadakı başucalığı və müstəqilliyi dillər əzbəri, xalqla məmurlar arasında əlaqə misilsiz, xalqın və hökumətin deviz və məqsədləri eyni, hamı böyük, abad, vahid və müsəlman ölkələrə nümunə olacaq ölkə naminə hərəkətdə, gələcək də aydın və parlaqdır.135

Biz azğın və asılı rejimlər səbəbindən uzun illər beynəlxalq rəqabətlərdən kənarda qaldıq. Bir zaman elm və mədəniyyətin avanqardı olmuş xalqımız zalım şahların və antixalq qüvvələrin hökmranlığı səbəbindən elə vəziyyətə düşdü ki, dünyada elmi və siyasi müsabiqənin başlandığı təxminən 200 il öncədən bu yana yarışdan uzaq qaldı. Digər xalqlarla rəqabətə qoşulmayan bir xalqın təbii olaraq istedadları passivləşir və uğurları dəyərdən düşür. Siz güclü, fəal və həvəskar bir idman komandasını təsəvvür edin. Onu yarışlara buraxmasalar, təbii ki, bacarıqları azalar və itər. Bizim xalqımıza qarşı bu işi gördülər.

Uzun illər asılı, fəsadçı, bacarıqsız qüvvələrin və zalım padşahların xalqımızı bu duruma salmalarına baxmayaraq, İslam inqilabı vasitəsilə bu yola qapı açılan kimi və xalqımız beynəlxalq rəqabətlərə qatılan kimi böyük nailiyyətlər əldə etdi, bu gün həm elmi, həm siyasi sahələrdə dünyada tanınmış bir xalqdır. Elm sahələrində biz bu dövrə nisbətən inkişaf etmişik. Əlbəttə, 200 illik gerilikləri 20-30 il ərzində düzəltmək olmaz. Lakin 20 ildən artıq sürən bu dövrdə biz həmin zamana nisbətən olduqca sürətlə irəliləmişik. Bu gün bizim gənclərimizin nüvə enerjisi, kök hüceyrələr, onurğa beyni və digər onlarla sahədə nailiyyətləri var, ölkəmizin görkəmli elm adamları dünyada parlayıb, xalqların tərifini qazana bilmişlər.

Siyasi rəqabətlərdə də belədir. Bu gün İran İslam Respubilkasının siyasi mövqeyi istər region, istər dünya səviyyəsində çoxlu tərəfdara malikdir və dinləməyə layiqdir. Ölkəmizin məmurları həm beynəlxalq toplantılarda, həm digər ölkələrə səfərlərində, həm də öz mövqelərində dəyərli və bir növ meyardırlar. Bu vəziyyət xalqımızın uyğun istedadının göstəricisidir.

Bizim xalqımız beynəlxalq siyasi leksikona yeni sözlər sala bilmişdir. Dünya dini demokratiyanın nə olduğunu bilmirdi, bu gün isə bütün müsəlman xalqlar arasında ideal şüardır. Dünya istismarçı sistemin tərifini bilmirdi, onu bizim xalqımız tərif və siyasi ədəbiyyata daxil etdi. Ölkə idarəsinin, siyasətin və qanunun dinə əsaslanması da xalqımızın daxil etdiyi yeni anlayışlardır. Deməli, biz beynəlxalq müsabiqələrə - elm, siyasət, sənaye, iqtisadiyyat və mədəniyyət yarışlarına qatılıb qısa müddətdə müvəffəqiyyətə, uzun müddətdə isə ən üstün olmağa ümid bəsləyə bilərik.136


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə