Bismillahir-Rahmənir-Rahim Allahın salam və salavatı olsun Peyğəmbər və onun Əhli-Beytinə



Yüklə 459,52 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix14.06.2018
ölçüsü459,52 Kb.
#48872
1   2   3   4   5   6   7   8   9   ...   15

www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

7

Hərfi tərcümə 



De:  pənah  aparıram  camaatın  yaradanına, 

camaatın  padşah,  sultan,  və  malikinə,  camaatın 

məbuduna 

(ibadət 


etdikləri 

varlığa) 

şeytanın 

vəsvəsəsinin  şərrindən,  o  şeytan  ki,  insanların 

sinəsində  vəsvəsə  edər.  O  vəsvəsə  edən  ki,  insan  və 

cindən ola bilər. 

 

 

“Nas” surəsinin təfsiri 



Qurani  -  Kərimin  axırıncı  surəsi  olan  bu  surədə 

Allah-Təala  Peyğəmbər  (s)-i  rəhbər  kimi  çamaata 

göstərərək  buyurur:  “De  pənah  aparıram  çamaatı 

yaradan və tərbiyə edənə”  

سﺎﻨﻟا بﺮﺑ ذﻮﻋا ﻞﻗ

 

  Belə fikrləşmək olur ki, Allah-Təala Peyğəmbər 



(s)  kimi  bir  şəxsiyyətə  pənah  aparmağı  və  Allaha 

sığınmağı  əmr  edirsə,  bizə  lazımdır  ki,  bu  məsələdə 

daha  çox  diqqət  edək  və  bir  an  da  Allaha  pənah 

aparmaqdan qafil olmayaq. 

  Ardıyca 

buyurur: 

“Camaatın 

malik 


və 

padişahına”         

 ﻚﻠﻣ

سﺎﻨﻟا


 

“Camaatın məbuduna” 

سﺎﻨﻟا ﻪﻟا 

        Diqqət  etməli  budur  ki,  burada  Allah-

Təalanın  böyük  sifətlərindən  olan  üç  sifəti  (Rəbb, 



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

8

Malik  və  Məbud)  gətirilir  və  bildirilir  ki,  bu  sifətlər 



insanın tərbiyəsində böyük rol oynayaraq onu vəsvəsə 

edənlərin caynağından xilas edə bilir.

 

   Əlbəttə pənah aparmaqdan  məqsəd bu deyil ki, 



insan  təkcə  bu  sözləri  dili  ilə  desin.  Bəlkə  (əksinə 

olaraq  -  red.)  lazımdır  ki,  onu  əməli  surətdə  həyata 

keçirsin.  Əməldə  də  Allaha  pənah  aparsın.  Şeytani 

yollardan  uzaq  olsun.  Şeytani  məclislərə  getməsin, 

şeytani  fikrlərin  yerini,  ilahi  fikrlərlə  dəyişdirsin. 

Yoxsa  əmələn  şeytani  işləri  edib,  dildə  bu  sözləri 

ifadə  etməklə  insan  hər  bir  təhlükədən  xilas  ola 

bilməz.  

   Surənin  davamında  Allah-Təala  buyurub: 

“xənnasın vəsvəsəsinin şərrindən ” 

سﺎﻨﳋا ساﻮﺳﻮﻟاﺮﺷ ﻦﻣ 

“O, kəsdən ki, insanların sinələrində vəsvəsə edir” 

سﺎﻨﻟا روﺪﺻ ﰱ سﻮﺳﻮﻳ ىﺬﻟا 

Bu  vəsvəsə  edən  elə  bir  imkana  malikdir  ki, 

insanın qəlbini öz yuvasına çevirir, onun ixtiyarını ələ 

alır,  imanını  oğurlayır  və  nəhayət  insanın  abrını, 

qeyrət  və  namusunu,  mal  və  dövlətini,  daxili 

rahatlığını bərbad edir. 

“Cindən və insandan olan vəsvəsə edən” 

سﺎﻨﻟاو ﺔﻨﳉا ﻦﻣ 

Bəli  pənah  aparıram  Allaha,  çox  ziyanlı,  fəsadlı 

olan bir mövcuddan ki, şeytan adlanır. İstər bu şeytan 

cin  tayfasından  olsun  ya  insan,  istər  gözə  görünən 



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

9

olsun  ya  görünməyən  məhsus  (hiss  olunan  –  red.)  bir 



varlıq olsun ya hiss olunmayan. Bir sözlə hər nə məni 

Allah-Təaladan  uzaqlaşdıracaq,  məni  Allahın  izzət 

kölgəsindən  çıxarıb,  şeytan  və  şeytan  sifətli 

məxluqatın  zillət  kölgəsinə  salacaqsa  ondan  böyük 

olan Allaha pənah aparıram. 

 

 



“Nas” surəsinin hədəfi 

  1-  Bu  surədən  belə  alınır  ki,  ən  əzəmli  insanlar 

da daimi Allaha pənah aparmalıdır.

 

  2-  Bu  surənin  ali  hədəfi  əvvəlcə  insani  həqiqi 



məbudun tərəfinə yönəlməkdir. Sonraki mərhələdə isə 

təhlükə elan edilərək insanlar iki böyük şərr qüvvədən 

-  şeytanlar  və  şeytan  sifət  insanlardan  qorunmağa 

cağırılır. 

  3- 

 سﺎﻨﻟاو ﺔﻨﳉا ﻦﻣ “Cinlərdən və insanlardan ” ibarət 



olan vəsvəsə edənlər cümləsindən belə məlum olur ki, 

vəsvəsə  etmək  təkcə  Allah  dərgahından  qovulmuş 

iblisə  məxsus  deyil.  Bu  sözün  geniş  mənası  vardır. 

Hər bir fəsad törədən  mövcudlara da aid olur (mikrob 

kimi).  “Xənnas”  deyəndə  həm  o  şeytana  həmdə  onun 

kimi olan insanlar və cinlər də nəzərdə tutulur.  

  İlahi! Bizi şeytan və şeytana xidmət edən bütün 

məxluqatın  şərrindən  qoru;  onların  şərrindən  sənə, 

rəbbimizə, 

padşahımıza, 

məbudumuza, 

pənah 


gətiririk!  

Amin, ya Rəbbəl aləmin. 

 



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

10

“Nas” surəsinin xüsusiyyətləri 



1-  İnsan  daim  şeytanların  vəsvəsəsilə  üzləşir. 

İnsanlardan  və  cinlərdən  olan  şeytanlar  çalışırlar  ki, 

onu  azdırsınlar.  İnsanın  məqamı  yüksəldikcə  onun 

düşmənləri  də  böyüyür.  Onun  çaşmasına  əvvəlkindən 

artıq  vaxt  və  güc  sərf  edirlər.  Bu  sürədə  Allah-Təala 

göstəriş  verir  ki,  şeytanların  şərrindən  ona  pənah 

aparaq.  

 “Nas”  surəsinin  Məkkədə  və  Mədinədə  nazil 

olması  bərədə  fikir  ayrılığı  vardır.  Amma  Məkkədə 

nazil olmasına ehtimal daha artıqdır.  

2-  Bu  surənin  fəziləti  barədə  çoxlu  rəvayətlər 

vardır.  İmam  Baqir  (ə)  buyurub:  hər  kəs  “vətr” 

namazında  bu  surəni,  “Fələq  və  İxlas”  surəsini  oxusa 

onun  namazı  qəbul  olunar  və  ona  bu  barədə  mələklər 

müjdə  verərlər.  Başqa  bir  rəvayətdə  deyilir: 

Peyğəmbər  (s)  xəstə  olan  Cəbrail  və  Mikayil  gəlib 

“Nas”  və  “Fələq”  surələrini  onun  başı  üzərində 

oxudular və o, Həzrət şəfa tapdı.  

 3.  Bu  surə  ona  görə  “Nas”  adlanıb  ki,  “nas” 

kəlməsi onda bir neçə dəfə təkrar olunub. 

 

Sual və tapşırıqlar. 

 1.  Bu  sürənin  adları  nədir  və  nə  üçün  bu  adla 

tanınır? 

 2. “Nas” surəsi harada nazil olub? 

 3. “

ﷲا ” (Allah) kəlməsinin mənası nədir? 




Yüklə 459,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə