"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə



Yüklə 294,07 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix21.04.2018
ölçüsü294,07 Kb.
#39866
  1   2   3   4   5   6   7   8   9   10   11


"Birləşmiş  Millətlər  Təşkilatının  "İqlim  Dəyişmələri  haqqında"  Çərçivə 

Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



I.  Azərbaycan  Respublikası  "Birləşmiş  Millətlər  Təşkilatının  "İqlim  Dəyişmələri 

haqqında"  Çərçivə  Konvensiyasına  dair"  1997-ci  il  dekabrın  11-də  Kioto  şəhərində  qəbul 

olunmuş Protokoluna qoşulsun. 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.  



 

Azərbaycan Respublikasının Prezidenti   HEYDƏR ƏLİYEV 

Bakı şəhəri, 18 iyul 2000-ci il 

              № 912-IQ 

 

 



BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 

  

KİOTO PROTOKOLU 

  

MÜQƏDDİMƏ 

  

 1992-ci  ildə  Birləşmiş  Millətlər  Təşkilatının  İqlim  dəyişmələri  haqqında  Çərçivə 



Konvensiyasını  qəbul  edərək  hökumətlər  gələcəkdə  onun  daha  fəal  tədbirlərin  həyata 

keçirilməsi üçün əsas olacağını təsdiq etdilər. Daimi informasiya mübadiləsi, araşdırmalar və 

müzakirələr  nəzərdə  tutan  bu  Konvensiya,  siyasi  idarə  və  elmi  biliklərin  inkişafı  nəzərə 

alınmaqla, əlavə öhdəliklər götürməyə imkan verir. 

 İnkişaf etmiş ölkələrin öhdəliklərinin məqsədə uyğunluğu, ilk dəfə 1995-ci ildə Berlində 

keçirilən  Tərəflər  Konfransının  (TK-1)  birinci  sessiyasında  nəzərdən  keçirilmişdir.  Tərəflər, 

inkişaf  etmiş  ölkələrin  2000-ci  il  üçün  tullantı  səviyyələrinin  1990-cı  il  səviyyəsinə 

endirilməsinə yönəlmiş öhdəliklərinin Konvensiyanın «İqlim sisteminə təhlükəli antropogen 

təsirə»  yol  verməməkdən  ibarət  olan  uzunmüddətli  məqsədlərə  nail  olmaq  üçün  müvafiq 

olması qərarına gəlmişlər. 

 Bunu  nəzərə  alaraq,  nazirlər  və  digər  yüksək  vəzifəli  şəxslər  Berlin  mandatının  qəbul 

etmiş  və  inkişaf  etmiş  ölkələrin  öhdəliklərini  gücləndirmək  məqsədi  ilə  yeni  danışıqlar 

mərhələsinə başlamışlar. Razılaşmanın işlənməsi üçün Berlin mandatı üzrə xüsusi qrup təsis 

edilmiş,  hansı  ki,  özünün  8  sessiyasını  keçirərək  Tərəflər  Konfransının  3-cü  sessiyasına 

yekun danışıqları üçün mətn təqdim etmişdir. 

 1997-ci  ilin  dekabrında  Yaponiyanın  Kioto  şəhərində  keçirilən  bu  mühüm  müşavirədə 

təqribən  10000  nümayəndə,  müşahidəçi  və  jurnalist  iştirak  etmişdir.  Konsensus  əsasında 

qəbul olunmuş qərarda /I/T.K3/ Konfrans inkişaf etmiş sənaye ölkələrinin 2008-2012-ci illər 

üçün  parnik  qazlarının  ümumi  tullantısını  1990-cı  il  səviyyəsi  ilə  müqayisədə  ən  azı  5% 

ixtisar  edəcəkləri  haqqında  Protokol  qəbul  etmək  qararına  gəlmişdi.  Bu  hüquqi  öhdəlik 

təxminən 150 il əvvəl başlamış tullantıların artırılması istiqamətində tarixi dönüş olacağına 

ümid verir. 




 Kioto  Protokolu  16  mart  1998-ci  ildə  imzalanmaq  üçün  açılmışdır.  O,  Konvensiya 

Tərəflərinin ən azı 55 tərəfi - payına ümumi karbon dioksidi tullantılarının minimum 55%-i 

düşən inkişaf etmiş sənaye ölkələri qrupuna daxil olan ölkələr tərəfindən təsdiq edildikdən 

90 gün sonra qüvvəyə minir. Buna baxmayaraq, Konvensiya Tərəfləri öz öhdəliklərini yerinə 

yetirməkdə və gələcəkdə Protokolun həyata keçirilməsinə hazırlaşacaqlar. 

  

  



MÜNDƏRİCAT 

  

 İqlim  dəyişmələri  haqqında  Birləşmiş  Millətlər  Təşkilatının  Çərçivə  Konvensiyasının 



Kioto  Protokolunun  maddələri  sərlövhəsizdir,  aşağıda  göstərilən  ümumi  xarakterli 

sərlövhələr  yalnız  mətnlə  işi  yüngülləşdirmək  üçün  nəzərdə  tutulmuş  və  3-cü  səhifədə 

başlanan rəsmi mətnin bir hissəsi hesab olunmur. 

 Preambula: 

 1. Qərarlar. 

 2. Siyasət və tədbirlər. 

 3.  Tullantıların  məhdudlaşdırılması  və  ixtisara  salınması  üzrə  müəyyən  kəmiyyət 

öhdəlikləri. 

 4. Öhdəliklərin birgə yerinə yetirilməsi. 

 5. Metodoloji məsələlər. 

 6. Tullantıların azaldılması, vahidlərinin təhvili və əldə edilməsi /birgə həyata keçirmə. 

 7. İnformasiyanın ötürülməsi. 

 8. İnformasiyanın nəzərdən keçirilməsi. 

 9. Protokolun nəzərdən keçirilməsi. 

 10. Mövcud öhdəliklərin yerinə yetirilməsinə sonrakı yardım. 

 11. Maliyyə mexanizmi. 

 12. Təmiz inkişaf mexanizmi. 

 13. Tərəflər Konfransı kimi fəaliyyət göstərən Tərəflər müşavirəsi. 

 14. Katiblik. 

 15. Köməkçi orqanlar. 

 16. Çoxtərəfli məşvərət prosesi. 

 17. Tullantılar ticarəti. 

 18. Riayətsizlik. 

 19. Mübahisələrin nizama salınması. 

 20. Düzəlişlər. 

 21. Onlara əlavə və düzəlişlərin qəbul edilməsi. 

 22. Səs hüququ. 

 23. Depozit. 

 24. İmzalanma, təsdiqləmə, qəbul etmə, bəyənmə və ya qoşulma. 

 25. Qüvvəyə minmə. 

 26. Təshihlər. 

 27. Çıxış. 

 28. Əslinə uyğun mətnlər. 

  

Əlavə A: Parnik qazları və sahə/mənbə kateqoriyaları 



Əlavə B: Tullantılar üzrə Tərəflərin öhdəlikləri 


  

 Aşağıda  göstərilən  cədvəl  və  Tərəflər  Konvensiyasının  üç  qərarı  Kioto  Protokolunun 

tərkib  hissəsi  deyildir  və  Protokolun  qəbulu  və  həyata  keçirilməsi  ilə  bağlı  informasiya 

mənbəyi kimi buraya daxil edilmişdir. 

 Qərar  1/T.K.3:  Birləşmiş  Millətlər  Təşkilatının  İqlim  dəyişmələri  üzrə  Çərçivə 

Konvensiyasına Kioto Protokolunun qəbul edilməsi. 

 Qərar 2/T.K.3: Kioto Protokolu ilə bağlı olan metodoloji məsələlər. 

 Qərar 3/T.K.3: Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərinin yerinə yetirilməsi. 

 Cədvəl: Kioto Protokolunun 25-ci maddəsinin məqsədlərinə uyğun olaraq 1990-cı ildə 1-

ci əlavəyə daxil edilmiş Tərəflərin ümumi karbon dioksid tullantıları. 

  

  

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Haqqında 



Çərçivə Konvensiyasının 

KİOTO PROTOKOLU 

  

 Bu Protokolun Tərəfləri, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə 



Konvensiyasının Tərəfləridirlər. 

 2-ci  maddədə  göstərildiyi  kimi,  Konvensiyanın  son  məqsədinə  nail  olmaq  məramı  ilə 

Konvensiya nizamnaməsinə istinad edərək,  

Konvensiyanın 3-cü maddəsini əldə rəhbər tutaraq, Tərəflər Konvensiya Konfransının 1-

ci sessiyası qərarı ilə 1/T.K.1 qəbul olunmuş Berlin mandatının yerinə yetirilməsi üçün,  

aşağıdakılar haqqında razılığa gəlmişlər: 

  

M a d d ə   1    



  

 Bu Protokolun məqsədləri üçün Konvensiyanın 1-ci maddəsində rast gəlinən tərəflərdən 

istifadə olunur. Bundan başqa: 

 1. «Tərəflər Konfransı» dedikdə Konvensiyanın Tərəflər Konfransı nəzərdə tutulur. 

 2. «Konvensiya» Birləşmiş Millətlər Təşkilatının 1992-ci il mayın 9-də Nyu-Yorkda qəbul 

edilmiş İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası deməkdir. 

 3.  «İqlim  dəyişmələri  üzrə  hökumətlərarası  ekspertlər  qrupu»  Ümumdünya 

meteorologiya  Təşkilatı  və  Birləşmiş  Millətlər  Təşkilatının  ətraf  mühitin  mühafizəsi  üzrə 

1988-ci  il  Proqramı  tərəfindən  birgə  təsis  olunmuş  İqlim  dəyişmələri  üzrə  hökumətlərarası 

ekspertlər qrupu deməkdir. 

 4.  «Monreal  Protokolu»  sonralar  edilmiş  dəyişiklik  və  güzəştlərlə  1987-ci  il  sentyabrın 

16-də  Monrealda  qəbul  edilmiş,  ozon  qatını  dağıdan  maddələr  üzrə  Monreal  Protokolu 

deməkdir. 

 5. «Səsverməyə gələn və iştirak edən Tərəflər» lehinə və ya əleyhinə səs verən və iştirak 

edən Tərəflər deməkdir. 

 6. Əgər ümumi mətndən başqa məna alınmırsa, «Tərəf» bu Protokolun Tərəfi deməkdir. 

 7.  1-ci  əlavəyə  daxil  edilmiş  Tərəf,  düzəlişlər  edilə  biləcək  Konvensiyaya  olan  birinci 

əlavəyə daxil edilmiş Tərəf, ya da Konvensiyanın 4-cü maddəsinin 2/q bəndinə uyğun olaraq 

bildiriş təqdim edən Tərəf deməkdir. 

  

M a d d ə   2    




Yüklə 294,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə