Bismillahir-Rahmənir-Rahim Allahın salam və salavatı olsun Peyğəmbər və onun Əhli-Beytinə



Yüklə 459,52 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix14.06.2018
ölçüsü459,52 Kb.
#48872
1   2   3   4   5   6   7   8   9   ...   15

www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

20



ﺪﺣا  ﷲا  ﻮﻫ  ﻞﻗ”  “De:  ey  mənim  həbibim,  (səndən 

soruşan  bütpərəstlərə  və  bütün  başqa  soruşanlara) 

Allah təkdir onun vücudu vacibi zatidir, bütün eyb və 

nöqsanlardan  pakdır,  mürəkkəb  deyil,  əczası  yoxdur, 

gözlə  görünməyib,  görünməyəcək,  nə  dünyada,  nə 

axirətdə,  ağıllar  onu  dərk  etməkdə  acizdirlər.  Mən 

ibadət  etdiyim  elə  bir  Allahdır  ki,  ona  çətinlikdə 

asanlıqda,  quruda,  suda,  hər  bir  məkan  və  zamanda 

müraciət etsəniz sizə kömək edər”.  

İmam Baqir (ə) buyurur: bütpərəstlər öz bütlərinə 

işarə  edərək  deyirlər:  ey  Muhəmməd  (s)!  Bu  bizim 

Allahlarımızdır, səndə öz Allahını bizə göstər tanıyaq. 

Onların  cavabında  bu  ayə  nazil  olaraq  “Allahı”  belə 

vəsf  etdi.  Yəni  bizim  Allahımız  sizin  bütləriniz  kimi, 

gözə  görünən,  maddə,  mürəkkəb  hissələrinə  və 

məkana  möhtac  olan,  kiminsə  əli  ilə  düzəldilən, 

yonulan  və  formalaşan  deyil.  Bizim  Allahımız  bütün 

eyiblərdən təmizdir (uzaqdır-red.).

 



ﻮﻫ”  (huvə)  kəlməsindəki  “و”  (vav)  qaiblik 



zəmiridir.  Allah-Təalanın  qeybdə  olmasına  dəlalət 

edir. 


Əli  (ə)  buyurub:  Bədr  müharibəsinin  gecəsində 

yuxuda  Həzrət  Xızrı  gördüm.  Ondan  köməklik 

istədim.  O,  mənə  bu  zikri  öyrətdi:  “

ﻮﻫﻻا  ﻮﻫﻻ  ﻦﻣﺎﻳ  ﻮﻫﺎﻳ” 

(Ya  hu  ya  mən  lahu  illa  hu).  Bunu  Həzrət 

Peyğəmbər(s)-ə  danışdım,  buyurdu:  Ya  Əli,  sənə 

ismi-Əzəm öyrədib.  



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

21

Əmmar  Yasir  deyir:  Süfeyn  müharibəsi  vaxdı 



Əlini  bu  zikri  deyən  vaxt  gördüm.  Soruşanda  “ismi-

əzəm”-dir deyə cavab verdi.  

ﷲا”  kəlməsi  ona  məxsus  olan  bir  addır.  Bütün 



Cəlal  və  Cəmal  sifətlərini  özündə  toplamışdır. 

Allahdan  başqa  kimsəyə  onu  ad  qoymaq  olmaz.  “

ﺪﺣا” 

kəlməsinin barəsində çoxlu sözlər vardır. Bəziləri onu 



“vahid”  kəlməsi  ilə  eyni  olduğunu,  bəziləri  isə  fərqli 

olduğunu deyirlər.  

Amma Əli(ə) sözü ilə desək:  Allah təkdir, oxşarı 

yoxdur,  onun  zati  təqsim  qəbul  etmir  (mürəkkəb 

deyil) nə xaricdə, nə ağılda, və nə də fikirdə.

 



 ُﺪَﻤﱠﺼﻟا  ُﻪﱠﻠﻟا”  –Allah-Təala  ehtiyacsızdır.  Bütün 

ehtiyaclılar  ona  möhtacdır.  Onun  zamana  və  məkana 

ehtiyacı  yoxdur.  Onun  məqamı  bütün  məqamlardan 

üstündür.  Onun  əmirləri  bütün  əmirlərdən  artıqdır. 

Rəhməti  sonsuzdur,  elmi  isə  hər  şeyi  əhatə  edir.  Heç 

nə  ondan  güclü  ola  bilməz.  Məxfi  və  aşkar  olan  heç 

bir varlıq onun nəzərindən yayına bilməz. 

ﺪﻠﻳ ﱂ ” (doğmayıb) Allahın övladı yoxdur. O, bu 



cür  işlərdən  pakdır.  Bu  ayədə  Allah-Təala 

 

tayfan n batil fikrini rədd edir: 



 

Məsihilər deyir: “İsa Allahın oğludur”

 

Yəhudilər deyir: “Üzeyir Allahın oğludur” 



 

Müşrik  ərəblər  isə  mələklərin  Allahın  qızları 

olduğunu güman edirlər.  



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

22

Həqiqətən  bu  ayə  neçə  illər  bu  üç  millətin 



əqidəsinə  hakim  olan  batil  fikri  rədd  edərək  Allahın 

övladının olmadığını bəyan edir.  

ﺪﻟﻮﻳ  ﱂو” Allah-Təala heç kimin övladı deyil. Heç 



nədən  vücuda  gəlməyibdir.  Bu  ayə  bu  günə  qədər 

davam  edən  və  batil  bir  əqidə  olan  “güya  Həzrət  İsa 

(ə)  Allahdır”  əqidəsinə  möhkəm  bir  cavabdır.  İsa(ə) 

insandır. 

Doğulubdur, 

amma 


Allah-Təala 

cismiyyətdən  uzaqdır.  İsa(ə)  insan  surətindədir,  Allah 

isə surət qəbul edən deyil.  

İmam  Hüseyn(ə)  Bəsrə  camaatının  məktubunun 

cavabında  yazır:  “Ondan  bir  şey  xaric  olmayıb,  nə 

maddi  şeylər,  övlad  kimi.  Nə  də  lətif  şeylər,  nəfəs 

kimi. Yuxu, xəyal, qəm, təbəssüm, ağlamaq, qorxmaq, 

aclıq  və  susuzluq  Allah-Təaladan  baş  verməz.  O,  bu 

şeylərdən pakdır.” 

Nəhayət  surənin  sonunda  uca  olan  Tanrı  öz 

müqəddəs olan varlığı barədə belə buyurur:  

 ُﻜَﻳ َْﱂَو

 ٌﺪَﺣَأ اًﻮُﻔُﻛ ُﻪﱠﻟ ﻦ

 

“Heç  bir  varlıq  onun  oxşarı  deyil”  daha  doğrusu 



o  heç  bir  varlığa  oxşamır.  Heç  nə  elmdə,  qüdrətdə 

məqam  və  mənzələtdə  ona  bənzəmir.  Bu  ayə  Allahı 

cism bilənlərə (mücəssəmə), habelə Allahı sifət və zat 

cəhətindən  məxluqa  bənzətənlərə  (müşəbbihə)  gözəl 

bir cavab verir. Batil fikirlərinizdən əl çəkin! Allah siz 

fikirləşdiyiniz kimi deyil.  

 



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

23

 



 

“Tovhid” surəsinin hədəfi. 

Bu  surə  Allahı  tanımaq  barədə  nazil  olub.  Bu 

mühüm  işdə  azanları,  həqiqətdən  uzaq  düşənləri, 

tənqid  edərək,  bütpərəstlərə,  ulduz  və  aypərəstlərə, 

atəşpərəst  və  üçlüyə  (ata,  oğul,  müqəddəs  ruh)  qail 

olanlara,  bir  sözlə,  bu  surədə  tosif  olunan  (sifətləri 

sadalanan-red.) 

Allahdan 

başqasına 

əqidə 


bağlayanlara  və  Allaha  məxluq  sifəti  nisbət  verənlərə 

deyir:  sizin  əqidəniz  batildir.  Istəyirsizsə  düzgün 

əqidəniz olsun, həqiqi  məbuda itaət edəsiniz, o həqiqi 

məbudun  zat  və  sifəti  budur.  Bundan  başqa  əqidə 

batildir.  

 

“Tovhid” surəsinin xüsüsiyyətləri.  

1.  Bu  sürəni  evə  daxil  olanda  oxumaq  ruzini 

çoxaldar,  fəqirliyi  uzaqlaşdırar.  Həzrət  Peyğəmbər(s) 

buyurur:  “Mən  “Səd  ibni  Məazın”  cənazə  namazını 

qılanda  70  min  mələk  onun  namazına  dayanmışdılar. 

Mən  Cəbraildən  soruşdum:  Sədin  hansı  əməlinə  görə 

siz  onun  namazında  iştirak  etdiniz?  Dedi:  bütün 

hallarda “Tohid” surəsini oxuduğuna görə”  

2.  Bu  surənin  20-ə  yaxın  adı  var.  Ən  məşhuru 

“Tohid”-dir  .  İkinci  “İxlas”-dır.  Ona  görə  ki,  kim  bu 

surəni oxuya başa düşə, əqidəsi  Allah tanımaq barədə 

xalis olar.  



Yüklə 459,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə