Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının təsdiq edilməsi haqqında



Yüklə 152,35 Kb.
səhifə1/5
tarix31.08.2018
ölçüsü152,35 Kb.
#65916
  1   2   3   4   5

Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:



I.  2004-cü il fevralın 27-də imzalanmış Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası Azərbaycan Respublikasının ona dair qeyd şərtləri və bəyanatları ilə (qeyd-şərtlərin və bəyanatların mətnləri əlavə olunur) təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2005-ci il

                         № 1003-IIQ

 

Birləşmiş Millətlər Təşkilatının korrupsiya əleyhinə



KONVENSİYASI

Baş  Assambleyanın  2003-cü  il 31  oktyabr  tarixli

57/169  nömrəli  Qətnaməsi  ilə  qəbul edilmişdir

PREAMBULA

Bu Konvensiyanın iştirakçısı olan Dövlətlər,

korrupsiyanın, demokratik institutları və dəyərləri, etik dəyərləri və əda-ləti sarsıdaraq, davamlı inkişafa və hüququn aliliyinə xələl gətirərək, cəmiyyətin stabilliyi və təhlükəsizliyi üçün doğurduğu problemlərin və təhdidlərin ciddiliyindən narahat olaraq,

həmçinin korrupsiya və cinayətkarlığın digər formaları, xüsusən mütəşəkkil cinayətkarlıq və iqtisadi cinayətkarlıq, o cümlədən pul vəsaitlərinin yuyulması arasında əlaqələrdən narahat olaraq,

dövlətlərin resurslarının xeyli hissəsini təşkil edə bilən böyük həcmli aktivlərlə bağlı olan, bu dövlətlərin siyasi stabilliyini və sabit inkişafını təhlükə altına qoyan korrupsiya hallarından narahat olaraq,

korrupsiyanın artıq lokal problem deyil, bütün ölkələrin cəmiyyət və iqtisadiyyatına toxunan, buna görə də qarşısının alınması və əleyhinə mübarizə aparılması sahəsində beynəlxalq əməkdaşlığın müstəsna dərəcədə vacib əhəmiyyət kəsb etdiyi transmilli bir təzahür olmasına əmin olaraq,

korrupsiyanın səmərəli surətdə qarşısının alınması və ona qarşı mübarizə aparılması üçün ümum əhatəli və çox şaxəli yanaşmanın zəruriliyinə inanaraq,

texniki yardımın mövcudluğunun, habelə potensialı artırmaq və institutlar yaratmaq yolu ilə, korrupsiyanın səmərəli surətdə qarşısının alınması və ona qarşı mübarizə aparılması sahəsində dövlətlərin imkanlarını genişləndirəcəyini qət edərək,

qanunsuz olaraq şəxsi var-dövlət əldə edilməsinin demokratik təsisatlara, milli iqtisadiyyata və hüquq qaydalarına ciddi ziyan vura bilməsinə əmin olaraq,

qanunsuz əldə edilmiş aktivlərin beynəlxalq köçürmələrinin daha səmərəli surətdə qarşısını almaq, onları aşkarlamaq və dəf etmək, habelə aktivlərin geri qaytarılması üzrə tədbirlər görülməsi sahəsində beynəlxalq əməkdaşlığı möhkəmlətmək əzmi ilə çıxış edərək,

cinayət təqibi, mülki və ya inzibati icraat gedişində əmlak hüquqlarının müəyyən edilməsi üçün düzgün hüquq tətbiqinin əsas prinsiplərini təsdiq edərək,

korrupsiyanın qarşısının alınması və aradan qaldırılmasının bütün dövlətlərin vəzifəsi olduğunu, bu sahədə öz səylərinin səmərəliliyini təmin etmək üçün dövlətlərin bir-biri ilə əməkdaşlıq etməli, habelə dövlət sektorundan xaricdə ayrı-ayrı şəxslərin və qrupların, məsələn vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, icma bazasında fəaliyyət göstərən təşkilatların dəstəyinə və iştirakına güvənməli olduğunu nəzərə alaraq,

həmçinin dövlət işlərinin və dövlət əmlakının düzgün idarə olunması, ədalət, məsuliyyət və qanun qarşısında bərabərlik prinsiplərini, vicdanlılığın təmin olunması, korrupsiyanı istisna edən mədəniyyətin formalaşmasına imkan yaradılması zərurətini nəzərə alaraq,

Cinayətkarlığın qarşısının alınması və cinayət mühakiməsi Komissiyasının və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə aparılması sahəsində gördüyü işlərə yüksək qiymət verərək,

digər beynəlxalq və regional təşkilatların, məsələn Afrika İttifaqının, Avropa Birliyinin, Ərəb Dövlətləri Liqasının, Amerika Dövlətləri Təşkilatının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Avropa Şurasının və Gömrük Əməkdaşlığı Şurasının (həmçinin Ümumdünya Gömrük Təşkilatı kimi tanınır) bu sahədə apardığı işlərə istinad edərək,

korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizə sahəsində çoxtərəfli sənədlərə, o cümlədən Amerika Dövlətləri Təşkilatı tərəfindən 29 mart 1996-cı il tarixdə qəbul olunmuş Korrupsiya ilə mübarizəyə dair Amerika konvensiyasına, Avropa Birliyinin Şurası tərəfindən 26 may 1997-ci il tarixdə qəbul olunmuş Avropa İttifaqının vəzifəli şəxsləri və Avropa Birliyinə üzv dövlətlərin vəzifəli şəxsləri ilə bağlı korrupsiyaya qarşı mübarizəyə dair Konvensiyaya, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 21 noyabr 1997-ci il tarixdə qəbul olunmuş Beynəlxalq kommersiya əqdlərində xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınmasına qarşı mübarizəyə dair Konvensiyaya, Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 27 yanvar 1999-cu il tarixdə qəbul olunmuş Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyaya, Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 4 noyabr 1999-cu il tarixdə qəbul olunmuş Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında Konvensiyaya və Afrika İttifaqı dövlət və hökumət başçıları tərəfindən 12 iyul 2003-cü il tarixdə qəbul olunmuş Korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizə haqqında Afrika İttifaqı Konvensiyasına rəğbət hissi ilə diqqət yetirərək,

Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasının 29 sentyabr 2003-cü il tarixdə qüvvəyə minməsini alqışlayaraq,

aşağıdakılar barəsində razılığa gəlmişlər:

Fəsil   I

ÜMUMİ MÜDDƏALAR

ad də    1

Məqsədlər

Bu Konvensiyanın məqsədləri aşağıdakılardır:

a)      korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizənin daha səmərəli və təsirli qurulması üçün tədbirlərin təşviq edilməsi və gücləndirilməsi;

b)  korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizə, habelə aktivlərin geri qaytarılması üzrə tədbirlər görülməsi sahəsində beynəlxalq əməkdaşlığın və texniki yardımın təşviq edilməsi, asanlaşdırılması və dəstəklənməsi;

c)  dövlət işlərinin və dövlət əmlakının idarə olunması zamanı vicdanlılığın, məsuliyyətliliyin və düzgün idarəçiliyin təşviq edilməsi.

 

Maddə   2



Anlayışlar

Bu Konvensiyanın məqsədləri üçün:

a) "dövlət vəzifəli şəxs" dedikdə: i) İştirakçı Dövlətin qanunverici, icra, inzibati və ya məhkəmə orqanlarında daimi və ya müvəqqəti əsaslarla, əmək haqqı almaqla və ya almadan, təyinetmə və ya seçki əsasında hər hansı vəzifə tutan, vəzifə səviyyəsindən asılı olmayaraq hər hansı şəxs; ii) dövlət təsisatı və dövlət müəssisəsi də daxil olmaqla hər hansı dövlət funksiyası yerinə yetirən, yaxud İştirakçı Dövlətin daxili qanunvericiliyi ilə müəyyən edildiyi kimi və ya qanunvericiliyin müvafiq sahəsində qəbul olunduğu kimi hər hansı dövlət xidmətləri göstərən istənilən digər şəxs; iii) İştirakçı Dövlətin daxili qanunvericiliyində "dövlət vəzifəli şəxs" kimi qəbul olunan hər hansı digər şəxs başa düşülür. Bununla belə, bu Konvensiyanın IIfəslində nəzərdə tutulmuş bəzi konkret tədbirlərin məqsədləri üçün "dövlət vəzifəli şəxs" dedikdə, İştirakçı Dövlətin daxili qanunvericiliyi ilə müəyyən edildiyi kimi və ya qanunvericiliyin müvafiq sahəsində qəbul olunduğu kimi, hər hansı dövlət funksiyaları yerinə yetirən və ya hər hansı dövlət xidmətləri göstərən istənilən şəxs nəzərdə tutla bilər;

b)  "xarici dövlət vəzifəli şəxs" dedikdə, xarici dövlətin qanunvericilik, icra, inzibati və ya məhkəmə orqanlarında təyinetmə və ya seçki əsasında hər hansı vəzifə tutan hər hansı şəxs; habelə dövlət təsisatı və dövlət müəssisəsi də daxil olmaqla, xarici dövlət üçün hər hansı dövlət funksiyalarını yerinə yetirən şəxs başa düşülür;

c)  "dövlətlərarası beynəlxalq təşkilatın qulluqçusu" dedikdə, bu təşkilat tərəfindən onun adından fəaliyyət göstərmək üçün icazə verilmiş beynəlxalq qulluqçu və ya istənilən digər şəxs nəzərdə tutulur;

d)  "əmlak" dedikdə, maddi və ya qeyri-maddi, daşınar və ya daşınmaz əşyalarda və ya hüquqlarda ifadə edilən istənilən aktivlər, habelə belə aktivlərə mülkiyyət hüququnu və ya onlarla bağlı marağı təsdiq edən hüquqi sənədlər və aktlar başa düşülür;

e)      "cinayət yolu ilə əldə edilmiş gəlirlər" dedikdə, hər hansı cinayətin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə edilmiş və ya alınmış hər hansı əmlak başa düşülür;

f)        "həbs" və ya "götürmə" dedikdə, məhkəmənin və ya digər səlahiyyətli orqanın qərarı ilə əmlakın verilməsinin, dəyişdirilməsinin, özgəninkiləşdirilməsinin və ya daşınmasının müvəqqəti olaraq qadağan edilməsi, yaxud belə əmlaka müvəqqəti olaraq sahiblik edilməsi və ya bu əmlaka müvəqqəti nəzarət edilməsi başa düşülür;

g)      "müsadirə" dedikdə, məhkəmənin və ya digər səlahiyyətli orqanın qərarı ilə əmlakdan həmişəlik məhrum etmə başa düşülür;

h) "əsas hüquqpozma" dedikdə, törədilməsi nəticəsində bu Konvensiyanın 23-cü maddəsi ilə müəyyən edilən hüquqpozmanın predmeti ola bilən gəlirin əldə edilməsinə səbəb olan hüquqpozma başa düşülür;

i) "nəzarətli göndəriş" dedikdə, hər hansı hüquqpozmanın istintaqı və onun törədilməsində iştirak edən şəxslərin aşkara çıxarılması məqsədilə bir və ya bir neçə dövlətin ərazisində bu dövlətlərin səlahiyyətli orqanlarını məlumatlandırmaqla və onların nəzarəti altında qanunsuz və ya şübhəli yük partiyalarının gətirilməsi, keçirilməsi və aparılmasını nəzərdə tutan metod başa düşülür.

M a d d ə   3



Tətbiq sahəsi

1.       Bu Konvensiya, müvafiq müddəalarına uyğun olaraq, korrupsiyanın qarşısının alınması, istintaqı və cinayət təqibinə, habelə bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlər üzərinə həbs qoyulması, onların götürülməsi, müsadirəsi və geri qaytarılmasına tətbiq olunur.

2.       Bu Konvensiyanın məqsədləri üçün, əgər onda başqa qayda nəzərdə tutulmamışdırsa, göstərilən hüquqpozmalar nəticəsində dövlətin əmlakına zərər və ya ziyan vurulması vacib sayılmır.

M add ə   4



Suverenliyin qorunması

1.         İştirakçı Dövlətlər bu Konvensiyada müəyyən olunmuş öhdəliklərini dövlətlərin suveren bərabərliyi və ərazi bütövlüyü, habelə dövlətlərin daxili işlərinə qarışmama prinsiplərinə uyğun olaraq həyata keçirirlər.

2.         Bu Konvensiyanın heç bir müddəası İştirakçı Dövlətə başqa dövlətin ərazisində bu dövlətin daxili qanunvericiliyi ilə müstəsna olaraq onun öz orqanlarının səlahiyyətinə aid edilmiş yurisdiksiyanı və ya funksiyaları həyata keçirmək hüququ vermir.

        Fəsil   II

                       KORRUPSİYANIN QARŞISININ ALINMASI ÜZRƏ TƏDBİRLƏR

        M addə   5



Korrupsiyanın qarşısının alınması

və ona qarşı əks-təsir siyasəti və praktikası

1.       Hər bir İştirakçı Dövlət öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, cəmiyyətin korrupsiya ilə mübarizədə iştirakını təşviq edən, qanunun aliliyi, dövlət işlərinin və dövlət əmlakının düzgün idarə olunması, vicdanlılıq, şəffaflıq və məsuliyyətlilik prinsiplərini özündə əks etdirən korrupsiyaya qarşı səmərəli və uzlaşdırılmış siyasət hazırlayır və tətbiq edir.

2.       Hər bir İştirakçı Dövlət korrupsiya ilə mübarizə praktikasının səmərəli növlərini müəyyən etməyə və təşviq etməyə səy göstərir.

3.       Hər bir İştirakçı Dövlət müvafiq hüquqi sənədlərin və inzibati tədbirlərin korrupsiyanın qarşısının alınması və onunla mübarizə baxımından uyğunluğunu müəyyən etmək üçün onların dövri dəyərləndirilməsinə səy göstərir.

4.       İştirakçı Dövlətlər, lazım gəldikdə və öz hüquq sistemlərinin əsas prinsiplərinə uyğun olaraq, bu maddədə göstərilən tədbirlərin hazırlanması və inkişaf etdirilməsində bir-biri ilə və müvafıq beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət göstərirlər. Belə qarşılıqlı fəaliyyət korrupsiya ilə mübarizəyə yönəlmiş beynəlxalq proqram və layihələrdə iştirak formasında da ola bilər.

M addə   6



Korrupsiyanın qarşısının alınması üzrə orqan və ya orqanlar

1.  Hər bir İştirakçı Dövlət öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, aşağıdakı tədbirlər vasitəsilə korrupsiyanın qarşısının alınması sahəsində fəaliyyət göstərən orqanı, lazım gəldikdə, orqanları yaradır:

a)        bu Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulan siyasətin həyata keçirilməsi və lazım gəldikdə, bu siyasətin həyata keçirilməsinə nəzarət edilməsi və onun koordinasiyası;

b)   korrupsiyanın qarşısının alınması məsələləri üzrə biliklərin genişləndirilməsi və yayılması.

 

2.       Hər bir İştirakçı Dövlət bu maddənin 1-ci bəndində göstərilən orqan və ya orqanların öz funksiyalarını səmərəli surətdə və hər hansı kənar təsirdən azad şəraitdə həyata keçirə bilməsi üçün, daxili hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, onların zəruri müstəqilliyini təmin edir. Göstərilən məqsədlə, zəruri maddi resursları və ixtisaslı heyəti, bu heyətin üzərinə düşən funksiyaların yerinə yetirilməsi üçün tələb olunan hazırlığı təmin etmək lazımdır.



3.       Hər bir İştirakçı Dövlət korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində digər İştirakçı Dövlətlərə kömək göstərəcək orqan və ya orqanlarının ad və ünvanları barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə məlumat verir.

Maddə   7



Dövlət sektoru

1. Hər bir İştirakçı Dövlət lazım gəldikdə və öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, dövlət qulluqçularının işə qəbulunun, seçilməsinin, qulluq keçməsinin, qulluqda irəli çəkilməsinin və istefaya çıxmasının elə bir sistemini yaratmağa, təmin etməyə və möhkəmləndirməyə çalışır ki, bu sistem:

a)  səmərəlilik, şəffaflıq prinsiplərinə və layiqlilik, ədalətlilik və bacarıqlılıq kimi obyektiv meyarlara əsaslanır;

b)  korrupsiyaya xüsusilə  həssas  olan  dövlət vəzifələrini  tutmaq üçün şəxslərin seçilməsi və hazırlanmasının, lazım gəldikdə, bu şəxslərin digər vəzifələrə yerdəyişməsinin adekvat prosedurlarını nəzərdə tutur;

c)      İştirakçı Dövlətin iqtisadi inkişaf səviyyəsini nəzərə alan müvafiq əmək haqlarının ödənilməsinə və ədalətli maaşların müəyyən olunmasına imkan verir;

d)      bu şəxslərin dövlət funksiyalarmı düzgün, vicdanla və lazımi qaydada yerinə yetirməsi üçün təhsil və tədris proqramlarının həyata keçirilməsinə imkan verir, habelə öz funksiyalarının yerinə yetirilməsindən irəli gələn korrupsiya riskləri barədə məlumatlandırmaq üçün onların ixtisaslaşmış və müvafiq hazırlığını təmin edir. Belə proqramlar tətbiq edilən sahələr üzrə etik davranış kodekslərinə və standartlarına istinad edə bilər.

2.        Dövlət vəzifələrinə namizədliyə və seçkiyə aid meyarları müəyyən  etmək üçün hər bir İştirakçı Dövlət bu Konvensiyanın məqsədlərinə və öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olan müvafiq qanunvericilik və inzibati tədbirlərin qəbul olunması məsələsini nəzərdən keçirir.

3.        Hər bir İştirakçı Dövlət seçkili dövlət vəzifələrinə namizədliyin maliyyələşdirilməsində və mümkün hallarda siyasi partiyaların maliyyələşdirilməsində şəffaflığı gücləndirmək üçün bu Konvensiyanın məqsədlərinə və öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olan müvafiq qanunvericilik və inzibati tədbirlərin qəbul olunması məsələsini də nəzərdən keçirir.

4.        Hər bir İştirakçı Dövlət öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq şəffaflığı təmin edən və maraqların toqquşmasının qarşısını alan sistemləri yaratmağa, saxlamağa və möhkəmləndirməyə səy göstərir.

Maddə   8



Dövlət vəzifəli şəxslər üçün davranış kodeksləri

1.      Korrupsiya ilə mübarizə məqsədilə hər bir İştirakçı Dövlət, digər tədbirlərlə yanaşı həmçinin daxili hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, öz dövlət vəzifəli şəxslərinin vicdanlılığını, şərəfliliyini və məsuliyyətliliyini təşviq edir.

2.       Xüsusilə, hər bir İştirakçı Dövlət, dövlət funksiyalarının düzgün, vicdanla və lazımi qaydada yerinə yetirilməsi üçün öz institusional və hüquqi sistemləri çərçivəsində davranış kodekslərini və standartlarım tətbiq etməyə çalışır.

3.       Bu maddənin müddəalarının tətbiq edilməsi üçün hər bir İştirakçı Dövlət, lazım gəldikdə və öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, regional, regionlararası və çoxtərəfli təşkilatların müvafiq təşəbbüslərini, məsələn, Baş Assambleyanın 12 dekabr 1996-cı il tarixli 51/59 qətnaməsinin əlavəsində əks olunmuş dövlət vəzifəli şəxslərin beynəlxalq davranış kodeksini
nəzərə alır.

4.       Hər bir İştirakçı Dövlət, dövlət vəzifəli şəxslərin öz funksiyalarını yerinə yetirən zaman aşkar etdiyi korrupsiya əməlləri barədə müvafiq orqanlara xəbər verməsinə şərait yaradan tədbir və sistemləri müəyyən etmək məsələsini də öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq nəzərdən keçirir.

5.       Hər bir İştirakçı Dövlət, lazım gəldikdə və öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, dövlət vəzifəli şəxslər qismində onların vəzifələrinə münasibətdə maraqlar toqquşması yarada bilən, digərləri ilə yanaşı həmçinin qulluqdan kənar fəaliyyəti, məşğuliyyəti, investisiyaları, aktivləri və əhəmiyyətli hədiyyələri və ya faydaları barədə müvafiq orqanlara bəyannamə vermək öhdəliyini doğuran tədbir və sistemləri müəyyən etməyə çalışır.

6.       Hər bir İştirakçı Dövlət bu maddəyə uyğun olaraq qəbul edilmiş kodeksləri və standartları pozan dövlət vəzifəli şəxslər barəsində intizam və digər tədbirlər görülməsi məsələsini öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun surətdə nəzərdən keçirir.

Maddə   9

Dövlət satınalmaları və dövlət maliyyəsinin idarə edilməsi

1.  Hər bir İştirakçı Dövlət, digər məsələlərlə yanaşı, həmçinin korrupsiyanın qarşısının alınmasında səmərəli olan və şəffaflığa, rəqabətə, qərar qəbulunda obyektiv meyarlara əsaslanan müvafiq satınalma sistemləri yaratmaq üçün öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq zəruri tədbirlər görür. Tətbiq olunduqları halda müvafiq dəyər hüdudlarını nəzərdə tuta bilən bu


sistemlər digər məsələlərlə yanaşı, həmçinin aşağıdakılara əməl edir:

a)   potensial tender iştirakçılarının tender təkliflərini hazırlamasına və təqdim etməsinə kifayət qədər vaxt vermək üçün, satınalma prosedurları və müqavilələri barədə məlumatların, o cümlədən tenderdə iştirak üçün dəvət və müqavilələrin bağlanması üçün lazımi məlumatların ictimai yayılması;

b)   seçilmə və müqavilə bağlanması da daxil olmaqla, iştirak şərtlərinin və tender qaydalarının əvvəlcədən müəyyənləşdirilməsi və dərc olunması;

c)   qayda və prosedurların düzgün tətbiq edilməsinin sonradan yoxlanmasını asanlaşdırmaq məqsədilə, dövlət satınalmaları qərarları üçün obyektiv və əvvəlcədən müəyyənləşdirilən meyarlardan istifadə olunması;

d)       bu bəndə uyğun olaraq müəyyən edilən qayda və prosedurlara əməl olunmadığı hallarda hüquqi mübahisələndirmə və hüquqi müdafiə vasitələrini təmin edən səmərəli daxili nəzarət sistemi, o cümlədən səmərəli şikayət sistemi;

e)   lazım gəldikdə, satınalmalara görə məsul olan heyətlə bağlı məsələlərin tənzimlənməsi tədbirləri, məsələn, konkret dövlət satınalmalarında maraqlı olan şəxslərin bu barədə bəyanat vermək vəzifəsi, dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması prosedurları və treninq tələbləri.

2.  Hər bir İştirakçı Dövlət, öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, dövlət maliyyəsinin idarə olunmasında şəffaflığı və hesabatlılığı stimullaşdırmaq üçün müvafiq tədbirlər görür. Belə tədbirlər digər məsələlərlə yanaşı, həmçinin aşağıdakıları nəzərdə tutur:

a)   milli büdcənin təsdiq olunması prosedurlarını;

b)       gəlirlər və xərclərə dair hesabatların mütəmadi təqdimini;

c)       mühasibat uçotu və audit standartları sistemini və onlarla bağlı nəzarəti;

d)       risklərin idarə olunmasının və daxili nəzarətin səmərəli və təsirli sistemlərini və;

e)       lazım gəldikdə, bu bənddə müəyyən olunmuş tələblərin pozulduğu halda düzəliş tədbirlərini.

3) Dövlət gəlir və xərclərinə aid olan mühasibat kitablarının, qeydlərinin, maliyyə cədvəllərinin və digər sənədlərin tamlığını qorumaq və onların saxtalaşdırılmasının qarşısını almaq üçün hər bir İştirakçı Dövlət daxili qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq zəruri ola bilən mülki-hüquqi və inzibati tədbirləri görür.

                              Maddə   10

                                     İctimaiyyətin məlumatlandırılması

Korrupsiya ilə mübarizənin zəruriliyini nəzərə alaraq hər bir İştirakçı Dövlət, daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, öz administrasiyasında, o cümlədən onun təşkilində, fəaliyyətində və lazım gəldikdə, qərarlar qəbulu prosesində şəffaflığı gücləndirmək üçün müvafiq tədbirləri görür. Belə tədbirlər, digər məsələlərlə yanaşı, həmçinin aşağıdakıları əhatə edə bilər:

a)       geniş ictimaiyyətin nümayəndələri tərəfindən, lazım gəldikdə, dövlət administrasiyasının təşkili, fəaliyyəti və qərar qəbulu prosesləri, habelə şəxsi həyatın və şəxsi məlumatların qorunması şərtlərinə əməl edilməklə, ictimaiyyətin mənafeyinə toxunan qərar və hüquqi aktlar barədə məlumat alınmasına imkan verən prosedur və qaydaların qəbul edilməsi;

b)   qərar qəbul edən səlahiyyətli orqanlara müraciət edilməsini asanlaşdırmaq üçün, lazım gəldikdə, inzibati prosedurların sadələşdirilməsi; və

c)   dövlət administrasiyasında korrupsiyanın təhlükələri barədə dövri hesabatları da özündə əks etdirə bilən məlumatların dərc olunması.

              Maddə    1 1

                Məhkəmə və prokurorluq orqanları barədə tədbirlər

1.        Məhkəmə hakimiyyətinin müstəqilliyini və korrupsiya ilə mübarizədə onun həlledici rolunu nəzərə alaraq hər bir İştirakçı Dövlət, öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq və məhkəmə orqanlarının müstəqilliyinə xələl gətirmədən, məhkəmələrin və məhkəmə orqanları işçilərinin vicdanlılığının möhkəmləndirilməsi və onlar arasında korrupsiya imkanlarına yol verilməməsi üçün lazımi tədbirləri görür. Belə tədbirlərə məhkəmə orqanları işçilərinin davranışı ilə bağlı qaydalar daxil ola bilər.

2.         Prokurorluq orqanları məhkəmə hakimiyyətinin tərkibinə daxil olmayan, lakin məhkəmə orqanları ilə analoji müstəqillikdən istifadə edən İştirakçı Dövlətlərdə, bu maddənin 1-ci bəndinə əsasən qəbul edilən eyni mahiyyətli tədbirlər prokurorluq orqanlarına münasibətdə qəbul edilə və tətbiq edilə bilər.

                                     Maddə    12

                                               Özəl sektor

1.        Hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, özəl sektorla bağlı korrupsiyanın qarşısının alınması, bu sektorda mühasibat uçotu və audit standartlarının gücləndirilməsi üçün tədbirlər görür və lazım gəldikdə, bu tədbirlərə əməl edilməməsinə görə səmərəli, müvafiq və çəkindirici təsir göstərən mülki-hüquqi, inzibati və ya cinayət sanksiyaları müəyyən edir.

2.        Bu məqsədlərə nail olunmasına yönəlmiş tədbirlər, digər məsələlərlə yanaşı, həmçinin aşağıdakıları əhatə edə bilər:

a) hüquq mühafizə orqanları və müvafiq özəl təşkilatlar arasında əməkdaşlığın təşviqi;

b)   müvafiq özəl təşkilatların fəaliyyətində vicdanlılığın təmin edilməsinə yönəlmiş standart və prosedurların, habelə sahibkarlar və bütün müvafiq peşə nümayəndələri tərəfindən fəaliyyətin düzgün, vicdanlı və lazımi formada həyata keçirilməsi, maraqlar toqquşmasının qarşısının alınması və kommersiya müəssisələri arasında, o cümlədən onların dövlətlə müqavilə münasibətlərində vicdanlı kommersiya praktikasından istifadənin təşviqi üçün davranış


kodekslərinin hazırlanmasına yardım;

c)       özəl təşkilatların fəaliyyətində şəffaflığın təmininə yardım edilməsi, lazım gəldikdə, həmçinin korporativ təşkilatların yaradılması və idarə olunmasında iştirak edən hüquqi və fiziki şəxslərin müəyyənləşdirilməsi üzrə tədbirlər görülməsi;

d)       özəl təşkilatların fəaliyyətini tənzim edən prosedurlardan, o cümlədən kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün dövlət orqanlarının verdiyi subsidiya və lisenziyalara aid prosedurlardan sui-istifadə hallarının qarşısının alınması;

e)       keçmiş dövlət vəzifəli şəxslərin peşəkar fəaliyyəti və ya dövlət vəzifəli şəxslərin istefaya və ya pensiyaya çıxmasından sonra özəl sektordakı işi onların dövlət vəzifəsində olduğu dövrdə yerinə yetirdikləri və ya yerinə yetirilməsinə nəzarət etdikləri funksiyalarla birbaşa bağlı olduqda, zəruri hallarda və ağlabatan müddətə məhdudiyyətlər qoymaq yolu ilə, maraqlar toqquşmasının qarşısının alınması;

f)         strukturundan və ölçülərindən asılı olaraq özəl təşkilatlarda korrupsiya əməllərinin qarşısının alınması və aşkara çıxarılmasına kömək məqsədi daşıyan qənaətbəxş daxili audit mexanizmləri yaradılmasının, habelə bu təşkilatların hesablarında və tələb olunan maliyyə cədvəllərində müvafiq audit və sertifikatlaşdırma prosedurlarının tətbiqinin mümkünlüyünün təmin edilməsi.

3.  Korrupsiyanın qarşısını almaq məqsədilə hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinə və mühasibat uçotunun aparılmasını, maliyyə hesabatlarının təqdimini, habelə mühasibat uçotu və audit standartlarını tənzim edən qaydalara əsasən, bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsinə yönəlmiş aşağıdakı hərəkətlərin qadağan edilməsi


üçün lazım olan tədbirləri görür:

a)      uçotdankənar hesabların tərtib olunması;

b)      uçota alınmamış və ya düzgün qeydiyyata alınmamış əməliyyatların aparılması;

c)      mövcud olmayan xərclərin uçotunun aparılması;

d)  obyekti düzgün müəyyən edilməyən passivlərin qeydə alınması;

e)      saxta sənədlərdən istifadə olunması; və

f)        mühasibat sənədlərinin qanunvericiliklə müəyyən edilmiş müddət başa çatmadan qəsdən məhv edilməsi.

4.  Hər bir İştirakçı Dövlət bu Konvensiyanın 15 və 16-cı maddələrinə uyğun olaraq təsbit edilən hüquqpozmaların tərkibinin əlamətlərindən biri olan rüşvət hesab olunan xərclərin, habelə lazım gəldikdə, korrupsiya əməllərinə yardım məqsədilə çəkilmiş xərclərin vergitutmadan azad olunmasından imtina edir.

                                        Maddə    1 3

                                         İctimaiyyətin iştirakı

1.  Dövlət sektoruna aid olmayan şəxslərin və qrupların, məsələn, vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, icma bazasında fəaliyyət göstərən təşkilatların korrupsiyanın qarşısının alınmasında və korrupsiyaya qarşı mübarizədə fəal iştirakına yardım etmək üçün, habelə korrupsiyanın mövcudluğu, onun səbəbləri, təhlükəli xarakteri və təhdidləri barədə cəmiyyətin maarifləndirilməsini artırmaq üçün hər bir İştirakçı Dövlət daxili qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq və öz imkanları daxilində lazımi tədbirləri görür. Belə iştirak aşağıdakı tədbirlərin köməyi ilə gücləndirilməlidir:

a)   qərarların qəbul edilməsi prosesində şəffaflığın gücləndirilməsi və bu prosesdə ictimaiyyətin iştirakının təşviq edilməsi;

b)   ictimaiyyətin məlumatlardan səmərəli istifadə etməsinə imkan yaradılması;

c)   əhalidə korrupsiyaya qarşı dözümsüzlük ruhunun yaranmasına xidmət edən məlumatlandırma tədbirlərinin, habelə məktəb və universitetlər də daxil olmaqla, ictimai tədris proqramlarının təşkil edilməsi;

d)   korrupsiyaya dair məlumatların axtarılması, əldə edilməsi, dərc etdirilməsi və yayılması azadlığına hörmət edilməsi, təşviq edilməsi və müdafiə edilməsi. Göstərilən azadlığa məhdudiyyətlər müəyyən oluna bilər, ancaq belə məhdudiyyətlər qanunla nəzərdə tutulur və aşağıdakı zərurətlərdən irəli gəlir:

i) başqa şəxslərin hüquqlarına və nüfuzuna hörmət edilməsi;

ii) milli təhlükəsizliyin və ya ictimai qaydanın, yaxud əhalinin sağlamlığının və ya mənəviyyatının qorunması.

2.  Hər bir İştirakçı Dövlət bu Konvensiyada göstərilmiş korrupsiya ilə mübarizə aparan orqanların ictimaiyyətə məlum olmasını təmin edən tədbirlər görür və lazım gəldikdə, bu Konvensiya ilə əhatə olunan hər hansı hüquqpozma yarada bilən hallar barədə məlumatların, anonim forma da daxil olmaqla, həmin orqanlara verilməsi üçün imkan yaradır.

M ad d ə    14


Yüklə 152,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə