Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının təsdiq edilməsi haqqında



Yüklə 152,35 Kb.
səhifə4/5
tarix31.08.2018
ölçüsü152,35 Kb.
#65916
1   2   3   4   5

Cinayət icraatının verilməsi

Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı cinayət təqibi məqsədilə icraatın qarşılıqlı surətdə verilməsi ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi tələblərinə cavab verirsə və xüsusən işin bir neçə yurisdiksiyaya aid olduğu hallarda, cinayət işlərinin birləşdirilməsi məqsədilə İştirakçı Dövlətlər icraatın qarşılıqlı surətdə verilməsi imkanını nəzərdən keçirirlər.

Maddə   4 8

Hüquq mühafizə orqanları arasında əməkdaşlıq

1. İştirakçı Dövlətlər bu Konvensiya ilə əhatə olunan hüquqpozmalarla mübarizədə hüquq mühafizə tədbirlərinin səmərəliliyini yüksəltmək məqsədilə, öz daxili hüquq və inzibati sistemlərinə uyğun surətdə bir-birilə sıx əməkdaşlıq edirlər. İştirakçı Dövlətlər, xüsusən, aşağıdakıların təmin edilmə-sinə yönəlmiş səmərəli tədbirlər görürlər:

a)       bu Konvensiya ilə əhatə olunan hüquqpozmaların bütün aspektləri, habelə, əgər maraqlı İştirakçı Dövlətlər lazım hesab edərlərsə, digər cinayətkar fəaliyyətlərlə bağlı əlaqələrə aid etibarlı və çevik informasiya mübadiləsini təmin etmək üçün onların səlahiyyətli orqanları, təşkilatları və xidmətləri arasında əlaqə kanallarının möhkəmləndirilməsi və ya zəruri olduqda belə kanalların qurulması;

b)       bu Konvensiya ilə əhatə olunan hüquqpozmalarla bağlı təhqiqatın aparılmasında digər İştirakçı Dövlətlərlə aşağıdakıları üzə çıxarmaq məqsədilə əməkdaşlıq edilməsi:

i) belə hüquqpozmaların törədilməsində iştirak etməkdə şübhəli şəxslərin şəxsiyyəti, olduğu yer və fəaliyyəti və ya bununla əlaqəsi olan digər şəxslərin olduğu yer;

ii) cinayət yolu ilə əldə edilən gəlirlərin və ya belə cinayətlərin törədilməsi nəticəsində əldə olunmuş əmlakın yerdəyişməsi;

iii) belə hüquqpozmaların törədilməsi üçün istifadə olunmuş və ya istifadəsi nəzərdə tutulmuş əmlakın, avadanlıqların və ya digər vasitələrin yerdəyişməsi;

c)      zəruri predmetlərin, yaxud zəruri miqdarda şeylərin, lazım gəldikdə, analiz və ya istintaq məqsədilə təqdim olunması;

d)      bu Konvensiya ilə əhatə olunan hüquqpozmaların törədilməsində istifadə olunan konkret vasitə və üsullar, habelə fəaliyyətin gizlədilməsi üçün saxta şəxsiyyət vəsiqələrindən, dəyişdirilmiş və ya saxtalaşdırılmış sənədlərdən və digər vasitələrdən istifadə barədə informasiyanın lazım gəldikdə digər İştirakçı Dövlətlərlə mübadiləsi;

e)      onların səlahiyyətli orqanları, təşkilatları və xidmətləri arasında səmərəli koordinasiyanı asanlaşdırmaq, əməkdaşların və ekspertlərin mübadiləsini, habelə maraqlı İştirakçı Dövlətlər arasında ikitərəfli saziş və müqavilələrin mövcud olduğu hallarda əlaqələndirici əməkdaşların göndərilməsini təşviq etmək;

f)        informasiya mübadiləsi və bu Konvensiya ilə əhatə olunan hüquqpozmaların vaxtında aşkar edilməsi məqsədilə zəruri hallarda görülən inzibati və başqa tədbirlərin koordinasiyası.

 

2.       Bu Konvensiyanı praktiki tətbiq etmək məqsədilə İştirakçı Dövlətlər öz hüquq mühafizə orqanları arasında bilavasitə əməkdaşlığa dair ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrin bağlanması, belə saziş və ya müqavilələrin artıq mövcud olduğu hallarda isə onların dəyişdirilməsi imkanlarını nəzərdən keçirirlər. Maraqlı İştirakçı Dövlətlər arasında həmin saziş və ya müqavilələrin olmadığı hallarda İştirakçı Dövlətlər bu Konvensiya ilə əhatə olunan hüquqpozmalar üzrə hüquq mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlıq edilməsi üçün bu Konvensiyanı əsas kimi nəzərdə tuta bilərlər. Lazımi hallarda İştirakçı Dövlətlər öz hüquq mühafizə orqanları arasında əməkdaşlığı genişləndirmək üçün saziş və ya müqavilələri, o cümlədən beynəlxalq və ya regional təşkilatların mexanizmlərini tam həcmdə istifadə edirlər.



3.       İştirakçı Dövlətlər bu Konvensiya ilə əhatə olunan, müasir texnologiyadan istifadə etməklə törədilən hüquqpozmaların qarşısının alınması məqsədilə öz imkanları daxilində əməkdaşlıq etməyə səy göstərirlər.

Maddə   49



Birgə istintaqlar

İştirakçı Dövlətlər bir və ya bir neçə dövlətdə istintaq, cinayət təqibi və ya məhkəmə icraatının predmeti olan işlərlə bağlı səlahiyyətli orqanların birgə istintaq qurumları yarada bilməsinə imkan verən ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrin bağlanmasını nəzərdən keçirirlər. Belə saziş və ya müqavilələrin olmadığı hallarda birgə istintaqlar hər bir xüsusi hal üzrə razılaşma əsasında həyata keçirilir. Müvafiq İştirakçı Dövlətlər ərazisində belə istintaqın aparılmalı olduğu iştirakçı Dövlətin suverenliyinə tam hörmət olunmasını təmin edirlər.

Maddə   50

Xüsusi istintaq üsulları

1. Korrupsiyaya qarşı səmərəli mübarizə məqsədilə hər bir İştirakçı Dövlət öz ərazisində onun səlahiyyətli orqanlarının nəzarətli göndərişlərindən və müvafiq hesab etdiyi hallarda elektron müşahidə və digər müşahidə formaları, agentura əməliyyatları kimi xüsusi istintaq üsullarından lazımi formada istifadə etməsini, habelə bu üsulların köməyi ilə əldə edilmiş sübutların  məhkəmədə qəbul edilməsini təmin etmək üçün, öz daxili hüquq sisteminin əsas prinsiplərinə uyğun olan həddə və daxili qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərlə, imkan daxilində olan tədbirləri görür.

2.       Bu Konvensiya ilə əhatə olunan hüquqpozmaların istintaqı məqsədilə İştirakçı Dövlətlər həmin xüsusi  istintaq üsullarının beynəlxalq səviyyəli əməkdaşlıq çərçivəsində istifadə edilməsi üçün, zəruri hallarda, müvafiq ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrin bağlanmasına həvəsləndirilir. Belə saziş və ya müqavilələr dövlətlərin suveren bərabərliyi prinsipinə tam riayət etməklə bağlanılır və tətbiq edilir və bu saziş və ya müqavilələrin şərtlərinə ciddi riayət etməklə həyata keçirilir.

3.       Bu maddənin 2-ci bəndində göstərilən saziş və ya müqavilələr mövcud olmadıqda, həmin xüsusi istintaq üsullarının beynəlxalq səviyyədə istifadəsi barədə qərar hər bir xüsusi hal üzrə qəbul olunur və zəruri olduqda, maraqlı İştirakçı Dövlətlərin yurisdiksiyanı həyata keçirməsinə münasibətdə maliyyə müqavilələrini və qarşılıqlı anlaşmaları nəzərə ala bilər.

4.       Nəzarətli göndərişlərin beynəlxalq səviyyədə istifadə olunması barədə qərarlara maraqlı İştirakçı Dövlətlərin razılığı olduqda, yük və ya vasitələrin tutulması və onların toxunulmadan, yaxud tam və ya qismən götürülərək və ya dəyişdirilərək davam etdirilməsinə icazə verilməsi kimi metod və vasitələr daxil edilə bilər.

           Fəsil   V

                            AKTİVLƏRİN QAYTARILMASI ÜZRƏ TƏDBİRLƏR

                                                  Maddə   5 1

                                                       Ümumi müddəalar

Bu fəslə uyğun olaraq aktivlərin qaytarılması bu Konvensiyanın əsas prinsipidir və İştirakçı Dövlətlər bununla bağlı ən geniş surətdə bir-birilə əməkdaşlıq edir və bir-birinə yardım göstərirlər.

Maddə   52

Cinayət yolu ilə əldə edilmiş gəlirlərin köçürülməsinin

aşkar edilməsi və qarşısının alınması

1. Bu Konvensiyanın 14-cü maddəsinə zidd olmamaq şərtilə hər bir İştirakçı Dövlət öz yurisdiksiyası altında olan maliyyə müəssisələrindən müştərilərin şəxsiyyətinin yoxlanılmasını, hesablara böyük həcmdə yatırılmış vəsaitlərin benefisiar mülkiyyətçilərinin şəxsiyyətinin müəyyən  edilməsini  və əhəmiyyətli dövlət vəzifələrini yerinə yetirən və ya yetirmiş şəxslərin, onların ailə üzvlərinin və onlarla sıx bağlı olan tərəfdaşların və ya bunların hər hansı birinin adından çıxış edən şəxslərin açmağa çalışdığı və ya malik olduğu hesablar üzərində daha sərt nəzarətin həyata keçirilməsi məqsədilə ağla-batan tədbirlərin görülməsini tələb etmək üçün, öz daxili qanunvericiliyinə uyğun olaraq, zəruri olan tədbirlər görür.

Belə daha sərt nəzarət tədbirləri şübhəli əməliyyatlar barədə səlahiyyətli orqanlara məlumat verilməsi üçün onları aşkara çıxarmaq məqsədi daşıyır və onlar maliyyə müəssisələrinin hər hansı qanuni müştəri ilə iş aparmasına maneə və ya qadağa kimi təfsir olunmamalıdır.

2.  Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yardım göstərmək məqsədilə hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq və regional, regionlararası və çoxtərəfli təşkilatların pul vəsaitlərinin yuyulmasına qarşı təşəbbüslərini rəhbər tutaraq:

a)  öz yurisdiksiyasının şamil olunduğu maliyyə müəssisələri tərəfindən hesabları üzərində daha sərt nəzarət tədbirlərinin tətbiq ediləcəyi gözlənilən fiziki və ya hüquqi şəxslərə, xüsusi diqqət yetirilməsi tələb olunan hesab və əməliyyatlara, hesabların açılması və aparılması üzrə müvafıq tədbirlərə, habelə belə hesablar üzrə qəbul ediləcək hesabatların aparılmasına münasibətdə tövsiyə xarakterli göstərişlər verir;

b)  öz yurisdiksiyasının şamil olunduğu maliyyə müəssisələri tərəfindən şəxsiyyəti başqa formada müəyyən olunan şəxslərə əlavə olaraq, hesabları üzərində daha sərt nəzarət tədbirlərinin tətbiq ediləcəyi gözlənilən konkret fiziki və ya hüquqi şəxslərin şəxsiyyəti barədə, digər İştirakçı Dövlətin sorğusu ilə və ya öz təşəbbüsü ilə, bu müəssisələrə lazımi hallarda məlumat verir.

3.        Bu maddənin 2 (a) bəndinin kontekstində hər bir İştirakçı Dövlət öz maliyyə müəssisələrinin bu maddənin 1-ci bəndində göstərilən şəxslərə aid hesab və əməliyyatlar barədə lazımi hesabatı müvafıq müddət ərzində saxlamasını təmin etmək üçün tədbirlər görür ki, belə hesabatlara, ən azı, müştərinin, habelə mümkün olduğu dərəcədə benefisiar mülkiyyətçinin şəxsiyyətinə aid olan məlumat daxil edilməlidir.

4.        Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə olunmuş gəlirlərin köçürülməsinin qarşısının alınması və aşkar edilməsi məqsədilə hər bir İştirakçı Dövlət fiziki mövcud olmayan və hər hansı tənzimlənən maliyyə qrupuna daxil olmayan bankların təsis edilməsinə, öz tənzimləyici və nəzarət orqanlarının köməyi ilə, yol verilməməsi üçün zəruri və təsirli tədbirlər görür. Bundan başqa, İştirakçı Dövlətlər bu cür qurumlarla müxbir bank münasibətlərinə girməkdən və bu münasibətləri davam etdirməkdən imtina etmək, habelə fiziki mövcud olmayan və ya heç bir tənzimlənən maliyyə qrupuna daxil olmayan banklarda olan hesablarından istifadə edən xarici maliyyə qurumları ilə münasibətlər qurmaqdan çəkinmək tələblərini müəyyən edə bilərlər.

5.    Hər bir iştirakçı Dövlət, öz daxili qanunvericiliyinə uyğun olaraq, müvafiq dövlət vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar barədə məlumat verilməsi üçün səmərəli sistemlərin yaradılmasını nəzərdə tutur və bu tələblərin yerinə yetirilməməsi üzrə lazımi sanksiyalar müəyyən edir. Hər bir İştirakçı Dövlət həmçinin elə tədbirlər qəbul edə bilər ki, onun səlahiyyətli orqanları bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əl-də edilən gəlirlər üzrə istintaq aparılması, onların tələb edilməsi və geri qaytarılması üçün zəruri olan hallarda digər İştirakçı Dövlətin səlahiyyətli orqanları ilə belə informasiyanın mübadiləsini həyata keçirə bilsinlər.

6. Hər bir İştirakçı Dövlət hər hansı xarici ölkədə hansısa maliyyə hesabı ilə bağlı marağı və ya imza hüququ olan, yaxud başqa səlahiyyətlərə malik olan müvafiq dövlət vəzifəli şəxslərin bu barədə lazımi orqanlara məlumat verməsini və belə hesablara dair lazımi hesabat aparılmasını təmin etmək üçün, öz daxili qanunvericiliyinə uyğun olaraq, tələb olunan tədbirləri görür. Belə tədbirlər həmçinin həmin tələblərin yerinə yetirilməməsinə görə müvafiq sanksiyaların tətbiqini nəzərdə tutur.

            Maddə   53

                        Əmlakın bilavasitə geri qaytarılması üzrə tədbirlər

Hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq:

a)       lazım gələn elə tədbirlər görür ki, digər İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsi nəticəsində əldə olunmuş əmlaka hüququn və ya sahibliyin tanınması üçün mülki iddia ilə onun məhkəmələrinə müraciət edə bilsin;

b)   lazım gələn elə tədbirlər görür ki, onun məhkəmələri bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmaları törətmiş şəxslərin üzərinə bu hüquqpozmalardan zərər çəkmiş digər İştirakçı Dövlətə kompensasiya ödəmək və ya zərərlərin əvəzini ödəmək öhdəliyi qoya bilsinlər;

c)       lazım gələn elə tədbirlər görür ki, onun məhkəmələri və ya səlahiyyətli orqanları müsadirə barədə qərar çıxararkən digər İştirakçı Dövlətin bu Konvensiyaya uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsi nəticəsində əldə olunmuş əmlak üzərində qanuni mülkiyyət hüququnun tanınması tələbini nəzərə ala bilsinlər.

Maddə   5 4

Müsadirə məqsədilə beynəlxalq əməkdaşlıq vasitəsilə

əmlakın geri qaytarılması mexanizmləri

1. Hər bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış hüquq-pozmalardan hər hansı birinin törədilməsi nəticəsində əldə edilmiş və ya belə hüquqpozmaların törədilməsi üçün istifadə olunmuş əmlakla əlaqədar bu Konvensiyanın 55-ci maddəsinə əsasən qarşılıqlı hüquqi yardım göstərilməsi məqsədilə, öz qanunvericiliyinə uyğun olaraq:

a)       lazım gələn elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları digər İştirakçı Dövlətin məhkəmələri tərəfindən çıxarılmış müsadirə qərarlarmı icra edə bilsinlər;

b)   lazım gələn elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları pul vəsaitlərinin yuyulması ilə bağlı hüquqpozma və ya onun yurisdiksiyası altına düşən digər hüquqpozmalar üzrə məhkəmə qərarları çıxararkən, yaxud onun qanunvericiliyi ilə icazə verilən digər prosedurlardan istifadə edərkən xarici mənşəli həmin əmlakın müsadirəsi barədə öz yurisdiksiyaları çərçivəsində qərar çıxara bilsinlər;

c) lazım gələn elə tədbirlər görür ki, cinayət törətmiş şəxsin ölümü, gizlənməsi və ya olmaması səbəbindən təqib oluna bilmədiyi hallarda, yaxud digər müvafiq hallarda cinayət məsuliyyətinə məhkum edilmədən həmin əmlakın müsadirə edilməsi mümkün olsun.

2. Hər bir İştirakçı Dövlət bu Konvensiyanın 55-ci maddəsinin 2-ci bəndinə əsasən edilmiş sorğu üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi məqsədilə, öz daxili qanunvericiliyinə uyğun olaraq:

a)        lazım gələn elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları, həbs və ya götürmə tədbirlərinin görülməsi üçün kifayət qədər əsaslar olduğu, habelə əmlakın son nəticədə bu maddənin 1 (a) bəndinin məqsədləri üçün müsadirənin predmeti olacağı barədə sorğu edilən İştirakçı Dövləti inanmağa vadar edən ağlabatan əsaslar göstərən sorğu edən İştirakçı Dövlətin məhkəmələri və ya səlahiyyətli orqanları tərəfindən çıxarılmış həbs və ya götürmə haqqında qərara əsasən əmlakı götürə və ya onun üzərinə həbs qoya bilsinlər;

b)   lazım gələn elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları, həbs və ya götürmə tədbirlərinin görülməsi üçün kifayət qədər əsaslar olduğu, habelə əmlakın son nəticədə bu maddənin 1 (a) bəndinin məqsədləri üçün müsadirənin predmeti olacağı barədə sorğu edilən İştirakçı Dövləti inanmağa vadar edən ağlabatan əsaslar göstərən sorğu edən İştirakçı Dövlətin sorğusuna əsasən əmlakı götürə və ya onun üzərinə həbs qoya bilsinlər;

c)        əlavə olaraq elə tədbirlər görür ki, onun səlahiyyətli orqanları bu cür əmlakı: məsələn, onun əldə edilməsi ilə bağlı həbsə və ya ittihamın elan edilməsinə dair xarici qərar əsasında müsadirə məqsədilə saxlaya bilsinlər.

                 Maddə   55

                          Müsadirə məqsədilə beynəlxalq əməkdaşlıq

1. İştirakçı Dövlət onun ərazisində yerləşən bu Konvensiyanın 31-ci maddəsinin 1-ci bəndində göstərilmiş cinayət yolu ilə əldə edilmiş gəlirləri, əmlakı, avadanlıqları və cinayət törədilməsinin digər vasitələrini müsadirə etmək üçün bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan hər hansı birinə yurisdiksiyası olan digər İştirakçı Dövlətdən sorğu aldıqda, öz daxili hüquq sistemi çərçivəsində mümkün olan maksimum dərəcədə:

a)       müsadirə barədə qərar çıxarılması üçün bu sorğunu öz səlahiyyətli orqanlarına təqdim edir və belə qərarın çıxarıldığı halda onu icraya yönəldir; yaxud

b)       Bu Konvensiyanın 31-ci maddəsinin 1-ci bəndinə və 54-cü maddəsinin 1 (a) bəndinə əsasən sorğu edən İştirakçı Dövlətin məhkəməsi tərəfindən çıxarılmış müsadirə qərarını sorğuda göstərilən həcmdə icra edilməsi üçün öz səlahiyyətli orqanlarına təqdim edir, o şərtlə ki, həmin sorğu sorğu edilən İştirakçı Dövlətin ərazisində yerləşən və 31-ci maddənin 1-ci bəndində göstərilən cinayət yolu ilə əldə edilən gəlirlərə, əmlaka, avadanlıqlara və cinayətin digər törədilmə vasitələrinə aid olsun.

2.       Bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan hər hansı birinə yurisdiksiyası olan digər İştirakçı Dövlətdən sorğu aldıqdan sonra, sorğu edilən İştirakçı Dövlət bu Konvensiyanın 31-ci maddəsinin 1-ci bəndində göstərilmiş cinayət gəlirlərinin, əmlakın, avadanlıqların və cinayət törədilməsinin digər vasitələrinin sorğu edən İştirakçı Dövlət və ya bu maddənin 1-ci bəndinə əsasən sorğu edilən İştirakçı Dövlət tərəfindən ediləcək mümkün müsadirəsi məqsədilə aşkarlanması, izlənməsi, həbsi və ya götürülməsi üçün tədbirlər görür.

3.       Bu Konvensiyanın 46-cı maddəsinin müddəaları bu maddəyə mutatis mutandis tətbiq olunur. Bu maddə əsasında göndərilən sorğularda 46-cı maddənin 15-ci bəndində göstərilmiş məlumatlara əlavə olaraq həmçinin aşağıdakılar göstərilir:

 

a)       bu maddənin 1 (a) bəndində nəzərdə tutulmuş sorğu ilə əlaqədar - müsadirə edilməli olan əmlakın təsviri, o cümlədən mümkün olduğu qədər yerləşdiyi yer barədə və lazım olduğu halda, əmlakın təqribi dəyəri, habelə sorğu edən İştirakçı Dövlətin istinad etdiyi və sorğu edilən İştirakçı Dövlətin öz daxili qanunvericiliyinə uyğun olaraq qərar çıxara bilməsi üçün kifayət edəcək faktların xülasə edildiyi bəyanat;



b)   bu maddənin 1 (b) bəndində nəzərdə tutulmuş sorğu ilə əlaqədar - sorğu edən İştirakçı Dövlət tərəfindən verilən və sorğunun əsaslandığı müsadirə qərarının hüquqi cəhətdən qəbul edilən surəti, faktların xülasə olunduğu bəyanat və qərarın hansı həcmdə icra edilməsinin xahiş edildiyi barədə məlumat, vicdanlı üçüncü tərəflərə lazımi məlumatların göndərilməsi və lazımi hüquqi prosedurlara riayət edilməsinin təmin olunması üçün sorğu edən İştirakçı Dövlətin gördüyü tədbirləri göstərən bəyanat, müsadirə qərarının qəti olduğunu göstərən bəyanat;

c)       bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş sorğu ilə əlaqədar - sorğu edən İştirakçı Dövlətin istinad etdiyi faktları xülasə edən bəyanat və sorğu edilən tədbirlərin təsviri, habelə, əgər varsa, sorğunun əsaslandığı qərarın hüquqi cəhətdən qəbul edilən surəti.

 

4.       Bu maddənin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş qərar və tədbirlər sorğu edilən İştirakçı Dövlət tərəfindən onun daxili qanunvericiliyinin müddəalarına və ya prosessual normalarına, yaxud sorğu edən İştirakçı Dövlətlə münasibətlərində bağlı olduğu hər hansı ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrə uyğun olaraq və onlara riayət edilməsi şərtilə qəbul edilir.



5.       Hər bir İştirakçı Dövlət bu maddənin müddəalarının həyata keçirilməsini təmin edən öz qanım və qaydalarının mətnlərini, habelə belə qanun və qaydalara bütün sonrakı dəyişikliklərin mətnlərini və ya onların xülasəsini Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edir.

6.       İştirakçı Dövlət bu maddənin 1 və 2-ci bəndlərində göstərilmiş tədbirlərin görülməsi üçün müvafıq müqavilənin mövcud olmasını istəyərsə, onda həmin İştirakçı Dövlət bu Konvensiyanı zəruri və kifayət edici müqavilə əsası kimi nəzərdə tutur.

7.        Sorğu edilən İştirakçı Dövlətin kifayət hesab etdiyi sübutlar ona vaxtında verilmədikdə və ya əmlak cüzi dəyərə malik olan hallarda bu maddə üzrə əməkdaşlıqdan imtina edilə və ya qətimkan tədbirləri dayandırıla bilər.

8.        Bu maddəyə uyğun olaraq görülmüş hər hansı qətimkan tədbirini dayandırmazdan əvvəl, sorğu edilən İştirakçı Dövlət mümkün olan hər bir halda sorğu edən İştirakçı Dövlətə imkan verir ki, belə tədbirlərin davam etdirilməsinin lehinə öz əsaslarını göstərə bilsin.

9.        Bu maddənin müddəaları vicdanlı üçüncü tərəflərin hüquqlarının zərərinə təfsir olunmur.

M addə   5 6



Xüsusi əməkdaşlıq

Öz daxili qanunvericiliyinə zidd olmadan hər bir İştirakçı Dövlət, açıqlayacağı məlumatların onu alan İştirakçı Dövlətə istintaq, cinayət təqibi və ya məhkəmə icraatı başlamaqda və aparmaqda kömək edəcəyini, yaxud bu İştirakçı Dövlət tərəfindən Konvensiyanın bu fəslinə əsasən sorğu edilməsinə səbəb olacağını hesab edərsə, elə tədbirlər görməyə çalışır ki, bu tədbirlər ona özünün apardığı istintaq, cinayət təqibi və ya məhkəmə icraatlarına xələl gətirmədən bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlər barədə məlumatları sorğu edilməsini gözləmədən digər İştirakçı Dövlətə təqdim etməyə imkan versin.

Maddə   57

Aktivlərin geri qaytarılması və onlara sərəncam verilməsi

1.      Bu Konvensiyanın 31 və ya 55-ci maddələrinə əsasən İştirakçı Dövlət tərəfindən müsadirə edilmiş əmlaka, onun bu maddənin 3-cü bəndinə əsasən öz əvvəlki qanuni sahibinə qaytarılması da daxil olmaqla, həmin İştirakçı Dövlət bu Konvensiyanın müddəalarına və öz daxili qanunvericiliyinə uyğun olaraq sərəncam verir.

2.       Hər bir İştirakçı Dövlət öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, lazım gələn elə qanunvericilik və digər tədbirlər görür ki, onun səlahiyyətli orqanları başqa İştirakçı Dövlətin bu Konvensiyaya əsasən etdiyi sorğu üzrə hərəkət edərkən, müsadirə edilmiş əmlakı vicdanlı üçüncü tərəflərin hüquqları nəzərə alınmaqla geri qaytara bilsinlər.

3.       Bu Konvensiyanın 46 və 55-ci maddələrinə və bu maddənin 1 və 2-ci bəndlərinə uyğun olaraq, sorğu edilən İştirakçı Dövlət:

a)       bu Konvensiyanın 17 və 23-cü maddələrində göstərildiyi kimi dövlət vəsaitlərinin talandığı və ya talanmış dövlət vəsaitlərinin qeyri-qanuni leqallaşdırıldığı hallarda, əgər müsadirə 55-ci maddəyə uyğun olaraq və sorğu edən İştirakçı Dövlətin qəti məhkəmə qərarı əsasında icra edilmişdirsə, baxmayaraq ki, o, bu tələbdən imtina edə bilər, müsadirə edilmiş əmlakı sorğu edən iştirakçı Dövlətə qaytarır;

b)   bu Konvensiya ilə əhatə olunan hər hansı hüquqpozmadan əldə edilmiş gəlirlərlə bağlı hallarda, əgər müsadirə 55-ci maddəyə uyğun olaraq və sorğu edən İştirakçı Dövlətin qəti məhkəmə qərarı əsasında icra edilmişdirsə, baxmayaraq ki, o, bu tələbdən imtina edə bilər, müsadirə edilmiş əmlakı sorğu edən İştirakçı Dövlətə qaytarır, o halda ki, sorğu edən İştirakçı Dövlət müsadirə edilmiş belə əmlaka özünün əvvəllər mövcud olmuş mülkiyyət hüququnu sorğu edilən İştirakçı Dövlət qarşısında ağlabatan surətdə sübut edir, yaxud sorğu edilən İştirakçı Dövlət sorğu edən İştirakçı Dövlətə vurulmuş ziyanı müsadirə edilmiş əmlakın geri qaytarılmasının əsası kimi tanıyır;

c) bütün digər hallarda, müsadirə edilmiş əmlakın sorğu edən İştirakçı Dövlətə qaytarılmasını və ya belə əmlakın öz əvvəlki qanuni sahiblərinə qaytarılmasını, yaxud cinayətdən zərərçəkənlərə kompensasiya ödənilməsini prioritet məsələ kimi nəzərdən keçirir.

4.        Lazım gələn hallarda, əgər İştirakçı Dövlətlər başqa cür qərar qəbul etməzlərsə, sorğu edilən İştirakçı Dövlət müsadirə edilmiş əmlakın bu maddəyə uyğun olaraq geri qaytarılması və ya ona sərəncam verilməsi ilə əlaqədar istintaq, cinayət təqibi və ya məhkəmə icraatı gedişində çəkilmiş ağlabatan xərcləri çıxa bilər.

5.        Lazım gələn hallarda İştirakçı Dövlətlər müsadirə edilmiş əmlaka qəti sərəncam verilməsi ilə bağlı hər bir konkret hal üçün saziş və ya qarşılıqlı surətdə qəbul olunan müqavilə bağlanması imkanlarını xüsusən nəzərdən keçirə bilərlər.

Maddə   58

Maliyyə-kəşfiyyat qurumu

İştirakçı Dövlətlər bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin köçürülməsinin qarşısını almaq və onunla mübarizə aparmaq, habelə belə gəlirlərin tutulmasının yol və üsullarından istifadə edilməsinə kömək göstərmək məqsədilə bir-birilə əməkdaşlıq edir və bu məqsədlə, şübhəli maliyyə əməliyyatları barədə məlumatların alınmasına, təhlilinə və səlahiyyətli orqanlara göndərilməsinə görə məsuliyyət daşıyacaq maliyyə-kəşfiyyat qurumunun yaradılması məsələsini nəzərdən keçirirlər.

Maddə   59


Yüklə 152,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə