Bismillah



Yüklə 1,01 Mb.
səhifə16/16
tarix11.04.2018
ölçüsü1,01 Mb.
#36888
1   ...   8   9   10   11   12   13   14   15   16

Sübh namazından sonra İsfahandan olanları hava limanına gətirdilər. Qarnizonun özündə bir hərbi liman vardı. Bizi hərbi nəqliyyat təyyarəsi olan C-130-la göndərmək istəyirdilər. Bu təyyarədən görmüşdüm, amma minməmişdim. Təyyarənin arxa tərəfindən mindik. İçərisi maraqlı idi, oturacaq yox idi. Biz oturacaq əvəzinə qoyulmuş taxtanın üzərində oturduq.

Bir saat uçandan sonra İsfahanın böyük Qədir qarnizonuna endik. Mən cəbhəyə oradan yollanmışdım. Komandirlərin məni cəbhəyə aparmaları üçün nə qədər əzab çəkmişdim! Doqquz ildən sonra yenidən həmin qarnizona ayaq basdım. Qəribə anlar idi.

Təyyarədən enən kimi bizi qaranlıq bir otağa aparıb şəklimizi çəkdilər. Əsir düşdüyümüz və azad olunduğumuz tarixi soruşub tez şəkilli kart çıxardılar. Bizi bir yerə toplayıb dedilər ki, fiziki sağlamlıq və yoluxucu xəstəliklər baxımından iki-üç gün burada karantin keçməlisiniz. Bizi ondan sonra ailələrimizin yanına buraxacaqdılar. Bu bir neçə gündə hər birimizdən müxtəlif analizlər götürdülər, daxili orqanlarımızın şəklini çəkdilər. Qarnizonda tibbi avadanlıqlarla təmin olunmuş bir həkim qrupu fəaliyyət göstərirdi. Biz də səbir-hövsələ ilə bu mərhələləri keçməyə çalışırdıq. Doktorlar bizim yemək rejimimizə nəzarət edirdilər. Lakin hamımızda bir problem vardı: hər dəfə yemək yeyəndən sonra başımız gicəllənir, ürəyimiz bulanırdı və ağırlaşırdıq. Həkimlər bizim tibbi vəziyyətimizi məsul şəxslərə izah edirdilər. Kabab, yumurta, bal, kərə yağı və xama kimi ağır yeməklər qadağan idi. Doktor deyirdi: "Bu illər ərzində sizə keyfiyyətsiz qidalar veriblər. Bu hallar bədənin təbii reaksiyasıdır. Bədəniniz yeni şəraitə alışana qədər bir müddət yüngül yeməklər yeməlisiniz”.

Yemək yeyəndən sonra ağır cərrahiyyə əməliyyatından çıxmış xəstə kimi olurduq. Tərləyirdik, bədənimiz qaşınır, başımız gicəllənirdi. Halımız o qədər pisləşirdi ki, yemək yeməməyi üstün tuturduq.

Həmin günlərdə çoxlu suallar yazılmış formalar verdilər. Onları doldurmalı idik. Bəzi suallar casus, xəyanətkar və yaramaz əsirlər barədə idi. Onların əsirlik boyunca etdiklərini yazmalı idik. Bu formaya əhəmiyyət vermədim. Özüm əsirlik çəkmişdim, şəraitə bələd idim, bizdən ayrılanların hamısının xislətcə xain olmadıqlarını, yalnız o əzablardan qurtulmaq üçün Allahın yerinə düşmənə sığınmış adamlar olduqlarını bilirdim. Fikrimcə, Qədir qarnizonu nə bu işin yeri idi, nə də məndə oturub digərlərinin cinayətlərini saymağa hal vardı.

Həmin bir neçə gündə öz aləmimdə idim. Əsirlikdən öncəki xatirələrimi və o qarnizona ilk gəlişimi yada salırdım, gecə vaxtı əngin səmaya qərq olurdum.
***
Əhvazın küçələri boş idi, şəhərin boşaldıldığı hiss olunurdu. Şəhid Behişti qarnizonu uzun Nadiri prospektində yerləşirdi. Qarnizon böyük idi. Martın 23-ü və qarnizonun yeri yaşıllıq idi. Birinci gün səhər baxışından sonra hamıya hərbi geyim verirdilər. Mənim əynimə isə geyim yox idi. Məcbur olub qarnizonun həyətini gəzdim və anbarı tapdım. Anbarın rəisi səmimi bir qoca idi. Dedi ki, get istədiyin paltarı götür. Paltarları eşələyəndən sonra nəhayət, sevdiyim pələng şəkilli forma və qurbağa dərisi rəngdə bir köynək götürdüm. Şalvar-köynəyi gətirib dərziyə verdim. Dərzi dedi: "Necə də zövqlü!" Tez ölçümü götürdü və bir-iki saat ərzində paltarları qısaltdı. Paltarları geyinib kəmərimi bağladım. Nə qədər axtardımsa, ayağıma çəkmə tapmadım. Məcbur qalıb cəbhəyə gəlməzdən öncə aldığım ketləri geyindim. Uşaqlar məni pələng şəkilli paltarlarda görüb həyəcanlandılar və məni çox həvəsləndirdilər. Bu formada özünəinamım artdı. Əynimə paltarın tapılmaması böyük bir problemə dönmüş və məsul şəxslərə bəhanə vermişdi. Deyirdilər ki, mən çox balacayam və qayıtmalıyam. İndi hiss edirdim ki, gedişim qətidir və məni heç kim qaytara bilməz.

Hər gün axşamüstü Vyetnam və İkinci Dünya müharibələrindən zorakı səhnələrlə dolu filmlər nümayiş etdirirdilər. Filmdən sonra namaz qılır və şam yeyirdik. Müharibənin əvvəllərində, hələ Ahəngəranın səsi dəbə minməmiş başqa inqilabi nəğmələr oxudurdular; məsələn: "Behişti, ey haqq şəhidi, qəmin məni öldürüb". Yaxud müğənni həzin bir səslə bir şəhidin vəsiyyətnaməsini oxuyurdu. Bu beyt mənə çox təsir edirdi:

“Səngərin yanındayam, son anlarımdır mənim,

Salam olsun sənə, ey mehriban anam mənim!”

O şəhidin bu şeirlə bütün düşüncələrini mənə ötürdüyünü hiss edirdim. Nəğmələrlə bərabər uzaqdan düşmən raketlərinin səsi eşidilirdi.

Hər gecə düşərgədə təlimlər keçirilirdi. Gecənin yarısı pasdarlar J-3 silahı və təlim güllələri ilə yataq otaqlarının qarşısında dayanıb hər yeri atəşə tuturdular. Gözyaşardıcı qazın iyi, tüstü və barıt güclü öskürəklərə səbəb olub adamı boğurdu. Hamı gözləyirdi ki, bunları görəndə gəlməyimə peşman olacaq və qayıtmaq istəyəcəyəm. Əslində isə hər an daha əmin olurdum ki, mənim yerim elə buradır.


***
Doqquz il əsirlikdən sonra yenə də İsfahanın Qədir qarnizonunda idim. Gün batana yaxın səsucaldanlardan Quran və münacat səsi gəlirdi. Allah bilir ki, hansı hissləri keçirdim. Qədir qarnizonu böyükdür, çoxlu binaları var. Münacatdan o qədər təsirləndim ki, daha adamların içində qala bilmədim. Münacatı oxuyanın səsini əsirlikdən öncə də dinləmişdim. Adamlardan uzaqlaşıb qərbdəki binalara getdim. Oradakı dörd-beş mərtəbəli binalarda dəmir pilləkən vardı. Pillələrdən sürətlə qalxıb dama çıxdım.

Doqquz ildən sonra ilk dəfə təkliyi təcrübə edirdim. Doqquz il əsirlikdə gecə-gündüz ətarafımda ən azı, 100-200 adam olurdu. Ürəyini boşaltmağa və Allahla xəlvət etməyə sakit bir yer yox idi.

İndi isə münacatın yanğısı və boğazımda qalmış bütün qəhərlərlə yalqız qalmışdım; Allahın ulduz dolu səmasının altında, tək-tənha... Allahummə inni əsəlukə...1

Ənbər düşərgəsi, 1982-ci il. Yaşı 18-dən aşağı olan əsirlər İraqın əsgər kazarmasında. Sağda Məhəmmədrza Yəqubi fotoaparata baxıb gülür. Xürrəmşəhrdə Mehdi Təhanianla birgə katyuşa atəşləri altında qalanların biri də o idi.



Bu şəkli İrandoxt 1982-ci ildə Mehdi Təhaniandan aldığı müsahibə zamanı çəkmişdi.



Rəmadi düşərgəsi, Mehdi Təhanianın Fransadan gəlmiş jurnalist heyətinə müsahibəsi. O, azad olub evə gələndə bu şəkli divarda görüb təəccüblənmişdi.




Cenevrə qanunlarına görə, hər altı ayda bir dəfə 5-6 nəfərlik qruplarda bütün əsirlərin şəkillərini çəkirdilər. Beynəlqəfəseyn düşərgəsi, 1984. Sağdan: Məcid Hərəndi, Mehdi Təhanian, Rza türk. Oturanlar: Seyid Rza Çavuşi və naməlum əsir.




Rəmadi düşərgəsi. Sağdan: Məhəmməd Yəzdi, Məhəmməd Salehi, Mehdi Təhanian, naməlum əsir.




Əsirlərin ət sellofanlarından düzəltdikləri fotoalbomun bir səhifəsi. Onlar səhifələrin kənarlarını dəsmallarından çıxardıqları iplərlə ziqzaq formasında bəzəyirdilər. Rəmadi düşərgəsi, 1983-cü il.




Rəmadi düşərgəsi, əsirlikdən yadigar. Sağdan: Nəzai, Qulamrza Cəlali.




İraqlılar hər korpusdan bəzi əsirləri seçib Kərbəla və Nəcəfə aparırdılar. Sağdan ikinci adam Beynəlqəfəseyndə Mehdinin qaldığı birinci korpusun nümayəndəsi Cavad Xacuyidir.




Mehdi Təhanian əsir düşəndən sonra onun məhəllə uşaqları birgə oynadıqları yerə toplaşıb şəkil çəkdirmiş və Mehdiyə göndərmişdilər. Sol tərəfdə oturan Mehdinin qardaşı Şəhid Mürtəza Təhaniandır.




Məhabad şəhərində uşaq və yeniyetmə festivalı. Ortadakı Şəhid Mürtəza Təhaniandır. O, Fav əməliyyatında şəhadətə qovuşdu.




Bu şəkil 1985-ci ildə Mehdi Təhaniana çatdı. Soldan birinci adam Mehdinin əmisi oğlu Höccət, axırıncı adam isə Mehdinin kiçik qardaşı Məhəmmədhüseyndir. O, dünyaya gələn kimi Mehdi cəbhəyə getmiş və qardaşının üzünü görməmişdi.




Əlirza Rəhimi azad olandan sonra Ərdistana Mehdinin ailəsini ziyarətə gedərkən. Sağdakı Şəhid Mürtəza Təhaniandır.




Mehdinin kiçik qardaşı Məhəmmədhüseyn




Mehdinin qardaşı Şəhid Mürtəza Təhanian




Soldakı: Şəhid Mürtəza Təhanian




Mehdi Təhanianın anası kiçik oğlu Məhəmmədhüseyn və qızı Mehdiyyə ilə. Bu şəkil əsirlikdə Mehdiyə çatanda fikirləşir ki, bu balaca qız kimdir. Çünki məktublar ardıcıl şəkildə çatmırdı.




Sağdan: Mehdinin əmisi Maşallah, atası Yədullah Təhanian.




Mehdi Təhanianın anası Şahnaz xanım və Mehdi əsir olarkən dünyaya gəlmiş bacısı Mehdiyyə.




Ərdistana kilometrlərlə qalmış əhali Mehdini qarşılmağa gəlib.




Ərdistan şəhəri, Mehdi Təhanianı qarşılama mərasimi.




Ərdistan şəhəri, Mehdi Təhanianı qarşılama mərasimi.




Ərdistan şəhəri, Mehdi Təhanianı qarşılama mərasimi. Mehdi maşının üstündə hərbi geyimdə dayanıb və camaata əl yelləyir.




Azad olandan sonra Mehdi Təhanianın Ərdistanda çəkdirdiyi ilk şəkil.




Keçmiş ərdistanlı əsirlərin azadlıqdan yeddi həftə sonra müqəddəs Məşhədə ilk səfəri, 1990.




Azadlıqdan beş ay sonra. Mehdi Təhanian və 23 əsirdən biri olan Əhməd Yusifzadə. İsfahan şəhəri, 33 körpü.




Tehran universitetinin Hüquq və politologiya institutu. Soldan üçüncü adam Mehdi Təhaniandır.




Mehdi Təhanian Tehranda Dəmavənd dağında, 1995-ci il.




Xəttat Mahmud Kamaninin əl işi. O, çox kiçik bir kağız üzərində "Mehdi Təhanian" yazıb ad günündə ona hədiyyə verdi.




Azadlıqdan sonra karantində verilmiş ilk kart. İsfahan, Qədir qarnizonu, 1990.



Mehdinin əsirlikdə ailəsinə yazdığı ilk məktub. Kəsik portoğal şəklini portoğal qutusunun üzərindən qoparıb məktuba tikmişdi.



1 Kişilər üçün ərəb başörtüyü. Bəzi müsəlman ölkələrində işğalçı düşmənə qarşı müqavimət simvoludur.

1 İranda İslam İnqilabından sonra mövcud ordunun kənarında inqilabçı qüvvələrdən təşkil olunmuş əlavə hərbi birləşmənin adıdır: İslam İnqilabının Keşikçilər Korpusu.

2 İslam İnqilabı Keşikçilər Korpusunun üzvü.

1 İranda İslam İnqilabından sonra yaradılmış könüllülər təşkilatının adıdır. Bu təşkilat müharibə şəraitində döyüş cəbhələrində, arxa cəbhədə fəaliyyət göstərən, sülh şəraitində isə ölkənin quruculuq işlərində, təhlükəsizliyin təmin olunmasında və s. işlərdə fəaliyyət göstərən yarımhərbi qoşunun adıdır. İranda bu qoşunun 20 milyondan artıq üzvü vardır.

1"Cəld ayağa qalx!"

2“Cəld təslim ol!”

3“Əllərini qaldır!”

1“Cəld olun, vurun!”

1“Ağam, ağam”.

1 “Qardaşım, qardaşım!”

1 “Dağılışın!”

1 Hərbiçiləri daşımaq üçün nəzərdə tutulmuş alman istehsallı hərbi avtomobil.

1 “Mehdi! Mehdi, gəl!”

1 “Biz müsəlmanıq. Biz qardaşıq. Xomeyni din adamıdır”.

2 “Xomeyni haqlıdır. Xomeyni din adamıdır”.

1 Bəəs – diriliş, dirçəliş deməkdir, Ərəb Sosialist Dirçəlişi Partiyasının qısa adıdır. (müt.)

1 Sonralar düşərgələrə gətirilən qəzetlərdə onun şəklini çox gördüm. Üzü yaxşı yadımda qalmışdı. Şəklini görən kimi tanıdım və həmin otaqda mənim önümdə dayanmış adamın həqiqətən, Səddamın dayısı oğlu və İraqın Müharibə naziri Adnan Xeyrullah olduğunu bildim.

1 “Mehdi, Xomeyni yaxşı adamdır. Biz müsəlman qardaşlarıq. Səddam uzunqulaqdır!”

1 “Ey Zəhra övladı! Ey Zəhra övladı! Xomeyniyə təslim! Səddama ölüm olsun!”

1 Sonralar düşərgələrdə İraqın farsca radiosundan onun səsini çox eşitdim. Səsi və ləhcəsi yaxşı yadımda idi.

1 Sonralar öyrəndik ki, ora İraqın 14-cü Ramazan qarnizonunun girişi imiş. Deyilənə görə, Orta Şərqin ən böyük qarnizonu idi. İraqla İordaniyanın sərhədində yerləşirdi. Əl-Ənbar və Rəmadi şəhərləri onun yaxınlığında idi.

1 Düşərgə üç korpusdan ibarət idi. Hər korpusda səkkiz kamera vardı: hər mərtəbədə dörd kamera. Hər kamerada 60-70 əsir saxlanırdı.

1 Həmin yoldaşlarım indi məni görəndə gülüb deyirlər: "Mehdi, yadındadır o yaşınla bizdə necə ruh yüksəkliyi yaradırdın?!"

1 Doqquzillik əsirlik dövründə istisnasız olaraq, hər səhər bizə aş verirdilər. İçində bir qədər düyü bişərək jele formasına düşmüş çoxlu su. Günorta yeməyinə bir nəlbəki plov olurdu. Bəzən yanında rəngi qaralmış toyuq və ya mal əti də verirdilər. Dondurulmuş ət kisəsinin üzərinə yazılmış tarix İkinci Dünya Müharibəsinə aid idi. Qırmızı Xaçın nümayəndələri deyirdilər ki, bu ətləri yeməkdənsə, ac qalsanız, yaxşıdır. Şam yeməyinə də içində bir neçə badımcan və ya kartof olan qaynar su verirdilər. Hər gün bir yarım çörək də verirdilər. Çörəyi gecələr suya doğrayıb yeyirdik. Uzun əsirlik illəri boyunca yediklərimiz bunlar idi, heç bir meyvə-tərəvəz görmürdük.

1 “Allahu-Əkbər!”

1 İmam Əlinin (ə) qatili Əbdürrəhman ibn Mülcəm.

1 “Mehdi, tez bura gəl!”

1 Onların üçünün adını xatırlayıram: Fatimə Nahidi, Məsumə Abad və Şəmsi Bəhrami.

1 Qələm əsir üçün silah sayılırdı. Kimdə qələm tutsaydılar, ölənəcən döyür, bəzən də Bağdad istixbaratına göndərirdilər. Buna görə də, qələm saxlamaq canla oynamaq demək idi.

1 Dua və ziyarətnamələr toplusu.

1 Şüəra/227

1 İraqlılar hizbullahçı uşaqlara belə deyirdilər. Mənası müşkül və problemlər atası deməkdir.

1 Bu film yetmişinci illərdə İran kinosunun ən populyar filmlərindən idi.

1 Mətbəxdə öz aşpazlarımız suyu böyük qazanlarda qaynadırdılar, sonra böyük parçaların içinə quru çay atıb ağzını möhkəm bağlayır və qazanın içinə salırdılar. Qazana çoxlu şəkər də əlavə edirdilər. Şəkəri öz təqaüdümüzlə almağa məcbur idik. Hər bir kameranın böyük plastik vedrələri vardı. Onları aparıb çay paylarını alırdılar. Çayı isti saxlamaq üçün çox vaxt vedrəni ədyal və parça ilə bükməli olurduq. Lakin bu da nəticə vermirdi və yenə soyuyurdu.

1 O plastik kisələrin iranlı əsirlərin boynunda böyük haqqı var. İndi də o kisələri görəndə əsirlik xatirələrim canlanır. Onlar bizim üçün həyati bir əşya idi. Əsirliyin əvvəlindən sonuna qədər müxtəlif işlər üçün onlardan istifadə etmişik: süfrə kimi, qabyuyan kimi, hamam lifi kimi, kamera içindəki tualetlərə pərdə kimi, kameranın içini və hamam-tualetləri yumaq üçün və s. Onların bir-ikisini bizim kameramıza vermələri üçün bəzən aylarla növbə gözləyirdik.

1 Orada həkimlər də hərbi forma geyinirdilər.

1 O vaxtdan əsirliyin sonuna qədər hər il aşuradan bir neçə gün öncə bütün əsirlərə o peyvəndi vururdular. Biz ondansa edamı üstün tutardıq, amma çıxış yolu yox idi. Əgər əl-qolumuzu bağlamalı olsaydılar belə, onu vuracaqdılar. Bu baxımdan, razılaşmaqdan başqa yolumuz yox idi. Onlar İmam Hüseynə əzadarlıq həvəsimizi öldürmək üçün bizi bu vəziyyətə salırdılar.

2 Qırmızı Xaçın nümayəndələri bizə deyirdilər: "Bu ətləri yeməyin, xəstələnərsiz. Bu ətlər yüz il öncədən qalıb. Sizi həyatda saxlayan yeganə xörək səhər verilən düyü aşıdır". Lakin ac qarın belə sözləri anlamırdı!

1 Əli indi həkimdir. O hər dəfə məni görəndə bu hadisəni xatırladır.

1 Əli Rəhməti iraqlılara o qədər xidmət etdi ki, Bəsicdən iki əsir onu otağında öldürüb iraqlılara təslim oldular.

1 Sonralar öyrəndim ki, o qadın Yeni Dehli Universitetində fars ədəbiyyatı müəllimidir. Fransalılar onu tərcüməçi olaraq özləri ilə gətirmişdilər.

1 Nasirə Şalma adlı o qadın həmin kaseti İraq tərəfinin icazəsi olmadan düşərgədən çıxarmışdı və film Fransanın Beşinci kanalında efirə verilmişdi. O, İraqdan və düşərgə rəhbərliyindən beynəlxalq təşkilatlara şikayət də etmişdi.

Ailə üzvlərim sonradan deyirdilər: "O veriliş İran televiziyasından yayımlananda səndən ümidimizi üzdük və əmin olduq ki, səni edam edəcəklər. Hətta dəfələrlə qulağımıza edam şayiəsi də çatdı".



Məsul şəxslər ailəmi həzrət imamla və yüksək rütbəli məmurlarla görüşə aparmışdılar. Onlara söz vermişdilər ki, iraqlıların mənə bir şey etmələrinə imkan verməyəcəklər. Güman ki film yayımlanmazdan öncə İran İslam Respublikası tərəfindən İraqa xəbər göndərilmişdi. Çox ürəyim istəyirdi ki, həqiqətləri ozamankı məmurların dilindən eşidim. Lakin bu imkan yaranmadı və bu sual hələ də mənim üçün açıqdır. Deyəsən, İran tərəfi demişdi ki, o verilişdə danışan uşaqlara bir şey etsəniz, əvəzini çıxacağıq. İranda İraqın yüksək rütbəli əsirləri vardı və onların yaşaması iraqlılar üçün mühüm idi.

1 Yaxşı

2 Pis

1 Əmir bir müddət yeriyə bilmədi. Ayaqlarının altında yeni dəri əmələ gələndə də o qədər nazik idi ki, azca sıxmaqla qanayırdı. Azadlıqdan illər sonra Əmiri gördüm. O, hələ də ayaqlarını müalicə etdirirdi.

2 İki qəfəsin arası

1 Xurma ilə qaçışları bizim xarab və qurdlu xurma payımızın da kəsilməsinə səbəb oldu.

1 Güclü və dalaşqan əsirlər heç kim bilmədən bir yerə toplaşıb qərara gəlirdilər ki, nökərlikdə həddini aşan birinə qulaqburması versinlər. Buna “Ədyal bayramı” deyirdilər. Onlar əllərinə bir ədyal götürüb səssizcə gəzişirdilər. Nəzərdə tutduqları adam əsgərlərdən uzaq sakit bir yerə çatanda isə vuranları tanımasın deyə ədyalı başına salıb iraqlılar gələnə qədər əzişdirirdilər.

1 Bəqərə/207

1 Beynəlqəfəseyndə yemək rejimimiz Rəmadidə olduğu kimi idi: səhər yeməyinə aş, günorta ağ plov, axşam da soğan qabığı rəngdə su və badımcan. Burada da ildə bir və ya iki dəfə bizə meyvə gətirirdilər. Onların meyvə verməkləri əsl işgəncə idi. Məsələn, 150 nəfərə 10-15 kiçik nar verirdilər. Uşaqlar narı bir-bir gilələyirdilər və hər adama bir neçə nar giləsi düşürdü. Bəzən 150 nəfərə iki-üç kiçik qarpız verirdilər. Uşaqlar olanlardan maksimum istifadə etmək və bədənlərinə azca olsa belə vitamin çatdırmaq üçün meyvələrin qabıqlarını da yeyirdilər.

1 “İlahi, əfv et!”

1 Orada kanalizasiya sistemi yox idi və çirkab su qazılmış quyuya tökülürdü. Quyular dolanda maşınlar gəlib boşaldırdılar.

1 Mehdi Əbrişəmçi Məsud Rəcəbidən sonra Xalq Mücahidləri Təşkilatında ikinci adam idi. Bu təşkilata İranda Münafiqlər təşkilatı deyirlər.

1 “Get, get!”

1 “Allahım, Səndən istəyirəm...”



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə