Birləşmiş Millətlər Təşkilatının



Yüklə 304,75 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix30.09.2017
ölçüsü304,75 Kb.
#2472
1   ...   4   5   6   7   8   9   10   11   12

İŞ YERİNDƏ 

 

 



Milli  əmək məcəlləsi və qanunlarının minimum yaş  həddi 

müddəalarına riayət etmək, milli qanunvericilik yetərli olmadıqda, 

beynəlxalq əmək standartlarını nəzərə almaq. 

 

 



Yaş  həddinin təsdiq olunması üçün adekvat və  təsdiqləyici 

mexanizmlərdən istifadə etmək 

 

 

Mümkün qədər uşaqları  iş yerindən uzaqlaşdırma və ailəsini adekvat 



xidmət və tutarlı alternativlərlə təmin etmək. 

 

 



Podratçılar, təchizatçılar və digər biznes filiallarının uşaq  əməyi ilə 

mübarizə aparmasına təsir göstərmək. 

 

BİRLİYİN FƏALİYYƏTİNDƏ 

 

 



Şirkətlər uşaq əməyini aradan qaldırmaq üçün mümkün olduqda ictimai 

cəhdləri daha böyük miqyasda etməyə  dəstək ola bilərlər ,uşaqları 

işdən uzaqlaşıb keyfiyyətli təhsil və sosial qoruma ilə  təmin edə 

bilərlər. 

 

 

Digər  şirkətlərlə, bölmə birlikləri və  işəgötürənlərin təşkilatları ilə bu 



məsələyə  sənaye miqyasında yanaşmaqla ortaq fəaliyyət göstərmək 

,həmkarlar ittifaqları, qanun icraedici orqanlarla, əmək müfəttişlikləri 

və digər təşkilatlarla əlaqələr yaratmaq. 

 

 



Yerli, dövlət və ya milli səviyyədə təmsilçi işə götürənlərin təşkilatında 

iş birliyi və uşaq əməyi üzrə komitə təsis etmək və ya bunlarda iştirak 

etmək. 

 

 



Milli səviyyədə  uşaq  əməyinə qarşı mübarizə aparmaq üçün əsas 

tədbirlərin bir hissəsi və qurumsal tərtibat kimi uşaq  əməyinə qarşı 

Milli Fəaliyyət Planının inkişafını dəstəkləmək. 

 

 



Şirkətin nüfuz sahəsində əvvəlcədən işləmiş uşaqlar üçün bacarıqların 

inkişaf etdirilməsi və peşə  təlimi imkanları yaratmaqla qarşı alma və 

yenidən inteqrasiya proqramlarında iştirak etmək. 

 

 



Mümkün olduqda, media kompaniyaları daxil olmaqla milli və 

beynəlxalq proqramlarda iştirak etmək və yerli və milli orqanlarla, 

fəhlə təşkilatları ilə və digər tərəfdaşlarla əməkdaşlıq etmək. 

 

 



-       - 

27



 

Məşğulluq və işlə əlaqədar ayrı-seçkiliyin 

aradan qaldırılması  

(BMT Qlobal Sazişinin 6-cı prinsipi) 

Mәşğulluq vә İşlә Әlaqәdar ayrı-

seçkilik nә demәkdir? 

Potensial namizədin xidmətə  və  işə xas tələblərlə  əlaqəsi olmayan 

xüsusiyyətlərinə görə  fərqli yanaşma olduqda və yararlı hesab edilmədikdə 

məşğulluqda və  vəzifədə ayrı–seçkilik meydana çıxır. Bu xüsusiyyətlər bir 

qayda olaraq milli qanunvericilikdə əhatə olunur: irq, rəng, cins, dini və siyasi 

əqidə, milli və sosial mənşə. Bundan əlavə, bəzi ölkələr cinsi meyllilik, yaş, 

HİV, QİÇS və s. kimi sahələrdə mühafizəni genişləndirib. 

Bununla belə, 6-cı prinsip məşğulluq və  vəzifədə ayrı-seçkilik meydana 

çıxması ehtimalı olan digər motivləri də  nəzərə almağa imkan yaradır. 

Şirkətlər milli qanunvericiliklə qadağan olunmuş motivlərdən də  xəbərdar 

olmalıdırlar. 

Ayri-seçkilik müxtəlif işlə bağlı fəaliyyətlərdə meydana çıxa bilər. Bunlara 

məşğulluğun  əldə edilməsi, xüsusi vəzifələr, təlimlər, peşə idarəetməsi və 

sosial təhlükəsizlik aiddir. Bundan əlavə bu aşağıda göstərildiyi kimi 

məşğulluğun şərtləri və müddəti ilə bağlı mövcud ola bilər. 

 

 



İşçi yığımı 

 

 



İş haqqı 

 

 



İş və istirahət saatları, məzuniyyətlər 

 

 



Analıq məzuniyyəti  

 

 



Sahibliyin qorunması 

 

 



İşə təyin olunma 

 

 



Fəaliyyətin qiymətləndirilməsi və vəzifənin artırılması  

 

 



Təlim imkanları 

 

 



Təşviqat perspektivləri 

 

 



Peşə sağlamlığı və təhlükəsizliyi 

 

 



Məşğulluğa son qoyulması 

-       - 

28



Bəzi ölkələrdə yaş və HİVə yoluxma kimi iş yerində ayrı-seçkiliyə səbəb 

olan əlavə məsələlərin getdikcə vacibliyi artır. 

İşdə ayrı-seçkiliyin parametrlərinin yayılmasını  və  kənd təsərrüfatı 

biznesində  və ya yüksək texnologiyalı  şəhər  əsaslı biznesdə  də problem ola 

biləcəyini anlamaq mühümdür . 

Ayrı seçkilik bir neçə formada ola bilər. Məsələn qanunlar və ya qaydalar 

aşkar  şəkildə  şəxsin məşğulluğuna məhdudiyyət qoyursa bu bilavasitə ola 

bilər. Bununla belə qərəzli yanaşma çox vaxt dolayı şəkildə olur və davranış 

və münasibətdən yaranır. Bəzi ayrı-seçkilik formaları  mədəniyyətlə bağlı ola 

bilər. 


Ayrı-seçkiliyin qoyulmaması işçilərin işə uyğunluğu əsasında seçilməsi və 

başqa səbəblərlə 

fərqləndirilməməsi, kənarlaşdırılmaması, üstünlük 

verilməməsi deməkdir.  İşdə ayrı-seçkiliyə  məruz qalan işçilər imkanlarından 

məhrum olunublar və onların təməl insan haqları pozulub. 

Bu  əlaqəli  şəxsə  və onun cəmiyyətə verə biləcəyi dəstəyə  mənfi təsir 

göstərir.  İş yeri cəmiyyəti ayrı-seçkilikdən azad etmək üçün strateji giriş 

məntəqəsidir.  İş yerində ayrı-seçkiliklə mübarizə aparma insanların erkən 

yaşlarda qeyri-bərabərlik səbəbindən təhsil ala bilməməsi kimi 

çatışmamazlıqları yüngülləşdirməyə yardım edir. İş  şəraitində müxtəlif 

irqlərdən, müxtəlif cinsdən işçilər bir arada çalışdırılarsa və onlara bərabər 

şəkildə davranılarsa bu ortaq məqsəd qurmağa xidmət edir. Bu şəkildə hərəkət 

etmək, bu stereotipləri məhv edir və ayrı-seçkiliyin əsasına zərər vurur. 

Ayrı-seçkiliyin meydana çıxdığı hallarda əsaslı etirazlar üçün səmərəli 

vasitələrə ehtiyac duyulur. Beynəlxalq  Əmək Təşkilatı 5 minimum hədd 

normalaşdırır. Milli qanun və  təcrübələr daha da genişləndirilə bilər və  işdə 

ayrı-seçkiliyin aradan qaldırılması üçün daha mükəmməl yanaşmaları  əhatə 

edə bilər. 



Mәşğulluq vә vәzifә ilә bağlı ayrı-seçkiliyin 

lәğv edilmәsi üçün şirkәtlәr nә edә bilәr 

 

Biznes nöqteyi nəzərdən ayrı-seçkiliyin bir mahiyyəti yoxdur. Bu 

potensial  şirkət daxili və  cəmiyyətdə baş verə biləcək sosial gərginliklərə 

aparıb çıxarır. Məşğulluqda qərəzli təcrübələrdən istifadə edən  şirkətlər 

yüksək bacarıqlara və  rəqabətə malik olan işçilərdən özünü məhrum edir. 

Ayrı-seçkilik təcrübəsi bacarıqların inkişafı və  milli və qlobal  iqtisadiyyatda 

rəqabəti gücləndirmək üçün fürsətlərin  əldən verilməsi ilə  nəticələnir. Ayrı-

seçkilikdən qaynaqlanan kin və inciklik fərdlərin və komandanın fəaliyyətinə 

mənfi təsir göstərir. Nəticədə, ayrı-seçkilik şirkətin gəlirləri və hissə sənədinə 

mənfi təsir göstərməklə etibarını zədələyə bilər. 

-       - 

29



Yüklə 304,75 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə