Bismillahir-Rahmənir-Rahim Allahın salam və salavatı olsun Peyğəmbər və onun Əhli-Beytinə



Yüklə 459,52 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix14.06.2018
ölçüsü459,52 Kb.
#48872
1   2   3   4   5   6   7   8   9   ...   15

www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

15

ki, onlar bizim əxlaqımızda və həyatımızda neçə-neçə 



çirkinliklər  formalaşdırıblar.  İnsan  getdikcə  inkişaf 

etməlidir.  Amma  biz  hansı  təsirlər  altında  gələcəyə 

gedirik.  O  gələcəkdə  bizi  hansı  bədbəxtçiliklər,  hansı 

qaranlıqlar  gözləyir.  Biz  isə  elə  bilirik  qarşıda  işıqlı 

gələcəyimiz  vardır.  Bəli,  qarşıda  işıqlı  gələcək  var, 

amma  kimlər  üçün?  Dediyimiz  cadugərlər  üçün? 

Yoxsa onların tilsiminə düşənlər  üçün? Ya tam başqa 

bir  dəstə  üçün  ki,  onlar  nə  cadugərlik  etmir,  nə  də 

cadu  və  sehrin  tilsiminə  düşməyiblər.  “Onların  nə 

qəmi var nə qorxusu” 

 نﻮﻧﺰﳛ ﻢﻫ ﻻو ﻢﻬﻴﻠﻋ فﻮﺧ ﻻ    

3.  İffətsiz  qadınlar,  Həqiqətən  onlar  xususən  bu 

zamanda  ən  böyük  cadugərdilər.  Cəmiyyətin  əsaslı 

olan  təbəqəsi,  gənc  nəsli  öz  əxlaqsızlıqları  ilə 

müsəxxər  edərək  onların  üzərində  hakimiyyət  edirlər. 

Allah-Təala  bizi  və  bütün  gəncləri  onların  şərrindən 

qorusun. 

ﺪﺴﺣ اذا ﺪﺳﺎﺣ ﺮﺷ ﻦﻣو

 

“Həsəd edənlərin həsəd etdiyi vaxtın şərrindən” 



Ayə  “həsədi”  ən  pis  sifətlərdən  hesab  edir.  Bu 

xasiyyət  insanın  daxilində  baş  qaldıranda  heç  bir 

cinayət insan üçün pis görünmür. Qüdrəti catan hər işə 

əl  atır,  döğma  və  yad  onun  üçün  bərabər  olur.  Hətta  

öz canına da insanın heyfi gəlmir.  

Burada  yadıma  bir  dastan  düşdü;  Qonşusunun 

paxıllıqını  çəkən  bir  nəfər  hər  vasitə  ilə  istəyir  onu 

ləkələsin,  amma  bacarmır.  Axırda  öz  qulamına  əmr 




www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

16

edir  ki,  çıxaq  onun  evinin  damına.  Çıxdıqdan  sonra 



qulamına öz başını kəsməyə əmr edir. Qulam yalvarır 

ki,  ağa  sən  öz  başını  kəsdirməklə  heç  nəyə  nail  ola 

bilməzsən.  Ağa  deyir:  nə  üçün?  Mənim  meyyitimi 

bunun damında  görənlər  məmurlara  xəbər  verəcəklər. 

Məmurlar  onu  tutub  edam  edəndə  ömrü  boyu 

qazandığı  hörmət  və  abrını  itirəcək.  Beləcə  qulam 

ağasının  başını  kəsir.  Məmurlar  ev  sahibini  tutur. 

Ittiham  edib  edam  ağacının  altına  gətirirlər.  Amma 

asmaq zamanı  gələndə qulam  gələrək hər şeyi olduğu 

kimi  etiraf  edir.  Beləliklə  Allaha  sığınan  abırlı  və 

inamlı bir mömin Onun pənahında qorunur. 

  Bəli,  həsəd  xəstəliyi  belədir.  İnsanın  öz-özünün 

qatili  edir.  Amma  möminlər  qorunaraq  Allahın 

pənahında  hifz  olunurlar.  Şair  şerlərinin  birində  belə 

buyurub:  

İlahi be həqqi əmiri ərəb  

Həsəd əhlinə ver kəmali ədəb. 

Həsəd bir bəladır, bəlayi əzim. 

Bəla içrə qıl həsudi muqim.  

Allah-Təala  bu  böyük  bəladan  bizi  qoruyub 

saxlasın.  Bizə  tofiq  versin  ki,  tamam  ömrümüz  boyu 

ona pənah apara bilək. Amin.  



“Fələq” surəsinin xususiyyətləri. 

1-  Bu  surədə  “Fələq”  kəlməsi  işləndiyinə  görə 

belə adlanır. “Muəvvəzə” də deyilir. Çünki o kəlmədə 

işlədilib.  

2-Məşhurdur ki, bu surə Məkkədə nazil olub. 



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

17

 



“Fələq” surənin hədəfi.  

Bu surə yeddi dəstədən çəkinməyi təkid edir: 

1 - Fasid olan məxluqlardan. 

2 - Cəhalət və nadanlığın zülmətindən.  

3 - Cadugərlərdən. 

4 - İctimaiyyəti qarət etmək istəyənlər ki, fəsad 

yayırlar. 

5 - İffətsiz qadınlardan. 

6 - Küfrün qaranlığından. 

7 - Gözü dar paxıllardan.

 

 

Sonda  həsəd  barəsində  bir  neçə  hədisə  diqqət 



edək: 

 İmam  Baqir(ə)  buyurur:  “Alov  odunu  yeyən 

kimi həsəd də imanı yeyir”.  

 İmam Sadiq(ə): “Dinin bəlası həsəddir”.  

 Həsəd  həmişə  peyğəmbərlərə 

mane  olan 

yollardan  biri  olub.  Yer  üzündə  ilk  qətl  hadisəsi, 

Qabilin  Habili

 

(Adəm  (ə)  övladları)  öldürməsi  həsəd 



nəticəsində olmuşdur.  

  İlahi, 

bu 

ayədə 


buyurduğun 

məxluqatın 

şərrindən bizləri qoru. 

                                          



Sual və tapşırıqlar. 

1.  Bu  surənin  adları  nədir?  Niyə  bu  adlarla 

adlanıb ? 

2  Sahir və cadugərlər neçə dəstədirlər ? 




www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

18

3 “



ﺎﻣ” (ma) kəlməsinin mənası nədir ? 

4 “


ﻖﻠﻓ” (Fələq) kəlməsinin mənasını izah edin.  

5  Fələq (

ﻖﻠﻓ) surəsinin hədəfini izah edin. 

     


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Üçüncü Dərs 

“İxlas” surəsi 


www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

19

ﻢﻴﺣﺮﻟا ﻦﲪﺮﻟا ﷲا ﻢﺴﺑ



 

 ٌﺪَﺣَأ ُﻪﱠﻠﻟا َﻮُﻫ ْﻞُﻗ

  

 ُﺪَﻤﱠﺼﻟا ُﻪﱠﻠﻟا



   

 ْﺪَﻟﻮُﻳ َْﱂَو ْﺪِﻠَﻳ َْﱂ

  

 ٌﺪَﺣَأ اًﻮُﻔُﻛ ُﻪﱠﻟ ﻦُﻜَﻳ َْﱂَو



  

 

“İxlas” (Tovhid) surəsinin kəlmələri. 

ﻞﻗ” – De. 



ﻮﻫ” – o, (kişi cinsi üçün şəxs əvəzliyi) 

ﷲا” – həqiqi məbud.  



ﺪﺣا  -  Yeganə,  tək,  misli  olmayan,  qeyri 

mürəkkəb.

                                         

ﺪﻤﺻ” -


   hər şeydən ehtiyacsız, bir varlıq ki, hamı 

ona möhtacdır, əzəli, əbədi. 

 “

ﱂ ”-  yox, inkar forması, yoxluq bildirən. 



 “

ﺪﻠﻳ” – doğur. 

 “

 ﺪﻠﻳ ﱂ ” – doğmayıbdır. 



 “

ﺪﻟﻮﻳ ﱂ” – doğulmayıbdır. 

 “

ل” – ötəri, xatirinə. 



 “

ﻪﻟ” – onun ücün, ona xatir. 

 “

 اﻮﻔﻛ


-  

ﻮﻔﻛ


” misli, oxşar, bərabər.  

 

Hərfi tərcümə 

“De Allah təkdir, Allah ehtiyacsızdır və hamı ona 

möhtacdır,  doğmayıb,  doğulmayıb,  onun  oxşarı  və 

misli yoxdur”.

 

“Tovhid ” surəsinin təfsiri. 




Yüklə 459,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə