Birləşmiş Millətlər Təşkilatının



Yüklə 304,75 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix30.09.2017
ölçüsü304,75 Kb.
#2472
1   2   3   4   5   6   7   8   9   ...   12

Təşkilatın ehtiyaclarını, həcmini və imkanlarını  nəzərə alaraq işçilərin 

nümayəndələrinə    işlərini effektiv şəkildə  iş görməyə  və heç bir maneə 

olmadan öz xidmətlərini icra etməyə imkan verən müvafiq şərait 

yaradılmalıdır. İşçilərin nümayəndələri məna kəsb edən danışıqlar üçün tələb 

olunan informasiya ilə təmin olunmalıdırlar. 

Birgə danışıqların aparılması prosesi aktual danışıqlarda əvvəlki dövrü də 

əhatə edir-informasiyanın paylanılması, məşvərət, birgə  dəyərləndirmələr-

eləcə  də kollektiv razılaşmaların icra edilməsi. Kollektiv razılaşmalar 

mübahisələrin həlli üçün müddəaları əhatə etməlidir. 

 

Danışıqları asanlaşdırmaq üçün könüllü və ya qanunla təsis olunmuş 



barışıq və vasitəçiliyin istifadəsinə yol verilə bilər. Digər tərəfdən isə yalnız 

hər iki tərəfdən rica olunduğu və qanunla tələb olunduğu zaman  arbitraj 

qanuni sayılır. 

Hökumәtin vәzifәsi nәyi ifadә edir 

Cəmiyyətin müstəqilliyi prinsipini və birgə danışıqların aparılması 

hüququnu reallaşdırmaq təcrübədə bu hüquqların tətbiqinə  zəmanət verən 

qanuni əsas tələb edir. Bunun üçün işəgötürən və işçi təşkilatları və ya onların 

hər ikisi arasında üçtərəfli qurumsal struktur vacibdir. Öz səslərini çatdırmaq 

hüququnu istifadə etməyə çalışan fərdlər ayrı seçkiliyə  məruz qalmamalıdır. 

İşçilərin və  işəgötürənlərin təşkilatları birgə problemlərin həlli və ikitərəfli 

çətinliklərin yoluna qoyulmasında digər tərəfi tərəfdaş kimi qəbul etməlidir.  

Hökumətlər qanuni və qurumsal strukturların lazımi qaydada yaradılması 

və  fəaliyyət göstərməsi üçün məsuliyyət daşıyır. Onlar həmçinin qarşılıqlı 

saziş  və  əməkdaşlıq mədəniyyətinin inkişaf etdirilməsinə yardımçı 

olmalıdırlar. 

Hökumətlər beynəlxalq öhdəliklərini yerinə yetirmədikdə qanunvericiliyi 

və idarə etməni inkişaf etdirmək üçün cəhd göstərilməlidir. Beynəlxalq əmək 

normalarına müvafiq qanunvericilik olmadığı  təqdirdə, işəgötürənlər və 

həmkarlar ittifaqları bu imtiyazların qadağan olunmadığı ölkələrdə prinsipləri 

mühafizə etmək üçün cəhd göstərməlidirlər. Qanunvericiliyin hüquqları 

mühafizə etdiyi lakin qeyri adekvat nəzarətə görə qanunların icrası  zəif olan 

ölkələrdə işəgötürənlər hər halda qanuna riayət etməlidirlər. 

Cəmiyyətin müstəqilliyi prinsipinin demokratiyanın inkişafı  və 

güclənməsində böyük rolu var. Real, müstəqil  sivil cəmiyyətin mövcudluğu 

bu hüquqdan asılıdır. Müstəqil həmkarlar ittifaqları  və  işəgötürənlərin 

təşkilatları cəmiyyətdə əsas və nüfuzlu mənbə kimi başqalarına hökumətlərlə 

sərbəst  şəkildə  əməkdaşlıq etmək və müdaxilə olmadan fəaliyyət göstərmək 

üçün imkanlar bəxş edir. Sənaye münasibətləri dövlətin “özünüidarə” 

-       - 

16



müstəqilliyini təyin edir. Bütün bu və digər səbəblərə görə  Cəmiyyətin 

müstəqilliyi prinsipi BM Qlobal Sazişinin digər 9 prinsipini dəstəkləyir. 



Assosiasiya azadlığı  vә kollektiv danışıqların 

aparılması üçün hüquqların effektiv şәkildә 

tanınması nә üçün mühümdür  

Hüquq olmaqdan əlavə Assosiasiya azadlığı  işçilərə  və  işəgötürənlərə 

yalnız iqtisadi maraqlarını deyil, eləcə də yaşam, təhlükəsizlik, toxunulmazlıq, 

şəxsi və kollektiv azadlıq haqları kimi sivil azadlıqlarını daha yaxşı qorumaq 

üçün birləşməyə imkan yaradır. Demokratiyanın ayrılmaz hissəsi kimi bu 

prinsip digər bütün fundamental prinsipləri və haqları  həyata keçirmək üçün 

əhəmiyyətlidir. 

Kollektiv danışıqların aparılması  iş  şəraiti və  işə götürülmənin  şərtləri 

işəgötürənlər və  işçilər və ya onların səlahiyyətli təşkilatları arasında 

münasibətləri diqqətə alan konstruktiv forumdur. Bu çox vaxt dövlət 

tənzimlənməsindən daha səmərəlidir. Birgə danışıqların aparılması potensial 

problemlərin öncədən sezilməsində  və onları  həll etmək üçün sülh 

mexanizmlərini yaxşılaşdırmasında və  hər iki tərəfin prioritetlərini və 

ehtiyaclarını  nəzərə alaraq çıxış yolları tapılmasında yardımçı ola bilər. 

Sağlam birgə danışıqların aparılmasından həm idarəetmə  və  həm də  işçilər 

faydalanır və bu sülhü və stabilliyi təmin edir ki, bundan da ümumilikdə 

cəmiyyət faydalanır. Birgə danışıqların aparılması mühüm idarəetmə 

müəssisəsi ola bilər –bu  idarə edilənlərə birbaşa təsir göstərən qərarlara 

onların da cəlb olunması vasitəsi ilə onların razılığının  əldə olunmasının 

üsullarıdır. 

 

Şirkәtlәr assosiasiya azadlığı  vә kollektiv 

danışıqların aparılması hüququnun effektiv 

şәkildә tanınmasını necә mühafizә edә bilәrlәr 

Sürətlə  dəyişən qlobal bazarda bizneslər çox tərəddüdlərə  məruz qalır. 

Müstəqil  şəkildə seçilmiş  işçi nümayəndələri ilə  səmimi dialoqlar qurulması 

həm işçilər həm də  işəgötürənlərə bir-birinin problemlərini anlamağa və  həll 

yolları tapmağa imkan yaradır. Nümayəndəliyin təhlükəsizliyi hər iki tərəf 

üçün inam yaratmaqda bünövrədir. Cəmiyyətin müstəqilliyi və birgə 

danışıqların aparılmasının həyata keçirilməsi konstruktiv dialoqlar və 

qarşıdurmaların həlli üçün imkanlar yaradır və bu təşkilatların və cəmiyyətin 

mənafeyi üzrə həll yolları üzərində mərkəzləşmək üçün enerji ilə təmin edir. 

-       - 

17



Cəmiyyətin müstəqilliyinin mahiyyəti digər hüquqlardan daha geniş  təyin 

edilib. Hər bir halda deyil, lakin bir çox hallarda bu qərarlar onların 

mahiyyətini anlamaq üçün işəgötürənlərə faydalıdır. Aşağıdakı siyahı əlaqədar 

prinsiplərin bir qismini təsvir edir. 



 

İŞ YERİNDƏ  

 

 



Milli qanuna  uyğun olaraq , bütün işçilərin hədə  və  təzyiq tədbirləri 

olmadan öz seçimləri ilə  həmkarlar ittifaqları yaratmaq və onlara 

qoşulmaq hüquqlarına hörmətlə yanaşmaq. 

 

 



Həmkarlar ittifaqları və sindikatlarla bağlı, işə götürülmə fəaliyyətləri, 

vəzifədə inkişaf, işdən azad edilmə  və  vəzifənin dəyişilməsi ilə bağlı 

qərəzsiz tədbirlər, prosedurlar  hazırlamaq. 

 

 



Səmərəli kollektiv razılaşmanın inkişafına yardım etməsi üçün işçi 

nümayəndələrini müvafiq imkanlarla təchiz etmək. 

 

DANIŞIQLAR MASASINDA 

 

 



Birgə danışıqların aparılmasının məqsədləri üçün nümayəndə 

təşkilatlarını tanımaq. 

 

 

Birgə danışıqların aparılması üçün həmkarlar ittifaqının 



nümayəndələrinin real qərar vericilərə müraciət etməsini təmin etmək. 

 

 



Məna kəsb edən sövdələşmə üçün informasiya ilə təmin etmək. 

 

 



Problem həlli və yenidənqurma və təlim, qüvvə artıqlığı proseduraları, 

təhlükəsizlik və sağlamlıq məsələləri, münaqişə  və mübahisə  həlli 

proseduraları  və nizam-intizam qaydaları daxil olmaqla işçilərin və 

idarəetmənin maraqlarına diqqət yetirmək. 

         

        


BİRLİYİN FƏALİYYƏTİNDƏ 

 

 



Milli işəgötürənlərin nümayəndələrinin  rol və funksiyalarını hesaba 

almaq. 


 

 

Xüsusilə    həmkarlar ittifaqları  və birgə danışıqların aparılmasını 



tanımaq üçün adekvat qurumsal və qanuni struktur olmayan ölkələrdə 

əmək idarəetməsi münasibətlərində  vəziyyəti yaxşılaşdırmaq üçün 

addımlar atmaq. 

-       - 

18



Yüklə 304,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə